04 Sentyabr 2024 08:00
2209
SİYASƏT
A- A+
Riyakarlıq xəstəliyi

Riyakarlıq xəstəliyi

 

Ermənilər niyə yalan danışmağı və şər atmağı sevirlər

 

Yalan danışmaq ermənilərin atributudur!
Yalan danışmaq hayların sevimli məşğuliyyətidir!
Yalan danışmaq bu millətin şakəridir!
Ən əsası, yalan danışmaq Ermənistanın gəlir mənbəyidir!
Odur ki, bu millət yalan danışmasa, yaşaya bilmir!
Həm də mövcudluğunu və gəlir mənbəyini qoruyub saxlamaqdan ötrü yalanlar uydurmağa məhkumdur!

Üstəlik, "yalandan yalan doğar" həqiqəti də var.
Yəni bir yalanı "əsaslandırmaq", doğruluğuna digərlərini də inandırmaq üçün yeni yalanlar uydurmağa məcbursan.
Haylar üçün yalan danışmaq artıq milli vərdişə, Ermənistan üçün isə dövlət siyasətinin ayrılmaz hissəsinə çevrilib.
***
Yalanı həyat tərzi seçən ermənilər özləri barədə "maraqlı" əfsanələr uydurmağı daha çox sevirlər.
Çünki olmayan şeyi uydurmaqdan başqa çarələri yoxdur!

MƏSƏLƏN:
* Guya bunların nə vaxtsa "dənizdən-dənizədək" uzanan dövlətləri olub.
* Guya bunlar dünyanın ən qədim xalqıdırlar.
* Guya bunlar dünyada xristianlığı ən əvvəl qəbul edən millətdirlər.
* Guya bunlar qədim mədəniyyətə malikdirlər.
* Guya bunlar döyüşkən, məğlubedilməzdirlər.
Və s. və i.a.
Amma adi suallarla onların bütün bu miflərini darmadağın etmək çox asandır.
MƏSƏLƏN:
* Əgər "böyük Ermənistan" adında nə vaxtsa bir dövlətin olubsa, onda niyə qədim salnamələrdə, səyyahların xatirələrində, tarix kitablarında bircə dəfə bu barədə danışan, dövlətin hüdudlarını, pul sikkələrini, qalalarını göstərən tarixi fakt yoxdur?
* Əgər dövlətin olmuşdursa, onda niyə çar Rusiyası sənə XIX əsrin əvvəllərində Cənubi Qafqazda Azərbaycan torpaqları hesabına dövlət yaratdı?
Bu isə həqiqətdir ki, indiki dövlətinizin yaranışı barədə kifayət qədər tarixi sənədlər, faktlar, tarixçilərin əsərləri vardır!
* Əgər dünyanın ən qədim xalqısansa, dünya mədəniyyətinə, dünya memarlığına, dünya elminə verdiyin töhfələr hansılardır, bircəciyini göstərə bilərsənmi?
* Əgər dünyada xristianlığı birinci sən qəbul etmisənsə, onda ən qədim kilsən hanı? Niyə dünyanın qədim dövlətlərinin hamısında möhtəşəm dini məbədlər qalır, səndəkilər isə yalnız özgələrdən oğurladığın keçmiş alban dini kilsələridir?
* Əgər qədim mədəniyyətə malik xalqsansa, göstər mədəniyyət abidələrini, musiqini, mətbəxini, xalçalarını. Hamısını bizdən oğurlayıb öz adına çıxan sən deyilsənmi? Elə lap sonuncusu bəstəkar Bəhram Nəsiboğlunun "Qarabağ" mahnısı idi ki, onun da bizə məxsusluğunu sübuta yetirərək yenə əlinizi boşda qoyduq!
* Əgər döyüşkən millətsənsə, onda niyə indiyədək öz gücünə bir müharibəni udmamısan, həmişə dost dediyinə xain çıxaraq arxadan kürəyinə bıçaq saplamısan. 
Elə Osmanlı dövlətinə xəyanətinə görə səni Türkiyədən qovmadılarmı?
Lap elə 44 günlük Zəfər müharibəsini yada sal!
Zirehli texnikasını, topunu-tüfəngini, döyüş sursatını atıb qaçan siz deyildinizmi?
On iki min fərarisi olan dövlət hardan "məğlubedilməz" oldu?! 
Siz ancaq gizlincə, xaincəsinə torpağa mina basdırmağı, mina tələləri qurmağı, mina xəritələrini gizlətməyi bacarırsınız.

