14 Yanvar 2025 08:00
254
SİYASƏT
A- A+
ALƏT MİLLƏTİN AĞILSIZLIQ BƏLASI

ALƏT MİLLƏTİN AĞILSIZLIQ BƏLASI


Millətlər də insanlar kimidir: hər birinin özünəməxsus, fərdi xüsusiyyətləri var.

Millətlər də insanlar kimidir: heç biri öz ağlından, etdiklərindən narazı deyil.

Əksinə, daim özlərini doğru və ədalətli hesab edirlər.

Belədə məşhur Azərbaycan atalar sözünü təkcə insanlara deyil, millətlərə də şamil etmək olar: "Özü özünə edəni, el yığılsa, edə bilməz!"

Yəni bəzən millətlər də elə yanlış addımlar atır, elə səhv hərəkətlərə, hətta xəyanətlərə yol verirlər ki, nəticədə başlarını bəlaya, özlərini fəlakətə salırlar!

Tale bizi ermənilərlə əbədi qonşu edib...

Ağılsız millətlə...

Alət millətlə...

Xəyanətkar millətlə.

Ermənilər harada özlərinə yer tapıblarsa, bir qədər keçmiş kimlərləsə də əlbir olaraq aborigen xalqa xəyanət ediblər!

Osmanlı Türkiyəsinə xəyanət etdilər.

Azərbaycan xalqına xain çıxdılar.

İndi isə əsas hamiləri sayılan Rusiyaya dirsək göstərirlər.

Əslində, müasir Ermənistan bir vassal əyalət olaraq Rusiyanın layihəsidir.

Rus çarı I Pyotrun 300 il əvvəl - 10 noyabr 1724-cü ildə imzaladığı fərman əsasında ermənilərin Azərbaycanın Xəzər dənizi sahillərində, Dərbənd və Bakı, həmçinin Gilan, Mazandaran və Gürvan ərazilərində məskunlaşdırılmasına başlanılıb.

II Yekaterina isə Albaniya erməni dövləti yaratmaq istəyirdi.

Ölümü imkan vermədi.

"Kürəkçay" (1805-ci il), "Gülüstan" (1813-cü il) və "Türkmənçay" (1828-ci il) müqavilələrinə əsasən, indiki Ermənistan Azərbaycan ərazilərində yaradıldı (əsasən Türkiyədən qovulan ermənilər hesabına), sonra zaman-zaman Azərbaycandan müxtəlif üsullarla qoparılan torpaqlar hesabına ərazilərini genişləndirməklə vassal "dövlət"ə çevrildi.

Belə ki, Türkmənçay sülh müqaviləsinə əsasən, 40 min erməni Azərbaycanda məskunlaşdırıldı, I Dünya müharibəsi illərində isə 250 mindən çox erməni regiona gətirildi.

"Ermənistan layihəsi"ndə bir neçə məqsəd güdülürdü:

* Türkiyəyə qarşı bir plasdarm;

* Türk dövlətləri arasındakı quru yol əlaqəsini kəsərək onları bir-birilərindən ayrı salmaq;

* "Alət millət" vasitəsilə Cənubi Qafqazda istənilən zaman müharibə ocağı qalamaq.

Ermənistanı xristian dünyası üçün "qiymətli" edən də bunlardır.

***

Daha sonralar - SSRİ-nin süqutundan sonra bu layihənin əsas icraçılarından biri də dünya erməniliyi oldu.

Əslində, dünyanın müxtəlif ölkələrindəki erməni diasporları əsasında formalaşan dünya erməniliyi heç vaxt prosesdən kənarda qalmayıb.

Bu oyunlarda onun fəallığının "iqtisadi əsasları" və "fərdi maraqları" var.

"Erməni millət deyil, təşkilatdır" deyənlər yanılmırlar.

Bu təşkilatın illərdir özünəməxsus "pilləli strukturu" formalaşıb.

Ermənilər dünyanın harasında məskunlaşmalarına baxmayaraq, hər ay "erməni kassası"na müəyyən məbləğ pul verirlər.

Haşiyəyə çıxaraq qeyd edək ki, mənfur "miatsum" hərəkatı başlayanda Ermənistanda və Qarabağdakı ermənilərlə bərabər Azərbaycanın digər ərazilərində yaşayan ermənilər də "hərəkatın kassası"na pul ödəyirdilər.

