22 Yanvar 2025 11:57
141
SİYASƏT
A- A+
TÜRKPA-nın iclasının iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər  

TÜRKPA-nın iclasının iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər  


TÜRKPA üzv parlamentlərinin Səhiyyə komitələri sədrlərinin ikinci iclasının iştirakçıları yanvarın 22-də Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər.

AZƏRTAC xəbər verir ki, iclas iştirakçıları Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə tər güllər düzüblər.

Sonra iclas iştirakçıları Şəhidlər xiyabanını ziyarət ediblər. Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə tər güllər düzülüb.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.

Daha sonra Bakıdakı “Türk şəhidliyi” abidəsi ziyarət edilib. Azərbaycanın istiqlaliyyəti uğrunda canlarından keçən, Azərbaycan-Türkiyə qardaşlığının əbədiliyini, sarsılmazlığını əks etdirən bu məzarlıqda uyuyan qəhrəman və fədakar türk qardaşlarımızın əziz xatirəsi anılıb, abidənin önünə gül dəstələri düzülüb.

Qeyd edək ki, bu gün Bakıda keçiriləcək TÜRKPA üzv parlamentlərinin Səhiyyə komitələri sədrlərinin ikinci iclasının əsas mövzusu “İqlim dəyişmələri və sağlamlıq: Qanunvericilikdə iqlim dəyişmələrinin sağlamlığa təsirlərinə dair cavab tədbirləri”dir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa İttifaqı indiyədək Ukrayna üçün 134 milyard avro xərcləyib

14:42
22 Yanvar

Media: Tramp Ukrayna münaqişəsini 100 günə həll etməyi tapşırıb

14:29
22 Yanvar

DSMF: Ötən il 251 minə yaxın təyinat proaktiv qaydada aparılıb

14:27
22 Yanvar

Baş Prokurorluq: Kənd təsərrüfatı məhsullarının ixracından əldə olunan 54,4 milyon dollar ölkəyə qaytarılıb

14:22
22 Yanvar

Sarayevo dünyanın ən çirkli havasına malik şəhərləri siyahısına başçılıq edir

14:21
22 Yanvar

Hicran Hüseynova: Valideynlərini itirmiş uşaqlar orta əmək haqqının iki mislindən az olmamaqla birdəfəlik pul vəsaiti ilə təmin ediləcək  

14:18
22 Yanvar

Deputat: “Reyuniyonun koloniyadan dənizaşırı əraziyə çevrilməsi də vəd edilən bərabərliyi gətirməyib”

13:54
22 Yanvar

21 saylı Nəsimi-Binəqədi seçki dairəsində treninqlər başa çatıb

13:23
22 Yanvar

Türkiyənin ölkəmizdəki səfiri Qərbi Azərbaycan İcmasına vida ziyarəti edib

13:22
22 Yanvar

Ötən il İran ilə Azərbaycan arasında ticarət dövriyyəsi 21 faiz artıb

13:21
22 Yanvar

Sabahın hava proqnozu açıqlanıb

13:20
22 Yanvar

Azərbaycan Prezidenti İlham Əliyev Davosda Ukrayna Prezidenti ilə görüşüb

13:19
22 Yanvar

Ağdamın Sarıcalı, Kəngərli və Xıdırlı kəndləri doğma sakinlərini qoynuna almağa hazırlaşır 

13:18
22 Yanvar

Yevlaxda aşağı seçki komissiyalarının üzvləri üçün treninqlər təşkil edilib

13:16
22 Yanvar

Türkiyənin 43 əyalətində terrorçuluqda şübhəli bilinən 240 nəfər saxlanılıb

13:15
22 Yanvar

Qambiya Respublikasının Prezidenti Adama Barroudan

13:14
22 Yanvar

Şəkidə aşağı seçki komissiyalarının üzvləri üçün keçirilən treninqlər başa çatıb

13:10
22 Yanvar

Ballıcada rahat və təhlükəsiz yaşayış üçün hər cür şərait yaradılıb

13:08
22 Yanvar

“Politico”: Brüssel və London Vaşinqtonla mümkün ticarət müharibəsinə hazırlaşır  

13:00
22 Yanvar

AMB sədri: Uçot dərəcəsinin azaldılması ilə bağlı qərara yenidən baxa bilərik  

12:59
22 Yanvar

Tramp süni intellektin inkişafı üzrə 500 milyard dollar dəyərində layihənin icrasının başlandığını elan edib  

12:55
22 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!