26 Avqust 2026 15:22
880
SİYASƏT
A- A+
“ADEX”də yeni rekord: Sərgi üçün ilk dəfə Bakı Ekspo Mərkəzinin 5-ci pavilyonu istifadəyə verilir

“ADEX”də yeni rekord: Sərgi üçün ilk dəfə Bakı Ekspo Mərkəzinin 5-ci pavilyonu istifadəyə verilir


Müdafiə sənayesi sahəsinin ən mötəbər beynəlxalq tədbiri, Qafqaz regionunun bu sahə üzrə ən böyük ixtisaslaşmış sərgisi və hərbi-texniki əməkdaşlığın əsas platformalarından olan “ADEX” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi 30 sentyabr – 2 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək.

“Caspian Event Organisers” şirkətindən AZƏRTAC-a bildirilib ki, təşkil olunduğu ilk illərdən etibarən Prezident İlham Əliyevin “ADEX”i ziyarət edərək yaxından tanış olması, tədbirin iştirakçılarına və qonaqlarına salamlama məktubu ünvanlaması sərgiyə dövlət səviyyəsində yüksək diqqətin təzahürüdür. Bu, sərgiyə böyük etimadı nümayiş etdirməklə yanaşı, onun Azərbaycanın beynəlxalq nüfuza malik milli brendi statusunu təsdiqləyir.

“ADEX” Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilir. Sərginin təşkilatçısı “Caspian Event Organisers” şirkətidir.

Azərbaycanın milli brendi olan “ADEX”in tarixində bu il ilk dəfə olaraq Bakı Ekspo Mərkəzinin 5-ci pavilyonu istifadəyə veriləcək. Sərgi üçün rekord hesab edilən bu mühüm yenilik “ADEX”in artıq yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. Beşinci pavilyonun fəaliyyətə başlaması sadəcə ekspozisiya sahəsinin genişləndirilməsi deyil, “ADEX”in ildən-ilə artan nüfuzunun, beynəlxalq müdafiə sənayesində möhkəmlənən mövqeyinin və ona göstərilən böyük marağın əyani ifadəsidir.

Yeni ölkələrin və dünyanın tanınmış müdafiə sənayesi şirkətlərinin sərgiyə qoşulması, ənənəvi iştirakçıların isə “ADEX”də təmsilçiliklərini davam etdirməsi sərginin miqyasındakı rekord genişlənməni şərtləndirən əsas amillərdir.

İndiyədək dünyanın 20-dən çox ölkəsindən 200-dən artıq şirkətin “ADEX 2026”da iştirakını təsdiqləməsi sərgiyə olan beynəlxalq marağı aydın şəkildə ortaya qoyur. Bu il Amerika Birləşmiş Ştatlarının (ABŞ) “ADEX 2026”da fəal iştirakı xüsusi diqqət çəkir. Belə ki, ABŞ-nin “SIG SAUER” və “Lockheed Martin” kimi nüfuzlu şirkətləri “ADEX”də debüt edəcək. Böyük Britaniya və Almaniya ilk dəfə olaraq “ADEX 2026”nın iştirakçı ölkələri sırasına qoşulacaq. Almaniyanı sərgidə nüfuzlu “Rheinmetall” şirkəti təmsil edəcək. Bütün bunlar “ADEX”in beynəlxalq iştirak coğrafiyasının və nüfuzlu tərəfdaşlar dairəsinin genişlənməsinin bariz göstəricisidir.

Türkiyədən “ADEX 2026”nın baş sponsoru qismində çıxış edən “ROKETSAN”, həmçinin “ASELSAN Elektronik San. ve Tic. A.Ş.”, “BAYKAR”, “Turkish Aerospace Industries” (TAI) və “HAVELSAN Elektronik San. ve Tic. A.Ş.”, İtaliyadan “Leonardo”, Çexiyadan “Excalibur Army SPOL S.R.O”, Birləşmiş Ərəb Əmirliklərindən “EDGE Group” və İspaniyadan “INDRA” ADEX-in ənənəvi beynəlxalq iştirakçıları arasında yer alır.

Fərdi şirkətlərlə yanaşı, bir sıra ölkələr “ADEX 2026”da milli qruplar şəklində iştirak edəcək. Belarus, Çexiya, İtaliya, Türkiyə və Slovakiya əvvəlki illərdə olduğu kimi, bu il də milli ekspozisiyalarla təmsil olunaraq müdafiə sənayesi sahəsində məhsul və texnoloji həllərini nümayiş etdirəcək.

