22 Yanvar 2025 08:45
155
SİYASƏT
A- A+
AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı üç ölkədə ayrı-ayrı cinayət işləri başlanılıb

AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı üç ölkədə ayrı-ayrı cinayət işləri başlanılıb


"Azərbaycan Hava Yolları"na (AZAL) məxsus və Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsinin ötən il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasının səbəbləri araşdırılır. 

Məlum olduğu kimi, təyyarənin "qara qutu"ları şifrənin açılması üçün Braziliyaya göndərilib. Belə ki, Braziliya qəzaya uğrayan "Embraer" təyyarələrinin istehsalçısıdır.

İlkin məlumata görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.  Yanvarın 6-da Prezident İlham Əliyev "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinə məxsus Bakı-Qroznı reysini yerinə yetirərkən qəzaya uğramış "Embraer 190" tipli sərnişin təyyarəsinin həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşdə vurğulayıb ki,  dekabrın 25-də Bakı-Qroznı marşrutu ilə uçan AZAL-a məxsus sərnişin təyyarəsi Qroznı şəhərinin yaxınlığında kənar müdaxilə nəticəsində idarəetməni itirib, zədələnib və demək olar ki, idarəolunmaz vəziyyətə salınıb. Dövlətimizin başçısı bildirib ki, əgər Qroznı şəhəri öz ərazisində Rusiyanın hava məkanının bağlanması üzrə vaxtında tədbirlər görsəydi, yerüstü xidmətlərin bütün qaydalarına əməl olunsaydı, həmçinin Rusiya Federasiyasının silahlı qüvvələri və mülki xidmətləri arasında koordinasiya olsaydı, onda bu faciə də baş verməzdi: "Biz ədalət tələb edirik, günahkarların cəzalandırılmasını tələb edirik, tam şəffaflıq və insani davranış tələb edirik", - dövlətimizin başçısı deyib.

Faciə baş verəndən dərhal sonra Prezident İlham Əliyevin göstərişi ilə Dövlət Komissiyası yaradılıb, Azərbaycan prokurorluğu cinayət işi açıb. "Cinayət işinin ilkin araşdırması dediyim versiyanı bir daha təsdiqləyir", - deyə bildirən dövlətimizin başçısı nəzərə çatdırıb ki, təyyarənin radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salındığı gün kimi aydın olan məsələdir: "Bizə bəlli olan digər məsələ ondan ibarətdir ki, təyyarə yerdən açılan atəş nəticəsində zədələnmişdir. Ancaq nə üçün təyyarə Aktau istiqamətinə göndərilmişdir? Bu barədə bizdə hələ ki, məlumat yoxdur. Bu, yerli dispetçerlər tərəfindən qəbul edilmiş qərar əsasında baş verib, yoxsa pilotlar özləri başa düşərək ki, artıq Rusiyanın hava məkanında radioelektron mübarizə vasitələri onlara eniş etmək üçün imkan verməyəcək və özləri bu seçimi ediblər. Bu barədə hələ ki, bizdə məlumat yoxdur. Təbii ki, "qara qutu"lar açılandan sonra bütün bu məlumatlar olacaq".

Dövlətimizin başçısı vurğulayıb ki, prokurorluğun işçi qrupları həm Qroznı, həm də Aktau şəhərlərinə ezam edilmişdi, orada operativ işlər görmüşdür.

Prezident İlham Əliyev bildirib ki, bizim təkidimizlə bu proses Braziliyada həyata keçirilir: "Mən bunu dekabrın 29-da televiziyaya müsahibəmdə demişdim ki, biz bütün təkliflərə və təkidlərə baxmayaraq Dövlətlərarası Aviasiya Komitəsinin "qara qutu"ları açmasına qəti etiraz etmişdik. Çünki burada obyektivlik sual altına düşə bilərdi. Burada hüquqi dillə desək, maraqlar toqquşması ola bilərdi". Dövlətimizin başçısı qeyd edib ki, ona görə Azərbaycan, Qazaxıstan və Rusiya nümayəndələrinin iştirakı ilə Braziliyada "qara qutu"ların təhlilinə başlanılmışdır. 

