17 Sentyabr 2024 08:50
301
İQTİSADİYYAT
A- A+
"Daşkəsən rayonunda kartofçuluq təsərrüfatının inkişafına dəstək" layihəsi yekunlaşıb

"Daşkəsən rayonunda kartofçuluq təsərrüfatının inkişafına dəstək" layihəsi yekunlaşıb



"AzerGold" QSC-nin təşkilatçılığı, Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə "Daşkəsən rayonunda kartofçuluq təsərrüfatının inkişafına dəstək" layihəsi icra edilib.

Daşkəsən rayonunda yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində (ÇİRES) layihədə iştirak etmiş kartofçuluq təsərrüfatı sahiblərinin təltifolunma mərasimi keçirilib.

Tədbirdə "AzerGold" QSC, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Daşkəsən Rayon İcra Hakimiyyəti, Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun rəsmi nümayəndələri, eləcə də layihəyə cəlb edilmiş mütəxəssis və kartofçu fermerlər iştirak ediblər.

Tədbirdə layihənin "AzerGold" QSC tərəfindən korporativ sosial məsuliyyət fəaliyyəti çərçivəsində Daşkəsəndə ənənəvi kənd təsərrüfatı sahələrindən hesab edilən kartofçuluğun inkişaf etdirilməsi, sahibkarlıq növü kimi təşviqi və dəmyə üsulu ilə kartof istehsalının artırılmasına töhfə vermək məqsədilə icra edildiyi bildirilib. Layihəyə "Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi"ndə qeydiyyatda olan, əkinəyararlı minimum 1 hektar torpaq sahəsinə malik Quşçu və Zəylik kənd sakinləri - 10 nəfər fermer cəlb edildiyi diqqətə çatdırılıb.

Layihə çərçivəsində fermerlərə Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun mütəxəssisləri tərəfindən nəzəri və praktiki təlimlərin keçirildiyi, həmçinin 10 hektar sahəyə yerli iqlim şəraitinə uyğun "Telman", "Əmiri 600" toxumlarının səpildiyi, müvafiq aqro-texniki qulluğun göstərildiyi və cari mövsümdə havanın qeyri-sabit keçməsinə baxmayaraq, 100 tona yaxın məhsulun əldə edildiyi qeyd olunub. Məlumat verilib ki, layihə çərçivəsində yığılmış məhsulun 85 faizi fermerlərə təqdim edilib. Məhsulun 15 faizi isə Daşkəsən rayonunda yaşayan aztəminatlı ailələr arasında bölüşdürülüb.

Vurğulanıb ki, strateji məhsul sahələrindən hesab olunan kartofçuluq təsərrüfatının inkişaf etdirilməsi dövlət səviyyəsində daim diqqətdə saxlanılır, bu sahə üçün əlverişli bölgələrdə bu cür stimullaşdırıcı layihələrin icrası ümumi işə əlavə töhfələr verir.

Tədbirin sonunda təlim və praktiki məşğələləri uğurla tamamlayan kartofçu fermerlər sertifikatlarla təltif ediliblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyədə ÜDM-in uzunmüddətli artması üçün baza formalaşdırılır  

12:14
17 Sentyabr

Dünya Bankı ilə Ölkə Tərəfdaşlıq Çərçivə sənədi və COP29 barədə fikir mübadiləsi aparılıb

11:47
17 Sentyabr

Qarabağ Universitetinin tələbələri Xankəndiyə gəliblər  

11:07
17 Sentyabr

Qonşu ölkədə dəhşətli qəza: 10-dan çox ölən var  

11:03
17 Sentyabr

Naxçıvanda sahibkarlarla görüş keçirilib  

11:00
17 Sentyabr

ÜST “mpox” virusuna qarşı ilk peyvəndi təsdiqləyib  

10:01
17 Sentyabr

Ankarada Qafqaz İslam Ordusu qəhrəmanlarının xatirəsi anılıb

09:52
17 Sentyabr

Süni intellektin inkişafı qlobal mis çatışmazlığına səbəb olacaq

09:48
17 Sentyabr

Tramp sui-qəsdə görə Bayden və Harrisi günahlandırıb

09:45
17 Sentyabr

Tokayev: Qazaxıstan Avropaya enerji resurslarının tədarükünü artırmağa hazırdır

09:28
17 Sentyabr

Azərbaycan səfiri etimadnaməsini Nepal Prezidentinə təqdim edib  

09:16
17 Sentyabr

Donald Trampa qarşı sui-qəsd cəhdi araşdırılır 

09:15
17 Sentyabr

"Azərenerji" gələcəyin enerji sisteminin idarə edilməsi üçün islahatlara başladı

09:10
17 Sentyabr

Səmaların Leylası... 

09:05
17 Sentyabr

Zaqatalanın Muğanlı kəndində yeni məktəb binası istifadəyə verildi

09:00
17 Sentyabr

"Şeyx Alı"nın ayağı düşərli oldu 

08:55
17 Sentyabr

"Daşkəsən rayonunda kartofçuluq təsərrüfatının inkişafına dəstək" layihəsi yekunlaşıb

08:50
17 Sentyabr

Hindistan səfiri Lənkəranda olub 

08:45
17 Sentyabr

Meyvə festivallarının sırasına biri də əlavə edildi

08:40
17 Sentyabr

Sahilin başına "oyun açan" Xəzər 

08:35
17 Sentyabr

Yanardağın "sirləri" 

08:30
17 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!