08 Yanvar 2025 09:00
294
Mədəniyyət
A- A+
Mədəniyyətimizin hamisi

Mədəniyyətimizin hamisi


Dünyanın ən qədim xalqlarından biri olan Azərbaycan xalqının mədəniyyəti, incəsənəti, ədəbiyyatı özünəməxsus olduğu qədər də dolğun və zəngindir. Bu özünəməxsusluq və zənginlik ilk növbədə onun tarixinin qədimliyindən xəbər verir. Tarixi abidələri, ədəbi-bədii və incəsənət əsərləri Azərbaycanın mədəni irsinin, mənəvi xəzinəsinin ən dəyərli nümunələridir.

Azərbaycan xalqı hər bir dövrdə özünün tarixi, maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə haqlı olaraq fəxr edib. Prezident İlham Əliyevin vurğuladığı kimi: "Azərbaycanın zəngin və təkrarolunmaz mədəniyyəti bizim qürur mənbəyimizdir. Biz öz mədəniyyətimizi, mədəni irsimizi qorumalıyıq. Əsrlər boyu xalqımız öz mədəniyyətini qoruyub və bu, imkan verib ki, biz xalq kimi, millət kimi milli-mənəvi dəyərlərimizi, milli mənsubiyyətimizi qoruya bilək. Uzun illər ərzində Azərbaycan müstəqillikdən məhrum idi, xalqımız başqa dövlətlərin tərkibində yaşayırdı. Buna baxmayaraq xalqımızın iradəsi, milli köklərə bağlılığı imkan vermədi ki, xalqımız assimilyasiyaya uğrasın. Bizim mədəniyyətimiz milli mənsubiyyətimizi qorumaq üçün başlıca rol oynayıbdır".

Dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan mədəniyyətinin qorunub saxlanılması, inkişaf etdirilməsi və dünya miqyasında təbliği istiqamətində daha geniş işlər görülməyə başlandı. Son illər tariximizin, ədəbiyyatımızın, milli-mənəvi dəyərlərimizin, mədəniyyətimizin qorunması və inkişafı istiqamətində də daha böyük, ardıcıl tədbirlər həyata keçirilir. Görülən işlər, reallaşdırılan layihələr nəticəsində bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əsaslı nailiyyətlər əldə edilib. Dövlət başçısı İlham Əliyevin verdiyi qərarlar, imzaladığı fərman və sərəncamlar mədəniyyətimizin, incəsənətimizin, ədəbiyyatımızın inkişafına stimul yaradır, əsaslı islahatların həyata keçirilməsi ilə nəticələnir. 


Prezident İlham Əliyevin ilk qərarlarından biri


Müstəqil respublikamızın həyatının müxtəlif sahələrində aparılan islahatlar içərisində latın qrafikalı Azərbaycan əlifbasının bərpa edilməsi böyük tarixi əhəmiyyət kəsb edirdi. Dövlət müstəqilliyinin başlıca rəmzlərindən biri sayılan ana dilinə dövlət qayğısının daha da artırılmasını təmin etmək, Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin ən gözəl nümunələrini müasir dövrdə təbliğ etmək və gələcək nəsillərə çatdırmaq məqsədilə Azərbaycan dilində əvvəllər Kiril qrafikasında çap olunmuş əsərlərin latın qrafikası ilə yenidən nəşrinin kütləvi şəkildə həyata keçirilməsi zərurətini nəzərə alaraq 2004-cü il yanvarın 12-də Prezident İlham Əliyev "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" sərəncam imzadı. Qısa müddətdə bu istiqamətdə böyük və təqdirəlayiq işlər həyata keçirildi. Prezident İlham Əliyev  2019-cu ildə mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşdə bildirdi: "Yadımdadır, elə ilk qərarlarımdan biri də o idi ki, Azərbaycan klassiklərinin əsərlərini latın qrafikası ilə çap etdirək. Çünki bir qədər anlaşılmayan vəziyyət yaranmışdı. Biz tam olaraq latın qrafikasına keçmişdik və təhsil də latın qrafikası ilə aparılırdı. Ancaq bizim bütün klassiklərimizin kitabları vaxtilə Kiril qrafikası ilə çap olunmuşdu. Ona görə şagirdlər, tələbələr onları oxuya bilmirdilər. O vaxt bizim o qədər də maddi imkanlarımız yox idi. 2004-cü ildə biz bu qərara gəldik. Baxmayaraq ki, maddi vəziyyətimiz çox məhdud idi, biz qısa müddət ərzində bunu da etdik. Nəinki Azərbaycan klassiklərinin, dünya ədəbiyyatının klassiklərinin kitabları latın qrafikası ilə çap olundu".