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin Aktauda qəzaya uğramasından danışarkən deyib ki, "Embraer" tipli təyyarənin "qara qutu"sunun Braziliyaya göndərilməsi istintaqın obyektiv və qərəzsiz aparılması üçün zəruri olan yeganə düzgün qərardır.

Qeyd edək ki, Aviasiya Qəzalarının Tədqiqi və Qarşısının Alınması Mərkəzi (CENIPA) Braziliyadakı "qara qutu"ların təhlilini aparıb və müvafiq məlumatı Qazaxıstana göndərib.

Hazırda Qazaxıstan Nəqliyyat Nazirliyinin hava qəzasının təhqiqatı komissiyası baş vermiş hadisənin səbəblərini müəyyən etmək istiqamətində fəaliyyətini davam etdirir. Bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinin mətbuat xidməti məlumat verib. Bildirilib ki, komissiya ilkin hesabat dərc olunana qədər heç bir rəsmi mənbəyə malik olmayan internet məlumatlarını şərh etməyəcək. O da qeyd olunub ki, ilkin hesabat Qazaxıstan Respublikası qanunvericiliyinin və ICAO-nun 13 saylı əlavəsinin tələblərinə uyğun dərc ediləcək.

Qazaxıstanda Aktau şəhəri yaxınlığında təyyarənin qəzaya uğramasını araşdıran hökumət komissiyasının təhqiqatın ilkin nəticələrini yanvarın sonunda açıqlayacağı gözlənilir. Belə ki, Qazaxıstanda ölkə qanunvericiliyinin və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) 13 saylı əlavəsinin tələblərinə uyğun olaraq, qəzanın baş verdiyi tarixdən 30 gün sonra təhqiqatın ilkin və ya aralıq nəticələri elan ediləcək. Həmçinin 13 saylı əlavəyə uyğun olaraq, komissiya araşdırmanı 12 ay ərzində başa çatdırmağı planlaşdırır.

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev jurnalistlərə açıqlamasında bildirib ki, Rusiya, Azərbaycan və Qazaxıstanda ayrı-ayrılıqda cinayət işi başlanılıb, istintaq aparılır. Baş prokuror hər üç ölkənin ayrı-ayrılıqda özünə aid məsələdə sübutlar topladığını deyib: "Bundan sonra sübutların təhlili, təqsirləndirilən şəxslərin müəyyənləşdirilməsi təmin ediləcək. Eyni zamanda hazırda Rusiya İstintaq Komitəsi və Baş Prokurorluğu tərəfindən istintaq hərəkətləri aparılır".

Qeyd edək ki, Rusiya Federasiyasının İstintaq Komitəsi "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin Aktauda qəzaya uğramasından sonra hava hücumundan müdafiə komandanlığı, hava hərəkətinin təşkili sistemi və dispetçerlərin hərəkətlərini qiymətləndirmək üçün ekspertiza təyin edib. İdarədən verilən məlumata görə, dispetçer xidmətlərinin vəzifəli şəxslərinin hərəkətlərinin, hava hərəkətinin təşkili sisteminin və hava hücumundan müdafiənin qiymətləndirilməsi üçün kompleks komissiya təşkilati-texniki, məhkəmə-tibbi ekspertizası təyin edilib. Bildirilib ki, istintaq faciənin səbəbləri ilə bağlı bütün mümkün versiyalar üzərində işləyir. İşi Rusiya Federasiyası İstintaq Komitəsi və Dövlətlərarası Aviasiya Komitəsi araşdırır.

