Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin yaradılması və bununla əlaqədar bəzi məsələlərin həll edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 7 noyabr tarixli 226 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:
1. "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 382 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 605 (Cild I) 2.5-ci bəndinə "Holdinqi" sözündən sonra "və Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)" sözləri əlavə edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 606 (Cild I); 2024, № 4, maddə 393, № 5 (I kitab), maddə 529; 2025, № 1, maddə 23, № 2, maddə 136, № 4 (I kitab), maddə 333) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı"nın 15.2-ci bəndinə "Holdinqi" sözündən sonra "və Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)" sözləri əlavə edilsin.
3. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 6, maddə 542 (Cild I); 2024, № 4, maddə 379, № 5 (I kitab), maddə 529; 2025, № 5, maddə 459, № 8, maddə 763, № 11, maddə 1037, № 12 (I kitab), maddələr 1137, 1147; 2026, № 1, maddə 32; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 iyun tarixli 683 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"yə Əlavə"nin 4-cü hissəsinə "Holdinqinin" sözündən sonra "və Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON-un)" sözləri əlavə edilsin.
4. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 28 dekabr tarixli 1182 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2100 (Cild I) ilə təsdiq edilmiş "Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması Qaydası"nda aşağıdakı dəyişikliklər edilsin:
4.1. 2-ci hissə üzrə:
4.1.1. "2.0", "2.0.1" və "2.0.2" rəqəmləri müvafiq olaraq "2.1", "2.1.1" və "2.1.2" rəqəmləri ilə əvəz edilsin;
4.1.2. 2.1.1-ci yarımbəndin üçüncü abzasında "2.0.1-ci" sözləri "2.1.1-ci" sözləri ilə əvəz edilsin;
4.1.3. aşağıdakı məzmunda 2.2-ci bənd əlavə edilsin:
"2.2. Bu Qaydanın 3.1-ci, 4.1-ci, 4.3-cü bəndlərində, 4.4 - 4.6-cı bəndlərinin birinci cümlələrində, 4.12-ci və 4.13-cü bəndlərində "dövlətə məxsus hüquqi şəxs" dedikdə idarəetməsinə verilən dövlət müəssisələrinə, dövlət payı olan təsərrüfat cəmiyyətlərinə və publik hüquqi şəxslərə, eləcə də həmin hüquqi şəxslərin təsisçisi və iştirakçısı (iştirak payına uyğun) olduğu hüquqi şəxslərə münasibətdə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON) nəzərdə tutulur.";
4.2. 4.8-ci bəndin birinci cümləsinə "borcalan" sözündən sonra "və idarəetməsinə verilən dövlət müəssisələrinə, dövlət payı olan təsərrüfat cəmiyyətlərinə və publik hüquqi şəxslərə, eləcə də həmin hüquqi şəxslərin təsisçisi və iştirakçısı (iştirak payına uyğun) olduğu hüquqi şəxslərə münasibətdə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)" sözləri əlavə edilsin.
5. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli 410 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (I kitab), maddə 2567 (Cild I); 2024, № 7, maddə 803) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası adından borc alınması və zəmanət verilməsi Qaydası"nın 2.1.1-ci yarımbəndinə aşağıdakı məzmunda 7-ci abzas əlavə edilsin:
"7. Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON-un) idarəetməsinə verilmiş hüquqi şəxslər - Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON) vasitəsilə;".
6. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 5, maddə 542 (Cild I); 2024, № 5 (I kitab), maddə 529, № 6 (I kitab), maddə 665, № 7, maddə 806, № 8, maddə 938;2025, № 2, maddə 119, № 3, maddə 225, № 4 (I kitab), maddə 333) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi"nin 3-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:
6.1. 3.0.4-cü və 3.0.5-ci yarımbəndlərə birinci halda "dövlət" sözündən əvvəl "Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla," sözləri əlavə edilsin;
6.2. 3.0.8-ci yarımbəndə "Nazirliklə" sözündən əvvəl "Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla," sözləri əlavə edilsin;
6.3. 3.0.9-cu və 3.0.35-ci (birinci halda) yarımbəndlərə "dövlətə" sözündən əvvəl "Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla," sözləri əlavə edilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 avqust 2026-cı il