Məbləği ödəməyənlər "əsl erməni" sayılmırlar və erməni terrorçuları tərəfindən cəzalandırılırlar.

1988-ci ilin Sumqayıt hadisələrində Qriqoryanın öldürdüyü ermənilər də "kassa"ya pul verməyənlər idilər!

Bu yolla həm digərlərinə görk olsun deyə "dönükləri" cəzalandırdılar, həm də qabaqcadan hazırlanmış plan və ssenari əsasında bizim "vəhşi millət" obrazımızı yaratdılar.

Kassaya böyük məbləğdə vəsait toplanır.

Həmin vəsaitdən dünya erməniləri öz maraqları naminə də istifadə edirlər.

Yaşadıqları dövlətlərdə rüşvət və korrupsiya yolu ilə dövlət strukturlarında, parlamentdə, nüfuzlu KİV-də yerləşir, sonra digər erməniləri də yanlarına gətirirlər.

Beləliklə, həmin dövlətlərin siyasətinə öz maraqları yönündə təsir göstərə bilirlər.

Bu pullardan məmurların, deputatların, senator və konqresmenlərin ələ alınmasında, Avropa İttifaqı və AŞPA-da Ermənistan lehinə və Azərbaycanın əleyhinə qərarların qəbulunda da istifadə edirlər.

Müxtəlif ölkələrdə vaxtaşırı Ermənistan üçün "pulyığma kampaniyaları"nın keçirilməsi həmin fondun əlavə gəlir mənbələrindən biridir.

Ermənistana verilən ianələr fondun yeyintilərinin gizlədilməsinin vasitələrindən biridir.

Ermənistan rəhbərlərinin də bəhrələndiyi bu "diaspor pulları" beləcə yuyulur, erməni xalqına çatanı isə yoxsulluq və oğlanlarının itkisi olur.

***

Ermənistana göstərilən siyasi dəstəyin əsl mahiyyəti təkcə "xristian təəssübkeşliyi" deyil, həm də diaspor pullarıdır.

Ötən əsrdən Ermənistana olunan müxtəlif formalı yardımlar bu gün də davam etməkdədir.

MƏSƏLƏN:

* Keçmiş SSRİ dövründə ittifaq büdcəsinə ən az vəsait verən yoxsul respublikalardan biri Ermənistan olsa da, oradan ən çox vəsait qoparan da Ermənistan idi.

* Stalinin imzaladığı qərarla 1948-1953-cü illərdə Azərbaycanda "kolxoz quruluşunu inkişaf etdirmək" adı ilə Ermənistanda dədə-baba torpaqlarında yaşayan yüz minlərlə azərbaycanlı deportasiya olunaraq respublikamıza göndərildi.

Onların yerinə isə xaricdən ermənilər gətirməklə əhalinin say tərkibini süni surətdə artırdılar.

Bu gün də Rusiya, ABŞ, Fransa Ermənistana siyasi dəstəklərini davam etdirirlər.

Dövlət Dumasının, ABŞ və Fransanın senat və konqreslərinin üzvləri müntəzəm şəkildə Ermənistana gələrək dəstəklərini bildirir, həmin ölkələrin parlamentlərində Azərbaycana qarşı qərəzli və qeyri-obyektiv qərarlar qəbul olunur.

Ən çox qərəzli mövqeyi və Ermənistana yarınması ilə seçilən (əlbəttə, havayı deyil, müəyyən muzd qarşılığında) qurumlar Aİ və AŞPA-dır.

Bu qurumlarda, habelə ABŞ və Fransada korrupsiyaya bulaşmış və ifşa edilmiş senator və konqresmenlərin sayı kifayət qədər olsa da, diaspor pulları hesabına Azərbaycana qarşı düşmənçilik edənlərin sırası daim genişlənir.

44 günlük Zəfər müharibəsindən və Azərbaycanın parlaq qələbəsindən sonra bizə qarşı düşmənçilik hərəkətləri daha da güclənmişdir:

* Avropa İttifaqı Ermənistanı silahlandırmaq üçün özünün "sülh fondu"ndan ona vəsait ayırır.

* ABŞ təkcə pul verməklə kifayətlənmir, birgə təlimlər keçirmək, hərbi müşavirlər göndərməklə Ermənistanı revanşizmə hazırlayır.

