27 Oktyabr 2026 13:34
172
Mədəniyyət
A- A+
ICESCO-nun Baş direktoru: Dünyada sülhün təmin edilməsi üçün qlobal hərbi xərclərin yarım faizi kifayətdir  

ICESCO-nun Baş direktoru: Dünyada sülhün təmin edilməsi üçün qlobal hərbi xərclərin yarım faizi kifayətdir  


Beynəlxalq əməkdaşlıq yalnız bəyanatlarla məhdudlaşmamalıdır. Öhdəliklər konkret nəticələr verdikdə və insanlar bu nəticələri gündəlik həyatlarında hiss etdikdə əməkdaşlıq real məna qazanır. Uğurun əsas meyarı qəbul edilən qərarların insanların həyatında müsbət dəyişikliklər yaratmasıdır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində oktyabrın 27-də keçirilən Beynəlxalq təşkilatların 3-cü yüksəksəviyyəli görüşü və “Bakı Prosesi” çərçivəsində nazirlərin 6-cı görüşünün xüsusi birgə sessiyasındakı çıxışında səsləndirib.

O qeyd edib ki, çoxtərəfli əməkdaşlığa etimadın gücləndirilməsi mühüm əhəmiyyət daşıyır: “Ölkələrin birgə səyləri icmaların və cəmiyyətlərin həyatında öz əksini tapmalıdır. Əməkdaşlığın məqsədi milli qurumların öz cəmiyyətlərinə daha yaxşı xidmət göstərməsinə dəstək olmaqdır. Dünyada sülhün təmin edilməsi üçün qlobal hərbi xərclərin cəmi yarım faizi kifayətdir. Əsas məqsədimiz ümumi səyləri birləşdirərək daha səmərəli nəticələr əldə etməkdir. Təhsil və elm bu fəaliyyətin mərkəzində dayanır. Təhsil gənclərə gələcəklərini müəyyənləşdirmək üçün zəruri imkanlar təqdim edir. Eyni zamanda, hər bir cəmiyyətin milli kimliyinə hörmətlə yanaşılması vacibdir”.

Salim bin Məhəmməd əl-Malik süni intellektin mədəni irsə çıxış imkanlarını genişləndirdiyini və dezinformasiyanın qarşısının alınmasına töhfə verdiyini diqqətə çatdırıb: “Bu baxımdan süni intellektin etik prinsiplər əsasında inkişaf etdirilməsi vacibdir. Süni intellekt sahəsindəki proqramlarımızı nazirliklərin müəyyən etdiyi prioritetlərlə uzlaşdırmalıyıq. Nazirləri bu istiqamətdə birgə səyləri gücləndirməyə dəvət edirəm. Azərbaycan xalqına ‘Bakı Prosesi’nə göstərdiyi dəstəyə görə təşəkkür edirəm. Təşkilatımız bu tərəfdaşlığa sadiqdir və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək əzmindədir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Masallıda heyvandarlığın inkişaf yolları müzakirə olunub  

13:44
27 Oktyabr

Şirvanda Vətən müharibəsi şəhidi Röyal Məmmədovun xatirəsi anılıb  

13:41
27 Oktyabr

Oksford universitetinin məzunu TAU tələbələrinə seminar keçib

13:38
27 Oktyabr

ICESCO-nun Baş direktoru: Dünyada sülhün təmin edilməsi üçün qlobal hərbi xərclərin yarım faizi kifayətdir  

13:34
27 Oktyabr

İraqda İŞİD üzvü olan yeddi Fransa vətəndaşına həbs cəzası verilib  

13:29
27 Oktyabr

Özbəkistanda xərçəngin erkən aşkarlanmasına 59 milyon dollar vəsait ayrılacaq  

13:26
27 Oktyabr

VII Dialoq Forumu: Beynəlxalq təşkilatların və nazirlərin xüsusi birgə sessiyası işə başlayıb 

13:03
27 Oktyabr

Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

12:49
27 Oktyabr

Sabah bəzi yerlərdə yağış yağacaq

12:41
27 Oktyabr

Azərbaycan Cənubi Qafqada Avstriyanın ən böyük iqtisadi tərəfdaşıdır

12:35
27 Oktyabr

Oktyabr Hörmüzdə ticarət gəmilərinə hücumların sayına görə son 9 ildə ən çətin dövr olub

12:27
27 Oktyabr

ICESCO-nun Baş direktoru: “Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb  

12:22
27 Oktyabr

BMT rəsmisi: Dini və mədəni obyektlərin qorunması dinc birgəyaşayış üçün böyük əhəmiyyət daşıyır  

12:21
27 Oktyabr

Borcluların qiymətli kağızlarına tələbin yönəldilməsi qaydası dəyirşir

11:47
27 Oktyabr

Prezident İlham Əliyev: Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq

11:44
27 Oktyabr

Milli Məclisdə 12 məsələnin müzakirəsinə başlanılıb

11:42
27 Oktyabr

Azərbaycan Prezidenti: Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb

11:41
27 Oktyabr

Prezident: Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür

11:39
27 Oktyabr

Bakıda yeni park salınır

11:38
27 Oktyabr

Prezident İlham Əliyev: Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir

11:36
27 Oktyabr

Prezident: Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil

11:33
27 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!