22 Yanvar 2025 08:10
138
SİYASƏT
A- A+
Azərbaycan Davosda bu dəfə də diqqət mərkəzindədir

Azərbaycan Davosda bu dəfə də diqqət mərkəzindədir


İsveçrə Konfederasiyasının Davos şəhərində Dünya İqtisadi Forumunun növbəti toplantısı keçirilir. Builki toplantı sayca 55-cidir və 20-24 yanvar tarixlərini əhatə edəcək. Azərbaycan Prezidenti İlham Əliyev forumda iştirak etmək üçün yanvarın 20-də İsveçrəyə yola düşüb.

Əvvəla xatırladaq ki, Dünya İqtisadi Forumu, yaxud Davos İqtisadi Forumu hər il İsveçrənin Davos şəhərində dünya liderləri və tanınmış iş adamlarını bir araya gətirən toplantıdır. Davos İqtisadi Forumu isveçrəli professor Klaus Şvabın təşəbbüsü ilə 1971-ci ildə yaradılıb. Klaus Şvab həmin vaxt Davosda Avropanın aparıcı 450 şirkətinin rəhbərlərini toplayaraq, dünya iqtisadiyyatının perspektivlərini müzakirə etmək və ümumi strategiya hazırlamaq məqsədilə birinci simpoziumu keçirib. 1970-ci illərin ortalarından forumun iclaslarına müxtəlif ölkələrin hakimiyyət nümayəndələri və iş dünyasının liderləri olan sahibkarlar da dəvət olunub. 1987-ci ildən etibarən forum Dünya İqtisadi Forumu (DİF) adlandırılmağa başlanıb. 

1995-ci ilin yanvarında keçirilən forumda Ulu Öndər Heydər Əliyev iştirak edib. Bu həmin tədbirdə Azərbaycanın birinci iştirakı olub. Bu münasibətlə forum çərçivəsində Azərbaycana həsr olunan görüş keçirilib. Ümummilli Liderimiz orada Azərbaycanın karbohidrogen ehtiyatlarla zəngin olduğunu və bu resurslardan dünyanın gələcək inkişafı naminə istənilən ölkə ilə qarşılıqlı maraqlar əsasında istifadə prinsiplərini özündə əks etdirən xarici iqtisadi siyasət xətti tutduğunu deyib. Bildirib ki, zəngin neft və qaz yataqları, digər təbii sərvətləri olan Azərbaycan müasir dünyanın istifadə etdiyi prinsiplər əsasında xarici investisiyalar, xarici şirkətlərlə əməkdaşlıq üçün, dünya üçün açıqdır.

Prezident İlham Əliyev 2007-ci ildən başlayaraq mütəmadi olaraq bu tədbirdə iştirak edir. Cənubi Qafqazda lider mövqeyə malik olan Azərbaycanın hər il sosial-iqtisadi, siyasi, enerji, nəqliyyat və digər sahələrdə əldə etdiyi uğurlar barədə forumda da deməyə sözü var və bu nailiyyətlərə dünyanın marağı getdikcə daha da artır.

Ölkəmizin Davos İqtisadi Forumunda iştirakı və fəallığını ilbəil artırması Prezident İlham Əliyevin rəhbərliyi sayəsində qazandığımız davamlı uğurlarla bağlıdır. Dövlət başçısı forum çərçivəsində çıxışlar edir, panellərə qatılır, çoxsaylı sualları cavablandırır.

Təsadüfi deyil ki, Azərbaycan 2013-cü il aprelin 12-də Dünya İqtisadi Forumunun iştirakçılarını Bakıda qəbul edib. Dünyanın iqtisadi vəziyyətini proqnozlaşdıran tanınmış iqtisadçılar, ekspertlər, dövlət və hökumət nümayəndələri paytaxtımızda bir araya gələrək bəşəriyyəti narahat edən mühüm iqtisadi məsələləri müzakirə ediblər.

Yeri gəlmişkən, iqtisadi xarakter daşımasına baxmayaraq, Davos Forumu dünya siyasətinə, beynəlxalq münasibətlərə ciddi təsirə malikdir. Forum dünyanın iqtisadi mənzərəsini yaratmaqda önəmli rol oynayır. Burada irəli sürülən yeni fikirlər, təkliflər qlobal iqtisadiyyata yeni istiqamətlər verir.

Davos Forumu eyni zamanda iqtisadi güc mərkəzlərinin bir-biri ilə dialoqu və dünya ictimaiyyətinə hesabat xarakteri daşıyır. Qlobal iqtisadi böhranın, milyonlarla insanın yaşayışına, ayrı-ayrı dövlətlərin iqtisadiyyatına təsir edən siyasi münaqişələrin davam etdiyi, ərzaq çatışmazlığı probleminin mövcud olduğu indiki dövrdə siyasi liderləri, iş adamlarını, vətəndaş cəmiyyəti qurumlarının rəhbərlərini bir araya toplayır. Beləliklə, bir çox məsələnin müzakirə edilməsi və vacib qərarların qəbul olunmasına əlverişli mühit yaranır.