***
Ermənilər şər atmağı da çox yaxşı bacarırlar.
Bu məqamda ən əvvəl özlərini "şərləyirlər"!
Haylar həmişə özlərini "məzlum", "zavallı", "əzabkeş" xalq kimi təqdim etməyi sevirlər. Əslində, bu, onlara maskalanmaq, əsl xislətlərini gizlətmək üçün gərəkdir!
Qarabağda törətdikləri vəhşiliklər və vandallıqlar isə onların həqiqi simalarını bir daha ortaya qoydu.
İşğal dövründə Azıx mağarasında "qədim ermənilər"in yaşadığını "sübut edən" "yerdənçıxarma" saxsı parçaları və digər "dəlillər" gətirərək dünya "alimlərini" buraya dəvət etdilər.
Ancaq hələ sovet hakimiyyəti illərində azərbaycanlı alimlər mağaranın qədim türk xalqlarına məxsusluğunu sübuta yetirmiş, kifayət qədər elmi əsaslandırmalar aparmış və dünya elmi bunu qəbul etmişdir.
Ermənilərin Azərbaycan ərazisində, sonuncu dəfə Ağdamda "tapdıqları" "Tiqranakert şəhəri"nin xarabalıqları ən çox sevdikləri şər-şəbədədir.
Dünyada nə qədər "Tiqranakert" olar, hələ bunu yəqin ki, gələcək nəsillər daha yaxşı "biləcəklər".
***
Erməni şərinin ikinci mühüm ünvanı biz olmuşuq!
Bu şərləmənin səbəbi isə "işğala hazırlıq" mərhələsinin əsas elementlərindən biri idi.
Odur ki, bu böhtanlara ən çox inanan sovet rəhbərliyi oldu.
Belə ki, "miatsum" hərəkatına başlayan ermənilər keçmiş DQMV-nın Azərbaycanın digər bölgələrindən "sosial-iqtisadi cəhətdən çox geri qaldığını, etnik cəhətdən sıxışdırıldıqlarını və hüquqlarının pozulduğunu" iddia edərək Xankəndidəki meydanda etiraz mitinqləri keçirirdilər.
O dövrdə Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin birgə imzası ilə "DQMV"nin sosial-iqtisadi cəhətdən "geriliyinin aradan qaldırılması" barədə xüsusi qərar qəbul edilsə də, əslində, bunun bir oyun olduğunu hamı gözəl anlayırdı.
Sovet dövründə "hüquq pozulması", "etnik zəmində sıxışdırma" anlayışı belə ola bilməzdi. Çünki SSRİ "qardaş xalqların könüllü birliyindən" yaranmışdı və burada yalnız "xalqlar dostluğu və proletar beynəlmiləlçiliyi" mövcud ola bilərdi.
Qırmızı imperiyanın çöküşü dövründə bu ifadələr ermənilər tərəfindən xaricdən idxal edilmişdi və "miatsum" ideoloqlarının planlarına əsasən gələcəyə ünvanlanmışdı.
***
Erməni yalanları bu gün də, həm də "yeni şəraitə uyğun" olaraq davam edir.
Artıq ona inananlar "sovet rəhbərliyi" deyil!
Çünki onlar çoxdan tarixin arxivindədirlər.
Bu yalanlara inananlar ermənilərin dəstəkçiləri və müdafiəçiləri - Fransa, Avropa İttifaqı, ABŞ və onların müxtəlif qurumları, erməni diasporunun maliyyələşdirdiyi beynəlxalq təşkilatlar və QHT-lərdir.
Həm də səmimiyyətdən deyil, sərf etdiyinə görə "inanırlar"!
Belə yalanların bir qisminə qısa şəkildə nəzər yetirək.
"Azərbaycan sülh danışıqlarını pozdu" - 44 günlük Zəfər müharibəsi başlayandan Ermənistanın ən çox haray-həşir saldığı mövzu idi.
Amma sülh danışıqlarını əvvəlcə ATƏT-in Minsk qrupu pozmuşdu.
Çünki yaradıldığından keçən 30 il ərzində qarşısına qoyulan əsas vəzifəni - Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini danışıqlar yolu ilə həll edə bilmədi.

