12 Yanvar 2025 08:05
1249
CƏMİYYƏT
A- A+
Məmnun vətəndaş - güvənli dövlət

Məmnun vətəndaş - güvənli dövlət


Prezident İlham ƏLİYEV: "Azərbaycan vətəndaşları ildən-ilə daha yaxşı yaşamalıdırlar"


İqtisadi cəhətdən ilbəil güclənən Azərbaycanda əhalinin sosial müdafiəsi və rifahı da yüksəlir. Sosial müdafiə və rifahın yüksəlməsi isə cəmiyyətin inkişafını stimullaşdıran əsas şərtdir. Bu, dünyanın hər yerində belədir. 

Ölkəmizdə də həyata keçirilən sosial siyasətin mərkəzində vətəndaşın rifahının təminatı dayanır. "Azərbaycan sosial dövlətdir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, onun problemləri, onun təhlükəsizliyi, onun xoşbəxtliyi dayanır" - dövlət başçısının  bu sözləri onun tapşırıqları əsasında ardıcıl olaraq həyata keçirilən, o cümlədən son illər bir-birinin ardınca reallaşdırılan və hər biri neçə-neçə vətəndaşın rifahının dəstəklənməsində önəmli rol oynayan sosial islahatlarda aydın və əməli təsdiqini tapır. 

Azərbaycanın təməl sütunlarını təşkil edən sahələrdən biri də, əlbəttə ki, düzgün aparılan sosial-iqtisadi inkişafdır. Dövlətin sosial siyasətinin mərkəzində isə, qeyd etdiyimiz kimi, Azərbaycan vətəndaşının sosial güvənliyinin, əhalinin rifahının gücləndirilməsi dayanır. O üzdən bu gün Azərbaycan sosial islahatlar baxımından bir çox ölkəyə nümunədir.

Məlum olduğu kimi, Prezident İlham Əliyevin sərəncamı ilə milyonlarla insanın sosial təminatında böyük irəliləyişlərə səbəb olan növbəti islahatlar paketi  həyata keçirilməyə başlayıb. Ötən illər ərzində həyata keçirilən sosial islahatlar paketi çərçivəsində milyonlarla insanın sosial təminatında böyük irəliləyişlər əldə edilmişdir. Minimum pensiya 2,5, orta aylıq pensiya 2,4, müavinət və təqaüd ödənişləri 5 dəfəyə qədər artırılmışdır. Əmək müqavilələrinin sayının son 6 ildə 600 mindən çox (50 faizədək) artması işçi hüquqlarının qorunması, formal məşğulluğun genişləndirilməsi və əmək bazarında şəffaflığın artırılması baxımından mühüm irəliləyişdir. Bu rəqəmlər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin Azərbaycanı rifah cəmiyyətinə çevirmək istiqamətində uğurlarını nümayiş etdirir.

Dəfələrlə Azərbaycanın sosial sahəyə çox böyük diqqət göstərən ölkə olduğunu vurğulayan Prezident İlham Əliyev bir neçə gün əvvəl yerli televiziya kanallarına verdiyi müsahibəsində demişdir ki, bu il yanvarın 1-dən minimum əməkhaqqı 55 manat artırılaraq 400 manata çatdırılıb. Minimum pensiya isə 40 manat artımla 320 manat olub. Bunlar orta hesabla 14-15 faiz artım deməkdir. Qarşısında Qarabağın bərpası kimi böyük işlər olan  bir ölkədə sosial sahəyə diqqət yetirmək, əlbəttə ki, dövlətin sosial siyasətinin mahiyyətini göstərir. Çünki: "...Azərbaycan vətəndaşları ildən-ilə daha yaxşı yaşamalıdırlar. Əgər biz bu artımı inflyasiyanın dərəcəsi ilə müqayisə etsək, - hansı ki, keçən il 2 faizdən bir qədər çox idi, - yəni bu artım məhz az müdafiə olunan təbəqə üçün dövlət tərəfindən növbəti yardımdır. Hər şey cəmiyyətdə də, siyasətdə də, ailədə də ədalətli olmalıdır və sosial ədalət prinsipləri həmişə bizim üçün vacib olub. İmkan yarandıqca, biz ilk növbədə, bu sahəni də, necə deyərlər, diqqətdə saxlamışıq. Bundan sonra da sosial və iqtisadi inkişaf yanbayan gedəcək. İqtisadi imkanlar artdıqca biz daim sosial məsələlərin həllinə - minimum əməkhaqqı, pensiya, sosial müavinətlərin artırılması məsələlərinə də daim diqqət göstərəcəyik", - deyə Prezident müsahibəsində bildirmişdir.

