22 Yanvar 2025 19:34
131
CƏMİYYƏT
A- A+
Mingəçevirdə aşağı seçki komissiyalarının üzvlərinin peşəkarlıq səviyyəsi artırılır

Mingəçevirdə aşağı seçki komissiyalarının üzvlərinin peşəkarlıq səviyyəsi artırılır


Yanvarın 29-na təyin olunmuş bələdiyyə seçkiləri ilə əlaqədar 54 saylı Mingəçevir seçki dairəsinin Dairə Seçki Komissiyasında aşağı seçki komissiyalarının üzvləri üçün maarifləndirici treninqlər davam edir.

Dairə Seçki Komissiyasından AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, 19, 21, 22, 23 yanvar tarixlərini əhatə etməklə gün ərzində iki dəfə keçirilən təlimlərdə, ümumilikdə, 230 nəfərin iştirakı nəzərdə tutulub. Treninqlər məntəqə seçki komissiyalarının sədrləri, katibləri və üzvləri cəlb olunmaqla, Mərkəzi Seçki Komissiyası tərəfindən tərtib edilmiş xüsusi proqram əsasında keçirilir. İştirakçılara seçki məntəqələrinin səsverməyə hazırlanması, səsvermə günü prosedurları, səslərin hesablanması, səsvermənin nəticələri haqqında protokolun doldurulması və digər məsələlər barədə metodiki məlumat və tövsiyələr verilir, komissiya üzvlərinin sualları cavablandırılır. Hər bir iştirakçıya Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanan “Seçki günü üçün yaddaş” kitabçası, eləcə də səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər zəruri metodiki vəsaitlər, əyani materiallar təqdim olunur.

Qeyd edək ki, sözügedən dairə üzrə 40 seçki məntəqəsi var. Seçki dairəsi üzrə ümumilikdə 50 min 269 nəfər seçici qeydə alınıb. Dairənin ərazisində 1 bələdiyyə üzrə qeydə alınan namizədlərin sayı isə 44 nəfərdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

38 ölkənin idman gimnastları Bakıda yarışacaq

21:41
22 Yanvar

Milli Məclisin sədri İtaliya Deputatlar Palatasının sədri Lorenzo Fontana ilə görüşüb

21:37
22 Yanvar

Baş nazir Əli Əsədov Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb

19:56
22 Yanvar

Qafqaz Müsəlmanları İdarəsində türkiyəli səfirlə görüş keçirilib

19:55
22 Yanvar

Milli Məclisdə TÜRKPA-ya üzv ölkələrin parlamentlərinin Səhiyyə komitələrinin sədrləri ilə görüş olub

19:54
22 Yanvar

Prezident İlham Əliyev Davosda Xorvatiyanın Baş naziri ilə görüşüb

19:52
22 Yanvar

Baş Prokurorluq: Plastik cərrah Sənan Mehdiyev barədə həbs qətimkan tədbiri seçilib 

19:51
22 Yanvar

Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri arasında telefon danışığı olub

19:51
22 Yanvar

Qarabağ və Şərqi Zəngəzurda məşğulluq proqramlarının icrasında işəgötürənlərlə əməkdaşlıq genişlənir  

19:50
22 Yanvar

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin yaz sessiyasının iş planı təsdiqlənib

19:47
22 Yanvar

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin ilk iclasında 5 məsələ müzakirə edilib  

19:45
22 Yanvar

Bakıda TÜRKPA üzvü olan ölkələrin parlamentlərinin Səhiyyə komitələri sədrlərinin ikinci iclası keçirilib YENİLƏNİB  

19:44
22 Yanvar

Vətən müharibəsi şəhidi leytenant Elvin Şükürlünün xatirəsi anılıb

19:42
22 Yanvar

Küveytdə kommersiya əhəmiyyətli yeni neft və qaz ehtiyatları tapılıb

19:39
22 Yanvar

İİTKM-də 2024-cü ilin yekunlarına dair mətbuat konfransı keçirilib  

19:36
22 Yanvar

Almaniyanın silah ixracı 2024-cü ildə 13,3 milyard avroya çatıb

19:35
22 Yanvar

Mingəçevirdə aşağı seçki komissiyalarının üzvlərinin peşəkarlıq səviyyəsi artırılır

19:34
22 Yanvar

“Azərpoçt” yeni “Mobil POS” xidmətini istifadəyə verib

19:33
22 Yanvar

Azərbaycan hökuməti ilə Beynəlxalq Valyuta Fondu arasında məsləhətləşmələrə başlanıb

19:32
22 Yanvar

ANAMA və UNICEF arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

19:31
22 Yanvar

Ötən il Laosda təbii fəlakətlərdən 271 mindən çox insan zərər çəkib

19:30
22 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!