26 Avqust 2026 12:59
83
İQTİSADİYYAT
A- A+
Azərbaycan qida sənayesini Düşənbədə tanıtdı

Azərbaycan qida sənayesini Düşənbədə tanıtdı

Azərbaycanın qida sənayesi bu dəfə Düşənbədə öz sözünü deyib. İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) Tacikistanın paytaxtında keçirilən Beynəlxalq Qida Sənayesi Forumunda ölkəmizin bu sahədəki imkanlarını təqdim edib.

Forumda Azərbaycanın qida sənayesinin investisiya potensialı, yeni istehsal texnologiyaları və ixrac imkanları diqqət mərkəzində olub. Plenar iclasda qida emalı, ixracın genişləndirilməsi və ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində beynəlxalq əməkdaşlığın əhəmiyyətindən danışılıb. Azərbaycanın zəngin kənd təsərrüfatı xammal bazası, nəqliyyat imkanları, sənaye zonaları və aqroparklarının yeni investisiya və tərəfdaşlıq imkanları yaratdığı vurğulanıb. Panel müzakirələrində isə Azərbaycan və Tacikistan arasında kənd təsərrüfatı məhsullarının emalı, müasir texnologiyaların tətbiqi və qarşılıqlı tədarük imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Forumun mühüm nəticələrindən biri də Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının Tacikistanın “Xurokvori” Dövlət Unitar Müəssisəsi və “Kishvari Sabz” MMC ilə əməkdaşlığa dair iki sənəd imzalaması olub.

Düşənbədə keçirilən görüşlər və sərgi Azərbaycanın qida sənayesinin yalnız daxili bazarın deyil, yeni regional əməkdaşlıq yollarının da ümidverici ünvanlarından biri olduğunu göstərib. Burada söhbət yalnız məhsuldan deyil, iki ölkənin süfrələrini və istehsal imkanlarını bir-birinə yaxınlaşdıran yeni tərəfdaşlıqdan gedib.

Züleyxa ƏLİYEVA,

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan qida sənayesini Düşənbədə tanıtdı

12:59
26 Avqust

Azərbaycan-Gürcüstan sərhədində nəqliyyat vasitələrinin sıxlığı aradan qaldırılıb

12:55
26 Avqust

Köhnə xalçaların yeni həyatı: Laçında fərqli sərgi

12:46
26 Avqust

Banklar ilin 7 ayında 858,7 milyon manat xalis mənfəət əldə edib

12:44
26 Avqust

Çempionlar Liqası: “Sabah” təsnifat mərhəsinin ən intizamlı komandası olub

12:40
26 Avqust

Ölkədaxili nağdsız əməliyyatların həcmi 14 faizədək artıb

12:37
26 Avqust

Bankların cəmi aktivləri artıb

12:36
26 Avqust

Türkiyədə zəlzələlər baş verib

12:29
26 Avqust

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkindən

12:23
26 Avqust

Dünya mətbuatı “Sabah”ın möhtəşəm geridönüşündən yazır: “Unudulmaz futbol dramı”

12:22
26 Avqust

İslamabad xəstəxanasında baş verən yanğın nəticəsində körpələr ölüb

12:20
26 Avqust

“Sabah” Çempionlar Liqasının tarixinə düşüb

12:18
26 Avqust

AİB sərhəd-keçid məntəqələrinin modernləşdirilməsinə 400 milyon dollar ayıra bilər

12:07
26 Avqust

Xəzərdə “Dədə Qorqud” izi 

12:06
26 Avqust

Gəncədə ixtisaslaşdırılmış əmək yarmarkası keçirilib

11:53
26 Avqust

“Mərkəzi Azəri” platformasının profilaktik işlər proqramı uğurla başa çatıb

11:51
26 Avqust

Rusiyanın Tambov və Lipetsk vilayətlərinə PUA hücumları olub, ölənlər var

11:43
26 Avqust

Laçın: Zəfərdən dirçəlişə uzanan yol

11:40
26 Avqust

Misin qiyməti rekord həddə yaxınlaşır

11:38
26 Avqust

Ötən gün 73 cinayətin açılması təmin olunub

11:11
26 Avqust

Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib

11:09
26 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!