* Ən çox yaxa cıran isə Fransadır. Təkcə özünün köməyi az imiş kimi, Hindistanın, Yunanıstanın əli ilə də Ermənistanı silahlandırır.

Azərbaycana qarşı düşmən niyyətlərindən geri durmur.

* Avropa İttifaqının casus şəbəkəsi isə bütün günü durbinlə biz tərəfə boylanır...

Nə bacarırlarsa, qoy etsinlər.

Sonra?

Sonrasını isə bir qədər geriyə qayıtmaqla söyləyəcəyik!

***

SSRİ-nin süqutu dövründə onun birinci və axırıncı prezidenti M.Qorbaçovun və zövcəsi Raisa Maksimovnanın gizli razılığı ilə Ermənistanda ordu yaradılmasına başlanıldı.

SSRİ-nin Mərkəzi televiziyasının "Vremya" informasiya proqramında həmin ordu barədə məlumat verilir, hətta onun üzvlərinin hərbi biletləri belə nümayiş olunurdu.

Spitakda baş verən dağıdıcı zəlzələdən sonra SSRİ-nin hər tərəfindən Ermənistana yardımlar göndərilirdi.

Həmin yardımların içərisində yeni orduya çatan silah-sursat da olurdu.

Artıq ermənilər azərbaycanlılara qarşı kin və düşmənçiliklərini açıq şəkildə büruzə verirdilər.

Azərbaycandan Spitakda zərərçəkənlərə köməyə gedən təyyarə qəsdən qəzaya uğradıldı, xeyli insan tələfatı baş verdi.

Ulu Öndər Heydər Əliyevin Sov.İKP MK Siyasi Bürosu üzvlüyündən və SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsindən istefa verməsindən az sonra erməni akademik Ağanbekyan Fransanın "Humanite" qəzetinə müsahibə verərək Qarabağın Ermənistana birləşdirilməsi niyyətini açıqladı.

Beləliklə, Azərbaycana qarşı ərazi iddiası açıq müstəviyə keçirildi.

1988-ci ildən başlayaraq Xankəndidəki meydana toplaşanlar hələlik keçmiş DQMV-nin iqtisadi cəhətdən Azərbaycanın digər bölgələrindən geri qaldığını bəhanə gətirərək narazılıqlarını bildirirdilər...

Sovet dövründə icazəsiz toplaşmağa və nədənsə narazılığa yol verilmirdi.

Lakin ermənilərə istisna vardı.

Çox keçmədən bu bəhanələr açıq iddialara, "miatsum" hərəkatına çevrildi.

Moskva üzdə bunları bəyənməsə də, əslində, passivlik göstərməklə dəstək ifadə edir, separatizmin qarşısını almaq niyyətində olmadığını büruzə verirdi.

Kremlin daha bir məkrli addımı Xankəndidə Xüsusi İdarəetmə Komitəsi yaradaraq keçmiş DQMV-ni onun tabeçiliyinə verməsi oldu!

Əslində, bu addım Qarabağın Azərbaycanın idarə etməsindən çıxarılması demək idi!

Xüsusi İdarəetmə Komitəsinə isə ermənilərin sonralar məhəbbətlə "Qarabağlı" "kliçka"sı verdiyi Moskvadan göndərilən qatı ermənipərəst diplomat və rüşvətxor Arkadi Volski başçılıq edirdi.

Rusiya vasitəsilə silahlandırılan, adlarını "fədai"lər və "saqqallı"lar qoysalar da, əslində, terrorçu birləşmələri olan dəstələr çox keçmədən 366-cı sovet polku ilə birləşdilər və azərbaycanlıların doğma torpaqlardan zorla qovulması prosesi sürətləndi.

1991-ci ilin 20 noyabrında Azərbaycanın siyasi və dövlət xadimlərinin olduğu vertolyot Qarakənd səmasında ermənilər tərəfindən vurulduqdan sonra isə soyqırımı aksiyalarına da rəvac verildi, separatçıların Azərbaycan ərazilərini hərbi yolla işğalı mərhələsi başlandı.

***

Müstəqil Ermənistanın (əslində, Ermənistan heç zaman müstəqil fəaliyyət göstərməyib, vassal və forpost dövlət olub) ilk prezidenti Levon Ter-Petrosyan hakimiyyətdən devrildikdən sonra daim özünü ağıllı, rasionalist və sülhpərvər kimi qələmə verməyə çalışırdı.

