17 Sentyabr 2024 08:35
667
İQTİSADİYYAT
A- A+
Sahilin başına "oyun açan" Xəzər 

Sahilin başına "oyun açan" Xəzər 



Son 100 il Xəzər dənizində tez-tez qalxmalar və enmələr baş verir. Dənizin sahilin və sahildəkilərin başına açdığı bu oyun bəzən gözləntiləri üstələyib. 1930-1977-ci illərdə 3 metr aşağı düşən Xəzər 1977-1995-ci illərdə 2,5 metr sahilə "torpaq iddiası" irəli sürüb. 1996-cı ildən bu günədək isə dəniz 2 metr geri çəkilib.

Belə enib-qalxmalar Xəzərin öz xüsusiyyətidir və mütəxəssislər buna dövri hadisə deyirlər. Onlar suyun səviyyəsində baş verən bu dəyişikliyin səbəbini dənizin dibinə təsir edən tektonik hərəkətlərdə və seysmik fəaliyyətdə görürlər. Bəzi alimlər isə bunu iqlim dəyişmələri ilə əlaqələndirirlər. Yağışın miqdarı azaldıqca buxarlanma baş verir, çaylarda suyun səviyyəsi enir və dəniz çay suyu ilə az qidalanır. Yeri gəlmişkən, qeyd edək ki, bu səbəblərdən dolayı dünyada  quruyan  su hövzələri çoxdur. Qazaxıstan və Özbəkistan sərhədində - Turan ovalığında yerləşən Aral vaxtilə dünyanın 4-cü böyük gölü sayılırdı. İndi isə gölün təkcə adı qalıb. Aral qurumaqla böyük ekoloji fəlakətə səbəb olub. Təbii ki, Xəzərin də  belə bir fəlakətə qurban gedəcəyini düşünmürük. Sadəcə demək istəyirik ki, arxayınlaşmaq da olmaz. Mütəxəssislər, elm adamları tez-tez həyəcan siqnalı verməlidirlər ki, ictimaiyyətin diqqəti bu məsələdən yayınmasın.

Bəzən Xəzərdə sunamini xatırladan fırtınalar, şahə qalxan dalğalar olur. Bunun sunami olmadığını bilirik. Amma onu bilmirik ki, Xəzərin tarixində də vaxtilə sunamiyə bənzər hadisələr qeydə alınıb. Yazırlar ki, 957-ci ildə Dərbənddə baş verən zəlzələ nəticəsində dənizdə dalğanın hündürlüyü 150 metrə çatıbmış. Sunamiyə oxşar, lakin qismən zəif hadisə 1868-ci ildə Xəzərin Bakı sahilində də baş verib. Həmin vaxt Bakıdan 90 kilometr aralıda yerləşən adalardan biri su altında qalıb. Bunlar Xəzərin tarixində iz qoymuş hadisələrdir. 

Dənizin səviyyəsində baş verən qabarmalar və çəkilmələrə gəldikdə onun da fəsadları çoxdur və Xəzərətrafı ölkələr bundan çox əziyyət çəkirlər. Elm və Təhsil Nazirliyi Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya elmləri doktoru, dosent Ənvər Əliyev deyir ki, Xəzər 200 milyon il bundan əvvəl əmələ gəlib və dənizin səviyyə sərhədi elə özünün yaşı qədərdir: "Səviyyə amplitudasının dəyişməsi isə 30-50 ildən bir baş verir. İndiki halda dənizin səviyyəsinin son 10 ildə 114 santimetr aşağı düşməsi hələlik Xəzəryanı ölkələrin heç birini təşvişə salmayıb. Çünki bu, qorxulu hədd deyil". 

Məlumdur ki, qapalı göl olan Xəzərin dünya okeanlarına çıxışı yoxdur. Odur ki, səviyyəsi yalnız ətrafdakı çayların hesabına enib-qalxır. Alimlərin fikrincə, son illər baş verən enib-qalxmalar, əsasən quraqlıq və yağıntıların miqdarının az olması ilə bağlıdır. Xəzərlə daha yaxından  maraqlananlar  xatırlayarlar ki, ötən əsrin 70-ci illərində dənizin səviyyəsi çox enmişdi.  O zaman çıxış yolu kimi Ural çayını Xəzərə yönəltmək kimi təklif irəli sürüldü.  Amma  çox keçmədi ki, dənizin  səviyyəsi qalxdı və buna ehtiyac olmadı. Deməli, enmə prosesi o zaman uzunmüddətli baş verə bilər ki,  Xəzəri qidalandıran Volqa, Araz, Kür və İrandakı çayların  suyu azalsın. Bu halda isə insan sağlamlığı, təsərrüfat sahələri təhlükə altına düşər. Üstəlik, neft-qaz əməliyyatları, eləcə də dəniz nəqliyyatının, limanların fəaliyyəti pozulur. Artıq mütəxəssislər narahatlıqlarını bildirərək deyirlər ki, bu gün Xəzər dənizində yaşayan balıqların əksəriyyəti miqrasiya edən canlılar olduğu üçün çaylarda kürü tökürlər. Həm suyun səviyyəsinin azalması, həm də dənizə tökülən çayların mənsəbindən uzaqlaşması balıqların Xəzərə keçidini çətinləşdirib, ekosistemin pisləşməsinə səbəb olub. 