Daha doğrusu, həll etmək istəmədi, çünki həmsədr dövlətlərin hər üçü erməni maraqlarını müdafiə edirdi.
"Siz öz aranızda hansı razılığa gəlsəniz biz onu müdafiə edəcəyik" söylədi.
Bu minvalla, əslində, münaqişənin həllindən yaxasını bir kənara çəkdi, işğala məruz qalanla işğalçı arasında bərabərlik işarəsi qoydu.
Hadisələrin gedişi isə onu göstərdi ki, ATƏT-in Minsk qrupunun əsas niyyəti münaqişəni sonsuzadək uzatmaq, Azərbaycanı ərazi itkisi ilə barışdırmaqdır!
Yoxsa bu uzunluğunda sülh danışıqları olmazdı.

ATƏT-in Minsk qrupunun ləğvinin vaxtı çoxdan çatıb!
Sülh danışıqlarına nöqtəni, əslində, "soros uşağı" sayılan, mitinq meydanından birbaşa Ermənistan rəhbərliyinə gələn Paşinyan qoydu.
Əvvəlcə Xankəndidə içib keflənərək "Qarabağ Ermənistandır və nöqtə"  dedi.
Sonra isə sərhəddə sistemli şəkildə təxribatlar törədilməsinə rəvac verdi.
Hədlərini aşdılar - "yeni müharibə, yeni ərazilərin itirilməsi olacaq" hədə-qorxusunu dövriyyəyə buraxdılar, Azərbaycana hədə-qorxu gəlməyə başladılar.

Əlbəttə, Azərbaycan Prezidenti cənab İlham Əliyev Paşinyanın əməllərini cavabsız qoymadı!
Əvvəlcə Soçidə keçirilən Beynəlxalq Diskussiya Klubunda, sonra isə Münhen Təhlükəsizlik Konfransında açıq şəkildə, bütün dünyanın eşidəcəyi formada cavabını verdi, təkbətək diskussiyada rüsvay etdi!
Sonra isə 44 günlük Zəfər müharibəsində Ermənistan ordusunu "dəmir yumruğ"u ilə məhv edərək həmin Paşinyana kapitulyasiya aktını imzalatdırdı!"
Beləliklə, əməli şəkildə göstərdi ki, "Qarabağ Azərbaycandır!"
***
Ermənilərin növbəti yalanlarından biri "Azərbaycan Xankəndiyə gedən yolu bağlayıb və orada humanitar fəlakət gözlənilir" idi.
Baş verənlər göstərir ki, hər erməni yalanının arxasında bir, yaxud bir neçə hiylə gizlənir.
Bu dəfə də eyni vəziyyət idi.
Azərbaycan 44 günlük müharibədə möhtəşəm Zəfərə nail olaraq Ermənistana kapitulyasiya aktını imzalatdırsa da, məğlub ölkə üçtərəfli Bəyanatın bütün bəndlərinə, xüsusən 4-cü və 9-cu bəndlərə əməl etmək istəmirdi.
Üstəlik:
Bir tərəfdən Ağdərə bölgəsindəki faydalı qazıntı yataqlarının istismarını davam etdirərək çıxarılan xammalı (mis, molibden, qızıl və s.) daşıyıb aparırdı.
Digər tərəfdən isə Laçın dəhlizi vasitəsilə ölkəmizə yeni minalar gətirərək ərazilərimizdə basdırılmasını davam etdirir, qanunsuz silahlı birləşmələrinin təminat və təchizatını həyata keçirirdi.
Hətta o qədər qudurdular ki, Azərbaycan tərəfinin mədənlərdə monitorinq aparmasına belə yol vermədilər.
Rusiya sülhməramlı kontingenti isə Azərbaycanın öz ərazisində, öz mədənlərinə baxış keçirməsinə kömək göstərməyi "bacarmadı".

