26 Avqust 2026 18:16
35
DÜNYA
A- A+
Çində yeni texnoloji inqilab - kütləvi şəkildə robot istehsalı   

Çində yeni texnoloji inqilab - kütləvi şəkildə robot istehsalı   

"Nəyə qadir olduğumuzu görmək üçün irəliləməliyik"


Hançjou Texnologiya İnstitutu texnologiyaya bağlı mühəndislərin yeni nəslini yetişdirmək üçün xüsusi olaraq tikilmiş ali peşə məktəblərindən biridir. Tələbə kampusu şəhərin kənarında yerləşir. Hançjou bir vaxtlar imperiyanın paytaxtı olub, hazırda isə qlobal texnologiya mərkəzidir.

Çin fabriklərində 2 milyondan çox robot işləyir və onların sayı inanılmaz dərəcədə artmaqda davam edir. Bu, şübhəsiz ki, dünyanı dəyişdirəcək, necə ki, Çin iqtisadiyyatının qlobal transformasiyası onu artıq dəyişdirib. Dünyanın sənaye robotlarının yarıdan çoxu hazırda Çində istehsal olunur. Bu genişmiqyaslı avtomatlaşdırmanın qlobal istehsal, ticarət və innovasiyanın mərkəzində olan Çinin özünə necə təsir edəcəyi hələ də məlum deyil. Məsələn, bu, işçi qüvvəsi baxımından nə vəd edir və Çinin informasiya üzərində sərt nəzarəti nəzərə alınmaqla, bu transformasiyanın dəyərini necə qiymətləndirmək olar?

Hazırda bütün dünya Çinin sənaye inqilabını izləyir. Zavodlarda və təhsil müəssisələrində isə daha az nəzərə çarpan başqa bir inqilab baş verir. CRP Technology kompaniyası təxminən 300 nəfəri işlə təmin edir. Şirkət 9 ildir robot əllər hazırlayır. Onlar zavod ehtiyacları üçün fərdiləşdirilə və avtomobil, elektronika və ya külək turbinlərinin istehsalında istifadə edilə bilər. Şirkət iddia edir ki, tək qol təkrarlanan tapşırıqların 90 faizdən çoxunu yerinə yetirmək üçün proqramlaşdırılır.

Mühəndislər robotların insan işçilərini əvəz edə biləcəyini düşünürlər. Tədqiqat və inkişaf qrupunun üzvü 31 yaşlı Pan Kay deyir: "Yeni robotumuzun insan kimi işlək olmasını istəyirik. Ümid edirik ki, o, müstəqil düşünə biləcək. Bizə bu kimi robotlar lazımdır, çünki Çində 10 il ərzində işçi qüvvəsi çatışmazlığı yarana bilər".

Əhalinin azalması və işçi qüvvəsinin qocalması Pekinin fabrikləri avtomatlaşdırmağa tələsməsinin başqa bir səbəbidir. Rəsmi hesablamalara görə, 2035-ci ilə qədər Çin əhalisinin üçdə birindən çoxu 60 yaşdan yuxarı olacaq. Bəzi proqnozlara əsasən, ölkə növbəti onillikdə təxminən 60 milyon insan itirəcək - bu rəqəm təxminən Fransa əhalisinə bərabərdir.

Çin ümid edir ki, avtomatlaşdırma onsuz da ləng olan iqtisadiyyata təsir etməzdən əvvəl yaxınlaşan işçi qüvvəsi çatışmazlığını aradan qaldıracaq. Lakin sürət əsasdır. İstehsal sektorunda hələ də təxminən 120 milyon insan çalışır. Çin çox sürətlə hərəkət edərsə, iş yerlərinin itirilməsinə səbəb ola bilər ki, bu da fabrikdə işləyən milyonlarla insan üçün fəlakətli nəticələrə gətirib çıxarar. "Nəzəri olaraq, maşınlar gündə 24 saat işləyə bilər. Bu da onlara insanlarla müqayisədə üstünlük verir. Lakin onlar texniki xidmət tələb edir. Bunun üçün hər gün xüsusi vaxt tələb olunur və istehsal xəttinin özü də aylıq yoxlanılmalı və təmir edilməlidir", - deyə Hançjouda yerləşən elektrikli nəqliyyat vasitələri istehsalçısı Leapmotor şirkətinin vitse-prezidenti Sao Li bildirib.

