27 Oktyabr 2026 09:35
181
İQTİSADİYYAT
A- A+
Gədəbəy: istehlakçı üçün "ikinci çörək", istehsalçı üçün əsas "çörək ağacı"

Gədəbəy: istehlakçı üçün "ikinci çörək", istehsalçı üçün əsas "çörək ağacı"


Son illər kənd təsərrüfaının inkişafı istiqamətində dövlətin göstərdiyi diqqət və qayğıdan bəhrələnən gədəbəylilər aqrar sektorun bütün sahələrində yüksək göstəricilərə nail olurlar. Xüsusən kartof istehsalında qazanılan yüksək nəticələr  ildən-ilə artır.  Əvvəlki illərdə olduğu kimi, bu il də rayonda bol kartof məhsulu yetişdirilmişdir. 

"İkinci çörək" adlandırılan kartofun əkin dövründə yağan yağışlar torpaq sahiblərinin işini xeyli çətinləşdirmiş, əkini bir qədər geçikdirmişdir. O səbəbdən  məhsulun yığımında da gecikmələr yaranmışdır. Buna baxmayaraq, əkin sahələrində bol məhsul yetişmişdir. Hazırda fermerlər yetişmiş kartofun yığımı ilə məşğuldurlar. 

Xatırladaq ki, keçən il 8680 hektarda kartof əkən  təsərrüfat sahibləri 117 min 180 ton məhsul toplamışlar ki, bu da hər hektardan 135 sentner kartof deməkdir. Təsərrüfat sahibləri cari ildə əkin sahələrinin həcmini artıraraq 8740 hektara çatdırmışlar. Oktyabrın əvvəlinəcən 7469 hektarda yığım aparılmış, 100 min 170 ton məhsul götürülmüşdür. 

Gədəbəydə kartofçuluqla məşğul olan çox sayda fermer təsərrüfatları var. Demək olar ki, rayonda elə bir kənd yoxdur ki, orada kartof əkilməsin. Saratovka kəndinin sakini Ramiz Əliyev  keçən il hər hektardan 250 sentner, Daşbulaq kəndindən Hafiz Fətəliyev isə daha yüksək məhsul götürmüşlər.  Fermer Sakit Yəhyayev isə əkdiyi 13 hektardan indiyədək 620 ton kartof yığmışdır. Hər il kartof istehsalında fərqlənən Qoşabulaq kənd sakinləri Şahin Əliyev 5 hektardan 16, Ərəstun Ələkbərov hər hektardan 17 ton məhsul götürmüşlər ki, bu da əvvəlki ildəki göstəricidən xeyli çoxdur.

Gədəbəydə kartofçuluqda zəngin təcrübə qazanan fermerlərdən söz düşəndə ilk olaraq Saratovka kəndinin sakini Ramiz Əliyevin, Düz Rəsullu kəndindən İmran Həsənovun adlarını çəkirlər. Bu fermerlər hər il hər hektardan 250 sentnerədək məhsul götürürlər. Daşbulaq kəndinin sakini Hafiz Fətəliyev bir neçə il öncə Prezidentin sərəncamı ilə II dərəcəli "Əmək" ordeninə layiq görülmüşdür. Hazırda onun da sahələrində sürətlə kartof yığılır.


Sabir ƏLİYEV,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident: Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətimizdə olan ahəngdarlıqdır  

10:26
27 Oktyabr

Dohadakı IX Ümumdünya İnvestisiya Forumunda Azərbaycanın iqtisadi potensialı barədə məlumat verilib  

10:25
27 Oktyabr

Prezident: Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub  

10:23
27 Oktyabr

Qızıl və gümüş ucuzlaşıb

10:22
27 Oktyabr

Azərbaycan nefti 127 dollardan baha satılır

10:22
27 Oktyabr

Prezident İlham Əliyev: Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini vermişdir  

10:20
27 Oktyabr

Bakıda Almaniya-Azərbaycan biznes konfransı işə başlayıb

10:18
27 Oktyabr

Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edir YENİLƏNƏCƏK

10:06
27 Oktyabr

“Bild”: Almaniya xüsusi təyinatlı qüvvələri Rusiya ilə mümkün münaqişəyə hazırlaşır  

10:05
27 Oktyabr

Araşdırma: Qısa gəzintilər demensiya riskini azalda bilər

09:50
27 Oktyabr

Luis de la Fuente mövsümün ən yaxşı futbol məşqçisi seçilib

09:44
27 Oktyabr

Harri Keyn karyerasında ilk dəfə “Qızıl top” mükafatını qazanıb

09:43
27 Oktyabr

Zelenski: Ballistik raketlərlə Kiyevdə insanların sıx olduğu ərazilərə zərbələr endirilib, ölənlər var  

09:42
27 Oktyabr

Yeni təşəbbüslər, qarşılıqlı investisiyalar və beynəlxalq əməkdaşlıq

09:40
27 Oktyabr

Kiyev ballistik raketlərlə vurulub, ölən və xəsarət alanlar var

09:35
27 Oktyabr

Gədəbəy: istehlakçı üçün "ikinci çörək", istehsalçı üçün əsas "çörək ağacı"

09:35
27 Oktyabr

"Conder"lər iş başında

09:30
27 Oktyabr

Biz qazlaşdırılmış kəndin qazsız sakinləriyik

09:25
27 Oktyabr

Arzumuz gerçəkləşir

09:20
27 Oktyabr

Quba Cümə məscidi

09:15
27 Oktyabr

Marketə siyahısız getməyin bədəli

09:10
27 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!