17 Dekabr 2024 08:45
1685
Təhsil
A- A+
Gəncə Dövlət Universitetinin nümayəndə heyəti Türkiyəyə işgüzar səfər edib

Gəncə Dövlət Universitetinin nümayəndə heyəti Türkiyəyə işgüzar səfər edib


Gəncə Dövlət Universitetinin (GDU) rektoru Yusif Yusibovun rəhbərlik etdiyi nümayəndə heyəti Dokuz Eylül Universiteti (DEU) ilə akademik əməkdaşlığı daha da genişləndirmək məqsədilə  Türkiyəyə işgüzar səfər etmişdir.

Nümayəndə heyəti Dokuz Eylül Universitetində biologiya ixtisası üzrə ikili diplom proqramında təhsil alan birinci və ikinci kurs tələbələri ilə görüş keçirib. Görüş zamanı ikili diplom proqramının üstünlüklərindən danışan Y.Yusibov Türkiyədə təhsil almaq imkanının gənclər üçün böyük şans olduğunu qeyd edib və bu proqramda təhsil alan tələbələrin gələcəkdə peşəkar kadr kimi yetişəcəklərindən əmin olduğunu bildirib, tələbələrin problemleri ilə maraqlanıb. Tələbələr üçün yaradılmış şəraitlə tanış olan, tədris otaqları, Biologiya, Mikrobiologiya, Zoologiya və Biologiya Elmi-Tədqiqat laboratoriyalarına baş çəkən nümayəndə heyəti - GDU-nun rektoru Yusif Yusibov, ümumi işlər üzrə prorektor Samir Məmmədov, İnnovasiyalar Departamentinin direktoru Vasif Həsənov və Kimya-biologiya fakültəsinin dekanı İsfəndiyar Alverdiyev dahi Azərbaycan şairi Nizami Gəncəvinin adına mühazirə zalında olublar. Azərbaycandan gələn qonaqlar  tələbələrə təqdim edilib, Gəncə Dövlət Universitetinin Dokuz Eylül Universiteti ilə elmi əməkdaşlıq əlaqələrindən danışılıb, Nizami Gəncəvi adına mühazirə otağının məhz GDU ilə DEU universiteti arasında əməkdaşlıq çərçivəsində yaradıldığı bildirilib, GDU-da da türk dünyasının görkəmli şəxsiyyəti Yunus Əmrə adına mühazirə otağının olması barədə məlumat verilib.

Görüşdə rektor Yusif Yusibov Azərbaycan və Türkiyə arasında bütün sahələrdə olduğu kimi, elm, təhsil sahəsində də əməkdaşlığın yüksək səviyyədə qurulmasından danışıb, tələbələrə uğurlar arzulayıb.

Qeyd edək ki, Gəncə Dövlət Universiteti və Türkiyə Respublikasının Dokuz Eylül Universiteti arasında imzalanmış müqaviləyə əsasən, 2023-2024-cü tədris ilindən etibarən ikili diplom proqramı çərçivəsində biologiya ixtisası üzrə mütəxəssis hazırlığına başlanılıb. 2025-2026-cı tədris ilindən etibarən hazırda ikinci kursda oxuyan tələbələr təhsillərini üçüncü və dördüncü kursda Gəncə Dövlət Universitetində davam etdirəcəklər.


S.YUNİSOĞLU,

"Azərbaycan"  

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Putin Si Cinpinə Ukraynada uzunmüddətli sülhə ehtiyac olduğunu bildirib  

09:35
22 Yanvar

Olaf Şolts: Beynəlxalq nizamın fundamental prinsiplərini qorumaq üçün əlimizdən gələni etməliyik  

09:34
22 Yanvar

Dünya İqtisadi Forumu: Böyük Britaniya investisiyalar üçün ikinci ən cəlbedici ölkədir

09:32
22 Yanvar

Peruda 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı tədbir keçirilib

09:27
22 Yanvar

İmişlidə qəzada zərərçəkənlər DİN-də qəbul edilib

09:26
22 Yanvar

Paris Olimpiya kəndinindən narazılıqlar artır

09:18
22 Yanvar

AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı üç ölkədə ayrı-ayrı cinayət işləri başlanılıb

08:45
22 Yanvar

Fransanın növbəti utancı

08:40
22 Yanvar

Paşinyan repressiya maşınını işə salıb

08:35
22 Yanvar

Sərkərdə qüdrəti

08:30
22 Yanvar

Xalqımız şəhidlərimizi daim hörmət və ehtiramla anır

08:25
22 Yanvar

"Budəfəki seçkilərdə siyasi partiyalar daha fəaldırlar"

08:20
22 Yanvar

Davosa güclülər, dəyər verilən liderlər dəvət edilir

08:15
22 Yanvar

Azərbaycan Davosda bu dəfə də diqqət mərkəzindədir

08:10
22 Yanvar

Donald Tramp yeni hədəfləri açıqladı

08:05
22 Yanvar

Tarixin sınağından çıxmış strateji münasibətlər

08:00
22 Yanvar

Mərkəzi Seçki Komissiyasının 2025-ci il 14 yanvar tarixli iclas protokolunun təsdiq edilməsi barədə

03:15
22 Yanvar

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində əraziləri bir neçə seçki dairəsi arasında bölünmüş bələdiyyələrə keçirilən seçkilərin yekunlarının müəyyən olunması qaydasına dair

03:13
22 Yanvar

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində seçki məntəqələrində veb-kameraların quraşdırılması barədə

03:12
22 Yanvar

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə

03:11
22 Yanvar

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Həssas əhali qruplarının sosial müdafiəsi və dəstək tədbirləri ilə bağlı ictimai maarifləndirmənin təşkili" adlı müsabiqə keçirir

03:10
22 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!