Belə olan halda ölkənin bir qrup QHT təmsilçisi Xankəndi yolu üzərində aksiya təşkil edərək buradan gedən nəqliyyat vasitələrini nəzarətə götürdü.
Ekoloqların bu aksiyaları beynəlxalq hüququn tələblərinə tam cavab verdiyindən Ermənistanın və dostlarının hadisələri kənardan seyr etməkdən başqa çarələri qalmadı.

Yenə də ermənilər yalana əl atası oldular.
Guya Xankəndidə ərzaq qıtlığı yaranıb və belə getsə, separatçılar aclıq çəkəcəklər.
Halbuki sosial şəbəkələrdə Xankəndidə toy şənliklərinin keçirilməsini, restoran və kafelərdə erməni gənclərinin əylənməsini əks etdirən kifayət qədər süjetlər vardı.
Öz tələblərində haqlı olan ekoloqlarımız isə ərzaq maşınlarını yoxladıqdan sonra bu şəhərə getmələrinə imkan verirdilər.
Növbəti "humanitar fəlakət" şousunu isə xüsusi təyinatlılarımızın möhtəşəm bir əməliyyat keçirərək Laçın dəhlizi üzərində post qurmaları və bu xəyanət yoluna öz nəzarətimizi tam təmin etmələrindən sonra start verildi!
Adətən ermənilər yalanlarını yeritməkdən ötrü bütün mümkün saydıqları vasitələrdən istifadə edirlər:
* Beynəlxalq təşkilatlara "hüquqlarının pozulduğu barədə" məktub və müraciətlər ünvanlayırlar;
* "Böyük bacı"larını, dostlarını və havadarlarını köməyə çağırırlar;
* Kimlərisə şantaj edərək öz tərəflərinə çəkməyə çalışırlar;
* Hərdən açıq səma altında kütləvi tamaşalar qururlar.
Budəfəki "humanitar fəlakət şousu" tamaşasında isə bütün vasitələri birlikdə işə saldılar:
* Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etdilər;
* Fransanın vasitəsilə məsələni BMT Təhlükəsizlik Şurasının iclsında müzakirəyə çıxardılar;
* Rusiya sülhməramlı kontingentini "passiv", "seyrçi" mövqeyinə görə qınaq hədəfinə çevirdilər.
Ən nəhayət, teatrlaşdırılmış tamaşa qurdular:
Paşinyan İrəvandan Xankəndidəki "aclıq çəkənlərə" Laçın yolu ilə 22 "fur" ərzaq göndərdi.
Bu tamaşaya Paris meri də qoşuldu!
Fransadan göndərilən 10 TIR ərzaq da Laçın qapısı ağzında qaldı.

