22 Yanvar 2025 13:18
148
CƏMİYYƏT
A- A+
Ağdamın Sarıcalı, Kəngərli və Xıdırlı kəndləri doğma sakinlərini qoynuna almağa hazırlaşır 

Ağdamın Sarıcalı, Kəngərli və Xıdırlı kəndləri doğma sakinlərini qoynuna almağa hazırlaşır 

Otuz ilə yaxın davam edən işğal dövründə xarabalığa çevrilmiş Ağdam bu gün yenidən qurulur. Böyük Qayıdış proqramı çərçivəsində Ağdam şəhəri ilə yanaşı Sarıcalı, Kəngərli və Xıdırlı kəndlərində də genişmiqyaslı tikinti-quruculuq işləri həyata keçirilir, infrastruktur layihələri icra olunur.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabi AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Sarıcalı kəndində 203, Kəngərli kəndində 292, Xıdırlı kəndində isə 719 fərdi yaşayış evi inşa edilir. Qeyd edilən hər 3 kənddə fərdi yaşayış evləri ilə yanaşı məktəblər, uşaq bağçaları, klub icma mərkəzləri, bayraq meydanı, bazar kompleksləri, məişət xidməti obyektləri, Ailə Sağlamlıq mərkəzləri, emalatxanalar, çoxfunksiyalı binalar və digər iaşə obyektləri də tikilir. Bu 3 kəndə yaxın vaxtlarda ilk köç planlaşdırılır.


Kəngərli kəndi


Kəngərli kəndində inşa edilən fərdi yaşayış evlərində daxili tamamlama və xarici bəzək işləri davam edir. Evlərdə Günəş panellərinin, həyətyanı sahələrdə tamet və hasarın quraşdırılması işləri aparılır. Su, qaz və kanalizasiya xəttinin çəkilməsi yekunlaşıb, ev birləşməsi işləri davam edir. Eyni zamanda, kanalizasiya və rabitə quyularının, kabellərin quraşdırılması işləri də görülür. Həmçinin kənddə inşa edilən məktəbin dəmir-beton və daxili bəzək işləri icra edilir. Uşaq bağçasında dəmir-beton işləri yerinə yetirilib, daxili bəzək işləri aparılır. Kəngərli kəndində inşa edilən məktəb 2 mərtəbəli və 484 şagird yerlik, uşaq bağçası isə 120 yerlik olacaq. Çoxfunksiyalı bina, bazar kompleksi və tibb məntəqəsində də dəmir-beton işləri yekunlaşıb.


Sarıcalı kəndi


Sarıcalı kəndində həyətyanı landşaft işləri də yerinə yetiriləcək. Məktəb və bağçanın inşasında dəmir-beton hörgü və bəzək işləri davam edir. Sarıcalı kəndində inşa edilməkdə olan ikimərtəbəli məktəb 360 şagird yerlik, ikimərtəbəli uşaq bağçası isə 100 yerlikdir. Bazar kompleksi və tibb məntəqəsində dəmir-beton işləri yerinə yetirilib. Kənddə su xətinin çəkilişi yekunlaşıb. Qaz və kanalizasiya xətlərinin çəkilməsi işləri davam edir. Evlərə çıxış xətlərinin, kabellərin quraşdırılması və rabitə quyularının quraşdırılması işləri bitmək üzrədir.