Lakin onun hadisələrlə bağlı 1993-cü ilin 23 iyulunda "Yerkrapa" terror təşkilatının üzvləri ilə görüşündəki çıxışının videoyazısının bu günlərdə sosial şəbəkələrdə yayımlanması iç üzünü olduğu kimi göstərdi.

O da Qarabağ xuntasından Ermənistan prezidentliyinə gəlmiş Köçəryan və Sərkisyan kimi eyni bezin qırağıymış.

Ermənilərin əsl niyyətlərinin və əməllərinin mahiyyətindən xəbər verən həmin çıxışının mühüm məqamlarını bir daha diqqətə çəkirik: "1988-ci ilə qədər Ermənistanda 170 min azərbaycanlı var idi. Təsəvvür edin ki, indi onlar Ermənistandadır. Əgər onlar Ermənistanda olsaydı, bizim dövlətimiz olmayacaqdı; biz onda şimal-şərq rayonlarını, Göyçəni müdafiə edə bilməyəcəkdik. Azərbaycanlılar 3 rayonda çoxluq təşkil edirdilər: Vardenis (Basarkeçər), Masis (Zəngibasar) və Amasiya. Azərbaycanlılar Zəngəzur mahalında böyük üstünlük təşkil edirdilər. Bu problem həll edildi və bu, göydən hədiyyə kimi düşmədi. Bunu biz etdik, milli hərəkat etdi, erməni ümummilli hərəkatı və onun hərbi qanadı, özünümüdafiə batalyonları, bizim "Yerkrapa" dəstəsi. Həmçinin Qarabağ. Bu gün bütün Artsax (Qarabağ - red.), o cümlədən digər torpaqlar ermənilərin əlindədir".

Dünya erməniliyinin pulları hesabına kor gözlərin görmədiyini, kar qulaqların eşitmədiyini bu video necə də real əks etdirir!

Ermənistanın birinci faşist prezidenti Ter-Petrosyan: "Bu problem həll edildi, göydən hədiyyə  kimi düşmədi" - deyərkən hansı "problem"i nəzərdə tuturdu?

* Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə aparmasını!

* Azərbaycanlıların dədə-baba torpaqlarından zorla qovulmasını!

* Demoqrafiyanın süni şəkildə dəyişdirilməsi sayəsində sözügedən ərazilərdə erməni millətinin çoxluğunun təmin edilməsini!

Sonrakı cümlədə isə: "Bunu biz etdik, milli hərəkat etdi, erməni milli hərəkatı və onun hərbi qanadı, özünümüdafiə batalyonları, bizim "Yerkrapa" dəstəsi" - deyərkən isə baş verənləri dəqiqləşdirir.

Soyqırımların, dinc əhaliyə qarşı qəddarlıqların, insanların məhkəməsiz, təqsirsiz öldürülərək kütləvi məzarlıqlarda gizlədilmələrinin təşkilatçıları və icraçıları göstərilir.

Müzəffər Ali Baş Komandan İlham Əliyev tarixin ədalətsiz gedişini dəyişdi!

"Dəmir yumruq" "Qarabağ problemi"ni birdəfəlik və əbədi həll etdi!

Daha "artsax - martsax" yoxdur!

Qərbi azərbaycanlıların doğma torpaqlarına qayıdışı isə zaman məsələsidir.

O da həllini tapacaqdır!

***

Ermənistan həmişə bütün murdar əməllərə birinci başlayıb və sonda ağır məğlubiyyətə düçar olub.

Bu, Türkiyəyə xəyanətdə də belə oldu.

Azərbaycan xalqının mərhəmətinə, alicənablığına deportasiya, soyqırımlar, işğalla cavab verəndə də belə oldu.

İndi isə Rusiyaya buynuz göstərir, nəticənin isə yenə əvvəlkilər kimi olacağı heç bir şübhə doğurmur.

* Çünki həmişə başından böyük danışaraq başından böyük əməllərə qol qoyur.

* Çünki həmişə xəyanət edərək əzilsə də, yenə murdarlığından əl çəkmir.

* Çünki həmişə aza qane olmaq istəmir.

* Çünki həmişə özgə ağzı ilə hürür.

* Çünki heç zaman başına gələnlərdən düzgün nəticə çıxarmır.

Ağılsızlıq bəlası daim onu təqib edir!