İstintaq Komitəsinin məlumatına görə, istintaq tərəfindən Azərbaycan Respublikası və Qazaxıstan Respublikasının səlahiyyətli orqanları ilə qarşılıqlı əlaqə yaradılıb. Dövlətlərarası Aviasiya Komitəsinin mütəxəssisləri ilə qarşılıqlı əlaqədə Braziliya Aviasiya qəzalarının araşdırılması və qarşısının alınması mərkəzində təyyarənin registratorlarından alınan məlumatların təhlili aparılır. Ekipajın Qroznı, Mahaçqala və Mineralnıye Vodı dispetçerləri ilə danışıqları da təhlil edilir. Təyyarənin vəziyyəti və cinayət işində olan digər maddi sübutlar tədqiq edilir.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə keçirdiyi brifinqdə AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı Moskva və Bakı arasında bütün səviyyələrdə təmas qurulduğunu söyləyib. Bildirib ki, "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması həm Rusiya, həm də Azərbaycan üçün faciədir: "Bilirəm ki, təkcə bu faciədə yaxınlarını itirənlərə deyil, Azərbaycanın hər bir vətəndaşına həqiqəti bilmək vacibdir. Bizim ölkəmizə də bu həqiqət heç də az lazım deyil. Zənnimcə, həqiqəti axtarmaq üçün səyləri birləşdirmək naminə hər şeyi etmək gərəkdir".


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Taleh Kazımov: Bu il Azərbaycan iqtisadiyyatında 3,3 faiz artım proqnozlaşdırılır  

12:07
22 Yanvar

Əhliman Əmiraslanov: İqlim dəyişiklikləri həyatımızın bütün sahələrinə təsir edən ciddi çağırışdır

12:06
22 Yanvar

AMB sədri: Mərkəzi Bankın valyuta ehtiyatları 11 milyard dollar təşkil edib

12:05
22 Yanvar

CAR-ın G20-yə sədrliyi həmrəylik və bərabərlik prinsipini rəhbər tutacaq

12:03
22 Yanvar

Bakıda TÜRKPA üzv parlamentlərinin səhiyyə komitələri sədrlərinin ikinci iclası keçirilir

12:01
22 Yanvar

TÜRKPA-nın iclasının iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər  

11:57
22 Yanvar

Son 4 ildə 179 min 186 hektar ərazi mina və partlamamış sursatlardan təmizlənib 

11:55
22 Yanvar

Tovuzda silahlı narkokuryer saxlanılıb

11:52
22 Yanvar

Dünyanın ən böyük investisiya şirkətləri arasında 10-cu yer tutmuş - “The Goldman Sachs Group Inc.” şirkəti  

11:46
22 Yanvar

Rövzət Qasımov: Seçki günü 153 nəfər səsvermə hüququ əldə edəcək

11:44
22 Yanvar

Milli Məclisin sədri Azərbaycanın İtaliyadakı səfirliyində olub

11:19
22 Yanvar

Astronomlar Yerdən 520 işıq ili uzaqlıqda ən güclü küləklərin əsdiyi planet aşkar ediblər

11:11
22 Yanvar

Bələdiyyə seçkilərində ilk dəfə səs verəcək seçicilərin sayı açıqlanıb

11:07
22 Yanvar

68 saylı Sabirabad-Şirvan seçki dairəsi üzrə maarifləndirici treninqlər davam edir

11:06
22 Yanvar

ƏMAS-dakı əmək müqavilələrinin 65,4 mini əlilliyi olan şəxslərlə bağlanıb

11:05
22 Yanvar

Azərbaycanla Qambiya arasında gənclər və idman sahəsində əməkdaşlıq müzakirə olunub

11:04
22 Yanvar

Bələdiyyə seçkiləri ilə əlaqədar seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanmasına başlanılıb

11:00
22 Yanvar

AMB inflyasiya proqnozunu açıqlayıb

10:52
22 Yanvar

Milli Məclisin sədri İtaliya Senatının Avropa İttifaqı siyasəti komissiyasının üzvləri ilə görüşüb

10:37
22 Yanvar

Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb

10:21
22 Yanvar

DİN: Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb

09:55
22 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!