27 Oktyabr 2026 08:45
190
Mədəniyyət
A- A+
Bu gün müasir tikili, sabah memarlıq abidəsi

Bu gün müasir tikili, sabah memarlıq abidəsi


İşğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri ölkəmizin müasir inkişaf tarixinin mühüm səhifəsidir. Qarabağda və Şərqi Zəngəzurda uzun illər ərzində dağıntılara məruz qalmış şəhər və kəndlərin yenidən qurulması, infrastrukturun bərpası, tarixi-mədəni irsin qorunması və əhalinin doğma yurdlarına qayıdışı isə bu səhifənin əsas mövzularıdır.

2020-ci ildə Vətən müharibəsində qazanılmış tarixi Zəfərdən qısa müddət sonra Qarabağ və Şərqi Zəngəzurda başlanan quruculuq prosesi bu gün sürətlə davam edir. Məqsəd sadəcə Ermənistanın işğalı dövründə dağıdılmış tikililəri bərpa etmək, xarabalığa çevrilmiş yurdların yerində yeni kəndlər, qəsəbələr, şəhərlər salmaq deyil, eyni zamanda insanların rahat gələcəyini qurmaqdır. Odur ki, şəhərsalma və memarlıq layihələri ərazilərin sosial-iqtisadi inkişafının, milli-mədəni irsin qorunmasının və təhlükəsiz məskunlaşmanın təmin edilməsi ilə sıx bağlıdır.

Füzuli, Ağdam, Qubadlı, Cəbrayıl, Kəlbəcər, Laçın, Şuşa  və işğaldan azad edilmiş digər ərazilərimizdə həyat canlanmağa başlayıb. Öz əzəli torpaqlarına qayıdan keçmiş məcburi köçkünlər yenidən qurulmuş qədim yurdlarına sevinclə qədəm basırlar. Həmin yerlərdə yol, enerji, su təchizatı və digər infrastruktur obyektlərinin yaradılması ilə yanaşı, sosial və mədəni həyatın bərpası da diqqət mərkəzindədir.

İşğaldan azad olunmuş ərazilərdə yaşayış və ictimai infrastrukturun inkişafı istiqamətində aparılan işlər zamanı müasirliklə yanaşı, tarixi memarlıq xüsusiyyətlərinin qorunmasına da böyük həssaslıqla yanaşılır. Bu istiqamətdə bir sıra ərazilərdə, o cümlədən Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada həyata keçirilən işlər təqdirəlayiqdir. Bildiyimiz kimi, bu əsrarəngiz şəhər əsrlərdir xalqımızın musiqi, ədəbiyyat, incəsənət və memarlıq tarixində mühüm rol oynayır. Ermənistanın əsarətində qaldığı illərdə Şuşanın da qədim tikililərini yağılar uçurub dağıtmışdılar. Artıq Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa və Saatlı məscidləri kimi qədim dini-memarlıq abidələri, Molla Pənah Vaqifin məqbərəsi, Üzeyir bəy Hacıbəylinin və Bülbülün ev-muzeyləri və başqa tarixi memarlıq nümunələri bərpa olunub. Bu abidələrin bərpası Şuşanın zəngin tarixi irsinin qorunması, milli-mədəni dəyərlərin gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Məlum olduğu kimi, tarixi abidələrin bərpası yalnız tikililərin əvvəlki görkəminə qaytarılması demək deyil, həm də xalqın mədəni yaddaşının yaşadılması, tarixi məkanların ictimai həyata qaytarılması və milli memarlıq irsinin qorunmasıdır. Şuşada həyata keçirilən işlər də bu baxımdan şəhərin tarixi kimliyinin saxlanmasına və müasir inkişafının təmin edilməsinə xidmət edir.

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələrdə müasir texnologiyaların tətbiqi də mühüm yer tutur. "Ağıllı kənd" konsepsiyası yaşayış məntəqələrinin müasir infrastruktur əsasında qurulmasını, kommunal xidmətlərin səmərəli təşkilini və təbii resurslardan qənaətlə istifadəni nəzərdə tutur.

Müasir şəhərsalmada enerji və su təchizatının səmərəli təşkili, rəqəmsal xidmətlərin tətbiqi, ictimai məkanların yaradılması və kommunal sistemlərin təkmilləşdirilməsi əsasdır. Bütün bunlar əhalinin həyat şəritini yaxşılaşdırmaqla bərabər, sosial və iqtisadi inkişaf üçün də imkanlar açır.

Bununla belə, davamlı məskunlaşmanın təmin olunması yalnız yaşayış evlərinin və infrastrukturun yaradılması ilə məhdudlaşmır. Məşğulluq imkanlarının genişləndirilməsi, sahibkarlığın inkişafı, təhsil və səhiyyə xidmətlərinin əlçatanlığı vacibdir. 

