22 Yanvar 2025 19:36
134
İQTİSADİYYAT
A- A+
İİTKM-də 2024-cü ilin yekunlarına dair mətbuat konfransı keçirilib  

İİTKM-də 2024-cü ilin yekunlarına dair mətbuat konfransı keçirilib  


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı qurumun 2024-cü ildəki fəaliyyətinin yekunlarına dair mətbuat konfransı keçirib.

AZƏRTAC xəbər verir ki, qurum strateji planlaşdırma, təhlil və tədqiqat üzrə fəaliyyətini dərinləşdirməklə yanaşı, T7 və T20 kimi qlobal beyin mərkəzləri şəbəkələri ilə yaxından əməkdaşlıq edərək beynəlxalq müstəvidə Azərbaycanı təmsil edib.

V.Qasımlı bildirib ki, ötən il mərkəz əsas fəaliyyət istiqaməti olan monitorinq və qiymətləndirmə işini davam etdirib, "Layihə idarəetməsi" modulunu formalaşdıraraq tətbiqinə başlayıb.

İİTKM-in nəzdində fəaliyyət göstərən “Azexport" və "Enterprise Azerbaijan" portalları, Rəqəmsal Ticarət Qovşağı, "Bir Pəncərə” İxraca Dəstək Mərkəzi, Türk Dünyası Araşdırmalar Mərkəzi də 2024-cü ildə bir çox yeniliklərə imza atıb.

Vüsal Qasımlı qeyd edib ki, İİTKM ölkə üçün böyük əhəmiyyət kəsb edən sənədlərin "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”, "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” və "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” daxil olmaqla 10 proqramın monitorinq və qiymətləndirməsini aparır. 2024-cü ilin oktyabr ayında isə Prezident İlham Əliyev daha bir mühüm sənədin - “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya"nın monitorinq və qiymətləndirilməsini mərkəzə tapşırıb.

İl ərzində 11 dövlət proqramının idarə edilməsi çərçivəsində 60-a yaxın qurumla 150 iclas keçirilib, monitorinq nəticələri ilə bağlı 28 hesabat hazırlanıb. Mərkəz tərəfindən dövlət proqramlarının icrasını sistemli şəkildə izləmək və qiymətləndirmək üçün "Layihə idarəetməsi” modulu hazırlanıb.

İcraçı direktorun sözlərinə görə, İİTKM beynəlxalq əməkdaşlığı genişləndirərək Böyük İyirmiliyin və Böyük Yeddiliyin beyin mərkəzləri platformalarında - T20 və T7-də Azərbaycanı uğurla təmsil edir. 2024-cü ilin oktyabr ayında mərkəzdə keçirilən Beynəlxalq Valyuta Fondunun “Makroiqtisadi təhlil/Maliyyə proqramlaşdırması və siyasətləri” adlı təlimində 10-dan çox dövlət qurumundan 25 nümayəndə iştirak edib. Noyabr ayında isə Asiya İnkişaf Bankı, Asiya İnkişaf Bankı İnstitutu və Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı İnstitutu (CAREC Institute) ilə "Qlobal Beyin Mərkəzləri Forumu" keçirilib. Ötən il, həmçinin İİTKM-in də təsisçisi olduğu Azərbaycan Beyin Mərkəzləri Platforması yaradılıb.

Vüsal Qasımlı 2024-cü il ərzində mərkəzdə 5 konseptual sənədin hazırlanaraq hökumətə təqdim olunduğunu bildirib. Həmçinin icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin ekonometrik qiymətləndirilməsi aparılıb. "Qarabağ və Şərqi Zəngəzura investisiya” mövzusunda ingilis dilində xüsusi buraxılış nəşr edilib. Yaşıl artım və yaşıl enerjiyə keçidlə bağlı aparılan tədqiqatların nəticələri "Scopus" bazasında indeksləşdirilən Q1 və Q2 reytinqli jurnallarda dərc olunub.

2024-cü ildə mərkəz, həmçinin “İqtisadi inkişaf” monoqrafiyası, "Orta dəhliz", "Halal iqtisadiyyat", "İslam ölkələrinin iqtisadi potensialı" kitablarını nəşr edib. 10 fəsildən ibarət 700 səhifəlik "İslam ölkələrinin iqtisadi potensialı" kitabı 30-dan artıq islam ölkəsindən 70-dən çox müəllif, 10 beynəlxalq təşkilat, 20-dən artıq beyin mərkəzi və universitetin birgə əməkdaşlığı əsasında hazırlanıb.

Mərkəzin innovativ layihələrindən də danışan Vüsal Qasımlı əlavə edib ki, Azərbaycanın ixrac coğrafiyasının genişlənməsinə xidmət edən "Azexport" portalının Türkiyə, Rusiya və Özbəkistanın "Trendyol", "Ozon", "Uzum" platformalarına inteqrasiyası reallaşdırılıb. 2024-cü ildə "Azexport” ixracatçılara 61 ədəd Sərbəst satış sertifikatı (Certificate of Free Sale) təqdim edib.