Görəsən, bu enmə nə vaxta kimi davam edəcək? Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizi sahilləri və dibinin geomorfologiyası şöbəsinin müdiri, coğrafiya üzrə elmlər doktoru, professor Əmir Əliyevin fikrincə, çoxsaylı policoğrafi, arxeoloji, tarixi və müşahidə məlumatları göstərir ki, son 3,5 min il ərzində Xəzər dənizinin səviyyəsində təxminən 450-500 illik periodiklik müşahidə edilir: "200-250 il müddətində səviyyə qalxır və bu müddət ərzində də enir. Xəzərdə son ən böyük səviyyə dəyişkənliyi 1862-ci ildən başlayıb və bu prosesin təxminən 2050-ci illərə qədər davam edəcəyi güman olunur".

Bəs suyun səviyyəsi qalxarsa, hansı fəlakət baş verər? Alim buna da aydınlıq gətirir: "Xəzər geri çəkildikcə dənizin dibindəki torpaq sahələri üzə çıxır. Bu ərazilərdən istifadə etmək mümkündür. Amma həmin ərazilərdə fundamental layihələr, tikinti işləri aparmaq olmaz. Məsələn, Sumqayıtda dənizin səviyyəsinin düşdüyü ərazilərdə böyük yaşayış massivi salınır. Bundan əlavə, dənizboyu qurumuş sahillərdə hotel və istirahət kompleksləri tikirlər. Bu, doğru deyil. Yaxın gələcəkdə Xəzərdə suyun səviyyəsi qalxanda həmin ərazilər su altında qalacaq". 


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezidentin Mətbuat Xidmətinin məlumatı

17:07
30 Dekabr

“AzerGold” QSC-nin rəhbərliyi Daşkəsəndə vətəndaşlarla növbəti görüş keçirib  

17:05
30 Dekabr

Türkiyə ilə sərhəddən nəqliyyat vasitələrinin gündəlik buraxılış qabiliyyətinin artırılması müzakirə olunub

17:02
30 Dekabr

Heydər Əliyev Beynəlxalq Aeroportunda ölkə ərazisinə külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb  

17:01
30 Dekabr

Ağdam Sənaye Parkından Gürcüstana məhsul ixrac olunub

16:46
30 Dekabr

İzmirdə İŞİD-lə əlaqəsi olmaqda şübhəli bilinən 16 nəfər saxlanılıb

16:02
30 Dekabr

Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq- Proqnoz

15:53
30 Dekabr

Qazaxıstan mediası Azərbaycan Prezidentinin müsahibəsini geniş işıqlandırıb

14:26
30 Dekabr

Təyyarənin qəzaya uğraması faktı üzrə başlanılmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir

13:48
30 Dekabr

Bakı-Aktau təyyarəsində texniki nasazlıqla bağlı işarə siqnalı işə düşüb

13:34
30 Dekabr

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2 rəqəmsal layihəsi beynəlxalq müsabiqənin qalibi olub  

12:22
30 Dekabr

Ayxan Hacızadə: Azərbaycan Suriyanın istiqrarının təmin edilməsi istiqamətində müvafiq tədbirlər görmək niyyətindədir  

11:36
30 Dekabr

Ayxan Hacızadə: Azərbaycan Suriyanın istiqrarının təmin edilməsi istiqamətində müvafiq tədbirlər görmək niyyətindədir  

11:28
30 Dekabr

Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur - Faktiki hava

11:25
30 Dekabr

Britaniya mediası Azərbaycan Prezidentinin təyyarə qəzası ilə bağlı fikirlərini geniş işıqlandırıb  

11:23
30 Dekabr

2024-cü ildə Türkiyədə baş verən yol qəzalarının yarısına motosiklet sürücüləri səbəb olub

11:21
30 Dekabr

Ərəb mediası Prezident İlham Əliyevin təyyarə qəzası ilə bağlı fikirlərinə geniş yer verib  

11:19
30 Dekabr

ABŞ-ın 39-cu prezidenti Cimmi Karter vəfat edib

11:17
30 Dekabr

Yeni il dünyada necə qarşılanır?

09:40
30 Dekabr

Bakıda Yeni il sehri

09:35
30 Dekabr

Dövlətimizin qüdrəti, ölkəmizin imkanı, xalqımızın gücü ilə

09:30
30 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!