Şirkətin əlverişli, texnoloji cəhətdən inkişaf etmiş avtomobilləri Avropa və Böyük Britaniyada populyarlıq qazanır. Robotlar avtomobilyığma prosesinin hər mərhələsində iştirak edir, lakin xəttin sonuna yaxınlaşdıqca daha çox insan işçisinə ehtiyac duyulur. Şirkətdə 25000-dən çox insan çalışır və onlardan bir neçə yüz nəfəri yeni avtomobillərin son yoxlamalarında iştirak edir.

Onlara artıq ehtiyac qalmayacağı bir gün gələcəkmi? "Bu, tamamilə mümkündür", - Cao deyir: "Və bu, olduqca tez baş verə bilər. Biz emalatxanalarımızda, o cümlədən ştamplama, qaynaq və rəngləmə işlərində demək olar ki, 100 faiz avtomatlaşdırmaya nail olmuşuq".

Çinin ABŞ-dən üstünlüyü mövcuddur: onun böyük bir istehsal bazası var. Mühərriklər, batareyalar, elektronika, dişli çarxlar, sensorlar - robot qurmaq üçün lazım olan hər şey asanlıqla əldə edilə bilər.

"Çinin həm də bir ideyası, bir planı var - 5 ildən sonra harada olmaq istədiklərini bilirlər. Plan ən yüksək səviyyədə hazırlanır, lakin bölgələr və bələdiyyələr arasında bölüşdürülür", - Beynəlxalq Robototexnika Federasiyasının baş katibi Syuzan Biller belə deyir və əlavə edir: "Əgər Şençjendə robot qurmaq qərarına gəlsəniz, orada bütöv bir ekosistem var. Lazımi komponentləri tapmaq bir saatdan az vaxt aparır. Avropada isə bunun üçün bir həftəyə qədər vaxt lazım ola bilər". Eyni zamanda, o, Çinin robot gövdələri yaratmaqda irəlidə getdiyini, lakin ABŞ-nin süni intellekt inkişafı da daxil olmaqla "beyinlər" yaratmaqda hələ də lider olduğunu etiraf edir.

Buna baxmayaraq, DeepSeek-dən Moonshot-a qədər Çin şirkətləri aparıcı Amerika şirkətləri ilə rəqabət apara biləcəyini iddia etdikləri yeni süni intellekt modellərini təqdim edirlər. Bir çox süni intellekt inkişafetdiricilərinin açıq (open-source) kodu yanaşması sayəsində Çin şirkətləri ABŞ-nin vacib qabaqcıl çiplərə ixrac nəzarətinə baxmayaraq, gözləniləndən daha tez rəqiblərinə çatmağı bacarıblar.

Analitiklər indi inanırlar ki, bu yarışın növbəti mərhələsi ən yaxşı dil modelinə kimin sahib olması ilə deyil, bu zəkanı milyonlarla maşına kimin yerləşdirə biləcəyi ilə müəyyən ediləcək.

İstehsal çox tez avtomatlaşdırılarsa, Çində iş yerləri itiriləcək. Buna görə də Çin indidən sonra nə baş verəcəyini təsəvvür edə bilən bir nəsil tələbə yetişdirməyə sərmayə qoyur. Məsələn, Hançjou Texnologiya İnstitutunda tələbələr 15 yaşında təhsil almağa başlaya bilərlər. Və orada dərs alanların miqyası heyrətamizdir. Bütün bir bina mühərriklər və aerokosmik mühəndisliyə həsr olunub və ayrıca məhdud girişli mərtəbədə tələbələr Çinin nadir torpaq metallarının emalı sahəsində ön sıralarda qalmasını təmin etmək üçün çalışırlar. Bu, Vaşinqtona qarşı mübarizədə digər vacib resursdur.

