26 Avqust 2026 17:32
145
SİYASƏT
A- A+
Revanşizmin çöküşü: Ermənistanda köhnə rejimin qalıqları təmizlənir  

Revanşizmin çöküşü: Ermənistanda köhnə rejimin qalıqları təmizlənir  

  Ermənistanda cərəyan edən hüquqi və siyasi proseslər bu ölkənin dönüş mərhələsində olduğunu göstərir. Rəsmi İrəvan cəmiyyəti xəyalpərəst ideologiyalarla aldadaraq uçuruma aparan, regional əməkdaşlığa, sülhə və təhlükəsizliyə mane olmaq niyyəti güdən revanşist dairələrə qarşı ciddi addımlar atır. Paşinyan iqtidarı ölkəni fəlakətə sürükləyən bu qüvvələrin kökünü kəsmək, onların siyasi və maliyyə rıçaqlarını tamamilə məhv etmək istiqamətində açıq əməli fəaliyyətə keçib. 

Vaxtilə qonşulara qarşı ərazi iddiaları irəli sürərək regionu müharibəyə sürükləyən terrorçu ünsürlər keçmişdə törətdikləri əməllərə və cinayətlərə görə qanun qarşısında cavab verirlər. Hökumət artıq şifahi bəyanatlarla kifayətlənmir, birbaşa hüquq-mühafizə mexanizmlərini işə salaraq köhnə rejimin qalıqlarını silməyə çalışır.

Revanşizmə vurulan ağır zərbənin bariz nümunəsi Ermənistan Baş Prokurorluğunun və Antikorrupsiya Komitəsinin keçmiş prezident müharibə canisi Robert Köçəryana və onun yaxın çevrəsinə qarşı genişmiqyaslı cinayət işləri başlatmasıdır. Sabiq prezident vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, xüsusilə külli miqdarda rüşvət alma və çirkli pulların yuyulması kimi ağır maddələrlə ittiham olunur. Müstəntiqlərin təqdim etdiyi materiallar əsasında açılan bu cinayət işi çərçivəsində R.Köçəryanın böyük oğlu Sedrak Köçəryan da daxil olmaqla ümumilikdə 9 nəfərə qarşı rəsmi ittihamlar irəli sürülüb. 

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin və digər aidiyyəti qurumların əməkdaşları sabiq prezidentin digər oğlu, “Ermənistan” fraksiyasının deputatı Levon Köçəryanın mənzilində, həmçinin onun ailəsi ilə birbaşa əlaqəli olan şirkətlərdə də geniş axtarışlar aparıblar. Bununla yanaşı, Levon Köçəryanın həyat yoldaşı, tanınmış müğənni Siruşoya məxsus kommersiya obyektlərində və şirkət ofislərində də axtarışlar reallaşdırılıb. 

Cinayət şəbəkəsinin araşdırılması zamanı digər keçmiş prezident, Köçəryanın hakimiyyəti illərində müdafiə naziri postunu tutmuş Serj Sarkisyanın da adının hallanması köhnə hərbi-siyasi klanın tamamilə zərərsizləşdirilməsi və revanşizmin dayaqlarının çökdürülməsi niyyətini bir daha təsdiqləyir. 

Dövlət səviyyəsində həyata keçirilən bu “təmizləmə əməliyyatları” Ermənistanın Baş naziri Nikol Paşinyanın parlamentdəki kəskin çıxışlarından sonra reallaşıb. Hökumətin yeni beş illik proqramının müzakirəsi zamanı kürsüyə çıxan Paşinyan keçmiş rejim rəhbərlərinin və onların maliyyə dayaqlarının mütləq cəzalandırılmasının vacibliyini bəyan edib. O, ölkəni fəlakətə aparan korrupsioner və revanşist elitanın ünvanına kəskin ifadələr işlədərək deyib: “Bəli, onlar həbs olunmalıdırlar. Qaqik Tsarukyan və Robert Köçəryan vaxtilə rüşvət kimi paylamaq üçün xalqdan oğurladıqları pulları dövlətə qaytarmalıdırlar. Bu, mənim siyasi məsuliyyətimdir. Bunu təkcə mən yox, Ermənistan xalqı tələb edir”. Baş nazirin bu açıqlaması göstərir ki, hakimiyyət daxili siyasətdə revanşist dairələrin maliyyə rıçaqlarını tamamilə əlindən almağa və Ermənistanı uzun illər talayanlardan hesab sormağa tam qərarlıdır. 