Azərbaycan isə çox böyük soyuqqanlılıqla beynəlxalq hüquqla əsaslandırdığı yardımını - Qızıl Aypara Cəmiyyətinin 40 tonluq ununu Ağdam-Xankəndi yolu ilə "aclıq çəkənlərə" yola saldı.
Üstəlik müstəqil dövlət olaraq prinsipial və qətiyyətli mövqeyini ortaya qoydu:
* Öz vətəndaşlarıma özüm yardım edəcəm!
* Yardımlar isə yalnız Ağdam-Xankəndi yolu ilə çatdırıla bilər!
Prezident İlham Əliyevin qəti və prinsipial mövqeyi erməni yalanlarını tam faş etdi!
* Sən demə, ermənilər yalnız "erməni və ya fransız çörəyi" yemək istəyirmişlər!
* Sən demə, "aclıq çəkənlər" yalnız Laçın yolundan gələn ərzağı qəbul edirmişlər.
Laçın yolu ilə ərzaq gətirmək istəyənlər Laçın qapısının ağzında uzun müddət boynuburuq vəziyyətdə qaldıqdan sonra kor-peşman geriyə qayıtdılar!
Ən maraqlısı isə bu oldu ki, Xankəndidə açlıq çəkənlərin heç biri ölmədi...
Azərbaycan vətəndaşlığını qəbul etmək istəməyən ermənilər Xankəndini tərk etdikdən sonra oradakı mağazalarda və anbarlarda külli miqdarda ərzaq ehtiyatı olduğu aşkarlandı...
***
Ermənilərin Vətən müharibəsi dövründə dünyaya yaydıqları yalanlardan biri də o idi ki, guya Azərbaycan Xankəndidəki mülki obyektləri, hətta "uşaq bağçalarını belə vurur".
İkinci yalan o idi ki, guya Azərbaycan qadağan edilmiş silah və sursatlardan istifadə edir.
Üçüncü yalanları o idi ki, guya Azərbaycan tərəfindən hərbi əməliyyatlarda xarici ölkələrdən gətirilmiş muzdlular döyüşürlər.
Erməni yalanının daha bir xüsusiyyəti də odur ki, öz əməllərini başqalarının üzərinə atır, qabaqdangəlmişlik edirlər.