ATƏT-in Minsk qrupunun otuzillik fəaliyyətsizliyi dövründə çox təkliflər, çox təşəbbüslər oldu.

Ermənistan heç biri ilə razılaşmadı.

Qudurdu, ayağını yüksək pilləyə qoydu.

Elə sandı ki, Azərbaycan həmişə zəif olacaq, axıradək məsələnin sülh yolu ilə həll olunacağını gözləyəcək.

Görürdü ki, kimsə ona nə təsir edir, nə təzyiq göstərir, nə də sanksiya qoyur.

ATƏT isə nə üçün yaradıldığını unudaraq "siz öz aranızda hansı razılığa gəlsəniz, biz onu dəstəkləyəcəyik" - deyir.

Torpaq oğrusu ilə torpağı oğurlanan arasında hansı razılıq ola bilərdi?!

Həmsədr dövlətlərin onun nazı ilə oynadıqlarını, bu üsulla müdafiə etdiklərini görən Ermənistan hətta Azərbaycanın təklif etdiyi "dünyada mövcud olan ən yüksək status"la belə razılaşmadı.

"Sülh danışıqları oyunu"nu sonsuzadək uzatmaq, Azərbaycanın belə vəziyyətdən bezərək "DQMV"yə (öz "terminləri" ilə desək, "artsax"a) müstəqillik verəcəyi xülyası ilə yaşayırdılar.

Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə etdiyi xəbərdarlıqlardan: 

* "Biz heç zaman torpaqlarımızın işğalı ilə barışmayacağıq!"

* "Biz bir qarış torpağımızı belə kimsəyə güzəştə getməyəcəyik!"

* "Biz öz ərazimizdə ikinci erməni dövlətinin yaradılmasına yol verməyəcəyik!" - bəyanatlarından lazımi nəticə çıxarmadılar!

Hətta iş o yerə çatdı ki, sorosçu baş nazir Paşinyan içib sərxoş olaraq "Qarabağ Ermənistandır və nöqtə" söyləməklə, əslində, bütün sülh danışıqlarına nöqtə qoymuş oldu!

Nəhayət, növbə "dəmir yumruğ"a çatdı!

 * "Dəmir yumruq" 44 gündə Ermənistan ordusunu diz çökdürərək işğal altındakı torpaqlarımızı azad etdi!

* "Dəmir yumruq" ərazi bütövlüyümüzü bərpa etdi!

* "Dəmir yumruq" dövlət suverenliyini və Konstitusiya əsaslarını da təmin etdi!

Bütün bunların sayəsində Müzəffər Ali Baş Komandan İlham Əliyev Cənubi Qafqazda yeni reallıqlar yaratdı.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində cənab İlham Əliyev bu barədə qürurla danışdı:

"Cənubi Qafqazda yeni reallıqları biz yaratdıq. Vətən müharibəsi bu reallıqları yaratdı, dövlət suverenliyimizin bərpası bu reallıqları daha da gücləndirdi və biz Cənubi Qafqazda yaratdığımız yeni reallıqları diplomatik, beynəlxalq və siyasi müstəvidə təsdiqlədik. Bütün dünya yeni reallıqları qəbul edib".

***

Bu gün Ermənistanın boynuna ip dolayaraq onu meymun kimi oynadanlar var.

ABŞ, Avropa İttifaqı, o cümlədən xüsusən Fransa məğlub ölkəyə pul buraxır, birgə hərbi təlimlər keçirir, sərhəddə əli durbinli casus şəbəkəsi yerləşdirirlər.

Hindistan və Yunanıstan vasitəsilə sürətlə silahlandırırlar.

Əhalisi dilənçi vəziyyətinə düşərək sürətlə Ermənistanı tərk etməsinə baxmayaraq, bu ağılsız xalq yenidən küyə gedir, revanşizm xülyasına düşür.

Otuz il əvvəlki səhvlərini yenidən təkrar etmək istəyir!

Amma 4-5 il əvvəl II Qarabağ müharibəsində baş verənləri, deyəsən, unudur.

Onu qızışdıranlar, silahlandıranlar yeni müharibənin başlayacağı təqdirdə hərbi əməliyyatlarda iştirak etməyəcəklər!

Yenə ölən də, itirən də, miskin günə düşən də erməni xalqı olacaq!

