07 Avqust 2026 09:40
182
CƏMİYYƏT
A- A+
Zəngilan zəngin keçmişi üzərində qurulur

Zəngilan zəngin keçmişi üzərində qurulur


Ölkəmizin qədim və əsrarəngiz gözəlliyi ilə seçilib və sevilən diyarlarından biri olan Zəngilan zaman-zaman xalqımızın mədəniyyətinin inkişafına əvəzsiz töhfələr vermişdir. Amma təəssüflər olsun ki, XX əsrin əvvəllərində və sonlarında baş verən məlum proseslər, qan və işğal qoxulu hadisələr bu gözəl diyarın inkişafının üzərinə qara buludlar kimi çökmüşdü. 

1920-ci ilin aprelində Azərbaycanın məcburi surətdə sovetləşdirilməsindən sonra bolşeviklərin dəstəyi ilə qədim torpaqlarımız hesabına ermənilər tarixdə ilk dəfə dövlət yaratdılar. Bolşevik Rusiyasının təzyiqi ilə Qərbi Zəngəzur Azərbaycandan alınaraq Ermənistana birləşdirildi. Şərqi Zəngəzur Laçın, Qubadlı və Zəngilan rayonları isə Azərbaycanın tərkibində qaldı.

XX əsrin sonlarında yenə də ermənilərin çirkin və gizli məqsədləri səbəbindən bölgədə qan töküldü. Ermənistanın Azərbaycana qarşı başlatdığı işğalçı siyasət nəticəsində yenə də Zəngilanın başının üstündə qara buludlar dolaşmağa başladı. Füzuli və Cəbrayıl rayonları işğal olunduqdan 67 gün sonra 29 oktyabr 1993-cü ildə Zəngilan da düşmən əlinə keçdi. 30 ilə yaxın davam edən işğal zamanı ermənilər Zəngilanın tarixi-mədəni irsini darmadağın etdilər. IV-XIX əsrlərə aid tarixi abidələr, məscidlər, ziyarətgahlar yerlə yeksan olundu.

27 sentyabr 2020-ci ildə başlanan İkinci Qarabağ müharibəsində Zəngilan  erməni işğalçılarından azad edildi. Başqa bölgələrimiz kimi, bu rayonda da bərpa-quruculuq işlərinə başlanıldı.

Zəngilan Böyük qayıdışın başlanğıcıdır. Torpaqlarımız azad edildikdən sonra ilk evlərin tikintisi bu rayonun ərazisində həyata keçirildi. Prezident İlham Əliyev 2021-ci il aprelin 26-da Ağalı kəndinə səfər edərək 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərini əhatə edən "ağıllı kənd" layihəsinin təməlini qoydu. Bununla da Zəngilanda və erməni işğalçılarından azad olunmuş digər ərazilərdə tikinti və şəhərsalma işlərinə başlandı. 2022-ci il mayın 27-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunun Ağalı kəndində "ağıllı kənd" layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində iştirak etdilər.

Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Zəngilan şəhər məscidi də bərpa edildi. İllərdən bəri rayon sakinlərinin ibadət etdiyi məscid tarixi libasını yenidən əyninə geyindi. İşğal illərində düşmən tərəfindən təhqir olunan və ilkin memarlıq görkəminin 70 faizdən çoxunu itirən müqəddəs ibadətgah müasir memarlıq tələblərinə uyğun, tarixi üslubu qorunmaqla yenidən inşa olundu. İkiminarəli, zərif memarlıq detallarına malik yeni məscid qısa müddət ərzində Zəngilanın bərpasının, xalqımızın mənəvi dirçəlişinin və dini-mədəni irsə sədaqətinin rəmzinə çevrildi. 

Zəngilanda aparılan şəhərsalma və quruculuq işləri çərçivəsində Konqres Mərkəzi Kompleksi də tikilib istifadəyə verilib. Zəngilan Konqres Mərkəzi Kompleksi yerli və xarici mütəxəssislər cəlb olunmaqla, 6 ay ərzində inşa edilib. Memarlıq baxımından görənləri heyran edən, ərazisi 2,2 hektar olan Zəngilan Konqres Mərkəzi Kompleksi iki hissədən ibarətdir. Kompleksə daxil olan 600 yerlik korpusda ölkə və beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün müasir standartlara uyğun şərait yaradılıb. Kompleksin ərazisində yaşıllıq zonaları salınıb, binanın dam hissəsində günəş panelləri quraşdırılıb.

Artıq Zəngilan şəhərində keçmiş köçkünlər üçün tikilən evlərin bir hissəsinin inşası başa çatıb. İllərdən bəri ata-baba yurdunun həsrətini çəkən insanlar doğma ocaqlarına qayıdıblar. 2026-cı il mayın 10-da Azərbaycan Prezidenti İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb, onlara mənzillərin açarlarını təqdim edib. 

