09 Yanvar 2025 08:20
193
SİYASƏT
A- A+
Qərbin anti-Azərbaycan ritorikası faydasızdır

Qərbin anti-Azərbaycan ritorikası faydasızdır


İrəvanı silahlandıraraq bölgədə sülhü təhdid edən qüvvələrə qarşı seyrçi mövqedə qalmayacağıq 


Azərbaycanın son dörd il ərzində qazandığı ardıcıl qələbələr Cənubi Qafqazı təsir dairəsinə salmaq istəyən Qərb təsisatlarının məkrli planlarını alt-üst etdiyi üçün onlar ölkəmizə qarşı dayanmadan siyasi hücumlar edirlər. Ötən ilin noyabrında Bakıda keçirilən COP29 isə, necə deyərlər, Azərbaycanın düşmənlərinin özlərini açıq şəkildə göstərdikləri daha bir platforma oldu. Hələ COP29 başlamamışdan ölkəmizlə bağlı Qərbdə başladılan anti-Azərbaycan təbliğatı bu qlobal tədbirin boykot edilməsinə yönəlmişdi. Amma bu dəfə də ermənipərəst qüvvələr Azərbaycanın qətiyyətli səyləri qarşısında məğlub duruma düşdülər.   

Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində məhz bu məqama xüsusi vurğu edərək bildirdi ki, COP29-u siyasi motivlər səbəbindən boykot etmək cəhdləri olduqca gözlənilməz idi: "Hesab edirəm ki, bu tədbirə evsahibliyi etmiş heç bir ölkə bu dərəcədə müqavimətə rast gəlməmişdir. Lakin biz bunun da öhdəsindən gələ bildik. Boykot uğursuz oldu". 

Dövlətimizin başçısı söylədi ki, bəzi ölkələr, xüsusilə də Fransa əlindən gələni edirdi ki, tədbiri gözdən salsın: "Həmkarlarımdan aldığım məlumata görə, Fransa prezidenti şəxsən onlara zəng edərək Bakıya getməməyi tövsiyə edirmiş. Yəni liderlərin buraya səfər etmələrinin qarşısını almaq üçün hətta belə vasitəyə də əl atılmışdır. Lakin bu da uğursuz oldu. Səksən dövlət və hökumət başçısı Bakıya səfərə gəldi və bu, bir daha Azərbaycanın etibarlı tərəfdaş olduğunu nümayiş etdirdi".

Bəşəriyyətin taleyinin müzakirə olunacağı, mühüm qərarlar qəbul ediləcəyi bu qlobal iqlim tədbirində Avropa Komissiyasının Prezidentinin iştirak etməməsi də Azərbaycana qarşı birbaşa qərəzin göstəricisi idi. 

Təbii ki, ermənipərəst Emmanuel Makron və Ursula fon der Lyayen kimi "siyasətçi"lərin sərgilədikləri insanlıq əleyhinə bu davranışlar COP29-un tarixi uğur qazanmasına, Bakı nailiyyətinə zərrə qədər xələl gətirmədi, əksinə, qərəzli Qərb siyasətçilərinin cılızlığını göstərdi. 


Makronun maniyası və ya acizliyinin etirafı...


Azərbaycanın Qarabağ zəfəri Qərbdəki erməni havadarlarının yuxularına haram qatıb. Ələlxüsus da yarıtmaz siyasəti ilə Fransanın dünyadakı nüfuzunu yerlə bir edən Emmanuel Makron işğalçı və təcavüzkar Ermənistanın siyasi, diplomatik, hərbi müstəvidə darmadağın edilməsini özünə şəxsi dərd edib. Hətta Makron adlı bu siyasi məddahın Azərbaycana kini o həddədir ki, Xurşidbanu Natəvanın Fransadakı heykəlinə vandal hücum təşkil etməklə ölkəmizdən qisas almağa çalışıb. Sadəcə bu iyrəncliyin özü Makronun bir zamanlar dünyanın mədəniyyət mərkəzi sayılan Fransanı hansı acınacaqlı günə qoymasını gözlər önünə sərir. Vəziyyət o dərəcə tragikomik hala çatıb ki, Makron bu gün daxili və xarici siyasətindəki bütün uğursuzluqlarının günahını Azərbaycanda axtarır. O, elə bu günlərdə etdiyi çıxışında da ölkəmizə qarşı ittiham səsləndirməkdən özünü saxlaya bilməmişdi. 

"Görünür ki, cənab Makron Azərbaycansız yaşaya bilmir. Onda hansısa belə bir maniya yaranıb və bütün günahlarını bizim üstümüzə atmaq istəyir", - deyə yuxarıda sözügedən müsahibəsində E.Makronun Azərbaycana qarşı sərgilədiyi qərəzli davranışa münasibət bildirən Prezident İlham Əliyev söylədi ki, əslində, bu açıqlama öz acizliyinin etirafıdır. Özlərini böyük dövlət adlandıran bir prezident, sən demə, uzaqda - Qafqaz bölgəsində yerləşən, 10 milyon əhalisi olan ölkənin əməllərindən əziyyət çəkir. Halbuki bizim bu Fransanın daxili işləri ilə bağlı heç bir işimiz yoxdur. Sadəcə olaraq, qeyri-normal yanaşma, qeyri-adekvat siyasət buna gətirib çıxarıb.