Qarabağ və Şərqi Zəngəzurda quruculuq işlərinin digər mühüm istiqaməti ekoloji dayanıqlılığın təmin edilməsidir. "Şəhərsalma və Memarlıq İli" haqqında sərəncamda işğaldan azad edilmiş ərazilərin "yaşıl enerji" zonası elan edildiyi qeyd olunur. Bu, bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, enerji səmərəliliyinin artırılması və təbii resursların qorunması baxımından əhəmiyyətlidir. Su ehtiyatlarından səmərəli istifadə, yaşıllıq sahələrinin salınması və ekoloji tələblərin tikinti prosesində nəzərə alınması müasir yaşayış mühitinin əsas şərtlərindəndir. Yaşıl şəhərsalma yalnız parkların və yaşıllıq zolaqlarının salınması ilə məhdudlaşmır, eyni zamanda nəqliyyat sisteminin səmərəli təşkilini, enerji sərfiyyatının azaldılmasını, mühəndis infrastrukturunun təkmilləşdirilməsini və təbii mühitin qorunmasını əhatə edir. 

Doğma torpaqlara qayıdışın davamlı olması üçün yaşayış evlərinin tikilməsi ilə bərabər, məktəblərin, səhiyyə müəssisələrinin, kommunal xidmətlərin və ictimai obyektlərin fəaliyyəti də diqqət mərkəzindədir. Böyük qayıdış proqramı çərçivəsində həyata keçirilən işlərin qayəsi insanların öz yurdlarında rahat yaşamaları, işləmələri, təhsil almaları və sosial həyatda fəal iştirak etmələri üçün şəraitin yaradılmasıdır.

İşğaldan azad edilmiş ərazilərdə şəhərsalma və memarlıq sahəsində həyata keçirilən işlər Azərbaycanın müasir inkişaf strategiyasının mühüm istiqamətlərindən biridir. Planlı yenidənqurma, tarixi-mədəni irsin qorunması, innovativ yanaşmaların tətbiqi və ekoloji dayanıqlılığın təmin edilməsi bu prosesin əsas xüsusiyyətlərindəndir. Həmin yerlərdə görülən işlər yalnız bu günə deyil, həm də gələcəyə hesablanıb. Qarabağ və Şərqi Zəngəzurda bu gün tikilən, şəhərsalma və memarlıq baxımından gözəl nümunə sayılan binalar illər keçdikcə tarixiləşəcək və Azərbaycanın ən dəyərli memarlıq nümunələri sırasına əlavə olunacaq.


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Araşdırma: Qısa gəzintilər demensiya riskini azalda bilər

09:50
27 Oktyabr

Luis de la Fuente mövsümün ən yaxşı futbol məşqçisi seçilib

09:44
27 Oktyabr

Harri Keyn karyerasında ilk dəfə “Qızıl top” mükafatını qazanıb

09:43
27 Oktyabr

Zelenski: Ballistik raketlərlə Kiyevdə insanların sıx olduğu ərazilərə zərbələr endirilib, ölənlər var  

09:42
27 Oktyabr

Yeni təşəbbüslər, qarşılıqlı investisiyalar və beynəlxalq əməkdaşlıq

09:40
27 Oktyabr

Kiyev ballistik raketlərlə vurulub, ölən və xəsarət alanlar var

09:35
27 Oktyabr

Gədəbəy: istehlakçı üçün "ikinci çörək", istehsalçı üçün əsas "çörək ağacı"

09:35
27 Oktyabr

"Conder"lər iş başında

09:30
27 Oktyabr

Biz qazlaşdırılmış kəndin qazsız sakinləriyik

09:25
27 Oktyabr

Arzumuz gerçəkləşir

09:20
27 Oktyabr

Quba Cümə məscidi

09:15
27 Oktyabr

Marketə siyahısız getməyin bədəli

09:10
27 Oktyabr

Zəfər şəhidi Amid Heydərovun ailəsi ziyarət olunub

09:05
27 Oktyabr

Qardaşımla qürur duyuram

09:00
27 Oktyabr

Vətən Mətləb üçün ana qədər müqəddəs idi

08:55
27 Oktyabr

Xəzər sahilində arxitektura möcüzəsi: "Crescent bay"

08:50
27 Oktyabr

Bu gün müasir tikili, sabah memarlıq abidəsi

08:45
27 Oktyabr

Xəlil Rza Ulutürk - azadlığın gur səsi

08:40
27 Oktyabr

ZƏFƏR gündəliyi

08:35
27 Oktyabr

Doğma yurdu Şuşa uğrunda döyüşmək ən böyük arzusu idi

08:30
27 Oktyabr

Rasimi Qarabağa Vətən sevgisi apardı

08:25
27 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!