Prezident İlham Əliyev Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərinin, elm, ədəbiyyat və incəsənət adamlarının, mədəniyyət işçilərinin yubileylərinin keçirilməsi, onlara fəxri adların və dövlət mükafatlarının verilməsi, orden və medallarla təltif edilməsi, prezident təqaüdlərinin təyinatı barəsində yüzlərlə olduqca əhəmiyyətli, vacib sərəncamlar imzalayıb. 

Yalnız respublikamızın deyil, eyni zamanda dünya ədəbiyyat xəzinəsini ölməz əsərləri ilə zənginləşdirmiş dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Prezident İlham Əliyevin sərəncamına əsasən, 2019-cu il "Nəsimi ili" elan edildi. Sərəncamda bildirildi ki, Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsi bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malikdir: "Şərq xalqlarının mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutan Nəsimi yaradıcılığı uzun illərdən bəri elmi-ədəbi fikrin diqqət mərkəzindədir. Şairin irsinin ölkəmizdə sistemli tədqiqi və təbliği Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyinin keçirildiyi vaxta təsadüf edir. Böyük söz ustasının 600 illiyinin UNESCO-nun görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin yubileyləri siyahısına daxil edildiyi və beynəlxalq miqyasda qeyd olunduğu həmin dövrdən etibarən Nəsimi ilə bağlı çox sayda araşdırma aparılmışdır. Qüdrətli şairin yaradıcılığının üzə çıxarılan əlyazma nüsxələri əsasında öyrənilməsi Azərbaycan dili və ədəbiyyatı tarixinin tədqiqində yeni mərhələ açmışdır. Nəsiminin əsərləri ölkəmizdə dəfələrlə işıq üzü görmüşdür. Şairin əsərləri Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar 2004-cü il tarixli sərəncamına əsasən, kütləvi tirajla nəşr olunaraq ölkə kitabxanalarına hədiyyə edilmişdir". 

İmadəddin Nəsiminin vəfatının 600 illiyi 2017-ci ilin mayında Parisdə UNESCO-nun baş qərargahında qeyd olundu. 2018-ci ilin sentyabrında isə respublikamızda ilk dəfə Nəsimi şeir, incəsənət və mənəviyyat festivalı təşkil edildi.

2021-ci il Azərbaycanın dünyaşöhrətli şair və mütəfəkkirinin adı ilə unudulmaz oldu. Dövlət başçısı İlham Əliyev 2021-ci ilin ölkəmizdə "Nizami Gəncəvi ili" elan edilməsi ilə bağlı sərəncam imzaladi. Bu sərəncam klassik ədəbi irsimizə, milli ədəbiyyatımızın və mədəniyyətimizin görkəmli simalarının əsərlərinin təbliğinə Azərbaycan dövlətinin xüsusi diqqətinin və böyük qayğısının növbəti təzahürü oldu. Müasir dövrdə dahi Nizami Gəncəvinin həyatı və zəngin bədii irsinin də bütün istiqamətlər üzrə tədqiq və təbliğinə geniş şərait yarandı. Qüdrətli soz ustasına həsr olunmuş silsilə tədbirlər ilboyu davam etdirildi.

Prezident İlham Əliyevin imzaladığı sərəncamlara əsasən, mədəniyyət, incəsənət, ədəbiyyat və digər sahələrin inkişafında xidmətlər göstərmiş istedadlı sənətkarların xatirələri əbədiləşdirilir, abidələri ucaldılır, küçə və meydanlara, təhsil ocaqlarına onların adları verilir.