Xıdırlı kəndi


Xıdırlı kəndində inşa edilən fərdi yaşayış evlərində daxili tamamlama işləri davam edir. 528 yerlik məktəb binasında artıq son tamamlanma işləri aparılır. Bu məktəb Qırğızıstan tərəfindən inşa edilir. İki yerüstü və bir yeraltı mərtəbədən ibarət olacaq binada 22 kabinet yaradılacaq. Məktəbdə, həmçinin idman və akt zalları, 2 əmək kabineti, kitabxana, fizika, kimya və biologiya laboratoriyaları, 2 informatika kabineti, ilkin hərbi hazırlıq kabineti istifadəyə veriləcək. Həmçinin Xıdırlıda da 120 yerlik uşaq bağçası inşa edilir. Klub İcma Mərkəzi, məişət xidmət obyekti və çoxfunksiyalı binanın inşasında dəmir-beton işləri yerinə yetirilib, daxili və xarici bəzək işləri davam edir. Su, qaz və kanalizasiya xəttinin çəkilməsi, ev birləşməsi işləri davam edir. Həyətyanı kanalizasiya xətti və yağış suları kanalizasiyasının tikintisi, evlərə çıxış xətlərin verilməsi, kabellərin çəkilməsi və rabitə quyularının quraşdırılması işləri də yerinə yetirilib.

Mühəndis Şaiq Məmmədov isə bildirib ki, Xıdırlı kəndinin tikintisi artıq yekunlaşmaq üzrədir. Kənddə inşa edilən 719 fərdi evin bir qismində işlər tam bitib, digərlərində son tamamlama, interyer işləri aparılır. Kənddaxili yolların yaxın günlərdə asfaltlanması nəzərdə tutulur. Kənddə elektrik dirəklərindən istifadə olunmayıb, bütün xətlər yeraltı çəkilib. Evlər inşa olunarkən yüksəkkeyfiyyətli materiallardan, istilik izolyasiyasından istifadə edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Rusiya ilə İran arasında baş tutacaq enerji mübadiləsində tranzit rolu oynaya bilər

16:25
22 Yanvar

Prezident İlham Əliyev Davosda ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbəri ilə görüşüb

16:24
22 Yanvar

Formula 1 Azərbaycan Qran-Prisinə bilet satışı başlayıb

16:23
22 Yanvar

Azərbaycanda aerodrom istismarı ilə bağlı hüquqi tənzimləmə genişləndirilir

16:23
22 Yanvar

Azərbaycan və Lüksemburq XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb

16:22
22 Yanvar

Dövlət Gömrük Komitəsinin sədri Qusarda vətəndaşlarla görüşüb

16:21
22 Yanvar

Ov mövsümü açıq elan edilib

16:20
22 Yanvar

Azərbaycan Ordusunun iki zabiti Çin Hərbi Akademiyasının kursunu uğurla bitirib

16:17
22 Yanvar

27 saylı Sabunçu dairə ikinci seçki komissiyasında maarifləndirici treninqlər təşkil olunub

16:09
22 Yanvar

Misirdə 5 min ildən sonra ilk dəfə görünən xallı kaftar çobanlar tərəfindən öldürülüb

16:08
22 Yanvar

Cəlilabadda məntəqə seçki komissiyalarının üzvləri üçün maarifləndirici treninqlər davam edir

16:07
22 Yanvar

İqtisadiyyat naziri Dünya İqtisadi Forumu çərçivəsində bir sıra görüşlər keçirib

16:06
22 Yanvar

“Avroviziya-2025”in aparıcılarının adları elan olunub

16:05
22 Yanvar

Olimpiyaçılarımızın Paris-2024-də qazandığı medallar geri qaytarılacaq

16:02
22 Yanvar

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

15:58
22 Yanvar

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin cari ilin yaz sessiyasında ilk iclası olub

15:57
22 Yanvar

Tehranda Azərbaycan-İran əlaqələrinin perspektivləri müzakirə edilib

15:55
22 Yanvar

ABŞ-da anomal soyuq hava 10 nəfərin həyatına son qoyub

15:54
22 Yanvar

Azərbaycan, Qazaxıstan və Özbəkistan yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində tərəfdaşlıq edəcək  

15:53
22 Yanvar

Ötən il icbari tibbi sığorta ilə 84 milyondan çox tibbi xidmət göstərilib

15:51
22 Yanvar

UEFA Çempionlar Liqası: "Barselona"dan möhtəşəm geridönüş  

14:47
22 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!