Dövlət başçısı bu müsahibəsində yeni islahat paketinin əhəmiyyətini vurğulayaraq Azərbaycanın həm sosial sahədə, həm də iqtisadi inkişafda tarazlı yanaşma sərgilədiyini də demişdir. "Azərbaycan vətəndaşları ildən-ilə daha yaxşı yaşamalıdırlar" - deyən Prezident son illər ərzində həyata keçirilən sosial paketlər çərçivəsində 7 milyard manatdan çox vəsaitin xərcləndiyini vurğulamışdır. Bununla yanaşı, iqtisadi imkanların artması fonunda sosial məsələlərin - minimum əməkhaqqı, pensiya və sosial müavinətlərin artırılması kimi məsələlərin həllinə hər zaman diqqət yetiriləcəyini bəyan etmişdir. Bu yanaşma isə sosial siyasətin dövlət idarəetməsində əsas prioritetlərdən olduğunu bir daha təsdiqləyir. 

Əhalinin sosial təminatının gücləndirilməsinə yönəlmiş beşinci islahat paketi pensiyaların indeksləşdirilərək artırılması da daxil olmaqla ümumilikdə 3 milyon insanı əhatə edir. Həmin şəxslərə yönələn əməkhaqqı, pensiya, müavinət və təqaüdlərin artırılması üçün əlavə olaraq 1,4 milyard manat ayrılıb. Bu islahat paketi ölkənin sosial sahədəki ən mühüm addımlarından biri olmaqla geniş əhali təbəqəsinin maddi təminatını yaxşılaşdırmağa yönəlib. Məlumat üçün bildirək ki, 2018-2025-ci illər ərzində sosial ödənişlərin artırılması məqsədilə ayrılan əlavə illik vəsaitin həcmi 7,6 milyard manata çatıb.

Azərbaycanın  geniş məzmunlu sosial siyasətində əhalinin, xüsusən aztəminatlı təbəqənin gəlirlərinin artırılması xətti xüsusi yer tutur. Yeni sosial paket çərçivəsində əməkhaqlarının və pensiyaların artırılması məhz buna xidmət edir. Qeyd edək ki, 2023-cü ildə pensiyaların artımı 14,7, 2024-cü ildə isə 11,2 faiz olmuşdur. Bu da həmin təbəqədən olan insanların gündəlik həyatına müsbət təsir etmişdir. Burada mühüm bir yeniliyi vurğulayaq: 2023-cü ilin əvvəlindən pensiya artımı sahəsində vahid indeksasiya üsuluna keçilib. Bu üsul hər ilin əvvəlində vahid yanaşma ilə bütün kateqoriyalardan olan pensiyaçıların təqaüdlərinin indeksləşdirilərək artırılmasına imkan verir. Bu yanaşma pensiyaçıların haqlarının qorunması və daha ədalətli şəkildə artımın həyata keçirilməsi üçün çox gərəkli bir addımdır. 

Həyata keçirilən sosialyönümlü islahatlar insanların təkcə maddi rifahına deyil, həm də mənəvi-psixoloji durumuna müsbət təsir göstərir. İlk növbədə əhalinin öz dövlətinə inamını artırır ki, bu da dövlət-vətəndaş münasibətində önəmli şərtdir.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qırğızıstan nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib  

11:33
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

Timişoarada Azərbaycan Rumıniya münasibətləri barədə müzakirə aparılıb  

20:20
06 Dekabr

Almaniya Kansleri İordaniya və İsrailə səfər edib  

19:51
06 Dekabr

Misli Premyer Liqasında XIV tura start verilib  

19:21
06 Dekabr

Cənubi Afrikada bir otelə basqın nəticəsində 11 nəfər qətlə yetirilib  

17:53
06 Dekabr

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib YENİLƏNİB  

17:48
06 Dekabr

 Xalq artisti Qədir Rüstəmovun anadan olmasının 90 illiyi qeyd edilib

17:41
06 Dekabr

Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi olub

16:59
06 Dekabr

Kişineuda xeyriyyə yarmarkasında Azərbaycan öz stendi ilə təmsil olunub  

16:21
06 Dekabr

ABŞ Prezidenti Donald Tramp Prezident İlham Əliyevə təşəkkür edib

16:07
06 Dekabr

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampdan

16:00
06 Dekabr

D-8 ölkələrinin Gənclər Dialoqunun açılış mərasimi keçirilib YENİLƏNİB 

15:53
06 Dekabr

Ombudsman Aparatının nümayəndələri Cenevrədə səfərdədirlər  

15:51
06 Dekabr

“Türkiye” qəzeti: Türkiyənin sərhəd əyalətlərində Zəngəzur Dəhlizinin açılışına hazırdırlar  

15:40
06 Dekabr

Sudanın Cənubi Kordofan vilayətində 79 mülki şəxs qətlə yetirilib  

15:37
06 Dekabr

Azərbaycan ilə Gürcüstan arasında təhsil və elm sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub  

15:37
06 Dekabr

Yalçın Rəfiyev: Bakıda yeni D-8 mərkəzləri açmaq niyyətindəyik  

15:35
06 Dekabr

Azərbaycan gənclərinin COP29 təcrübəsini D-8-ə üzv ölkələrin gəncləri ilə bölüşmələrini istəyirik 

15:32
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!