Azərbaycanın müdafiə-sənaye kompleksinin gücü və texnoloji potensialı “ADEX 2026”da beynəlxalq auditoriyaya geniş şəkildə təqdim olunacaq. Belə ki, “ADEX 2026”nın əsas yeniliklərindən biri Bakı Ekspo Mərkəzinin 4-cü pavilyonunun ilk dəfə olaraq milli ekspozisiyaya ayrılmasıdır. Pavilyonda Azərbaycanın müdafiə sənayesi, texnologiya, kosmik sənaye və mühəndislik sahələrini təmsil edən qurum və şirkətlər yer alacaq. Milli pavilyonda Müdafiə Sənayesi Nazirliyi, Müdafiə Nazirliyi, Minatəmizləmə Agentliyi, Kosmik Agentliyi — “Azərkosmos”, “Rynex Solutions” MMC, “Synapline Technologies”, “Vektor DS”, “Miras Military Industrial Company” LLC, “ITX MOTORS”, Milli Müdafiə Universiteti, “RD Smart” ASC, “Az-Tex-Import” LLC, “AZEL Systems” və “Azərsilah” Müdafiə Sənayesi Holdinqi təmsil olunacaq.

Müdafiə Sənayesi Nazirliyi sərgini dəstəkləməklə yanaşı, tabeliyində olan “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC ilə birgə stendlə təmsil olunacaq. Burada mövcud istehsal və texnoloji imkanlar, eləcə də ən son yeniliklər nümayiş etdiriləcək. Müdafiə Nazirliyi də sərgidə ayrıca stendlə iştirak edərək, fəaliyyət istiqamətlərini və imkanlarını təqdim edəcək.

“ADEX” sərgisinə artan beynəlxalq maraq yalnız iştirakçı şirkətlərin sayında deyil, rəsmi nümayəndə heyətlərinin iştirakında da özünü göstərir. İndiyədək 26 ölkədən 32 rəsmi nümayəndə heyəti sərgidə iştirakını təsdiqləyib. Müxtəlif ölkələri təmsil edən yüksəksəviyyəli nümayəndə heyətlərinin iştirakı sərgi çərçivəsində ikitərəfli görüşlərin keçirilməsinə, müdafiə sənayesi sahəsində əməkdaşlıq perspektivlərinin müzakirəsinə və yeni əlaqələrin qurulmasına şərait yaradacaq.

“ADEX 2026”nın ekspozisiyası müdafiə sənayesinin müxtəlif istiqamətlərini əhatə edəcək. Sərgidə aviasiya və pilotsuz sistemlər, radioelektron mübarizə vasitələri, C4ISR texnologiyaları, müasir silah-sursat və hərbi texnika nümunələri nümayiş etdiriləcək.

Bu istiqamətlərin eyni sərgi məkanında təqdim olunması “ADEX”in yalnız ayrı-ayrı məhsulların nümayişi ilə məhdudlaşmadığını göstərir. Sərgi müasir müdafiə sənayesinin müxtəlif texnoloji sahələrini bir araya gətirən geniş ekspozisiya formalaşdırır.

“ADEX 2026” ilə paralel olaraq Bakı Ekspo Mərkəzində 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi – “Securex Caspian” də keçiriləcək.

“Securex Caspian” Müdafiə Sənayesi Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyasının dəstəyi ilə təşkil olunur.

Bu il miqyası əvvəlki illərlə müqayisədə daha da genişlənən “Securex Caspian” sərgisində kibertəhlükəsizlik sektoru diqqət mərkəzində olacaq. Bu istiqamətdə ən son texnologiyalar, innovativ həllər və qabaqcıl yanaşmalar nümayiş etdiriləcək.

“ADEX” və “Securex Caspian” sərgilərinin paralel keçirilməsi müdafiə sənayesi ilə daxili təhlükəsizlik istiqamətlərini vahid məkanda birləşdirəcək. Nəticədə müdafiə sənayesi texnologiyaları və hərbi texnika ilə yanaşı, daxili təhlükəsizlik, mühafizə, xilasetmə avadanlıqları və kibertəhlükəsizlik həlləri də təqdim olunacaq.

“ADEX 2026” və “Securex Caspian 2026”nın proqramı yalnız ekspozisiyadan ibarət olmayacaq. Sərgilərdə iştirakçı və ziyarətçilərə müdafiə sənayesi, daxili təhlükəsizlik, təhsil və kadr hazırlığı, innovasiyalar və yüksək texnologiyalar üzrə zəngin işgüzar proqram təqdim ediləcək.

Proqram çərçivəsində strateji, akademik, innovasiya, texnologiya, təlim və digər sessiyalar, həmçinin müxtəlif tədbirlər keçiriləcək. Bu tədbirlər peşəkar müzakirələrin aparılmasına və təcrübə mübadiləsinə şərait yaradacaq.