N.Paşinyan çıxışında təkcə korrupsiya faktlarına deyil, illərlə erməni cəmiyyətini fəlakətə sürükləyən ideoloji yanlışlıqlara da toxunub. O, keçmişin zərərli miflərinə son qoyaraq toplum qarşısında acı reallıqları açıq şəkildə etiraf edib. Paşinyan illərlə təbliğ olunan zərərli ideologiyaları sərt tənqid edərək bildirib ki, “Qarabağ hərəkatı” Ermənistan dövlətçiliyini və gələcəyini sıfırlamaqdan başqa bir şey deyildi. O, seçkilərdə xalqdan aldığı dəstəyə arxalandığını vurğulayaraq əlavə edib: “Biz xalqın verdiyi mandatla bu layihəni bağladıq və Ermənistan dövlətçiliyinin davamlılığı üçün məhdudiyyətsiz imkanlar açdıq”. Paşinyan onu vurğulayıb ki, Ermənistan Azərbaycan və digər qonşu ölkələrə qarşı ərazi iddialarını rəsmən davam etdirsəydi, bir dövlət kimi xəritədən silinmək və məhv olmaq təhlükəsi ilə üz-üzə qalacaqdı. Bu fikirlər erməni cəmiyyətinə açıq mesajdır: Ermənistanın Bakının tələblərini yerinə yetirməkdən, mövcud sərhədləri qəbul etməkdən və regional reallıqlarla barışmaqdan başqa heç bir alternativi yoxdur. Baş nazir mövqeyini belə tamamlayıb: “Tarixin dalanından çıxmalı və gələcəyin yol ayırıcına çatmalı idik. Ermənistan xalqının “real Ermənistan” ideologiyası ətrafında birləşməsi bizə əmin olmağa əsas verir ki, artıq yenidən dalana girməyəcəyik”. 

Prosesin mühüm tərəflərindən biri də Ermənistan ictimaiyyətinin işğalçılıq meyillərdən uzaqlaşaraq daha rasional düşüncəyə yaxınlaşmasıdır. İllər boyu revanşist ideyaların və hərbi ritorikanın girovuna çevrilən cəmiyyət bu qarşıdurmanın ölkəyə yalnız itkilər, təcrid və iqtisadi durğunluq gətirdiyini daha aydın dərk edir. Hökumət öz addımları ilə erməni toplumuna göstərir ki, daxili sabitliyi təmin etmək və qonşularla normal münasibətlər qurmaq həm də Ermənistanın bir dövlət kimi mövcudluğunu qoruyub saxlamaq üçün zərurətdir. Xalqın revanşist qüvvələrə dəstək verməməsi və hakimiyyətin real siyasətinə etimadı Ermənistanın regional təhlükəsizlik və əməkdaşlıq mühitinə inteqrasiya olunmaqdan başqa alternativinin olmadığını bir daha sübut edir. 

Nəticə etibarilə vaxtilə erməni xalqının gələcəyini məhv edən koçaryanlar, sarkisyanlar bu gün öz cinayətlərinin bədəlini ödəyirlər. Bu hüquqi və siyasi təmizləmə erməni toplumunu uydurma ideyalardan uzaqlaşmağa, reallığı qəbul etməyə və Azərbaycanla dayanıqlı sülhə nail olmaq üçün Bakının şərtlərini qeyd-şərtsiz yerinə yetirməyə yönəlib. Köhnə rejimin təhlükəli qalıqlarının tamamilə neytrallaşdırılması Ermənistanın gələcəyini xilas etmək və regionda uzunmüddətli sülh, təhlükəsizlik və əməkdaşlıq mühitini təmin etmək üçün zəruri dönüş nöqtəsidir. Artıq rəsmi İrəvan başda olmaqla erməni xalqı anlayır ki, bundan başqa çıxış yolu yoxdur. 


İsmayıl QOCAYEV, 

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Birgə artan geosiyasi və geoiqtisadi güc   

18:09
26 Avqust

Yayda gündə nə qədər su içilməlidir? - Ekspert rəyi

18:07
26 Avqust

Nepalda daşqınlardan sonra yüzlərlə turist itkin düşüb  

18:04
26 Avqust

Balaca balıqlar, böyük ümidlər – Arpaçay yenidən canlanır

17:58
26 Avqust

Rusiyalı sahibkar Alişer Usmanovdan

17:55
26 Avqust

Laçına köçürülmüş sakinlərdən 1235-i məşğulluq tədbirlərinə cəlb edilib  

17:53
26 Avqust

Bakıda gediş-gəlişi asanlaşdıran yeni addım

17:44
26 Avqust

Prezidentin Mətbuat Xidmətinin məlumatı

17:40
26 Avqust

Revanşizmin çöküşü: Ermənistanda köhnə rejimin qalıqları təmizlənir  

17:32
26 Avqust

Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib  

17:30
26 Avqust

Azərbaycan və Özbəkistan alimləri vanadiumun alınması üçün yeni texnologiya hazırlayır  

17:13
26 Avqust

Bakının Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib  

16:58
26 Avqust

Azərbaycan futbolunun “SABAH”ı  

16:43
26 Avqust

“SpaceX” 100 milyard dollarlıq kosmik baza tikəcək

16:41
26 Avqust

Azərbaycan və Özbəkistan alimlərinin birgə layihəsi: mis filizlərinin emalı üçün yeni texnologiya hazırlanacaq  

16:36
26 Avqust

İran: Hörmüz boğazında cənub dəhlizi bağlandı

16:34
26 Avqust

İsti havaya qarşı parça hazırlanıb

16:27
26 Avqust

Birinci vitse-prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib  

16:24
26 Avqust

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən  

16:20
26 Avqust

Dərin yuxu Altzheymer xəstəliyindən qoruya bilər

16:20
26 Avqust

Fransada liseylərdə mobil telefon qadağası başlayır

16:13
26 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!