"Artıq Ermənistana göndərilmiş silahlar geri qayıtmalıdır"


Ermənistanın Qərb havadarları İkinci Qarabağ müharibəsindən sonra onu sürətlə silahlandırır. Əlbəttə ki, yenə də bu siyahıya Fransa başçılıq edir. Son günlərini yaşayan Bayden administrasiyası da ötən müddətdə ermənipərəstlik edərək ölkəmizə qərəz nümayiş etdirir, Ermənistanı müharibəyə qızışdırırdı. Hətta ortada ötən il aprelin 5-də Amerikanın dövlət katibi, Avropa Komissiyasının prezidenti və xarici işlər naziri, Ermənistan baş nazirinin bir araya gəldiyi Brüssel görüşünün hərbi komponentlər ehtiva etməsi faktı da var. Ancaq Azərbaycan Ermənistan üzərindən bölgəyə yerləşmək kimi çirkin planlar quran kollektiv Qərbə və müharibə eyforiyasına qapılan İrəvana qəti şəkildə xəbərdarlıq edir ki, bu bədnam əməllərini dayandırsınlar. 

Yerli televiziya kanallarına müsahibəsində ölkəmizin rəhbəri bəyan edib: "Biz, sadəcə olaraq, müşahidəçi kimi buna tamaşa edəsi deyilik. Ermənistan silahlanmanı dərhal dayandırmalıdır. Ona silah verən Fransa və digər ölkələr o kontraktlara xitam verməlidir, ləğv etməlidir. Artıq Ermənistana göndərilmiş silahlar geri qayıtmalıdır. Bu, bizim şərtimizdir: "İndi kim bunu necə istəyir, elə də qəbul etsin. Mən sözümü deyirəm, onlar da bilirlər, onların arxasında duranlar da bilirlər ki, əgər biz nəyisə deyiriksə, deməli, artıq bu məsələyə çox ciddi yanaşırıq".

Bütün bunlar da göstərir ki, siyasi, hərbi, iqtisadi gücü durmadan artan Azərbaycanı Qərbin gözü götürmür. Buna görə də müxtəlif vasitələrlə ölkəmizə siyasi təzyiqlər göstərməyə çalışır, İrəvana hərbi dəstək verərək regionda yenidən münaqişə ocağı yaratmağa cəhd edir. Ancaq öz qüvvəsinə ərazi bütövlüyünü, suverenliyini tam təmin edən Cənubi Qafqazın lider ölkəsi Azərbaycan bundan sonra da milli maraqlarını təhdid edən istənilən gücü yerinə otuzdurmaq qüdrətindədir.     


Yasəmən MUSAYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qərbi Azərbaycan İcması Ermənistanın baş nazirini dialoqa çağırıb

18:47
09 Yanvar

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

18:46
09 Yanvar

Ağdamda Azərbaycanda ilk dəfə elektromobillərin şarj cihazları istehsal ediləcək  

18:45
09 Yanvar

Zelenski: Ukrayna bu il müharibəni bitirmək üçün əlindən gələni edir

17:20
09 Yanvar

AQTA sədri sahibkarları dinləyib

17:19
09 Yanvar

ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayırıb

17:09
09 Yanvar

Milli Olimpiya Komitəsi ilə Azərbaycan Respublikası Kino Agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb

17:07
09 Yanvar

Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinə başsağlığı verib

16:21
09 Yanvar

Kaliforniyada meşə yanğınları məşhurların evlərini məhv edib

16:18
09 Yanvar

Gürcüstanın Baş naziri Zati-aliləri cənab İrakli Kobaxidzeyə

16:16
09 Yanvar

“Qarabağ” yoxlama oyununda "Kəpəz"ə böyük hesabla qalib gəlib  

15:59
09 Yanvar

Sorğu: Fransalıların böyük əksəriyyəti yeni hökumətdən narazıdır  

15:26
09 Yanvar

MOK-da əməkdaşlıq memorandumu imzalanıb

15:17
09 Yanvar

Vaqif Cavadov: Uğur qazanmaq üçün əlimdən gələn hər şeyi edəcəyəm

15:16
09 Yanvar

Peskov Ermənistana Aİİ-də iştirakın faydalarını xatırladıb

15:15
09 Yanvar

Ekranı şaquli uzanan ilk noutbuk nümayiş olunub

15:12
09 Yanvar

Papa Fransisk COP29-un əhəmiyyətindən danışıb

15:10
09 Yanvar

“Samsung” yeni məhsullarını təqdim etməyə hazırlaşır

14:56
09 Yanvar

Rumıniyada təkrar prezident seçkiləri may ayında keçiriləcək

14:55
09 Yanvar

Ermənistan hökuməti ehtiyatda olan hərbçiləri təlimlərə cəlb edir

14:47
09 Yanvar

Tibet zəlzələsindən sonra 1211 afterşok qeydə alınıb

14:37
09 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!