22 Yanvar 2025 16:07
146
CƏMİYYƏT
A- A+
Cəlilabadda məntəqə seçki komissiyalarının üzvləri üçün maarifləndirici treninqlər davam edir

Cəlilabadda məntəqə seçki komissiyalarının üzvləri üçün maarifləndirici treninqlər davam edir

71 saylı Cəlilabad şəhər seçki dairəsinin dairə seçki komissiyasında məntəqə seçki komissiyalarının sədrləri və üzvləri üçün təşkil olunan maarifləndirici treninqlər davam edir.

Dairə Seçki Komissiyasının sədri İsa Allahverdiyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, dairə və məntəqə seçki komissiyaları üzvlərinin peşəkarlıq səviyyəsinin artırılması, onların seçkilərlə bağlı bilik, bacarıq və vərdişlərinin daha da təkmilləşdirilməsində treninqlərin rolu böyükdür. Treninqlərdə seçki məntəqələrinin səsverməyə hazırlanması, səsvermə prosesi, seçki günü müstəsna hallar, səslərin sayılması və səsvermənin nəticələri haqqında rəsmi protokolların doldurulması da daxil olmaqla, bütün seçki günü prosedurları barədə aydın və müfəssəl məlumat verilir. Bundan əlavə, məntəqələrdə seçkilərin şəffaf və demokratik keçirilməsi, komissiya üzvlərinin normal fəaliyyəti üçün lazımi şərait yaradılıb.

Hər bir iştirakçıya təlimlərdə istifadə etmək və yaxından tanış olmaq üçün MSK tərəfindən hazırlanan “Seçki günü üçün yaddaş” kitabçası, səsvermənin nəticələri haqqında protokol nümunəsi, eləcə də bir sıra digər zəruri metodiki vəsaitlər və əyani materiallar verilib.

Qeyd edək ki, 50 min 48 seçicisi olan Dairə Seçki Komissiyasının ərazisində 52 seçki məntəqəsi fəaliyyət göstərir. Seçicilərdən 147 nəfəri ilk dəfə səs verəcək gənclərdir, 2 nəfərin yaşı isə 100-dən yuxarıdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Almaniyanın silah ixracı 2024-cü ildə 13,3 milyard avroya çatıb

19:35
22 Yanvar

Mingəçevirdə aşağı seçki komissiyalarının üzvlərinin peşəkarlıq səviyyəsi artırılır

19:34
22 Yanvar

“Azərpoçt” yeni “Mobil POS” xidmətini istifadəyə verib

19:33
22 Yanvar

Azərbaycan hökuməti ilə Beynəlxalq Valyuta Fondu arasında məsləhətləşmələrə başlanıb

19:32
22 Yanvar

ANAMA və UNICEF arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

19:31
22 Yanvar

Ötən il Laosda təbii fəlakətlərdən 271 mindən çox insan zərər çəkib

19:30
22 Yanvar

Azərbaycan və Böyük Britaniya XİN başçıları mövcud regional vəziyyəti müzakirə ediblər

19:29
22 Yanvar

Öyrənməyin yaşı yoxdur: Peşə Təhsil Mərkəzinin 68 yaşlı tələbəsi 

18:58
22 Yanvar

Həzi Aslanovun anadan olmasının 115 illiyi qeyd edilib

18:55
22 Yanvar

Azərbaycanda nəqliyyat sektorunda çevik idarəetmə ilə bağlı yeni qanun layihəsi hazırlanıb

18:48
22 Yanvar

Türkiyə Prezidenti yanğının baş verdiyi bölgəyə səfər edib

18:46
22 Yanvar

Türkiyə parlamentinə ekologiya haqqında ilk qanun layihəsi təqdim edilir

17:34
22 Yanvar

Azərbaycan və Böyük Britaniya XİN başçıları mövcud regional vəziyyəti müzakirə ediblər

17:32
22 Yanvar

Prezident İlham Əliyev Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə görüşüb  

17:09
22 Yanvar

ABŞ-ın cənubunda hökm sürən anomal soyuqlar azı 10 nəfərin həyatına son qoyub

16:47
22 Yanvar

Azərbaycan Rusiya ilə İran arasında baş tutacaq enerji mübadiləsində tranzit rolu oynaya bilər

16:25
22 Yanvar

Prezident İlham Əliyev Davosda ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbəri ilə görüşüb

16:24
22 Yanvar

Formula 1 Azərbaycan Qran-Prisinə bilet satışı başlayıb

16:23
22 Yanvar

Azərbaycanda aerodrom istismarı ilə bağlı hüquqi tənzimləmə genişləndirilir

16:23
22 Yanvar

Azərbaycan və Lüksemburq XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb

16:22
22 Yanvar

Dövlət Gömrük Komitəsinin sədri Qusarda vətəndaşlarla görüşüb

16:21
22 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!