Budəfəki toplantı "Ağıllı əsr üçün əməkdaşlıq" devizi altında keçirilir. Yığıncaqda dövlət və hökumət başçıları, əsas beynəlxalq təşkilatlar və forumun 1000 tərəfdaş şirkətinin nümayəndələri, vətəndaş cəmiyyəti təmsilçiləri, gənc liderlər, sosial sahibkarlar və media iştirak edir. Forumda 5 əsas istiqamət üzrə müzakirələrin təşkil olunması nəzərdə tutulub. Bunlar inkişafın yenidən dizayn edilməsi, intellektual əsrdə sənayelər, insan kapitalına investisiya, planetin mühafizəsi və etimadın bərpasıdır.

 Prezident İlham Əliyev həmişə olduğu kimi, bu dəfə də Davosda qarşı tərəfin təşəbbüsü ilə bir sıra görüşlər keçirib. "OliverWyman Group" şirkətinin baş icraçı direktoru Nik Studer bu şirkətin ölkəmizdə müxtəlif qurumlarla mümkün əməkdaşlıq istiqamətlərinə toxunub, Azərbaycanın iqtisadi transformasiya prosesinin, sığorta, maliyyə bazarının müxtəlif istiqamətlərinin inkişafı, enerji sektorunda, o cümlədən ənənəvi və "yaşıl enerji" sahələrində həyata keçirilən layihələrə, kənd təsərrüfatı məhsullarının ixracına, bölgədə yeni ticarət imkanlarını əhatə etməklə dəyər zəncirinin lokallaşdırılmasına maraq göstərdiklərini qeyd edib. Azərbaycanın əldə etdiyi uğurları yüksək qiymətləndirdiyini deyib.

Prezident İlham Əliyev şirkətin Azərbaycana marağını dəstəkləyərək, ölkəmizin müvafiq qurumları ilə "OliverWyman Group" arasında əməkdaşlığın qurulması məsələlərinə toxunub.

Dövlət başçısı Davosda qarşı tərəfin müraciəti əsasında Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs ilə də görüşüb. Edqars Rinkeviçs İlham Əliyevlə bundan əvvəlki görüşlərini məmnunluqla xatırlayıb. Budəfəki görüşün ikitərəfli əlaqələrin müzakirəsi üçün yaxşı imkan yaratdığını deyib.

Prezidentimiz Davosda eləcə də CGTN (China Global Television Network) telekanalına müsahibə verib.


Flora SADIQLI,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Milli Məclisin sədri İtaliya Senatının Avropa İttifaqı siyasəti komissiyasının üzvləri ilə görüşüb

10:37
22 Yanvar

Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb

10:21
22 Yanvar

DİN: Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb

09:55
22 Yanvar

Azərbaycanın iki universiteti “Times Higher Education” fənn reytinqində yer alıb

09:49
22 Yanvar

Azərbaycan nefti ucuzlaşıb

09:43
22 Yanvar

Putin Si Cinpinə Ukraynada uzunmüddətli sülhə ehtiyac olduğunu bildirib  

09:35
22 Yanvar

Olaf Şolts: Beynəlxalq nizamın fundamental prinsiplərini qorumaq üçün əlimizdən gələni etməliyik  

09:34
22 Yanvar

Dünya İqtisadi Forumu: Böyük Britaniya investisiyalar üçün ikinci ən cəlbedici ölkədir

09:32
22 Yanvar

Peruda 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı tədbir keçirilib

09:27
22 Yanvar

İmişlidə qəzada zərərçəkənlər DİN-də qəbul edilib

09:26
22 Yanvar

Paris Olimpiya kəndinindən narazılıqlar artır

09:18
22 Yanvar

AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı üç ölkədə ayrı-ayrı cinayət işləri başlanılıb

08:45
22 Yanvar

Fransanın növbəti utancı

08:40
22 Yanvar

Paşinyan repressiya maşınını işə salıb

08:35
22 Yanvar

Sərkərdə qüdrəti

08:30
22 Yanvar

Xalqımız şəhidlərimizi daim hörmət və ehtiramla anır

08:25
22 Yanvar

"Budəfəki seçkilərdə siyasi partiyalar daha fəaldırlar"

08:20
22 Yanvar

Davosa güclülər, dəyər verilən liderlər dəvət edilir

08:15
22 Yanvar

Azərbaycan Davosda bu dəfə də diqqət mərkəzindədir

08:10
22 Yanvar

Donald Tramp yeni hədəfləri açıqladı

08:05
22 Yanvar

Tarixin sınağından çıxmış strateji münasibətlər

08:00
22 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!