44 günlük Vətən müharibəsində qazandığımız Böyük Zəfər nəticəsində 30 ilə yaxın Ermənistanın işğalı altında qalmış Qarabağ və Şərqi Zəngəzur azad olundu. Erməni vandalları işğal dövründə həmin ərazilərimizdə olan həm müasir, həm də tarixi əhəmiyyətli tikililəri uçurub dağıtmışdılar. Muzeylərimizi talamış, bütün qiymətli eksponatları daşıyıb aparmışdılar. İndi Qarabağda və Şərqi Zəngəzurda Böyük qayıdış proqramı uğurla reallaşdırılır. Yaşayış məskənləri yenidən qurulur, keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıdırlar. 

Vətən müharibəsində nail olduğumuz şanlı qələbə mədəniyyətimizin inkişafına da təkan verdi. Qəsbkarların zülmündən qurtulmuş Qarabağ və Şərqi Zəngəzurda muzeylər, mədəniyyət ocaqları yenidən qurulur, tarixi abidələr bərpa olunur. 

Hələ 2021-ci ildə Prezident İlham Əliyev bildirdi ki, Şuşada Vaqif Poeziya Günləri və "Xarıbülbül" festivalı bərpa olunmalıdır. Elə həmin ildən başlayaraq, Ermənistanın işğalı nəticəsində Şuşada yarımçıq qalmış "Xarıbülbül" Musiqi Festivalının və Vaqif Poeziya Günlərinin təşkili ənənəsi bərpa olundu. Böyük Zəfər sevincimizə daha bir sevinc qatdı. 2022-ci il Prezident İlham Əliyevin sərəncamı ilə "Şuşa ili" elan olundu. "Şuşa ili" çərçivəsində ölkəmizin bütün ərazisində bir-birindən maraqlı, unudulmaz  tədbirlər təşkil olundu.


Mədəni irsimiz dünyada təbliğ olunur


Azərbaycanın mədəni irsinin dünyaya tanıdılmasında da son illər ardıcıl və səmərəli işlər həyata keçirilir. Qədim musiqi alətlərimizdən olan tar və kamança ifaçılığı sənətinin, ənənəvi xalçaçılığın və kəlağayı sənətinin, "Kitabi-Dədə Qorqud" və "Koroğlu" eposlarının, Molla Nəsrəddin lətifələrinin, aşıq və muğam sənətlərinin, Novruz bayramı kompleksinin, Çövkən və Qarabağ atüstü oyunlarının tədqiqi və təbliği istiqamətində görülən böyük miqyasda, dövlət əhəmiyyətli işlər buna nümunədir. 2000-ci illərin əvvəllərindən İçərişəhər, Qız qalası və Şirvanşahlar saray kompleksi, Qobustan qaya sənəti və mədəni landşaftı, Şəki şəhərinin tarixi mərkəzi və Şəki Xan Sarayı UNESCO-nun Ümumdünya İrs Siyahısına, "Lahıc misgərlik sənəti", "Azərbaycan aşıq sənəti", "Azərbaycan muğamı", "Novruz bayramı", "Dədə Qorqud irsi, dastan mədəniyyəti, xalq nağılları və musiqisi", "Qarabağ atüstü oyun ənənəsi - Çövkən", "Yallı (Köçəri, Tənzərə): Naxçıvanın ənənəvi qrup rəqsləri", "Tar və tar ifaçılığı", "Kamança hazırlanması və ifaçılığı", "Ənənəvi Azərbaycan xalçaçılığı", "Ənənəvi kəlağayı sənəti", "Nazik çörəyin hazırlanması və paylaşması mədəniyyəti", "Dolmanın hazırlanması və paylaşması mədəniyyəti", "Nar bayramı, ənənəvi nar festivalı və mədəniyyəti" UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilib. Prezident İlham Əliyev ötən il "Xınalıq və Köç yolu" Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğunun yaradılması haqqında" sərəncam imzaladı. UNESCO-nun Ümumdünya İrs Komitəsinin Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən 45-ci sessiyasında "Xınalıq kəndi və Köç yolu" da UNESCO-nun Ümumdünya İrs Siyahısına salındı.

