26 Avqust 2026 17:44
109
İQTİSADİYYAT
A- A+
Bakıda gediş-gəlişi asanlaşdıran yeni addım

Bakıda gediş-gəlişi asanlaşdıran yeni addım


Bakının gündəlik hərəkətliliyində kiçik, amma insan üçün böyük rahatlıq yaradan dəyişikliklərdən biri yol kənarında özünü daha çox göstərir. Tibb və sosial xidmət müəssisələrinə gələn vətəndaşların daha rahat minib-düşmələri üçün paytaxtın daha 10 ünvanında xüsusi yerlər və taksilər üçün duracaqlar təşkil olunub.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatına görə, yeni məntəqələrdə bəzi parklanma yerləri ləğv edilərək müvafiq yol nişanları və məlumat lövhələri quraşdırılıb. Məqsəd xüsusilə yaşlı, hərəkət imkanları məhdud və xidmət müəssisələrinə müraciət edən vətəndaşların gediş-gəlişini asanlaşdırmaqdır.

Yeni minib-düşmə yerləri bu ünvanlarda yaradılıb: Cavadxan küçəsi - Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin qarşısı, İsmayıl bəy Qutqaşınlı küçəsi – 1 saylı Bakı DOST Mərkəzinin yanı, Heydər Əliyev prospekti – 3 saylı Bakı DOST Mərkəzinin yanı, Ziya Bünyadov prospekti – 4 saylı Bakı DOST Mərkəzinin qarşısı, Abbas Mirzə Şərifzadə küçəsi – 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin qarşısı, 9-cu köndələn küçəsi – 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin yanı, Hüseynbala Əliyev küçəsi – “Memar Əcəmi” metro stansiyasının yaxınlığı, Süleyman Sani Axundov küçəsi – “Azadlıq Prospekti” metro stansiyasının yaxınlığı,  Füzuli küçəsi – “28 Mall”un yanı və Şəmsi Bədəlbəyli küçəsi – “28 Mall”un yanı.

Şəhərdə hər bir dayanacaq, hər bir yol nişanı ilk baxışda adi görünə bilər. Amma bəzən insan üçün rahatlıq məhz belə kiçik toxunuşlardan başlayır. Bir neçə dəqiqəlik dayanacaq, təhlükəsiz minib-düşmək imkanı və ehtiyacı olan şəxsin yolunu asanlaşdıran bir neçə metr məsafə böyük şəhərin gündəlik həyatında mühüm fərq yarada bilər

Züleyxa ƏLİYEVA, 

“Azərbaycan”

 


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Birgə artan geosiyasi və geoiqtisadi güc   

18:09
26 Avqust

Yayda gündə nə qədər su içilməlidir? - Ekspert rəyi

18:07
26 Avqust

Nepalda daşqınlardan sonra yüzlərlə turist itkin düşüb  

18:04
26 Avqust

Balaca balıqlar, böyük ümidlər – Arpaçay yenidən canlanır

17:58
26 Avqust

Rusiyalı sahibkar Alişer Usmanovdan

17:55
26 Avqust

Laçına köçürülmüş sakinlərdən 1235-i məşğulluq tədbirlərinə cəlb edilib  

17:53
26 Avqust

Bakıda gediş-gəlişi asanlaşdıran yeni addım

17:44
26 Avqust

Prezidentin Mətbuat Xidmətinin məlumatı

17:40
26 Avqust

Revanşizmin çöküşü: Ermənistanda köhnə rejimin qalıqları təmizlənir  

17:32
26 Avqust

Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib  

17:30
26 Avqust

Azərbaycan və Özbəkistan alimləri vanadiumun alınması üçün yeni texnologiya hazırlayır  

17:13
26 Avqust

Bakının Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib  

16:58
26 Avqust

Azərbaycan futbolunun “SABAH”ı  

16:43
26 Avqust

“SpaceX” 100 milyard dollarlıq kosmik baza tikəcək

16:41
26 Avqust

Azərbaycan və Özbəkistan alimlərinin birgə layihəsi: mis filizlərinin emalı üçün yeni texnologiya hazırlanacaq  

16:36
26 Avqust

İran: Hörmüz boğazında cənub dəhlizi bağlandı

16:34
26 Avqust

İsti havaya qarşı parça hazırlanıb

16:27
26 Avqust

Birinci vitse-prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib  

16:24
26 Avqust

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən  

16:20
26 Avqust

Dərin yuxu Altzheymer xəstəliyindən qoruya bilər

16:20
26 Avqust

Fransada liseylərdə mobil telefon qadağası başlayır

16:13
26 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!