Bəziləri bunu çinli gənclər arasında yüksək işsizlik səviyyəsinin həlli kimi görürlər. Çünki bu gün Çində hər 5 nəfərdən biri iş tapmaqda çətinlik çəkir. 

"Tələbələrimizə tələbat var və şirkətlər hətta onlar üçün əvvəlcədən yerlər sifariş edə bilərlər. Onlar heç bir iş yeri barədə narahat olmağa ehtiyac duymurlar və biz onların təliminin bir hissəsi olaraq müsabiqələr keçiririk", - deyə gənc müəllim 28 yaşlı Çen Tianyu bildirir. O, texnoloji tərəqqinin zirvəsində qalmağın vacib olduğuna inanır: "Tərəqqi qaçılmaz olaraq struktur dəyişiklikləri gətirir və tələbələr üçün gələcək məşğulluq imkanları məhz bu struktur dəyişikliklərindədir".

Lakin Çin hələ də uzunmüddətli mənzil böhranından tutmuş böyük dövlət borcu və aşağı istehlaka qədər ciddi iqtisadi çətinliklərlə üzləşir. Pekinin irəli sürdüyü texnoloji inqilabın kömək edib-etməyəcəyi bəlli deyil. Avtomatlaşdırma ilə işsiz qalmaq riski altında olanların qarşıdakı dəyişikliklərə necə baxdıqlarını qiymətləndirmək də çətindir. Robotlar onlara rifah gətirəcəkmi, yoxsa sadəcə əməkhaqlarını əllərindən alacaq? "Tələbələrim məndən bundan sonra nəyin olacağını soruşurlar", - deyə Çen bildirir və əlavə edir: "Mən onlara "bilmirəm" deyirəm. Texnologiya çox sürətlə dəyişir. Amma biz bir yerdə dayana bilmərik. Nəyə qadir olduğumuzu görmək üçün irəliləməliyik".


Rizvan CƏFƏROV,

"Azərbaycan"



Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yeni ideyalara “yaşıl işıq”: daha 10 layihə “Startap” şəhadətnaməsi aldı

18:21
26 Avqust

Çində yeni texnoloji inqilab - kütləvi şəkildə robot istehsalı   

18:16
26 Avqust

Birgə artan geosiyasi və geoiqtisadi güc   

18:09
26 Avqust

Yayda gündə nə qədər su içilməlidir? - Ekspert rəyi

18:07
26 Avqust

Nepalda daşqınlardan sonra yüzlərlə turist itkin düşüb  

18:04
26 Avqust

Balaca balıqlar, böyük ümidlər – Arpaçay yenidən canlanır

17:58
26 Avqust

Rusiyalı sahibkar Alişer Usmanovdan

17:55
26 Avqust

Laçına köçürülmüş sakinlərdən 1235-i məşğulluq tədbirlərinə cəlb edilib  

17:53
26 Avqust

Bakıda gediş-gəlişi asanlaşdıran yeni addım

17:44
26 Avqust

Prezidentin Mətbuat Xidmətinin məlumatı

17:40
26 Avqust

Revanşizmin çöküşü: Ermənistanda köhnə rejimin qalıqları təmizlənir  

17:32
26 Avqust

Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib  

17:30
26 Avqust

Azərbaycan və Özbəkistan alimləri vanadiumun alınması üçün yeni texnologiya hazırlayır  

17:13
26 Avqust

Bakının Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib  

16:58
26 Avqust

Azərbaycan futbolunun “SABAH”ı  

16:43
26 Avqust

“SpaceX” 100 milyard dollarlıq kosmik baza tikəcək

16:41
26 Avqust

Azərbaycan və Özbəkistan alimlərinin birgə layihəsi: mis filizlərinin emalı üçün yeni texnologiya hazırlanacaq  

16:36
26 Avqust

İran: Hörmüz boğazında cənub dəhlizi bağlandı

16:34
26 Avqust

İsti havaya qarşı parça hazırlanıb

16:27
26 Avqust

Birinci vitse-prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib  

16:24
26 Avqust

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən  

16:20
26 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!