17 Dekabr 2024 08:25
384
Təhsil
A- A+
ADA Universiteti hüquqşünaslıq üzrə magistr proqramını təqdim edir

ADA Universiteti hüquqşünaslıq üzrə magistr proqramını təqdim edir


ADA Universiteti ixtisasları sırasına daha birini əlavə edərək hüquqşünaslıq üzrə magistr proqramını təqdim edir.

AZƏRTAC xəbər verir ki, Azərbaycanda hüquq təhsilinin inkişafında mühüm rol oynayacaq bu proqramın təqdimatını keçirmək, həmçinin ictimaiyyəti məlumatlandırmaq məqsədilə dekabrın 16-da açılış tədbiri keçirilib. 

ADA Universitetinin akademik portfelində xüsusi yerə malik olacaq və hüquq təhsili sahəsində beynəlxalq standartlara cavab verəcək bu yeni proqramın təqdimatında çıxış edən bu ali təhsil ocağının Hüquq fakültəsinin dekanı Rəşad İbadov proqramın yenilikçi və müasir yanaşması, milli hüquq sisteminin inkişafına verə biləcəyi töhfələrdən danışıb. 

Qeydiyyat və tələbə xidmətləri üzrə prorektor Günay Ziyadova çıxışında proqramın ADA Universitetinin təhsildə mükəmməllik missiyası ilə olan əlaqəsinə, akademik kurikulum vasitəsilə tələbələri yerli və beynəlxalq əmək bazarına hansı formada hazırlayacağına, eləcə də qəbul və seçim meyarlarına toxunub.  

Hüquq fakültəsinin dekan müavini Cavid Qədirov yeni proqramın tədris planı, metodu və strukturundan, habelə müasir çağırışlara cavab verən hüquqşünaslar yetişdirmək üçün nəzərdə tutulan nəzəri və praktiki yanaşmasından söhbət açıb.

Akademik işlər üzrə prorektor Elkin Nurməmmədov proqramın hüquqi islahatları irəli aparmaq və karyera inkişafını dəstəkləmək kimi vacib ehtiyacları hansı formada qarşılayacağını açıqlayıb.

Daha sonra çıxış edən Azərbaycanın ədliyyə naziri və ADA Universitetinin Hüquq fakültəsinin müəllimi Fərid Əhmədov Azərbaycanın müasir hüquq sistemindəki islahatları və onların təhsil sisteminə müsbət təsirini vurğulayıb, təqdim edilən magistr proqramını ölkəmizdə beynəlxalq standartlarda hüquq təhsili vermək üçün atılan strateji addım kimi qiymətləndirib.

Tədbirdə yekun nitqlə çıxış edən rektor Hafiz Paşayev vurğulayıb ki, peşəkar hüquqşünaslara olan ehtiyacı nəzərə alan, müvafiq sahədəki boşluqları doldurmaq səylərini dəstəkləyən ADA Universiteti bu yeni proqramı yalnız akademik nailiyyət kimi deyil, Azərbaycanın və onun aid olduğu regionun hüquq sisteminin gələcəyinə edilən elmi investisiya kimi dəyərləndirir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bu gün Şuşaya köçən ailələrə evlərinin açarları təqdim olunub

18:08
21 Dekabr

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

16:43
21 Dekabr

Bu gün meşə fondu torpaqlarında 35 mindən çox ağac əkilib

16:38
21 Dekabr

Maqdeburqda qanlı hadisə nəticəsində ölənlərin sayı 4-ə, xəsarət alanların sayı 205-ə çatıb

16:37
21 Dekabr

Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb

16:29
21 Dekabr

Fələstin mediası Azərbaycanın humanitar yardımından yazıb

16:27
21 Dekabr

Fərid Qayıbov: Xankəndidə nəinki yerli, eləcə də beynəlxalq idman tədbirləri keçiriləcək

16:17
21 Dekabr

Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib

16:11
21 Dekabr

Pakistanın şimal-qərbində silahlıların hücumu nəticəsində 16 hərbçi həlak olub

16:07
21 Dekabr

Azərbaycan və Rusiya arasında tranzit yükdaşımaların inkişafı ilə bağlı saziş imzalanıb

16:05
21 Dekabr

Bələdiyyə seçkilərində istifadə olunacaq seçki bülletenlərinin hazırlanma qaydaları təsdiqlənib

15:49
21 Dekabr

Bələdiyyə seçkiləri ilə əlaqədar daha 10 partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb

15:46
21 Dekabr

Bakıda "Nuhun izi ilə" sənədli filminin təqdimatı olub

14:30
21 Dekabr

ABŞ Senatı müvəqqəti maliyyələşdirmə barədə qanun layihəsini qəbul edib

13:47
21 Dekabr

Azərbaycana qış gəldi

13:32
21 Dekabr

Yəməndən atılan raket Təl-Əviv şəhərindəki uşaq meydançasına düşüb

13:30
21 Dekabr

Almaniyada dəhşətli terror aktı baş verib

13:21
21 Dekabr

Bazar günü yağmursuz hava şəraiti gözlənilir

12:51
21 Dekabr

Xankəndidə 50 illik fasilədən sonra yenidən badminton üzrə ölkə çempionatı keçirilir

12:51
21 Dekabr

Almaniyada törədilən qanlı hadisə zamanı yaralananlar arasında Türkiyə vətəndaşları da var

12:10
21 Dekabr

Azərbaycan nefti ucuzlaşıb

12:09
21 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!