Heç bir rus, amerikalı, fransalı, yunan, hindistanlı gəlib Ermənistanın əvəzinə vuruşaraq özgə torpaqlarının işğalı uğrunda döyüşlərdə canını qurban verməyəcək!

Niyə də versin!

Silahını satır, pulunu alır, qalanı onluq deyil!

Siyasətdə "biclik", oyunbazlıq keçir - o da baxır necə!

Müharibədə isə bütün oyunlara son qoyulur - qarşı-qarşıya, açıq döyüşlərdə!

Siyasətdə hansısa dövləti yola vermək mümkündür!

Müxtəlif üsul və vasitələrlə!

Müharibədə isə iki qütb olur: qalib və məğlub tərəf!

44 günlük Zəfər müharibəsi isə bütün bunlara son qoydu!

Getmiş qatarın ardınca həsrətlə baxmaq olar, ona çatmaq isə mümkün deyil!

***

Biz Qarabağı qan tökərək azad etmişik!

Biz Qarabağı can verərək azad etmişik!

Biz Qarabağı qurbanlar bahasına azad etmişik!

Biz Qarabağı şəhidlərimizin sayəsində azad etmişik!

Biz Ermənistanın yenidən silahlanmasına yol verə bilmərik!

Biz Ermənistanın kimlərəsə arxalanaraq bizə meydan oxumasına yol verə bilmərik!

Biz Ermənistanın bizdən qisas almasına imkan vermərik!

Biz öz torpağımızda döyüşərək qalib gəlmişik!

Daha kimsə öz torpağımızda bizə üstün gələ bilməz!

"Dəmir yumruğ"un yaradıcısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi: "Bizimlə bu bölgədə hərbi müstəvidə heç bir qüvvə rəqabət apara bilməz. Ona görə bir daha deyirəm, hələ ki gec deyil, bu təhlükəli yoldan geri qayıtsınlar. Cənubi Qafqaz sülh, əmin-amanlıq, əməkdaşlıq bölgəsi olmalıdır".


Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyənin ətraf mühit strukturları kömürdən imtinaya və bərpaolunan enerjidən istifadə etməyə çağırıb

20:52
14 Yanvar

İran: “Avroüçlük”lə Cenevrədə danışıqlar konstruktiv keçib

20:05
14 Yanvar

Milli Məclis Aparatının nümayəndə heyəti Ankarada səfərdədir

19:49
14 Yanvar

Yerli sahibkarlar və Türkiyənin regionları arasında biznes əlaqələrinin inkişafı müzakirə edilib  

19:47
14 Yanvar

Ağdam Sənaye Parkının rezidenti məhsul ixracına başlayıb  

19:45
14 Yanvar

Səudiyyə Ərəbistanı 4-cü Beynəlxalq Media Forumuna ev sahibliyi edəcək

19:44
14 Yanvar

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası yeni layihəyə start verib

18:56
14 Yanvar

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib YENİLƏNİB

18:54
14 Yanvar

Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellendən  

18:52
14 Yanvar

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 13 faizdən çox artıb

18:52
14 Yanvar

Rusiya XİN-in rəhbəri: Region ölkələri bütün problemləri öz qonşuları ilə həll etməlidir  

18:49
14 Yanvar

Papuaşvili: Siyasətdən qovulmuş Mixail Rot Gürcüstanda insanlar arasında düşmənçilik yaratmağa çalışır  

17:51
14 Yanvar

MSK-nın sədri: 68 min 869 yerli müşahidəçi akkreditasiyadan keçib  

17:50
14 Yanvar

Məzahir Pənahov: Müvəqqəti məntəqələrlə birlikdə 5846 məntəqədə səsvermə keçiriləcək  

17:18
14 Yanvar

S.Lavrov: Moskva Rusiya-Azərbaycan münasibətlərini yüksək qiymətləndirir  

17:03
14 Yanvar

“X”də köklü yeniliklər ediləcək

17:00
14 Yanvar

Daha bir nəfərə beyin implantı köçürülüb  

16:45
14 Yanvar

“Təbiət səfirləri” ekoloji maarifləndirilmə layihəsi keçirilib  

16:44
14 Yanvar

Ötən il istehlakçılara qaytarılan ƏDV 179 milyon manatdan çox olub

16:39
14 Yanvar

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilir

16:38
14 Yanvar

HƏMAS və İsrail atəşkəs sazişini bu gün elan edə bilərlər  

16:36
14 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!