“Enterprise Azerbaijan" portalı ABŞ-ın Nevada Universiteti, Almaniyanın Süni İntellekt Araşdırma Mərkəzi ilə birgə regionun ən böyük startap məktəbi - "StartUp School 2” layihəsini həyata keçirib. "StartUp School 2 - Al for Green Solidarity” layihəsinə müraciət edən 121 startap arasından beynəlxalq ekspertlərin seçdiyi 41 ən yaxşı komandaya ABŞ, Almaniya, İngiltərə, CAR, Türkiyə, Rusiya və Azərbaycandan olan mentorlar tərəfindən təlimlər keçirilib.

"Bir Pəncərə” İxraca Dəstək Mərkəzinə 2024-cü il ərzində hüquqi və fiziki şəxslərdən 1747 müraciət daxil olub. Ümumilikdə 3982 ədəd sertifikat verilib, 288,2 milyon dollar dəyərində ixrac həyata keçirilib.

Ötən ildə digər bir innovativ layihə “Qiymət İzləmə Tətbiqi”nin yaradılması ilə bağlı da kifayət qədər böyük işlər görülüb, Dövlət Gömrük Komitəsi və Dövlət Vergi Xidməti ilə əməkdaşlıq edilib.

İİTKM-in tabeliyində fəaliyyət göstərən Türk Dünyası Araşdırmalar Mərkəzi “Türk Dünyasına Baxış-2040" və "TDT-nin 2022-2026-cı illər üzrə Strategiyası"nda nəzərdə tutulan hədəflərə töhfə vermək məqsədilə fəaliyyətini genişləndirib. Mərkəzin təqdim etdiyi “Türk dövlətlərinin interaktiv geoiqtisadi xəritəsinin” konsepsiya sənədi TDT-nin İqtisadi Əməkdaşlıq üzrə işçi qrupunun toplantısında qəbul olunub. TDT ilə birlikdə il ərzində “Türk iqtisadi icmalı"nın dörd buraxılışının səkkiz dildə hazırlanması və kommunikasiyası təmin edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

38 ölkənin idman gimnastları Bakıda yarışacaq

21:41
22 Yanvar

Milli Məclisin sədri İtaliya Deputatlar Palatasının sədri Lorenzo Fontana ilə görüşüb

21:37
22 Yanvar

Baş nazir Əli Əsədov Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb

19:56
22 Yanvar

Qafqaz Müsəlmanları İdarəsində türkiyəli səfirlə görüş keçirilib

19:55
22 Yanvar

Milli Məclisdə TÜRKPA-ya üzv ölkələrin parlamentlərinin Səhiyyə komitələrinin sədrləri ilə görüş olub

19:54
22 Yanvar

Prezident İlham Əliyev Davosda Xorvatiyanın Baş naziri ilə görüşüb

19:52
22 Yanvar

Baş Prokurorluq: Plastik cərrah Sənan Mehdiyev barədə həbs qətimkan tədbiri seçilib 

19:51
22 Yanvar

Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri arasında telefon danışığı olub

19:51
22 Yanvar

Qarabağ və Şərqi Zəngəzurda məşğulluq proqramlarının icrasında işəgötürənlərlə əməkdaşlıq genişlənir  

19:50
22 Yanvar

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin yaz sessiyasının iş planı təsdiqlənib

19:47
22 Yanvar

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin ilk iclasında 5 məsələ müzakirə edilib  

19:45
22 Yanvar

Bakıda TÜRKPA üzvü olan ölkələrin parlamentlərinin Səhiyyə komitələri sədrlərinin ikinci iclası keçirilib YENİLƏNİB  

19:44
22 Yanvar

Vətən müharibəsi şəhidi leytenant Elvin Şükürlünün xatirəsi anılıb

19:42
22 Yanvar

Küveytdə kommersiya əhəmiyyətli yeni neft və qaz ehtiyatları tapılıb

19:39
22 Yanvar

İİTKM-də 2024-cü ilin yekunlarına dair mətbuat konfransı keçirilib  

19:36
22 Yanvar

Almaniyanın silah ixracı 2024-cü ildə 13,3 milyard avroya çatıb

19:35
22 Yanvar

Mingəçevirdə aşağı seçki komissiyalarının üzvlərinin peşəkarlıq səviyyəsi artırılır

19:34
22 Yanvar

“Azərpoçt” yeni “Mobil POS” xidmətini istifadəyə verib

19:33
22 Yanvar

Azərbaycan hökuməti ilə Beynəlxalq Valyuta Fondu arasında məsləhətləşmələrə başlanıb

19:32
22 Yanvar

ANAMA və UNICEF arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

19:31
22 Yanvar

Ötən il Laosda təbii fəlakətlərdən 271 mindən çox insan zərər çəkib

19:30
22 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!