Başqa sözlə, "qara məni basınca, mən qaranı basım" prinsipi ilə hərəkət edirlər.
Ermənilər "Xankəndi şəhərinin ağır artilleriya ilə vurulması" məsələsini ona görə uydurmuşdular ki, öz mənfur əməllərini ört-basdır etsinlər!
Azərbaycan Ordusu ləyaqətli müharibə apardı, heç zaman yaşayış məntəqələrini, mülki əhalini və sosial obyektləri hədəf seçmədi!
Ermənistan isə ölkəmizdəki dinc əhali arasında çaşqınlıq, qarışıqlıq, narazılıq yaratmaq və bundan istifadə edərək hərbi əməliyyatlara təsir göstərmək niyyətilə Gəncə, Tərtər, Bərdə və Goranboy rayonlarını intensiv şəkildə atəşə tutdu, dinc əhali, o cümlədən uşaqlar və qocalar arasında xeyli tələfata nail oldu.
Vətəndaşlara məxsus evlər, məktəblər, uşaq bağçaları, ictimai binalar, ticarət və xidmət obyektləri bu hücumlardan xeyli ziyan çəkdi.
Bütün bu qurbanlar, dağıntılar barəsindəki materiallar, faktlar toplanaraq beynəlxalq qurumlara, dünya ictimaiyyətinə təqdim edildi, canlı çəkilişlər sosial şəbəkələrdə yerləşdirildi.
Əsl həqiqətdə isə ermənilər əməllərini pərdələmək üçün özlərinin etdiklərini bizim üstümüzə yıxırdılar.
Azərbaycanın rayonlarına etdikləri hücumlarda qadağan olunmuş ballistik raketlərdən (məsələn, "İskəndər M"), fosforlu və kasetli bombalardan istifadə edirdilər. 
Məqsədləri isə vahimə yaratmaqla yanaşı, dinc əhaliyə daha çox tələfat yaşatmaq idi.
***
Azərbaycan Ordusunda xaricdən gətirilmiş muzdluların vuruşması barədə yalanı Ermənistan yenə də özündəkini ört-basdır etmək üçün uydurmuşdu.
Nəinki İkinci, hətta Birinci Qarabağ müharibəsində belə Ermənistan ordusunda Suriya və Livandan gətirilmiş muzdlulardan istifadə olunurdu.
Guya bunlar erməniəsillilərdir və köməyə gəliblər.
Özgə ərazisini işğal edənlərin köməkçiləri isə yalnız muzdlular olar.
Əslində, bu məsələdə də da bizi borclu çıxarmağa can atırdılar.
Vətən müharibəsində üç cəbhədə çarpışan Prezident İlham Əliyev informasiya döyüşlərində 30-dan çox dünya KİV-inin, o cümlədən televiziya kanallarının və informasiya agentliklərinin nümayəndələrini qəbul edərək suallarını cavablandırdı.
Həmin jurnalistlərin bir neçəsi istisna olmaqla, qalanları ermənilər tərəfindən maliyyələşdirilən qurumlarda çalışdıqlarından erməni mövqeyindən çıxış edirdilər.
Sifarişçilərinin rəğbətini qazanmaqdan ötrü bəzən jurnalistlərin peşə davranışı qaydalarına belə məhəl qoymadan "prokuror" kimi danışmağa cəhd edirdilər.
Hər dəfə isə Azərbaycan Prezidenti müdrik və məntiqli davranışı ilə onları yerində oturdur, verdiyi cavablarla susdururdu.
Məsələn, iki dialoqa diqqət yetirək:
"Deyirlər Azərbaycan Ordusunda muzdlu əsgərlər döyüşür" - sualındakı uydurmanı cənab İlham Əliyev "Birini tapın göstərin" cavabı ilə puça çıxardı.
Alman jurnalistin "Azərbaycan Ordusunda türk əsgərləri də vuruşur" iddiasına da cavab çox məntiqli oldu:
- Siz onları görmüsünüzmü?
- Bəli, Bakıda görmüşük, - deyə jurnalist vəziyyətdən çıxmaq istədi.
Cənab İlham Əliyev polad məntiqlə həmin ermənipərəsti də susdurdu:
"Bakıda hamı ola bilər, hətta almaniyalı əsgərlər də gəzə bilərlər".
Bütün bu çabalar həm də Ermənistan ordusunun biabırçı məğlubiyyətini, fərariliyini və qorxaqlığını ört-basdır etmək üçün göstərilirdi.
***
Ermənilərin bu gün də davam etdirdikləri yalanların bir qismi 23 saatlıq antiterror tədbirləri ilə bağlıdır.
Guya bu zaman: 
* Etnik təmizləmə aparılıb.
* Dinc əhali arasında itkilər baş verib.
* Erməni əhalisi Qarabağdan zorla çıxarılıb.
Azərbaycan bu yalanları da həm qabaqlayıcı addımları ilə, həm də faktiki materiallar və çəkilişlərlə puça çıxarır.
Azərbaycan daim və açıq şəkildə bildirib ki, onun hədəfi yalnız işğalçılar, separatçılar və terrorçulardır.
23 saatlıq antiterror tədbirləri keçirilərkən, ondan əvvəl və sonra da Qarabağdakı erməniəsilli vətəndaşlarına dəfələrlə müraciət ünvanlayaraq "Azərbaycan Konstitusiyasını qəbul edərək Azərbaycan qanunlarına hörmət bəsləyənlər ölkə ərazisində qalıb rahat və asudə yaşaya biləcəkləri" bəyanatını vermişdi.
Hətta bu məqsədlə geriyə qayıtmaq istəyənlər üçün xüsusi internet portalı da yaradılmışdı.

Lakin heç bir "artsaxlı" Azərbaycan vətəndaşlığını qəbul etmək istəyini bildirmədi, bununla bağlı Azərbaycana müraciət etmədi...
Hamısı könüllü şəkildə yır-yığış edərək Hayastana üz tutdu...
Maşını olan öz maşınında, olmayanlar avtobuslarla...
Hamısı postumuzda qeydiyyatdan keçdilər, bir çoxu Azərbaycan telekanallarına müsahibə verərək könüllü şəkildə, öz istəyi ilə getdiyini söylədi!
"Sizə qarşı hər hansı zorakılıq olubmu?" sualına bir nəfər belə müsbət cavab vermədi.
Əgər hər hansı zorakılıq halı olsaydı, əgər hər hansı bir "dığanın", yaxud "haxçığın" burnu qanasaydı, dünyanın bütün telekanalları bundan "maraqlı" şoular düzəldib göstərər, bir damcı qanı bir dəryaya çevirib təqdim edərdilər!
Ən nəhayət, demokratiyanın mühüm prinsiplərindən biri də insanların sərbəst şəkildə özünə yaşayış yeri seçməsidir.
Əslində, otuz il separatçılıqla məşğul olan, bir çoxu terrorçu qruplaşmaların tərkibində iştirak edən, mülki azərbaycanlılara divan tutulmasında fəallıq göstərən erməni mənən Azərbaycan vətəndaşı olmaq hüququnu itirmişdi.
Bunu özləri də yaxşı bilir və bu gün də gözümüzün içinə baxmağa cəsarət etmirlər!
Torpağa və torpağın sahibinə xəyanət edənlər həmin torpaq üzərində gəzə bilməzlər!
Torpaq onları yandırar!