Bu gün də Zəngilan yenidən qurulur, yenidən tikilir. Nazirlər Kabineti 2023-cü il oktyabrın 30-da "Zəngilan şəhərinin 2040-cı ilədək inkişafına dair baş planı"nı təsdiq edib. İnfrastruktura böyük vəsait ayrılıb və artıq bir neçə yaşayış layihəsi icra edilir.

Dünya təcrübəsində özünü doğrultmuş qlobal şəhərsalma prinsipləri nəzərə alınaraq şəhərin planlı və sistemli inkişafını təmin etmək məqsədilə Zəngilanın baş planının hazırlanması üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsi nüfuzlu beynəlxalq şəhərsalma təşkilatı - İsveçrənin "sa_partners" şirkətini və Bakı Dövlət Layihə İnstitutunu əməkdaşlığa cəlb edib. Baş planın konsepsiyasına əsasən, Zəngilan logistika, turizm və ticarət, bərpaolunan enerji, müasir innovasiyalar mərkəzi kimi inkişaf edəcək. Şəhərin beynəlxalq əhəmiyyəti nəqliyyat dəhlizinin üzərində yerləşməsi onun strateji məntəqə rolunu gücləndirəcək, sürətli inkişafına böyük töhfələr verəcək. 

Prezident İlham Əliyevin yorulmaz fəaliyyəti sayəsində Şərqi Zəngəzurun ən mühüm coğrafi mərkəzlərindən biri olan Zəngilanın yenidən qurulması və dirçəldilməsi istiqamətində genişmiqyaslı işlər sürətlə davam edir. Deməli,  tikilən müasir yaşayış binaları, aparılan geniş abadlıq işləri, yaradılan sosial infrastruktur və rahat həyat şəraiti Zəngilanın yeni simasını formalaşdıracaq. 


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakının qürur və şərəf ünvanı - Vətən Müharibəsi Memorial Kompleksi

10:30
07 Avqust

Yazılmayan kitabın qəhrəmanı

10:20
07 Avqust

Tankının üzərinə "Şuşa - son ünvanımız" yazmışdı

10:10
07 Avqust

Tarixin səssiz şahidləri və kimlik mübarizəsi

10:00
07 Avqust

Dövlət proqramı Azərbaycanın kənd təsərrüfatına nə vəd edir

09:50
07 Avqust

Zəngilan zəngin keçmişi üzərində qurulur

09:40
07 Avqust

Kürün kürlüyünü buraxdığı Kür qəsəbəsi

09:30
07 Avqust

Odlar yurdunun "Alov qüllələri" 

09:20
07 Avqust

Rəqəmsal gələcəyin təməli təhsildən başlayır

09:10
07 Avqust

Rəqəmsal dövrdə uşaqlarımızı necə qorumalıyıq?

09:00
07 Avqust

Ölkəmizin öndərliyi ilə türk dövlətləri vahid güc mərkəzi kimi çıxış edir

08:50
07 Avqust

Xarici siyasətimizin dəyişməz prinsipi

08:40
07 Avqust

Azərbaycan Cənubi Qafqazda İsveçrənin mühüm tərəfdaşıdır

08:30
07 Avqust

Azərbaycan Avrasiyanın yeni geosiyasi xəritəsinin memarlarından biridir

08:20
07 Avqust

Çolpon-Ata Bəyannaməsi: Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığının yeni strateji mərhələsi

08:10
07 Avqust

Unikal inkişaf və tərəfdaşlıq modeli 

08:00
07 Avqust

Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında 

00:55
07 Avqust

"Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2026-cı il 13 iyul tarixli 446-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə 

00:54
07 Avqust

Azərbaycan Respublikası Prezidentinin "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 2000-ci il 10 avqust tarixli 382 nömrəli, "Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı"nın təsdiq edilməsi barədə" 2000-ci il 10 avqust tarixli 383 nömrəli, "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" 2012-ci il 6 iyun tarixli 648 nömrəli, "Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması Qaydası"nın təsdiqi haqqında" 2016-cı il 28 dekabr tarixli 1182 nömrəli, "Azərbaycan Respublikası adından borc alınması və zəmanət verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında" 2018-ci il 18 dekabr tarixli 410 nömrəli və "Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə"nin təsdiqi və "Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və "Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə" 2020-ci il 12 may tarixli 1017 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında

00:53
07 Avqust

B.Ə.Aslanbəylinin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında

00:52
07 Avqust

F.N.İsmayılovun Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi təyin edilməsi haqqında

00:52
07 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!