Dövlət başçısı İlham Əliyevin sərəncamları ilə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin (2005) və Beynəlxalq Muğam Mərkəzinin (2005) yaradılması, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (2011) təsis olunması, Azərbaycan Xalça Muzeyinin inşası və muzeyə yeni statusun verilməsi (2014), Tarixi İpək yolu dövrünə aid Azərbaycan mədəni irsinin, tarix və mədəniyyət abidələrinin mütəşəkkil qorunmasını təmin etmək məqsədi daşıyan "Çıraqqala-Şabran", "Qədim Şəmkir şəhəri", "Orta əsr Ağsu şəhəri" Dövlət tarix-mədəniyyət qoruqlarının yaradılması (2019), "Nizami Gəncəvi məqbərəsi" kompleksinin Gəncə Dövlət tarix-mədəniyyət qoruğunun tərkibinə daxil edilməsi (2019) də tariximizə, mədəniyyətimizə, milli-mənəvi dəyərlərimizə böyük qayğının və himayədarlığın bariz nümunələridir.


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Mərkəzi icra hakimiyyəti orqanlarının və dövlətə məxsus hüquqi şəxslərin Azərbaycan Respublikasının adından və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin adından aldıqları qrantların reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında 

00:49
09 Yanvar

“Digər dövlətdə yerləşən aviasiya personalının hazırlığı ilə məşğul olan tədris-təlim mərkəzlərinin tanınması Qaydası”nın təsdiq edilməsi haqqında

00:46
09 Yanvar

“Hava gəmisində daşınması qadağan edilən əşya və maddələrin siyahısı”nın təsdiq edilməsi haqqında

00:45
09 Yanvar

Mərkəzi Seçki Komissiyasının 2025-ci il 6 yanvar tarixli iclas protokolunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:43
09 Yanvar

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının məşvərətçi səs hüquqlu üzvünün təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:42
09 Yanvar

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 6 yanvar 2025-ci il tarixli 02 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:42
09 Yanvar

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 6 yanvar 2025-ci il tarixli 03 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:41
09 Yanvar

Londonun mərkəzi küçəsi bomba təhlükəsinə görə boşaldılıb  

22:58
08 Yanvar

Xaçmazdakı Şəxsiyyətlər Muzeyi yenilənir

22:38
08 Yanvar

Azərbaycan və Avropa İttifaqı arasında çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub  

21:34
08 Yanvar

XİN: İrqçi-şovinist məfkurə hər zaman Ermənistanın ideoloji təmayülünü təşkil edib

21:33
08 Yanvar

Ukraynanın Zaporojye şəhərinə aviazərbə endirilib, ölənlər var 

21:32
08 Yanvar

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

21:31
08 Yanvar

Azərbaycan millisinin daha bir üzvü Avropanın ən yaxşısı seçilib  

21:09
08 Yanvar

AZAL Kazan istiqamətində bütün uçuşları dayandırıb

21:07
08 Yanvar

Özbəkistanla təlim sahəsində əməkdaşlıq imkanları müzakirə edilib  

20:29
08 Yanvar

Bakıda növbəti yenilənmiş həyətlər istifadəyə verilib

20:11
08 Yanvar

Qahirədə Misir, Yunanıstan və Kipr liderlərinin üçtərəfli sammiti keçirilib

19:46
08 Yanvar

Azərbaycan beynəlxalq axtarışda olan Hindistan vətəndaşını Monako Knyazlığına təhvil verib  

19:23
08 Yanvar

“Rolls Royce” Britaniyada zavodunu genişləndirmək üçün 376 milyon dollar sərmayə yatıracaq  

19:10
08 Yanvar

Qırğızıstan mediası Azərbaycan Prezidentinin yerli telekanallara müsahibəsini işıqlandırıb

19:08
08 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!