***
Artıq 30 illik işğal da, separatizm də, terror da, üstəlik iki qanlı müharibə də arxada qalıb.
İndi yeni dövrün, yeni reallıqların tələbinə uyğun şəkildə irəli baxmaq vacibdir.

İrəlidə bizi gözləyən isə qalib dövlətin şərtləri, üçtərəfli Bəyanat əsasında hazırlanan sülh müqaviləsinin imzalanmasıdır!
Ermənilər yenə də xislətlərinə uyğun şəkildə çoxsaylı yalanlar və bəhanələr uyduraraq sülh müqaviləsini imzalamaqdan boyun qaçırırlar.
Bunun da müəyyən və bəlli səbəbləri vardır.
KTMT-dən inciklik, onun tədbirlərində iştirak etməmək və üzvlük haqqını verməmək bəhanədir.
Özlərini Qərbin ağuşuna atmaq niyyətindədirlər və bunu heç də gizlətmirlər.
Qərb də erməniləri qucağına götürmək arzusunda olduğunu gizlətmir.
ABŞ, Avropa İttifaqı ermənilərin başına pul səpir.

Fransa ona silah verir.
Artıq ABŞ haylarla birgə təlimlərə başlayıb, Ermənistan ordusunu dirçəltmək üçün hərbçilərini və mütəxəssislərini İrəvana göndərir.
Bu dəfə erməni yalanına Avropa ilə ABŞ də qoşulub.
Dildə sülh desələr də, əməldə Ermənistanı revanşizmə hazırlayırlar.
Əslində, sülh müqaviləsi imzalanmadan işğalçı dövləti silahlandırmaq onu yeni müharibəyə təhrik etməkdir!
Ermənistanın yalanı və silahı bol ola bilər, əhalisi, gücü isə çox cüzidir.
Cənubi Qafqaza girmək istəyənlər ən əvvəl bölgənin ən güclü dövləti olan Azərbaycanla hesablaşmalıdırlar!
Həm də buranı Ukraynaya çevirmək planlarından daşınmalıdırlar.
Cənubi Qafqaz yalan, revanşizm, kimlərinsə kimlərləsə haqq-hesab çəkmək məkanı deyil, sülh və əməkdaşlıq bölgəsi olmalıdır.
Xeyir də, fayda da bundadır!
***
Erməni təkcə yalan danışaraq şər atmır.
O həm də çox rahatlıqla köhnə dostlarını, necə deyərlər, keçi qiymətinə satır.

Rusiya onu dövlət elədi, həmişə arxasında durdu, silahlandırdı, ucuz qiymətə qaz satdı, sərhədlərini qorudu.
İndi Ermənistan üzünü Qərbə çevirib, Rusiyadan sürətlə uzaqlaşır...
* KTMT-nın üzvlük haqqını vermir, tədbirlərində iştirak etmir.
* Zvartnots hava limanını qoruyan rus sərhədçilərini çıxaran kimi, ABŞ hərbi təyyarələri Ermənistana silah-sursat, onları işlədəcək hərbçilər daşımağa başladı.
* Ermənistan ordusu ABŞ hərbçiləri ilə təlimlər keçir, ABŞ-dən gələn hərbi mütəxəssislər Ermənistanın Müdafiə Nazirliyində çalışaraq ordunun ayağa qaldırılmasında onlara yardım göstərir.
Bu həm də o deməkdir ki, yaxın müddətdə Gümrüdəki Rusiya hərbi bazası öz yerini ABŞ-nin hərbi bazasına verməli olacaq.
Ermənistan digər yaxın dostu, Qarabağın işğalı dövründə daim ona qardaş köməyi göstərərək arxa-dayaq olan İrana da xəyanət edir.
İran-İsrail qarşıdurmasının indiki gərgin və təhlükəli məqamında ABŞ hərbçilərinin Zəngəzurda, İranla sərhəddə yerləşdirilməsi yeni təhlükələrdən xəbər verir.
Əgər bu gün Ermənistan Avropa Sülh Fondundan yardım, ABŞ-dən pul alırsa, ABŞ-nin təyyarələri dayanmadan Ermənistana silah-sursat, avadanlıq daşıyırsa, onu Rusiyanın və İranın dostu saymaq olarmı?
Yalandır!