İşgüzar proqramın əsas elementlərindən biri “Gələcəyin Milli Hərbi Sənaye Kompleksi” adlı startap layihəsinin təqdimatı olacaq. Layihənin proqrama daxil edilməsi “ADEX”in innovativ təşəbbüslərə və perspektiv texnoloji həllərə dəstək ənənəsinə sadiq qaldığını göstərir.

“ADEX 2026” çərçivəsində Azərbaycanın dövlət qurumlarının nümayəndələri, beynəlxalq nümayəndə heyətləri və iştirakçı şirkətlər arasında keçiriləcək ikitərəfli danışıqlar xüsusi əhəmiyyət daşıyacaq. Bu görüşlər yeni işgüzar əlaqələrin qurulmasına, hərbi-texniki əməkdaşlığın genişləndirilməsinə, birgə layihələrin həyata keçirilməsinə və uzunmüddətli strateji tərəfdaşlıqların formalaşdırılmasına imkan yaradacaq.

Sərginin peşəkar istiqaməti nəzərə alınaraq, “ADEX 2026”ya giriş yalnız hərbi qulluqçular, təhlükəsizlik və hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbi və müdafiə sənayesində, eləcə də əlaqəli sektorlarda çalışan şəxslər, həmçinin ali hərbi təhsil müəssisələrinin tələbələri üçün açıq olacaq. Kommersiya strukturlarında çalışan şəxslər yalnız oktyabrın 2-də şəxsiyyət vəsiqələrini təqdim etməklə sərgini ziyarət edə biləcəklər.

Beləliklə, Azərbaycanın milli brendi “ADEX 2026” artan nüfuzu, ilk dəfə açılacaq 5-ci pavilyonu, genişlənən beynəlxalq coğrafiyası və dünyanın aparıcı müdafiə sənayesi şirkətlərinin iştirakı ilə öz tarixinin ən irimiqyaslı tədbirlərindən biri olmağa hazırlaşır. Bu mötəbər platforma Bakını növbəti dəfə beynəlxalq hərbi-texniki əməkdaşlığın əsas görüş məkanlarından birinə çevirəcək və Azərbaycanın milli brendi kimi qlobal nüfuzunu daha da möhkəmləndirəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ICESCO-nun Baş direktoru: Dünyada sülhün təmin edilməsi üçün qlobal hərbi xərclərin yarım faizi kifayətdir  

13:34
27 Oktyabr

İraqda İŞİD üzvü olan yeddi Fransa vətəndaşına həbs cəzası verilib  

13:29
27 Oktyabr

Özbəkistanda xərçəngin erkən aşkarlanmasına 59 milyon dollar vəsait ayrılacaq  

13:26
27 Oktyabr

VII Dialoq Forumu: Beynəlxalq təşkilatların və nazirlərin xüsusi birgə sessiyası işə başlayıb 

13:03
27 Oktyabr

Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

12:49
27 Oktyabr

Sabah bəzi yerlərdə yağış yağacaq

12:41
27 Oktyabr

Azərbaycan Cənubi Qafqada Avstriyanın ən böyük iqtisadi tərəfdaşıdır

12:35
27 Oktyabr

Oktyabr Hörmüzdə ticarət gəmilərinə hücumların sayına görə son 9 ildə ən çətin dövr olub

12:27
27 Oktyabr

ICESCO-nun Baş direktoru: “Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb  

12:22
27 Oktyabr

BMT rəsmisi: Dini və mədəni obyektlərin qorunması dinc birgəyaşayış üçün böyük əhəmiyyət daşıyır  

12:21
27 Oktyabr

Borcluların qiymətli kağızlarına tələbin yönəldilməsi qaydası dəyirşir

11:47
27 Oktyabr

Prezident İlham Əliyev: Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq

11:44
27 Oktyabr

Milli Məclisdə 12 məsələnin müzakirəsinə başlanılıb

11:42
27 Oktyabr

Azərbaycan Prezidenti: Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb

11:41
27 Oktyabr

Prezident: Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür

11:39
27 Oktyabr

Bakıda yeni park salınır

11:38
27 Oktyabr

Prezident İlham Əliyev: Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir

11:36
27 Oktyabr

Prezident: Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil

11:33
27 Oktyabr

Azərbaycan Prezidenti: İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır

11:32
27 Oktyabr

BMT Baş katibinin müavini: Forumun mövzusu müasir reallığı tam əks etdirir

11:30
27 Oktyabr

Prezident: Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər

11:29
27 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!