Erməni ilə dost olan heç vaxt ehtiyatını əldən verməməlidir!
Rusiya və İran isə çətin dövrlərini yaşayırlar.
Ermənilər də adətən dostlarını ağır məqamlarında arxadan vururlar...
Necə ki, türkləri vurdular! 
Görək bu dəfə ermənilər şər və yalanlarından, xəyanətkarlıqlarından fayda qazana biləcəklərmi?!

 

Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezidentin Mətbuat Xidmətinin məlumatı

17:07
30 Dekabr

“AzerGold” QSC-nin rəhbərliyi Daşkəsəndə vətəndaşlarla növbəti görüş keçirib  

17:05
30 Dekabr

Türkiyə ilə sərhəddən nəqliyyat vasitələrinin gündəlik buraxılış qabiliyyətinin artırılması müzakirə olunub

17:02
30 Dekabr

Heydər Əliyev Beynəlxalq Aeroportunda ölkə ərazisinə külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb  

17:01
30 Dekabr

Ağdam Sənaye Parkından Gürcüstana məhsul ixrac olunub

16:46
30 Dekabr

İzmirdə İŞİD-lə əlaqəsi olmaqda şübhəli bilinən 16 nəfər saxlanılıb

16:02
30 Dekabr

Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq- Proqnoz

15:53
30 Dekabr

Qazaxıstan mediası Azərbaycan Prezidentinin müsahibəsini geniş işıqlandırıb

14:26
30 Dekabr

Təyyarənin qəzaya uğraması faktı üzrə başlanılmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir

13:48
30 Dekabr

Bakı-Aktau təyyarəsində texniki nasazlıqla bağlı işarə siqnalı işə düşüb

13:34
30 Dekabr

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2 rəqəmsal layihəsi beynəlxalq müsabiqənin qalibi olub  

12:22
30 Dekabr

Ayxan Hacızadə: Azərbaycan Suriyanın istiqrarının təmin edilməsi istiqamətində müvafiq tədbirlər görmək niyyətindədir  

11:36
30 Dekabr

Ayxan Hacızadə: Azərbaycan Suriyanın istiqrarının təmin edilməsi istiqamətində müvafiq tədbirlər görmək niyyətindədir  

11:28
30 Dekabr

Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur - Faktiki hava

11:25
30 Dekabr

Britaniya mediası Azərbaycan Prezidentinin təyyarə qəzası ilə bağlı fikirlərini geniş işıqlandırıb  

11:23
30 Dekabr

2024-cü ildə Türkiyədə baş verən yol qəzalarının yarısına motosiklet sürücüləri səbəb olub

11:21
30 Dekabr

Ərəb mediası Prezident İlham Əliyevin təyyarə qəzası ilə bağlı fikirlərinə geniş yer verib  

11:19
30 Dekabr

ABŞ-ın 39-cu prezidenti Cimmi Karter vəfat edib

11:17
30 Dekabr

Yeni il dünyada necə qarşılanır?

09:40
30 Dekabr

Bakıda Yeni il sehri

09:35
30 Dekabr

Dövlətimizin qüdrəti, ölkəmizin imkanı, xalqımızın gücü ilə

09:30
30 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!