27 Oktyabr 2026 09:40
190
İQTİSADİYYAT
A- A+
Yeni təşəbbüslər, qarşılıqlı investisiyalar və beynəlxalq əməkdaşlıq

Yeni təşəbbüslər, qarşılıqlı investisiyalar və beynəlxalq əməkdaşlıq


Ötən həftə Azərbaycanın iqtisadi gündəliyində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, investisiya imkanlarının təşviqi, sənaye və maliyyə sektorunda yeniliklər, eləcə də rəqəmsal inkişaf təşəbbüsləri ilə zəngin olub.

Oktyabrın 19-u beynəlxalq əməkdaşlıq, maliyyə sektorunun inkişafı və dayanıqlı inkişaf təşəbbüsləri ilə yadda qalıb. Azərbaycan Mərkəzi Bankı Slovakiya Milli Bankı ilə anlaşma memorandumu imzalayıb. Sənəd pul siyasəti, ödəniş sistemləri, maliyyə texnologiyaları və maliyyə bazarlarına nəzarət sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.

Həmin gün Azərbaycan Metrologiya İnstitutu ilə Niderlandın Milli Metrologiya İnstitutu arasında da elmi və texniki əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənəd birgə tədqiqatları, təcrübə mübadiləsini, ölçmə standartlarının təkmilləşdirilməsini və mütəxəssislərin hazırlığını əhatə edir.

Şabranda İqtisadiyyat Nazirliyi və BMT-nin Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə 8-ci "DİM Dialoqu" təşəbbüsü çərçivəsində xüsusi sessiya da həmin gün baş tutub. Tədbirdə ömürboyu öyrənmə, gələcəyin peşələri və süni intellekt dövründə bacarıqların inkişafı məsələləri müzakirə olunub.

* * *

Keçən həftə rəqəmsal inkişaf sahəsində ixtisaslı kadrların hazırlanması istiqamətində də addım atılıb. Milli Süni İntellekt Mərkəzinin nəzdində fəaliyyət göstərən "AI Academy"nin ilk məzunları təltif olunublar. Birillik tədris proqramını 57 nəfər başa vurub. Onlardan 35-i artıq işlə təmin edilib. Akademiya 2028-ci ilədək 600-dən çox süni intellekt mühəndisi hazırlamağı hədəfləyir.

* * *

Arxada qoyduğumuz həftədə biznes və ticarət markalarının tanıdılması istiqamətində də tədbir keçirilib. "Brand Award International 2026" qlobal müsabiqəsinin beşinci buraxılışında müxtəlif iqtisadi sahələri təmsil edən 50 ticarət markası qalib seçilib. Mərasim yerli və xarici şirkətlərin nümayəndələrinə yeni işgüzar əlaqələr qurmaq və təcrübələrini bölüşmək imkanı yaradıb.

Biznes mühitində şəffaflığın və korporativ idarəetmənin gücləndirilməsi də həftənin gündəmində yer alıb. Oktyabrın 20-də keçirilən "Dayanıqlı Biznes: Korporativ İdarəetmə, Risk və Komplayens (GRC) Konfransı 2026" Azərbaycanda Komplayens Assosiasiyasının ilk rəsmi tədbiri kimi yadda qalıb. Konfransda risklərin idarə olunması, maliyyə cinayətlərinin qarşısının alınması, hesabatlılıq və etik biznes prinsipləri müzakirə edilib.

* * *

Azərbaycanın xarici bazarlarda fəaliyyətinin genişləndirilməsi istiqamətində daha bir tədbir də ötən həftə baş tutub. Oktyabrın 21-də "AzerGold" QSC-nin Özbəkistanda ilk xarici törəmə şirkəti  olan "AzerGold Uzbekistan" dövlət qeydiyyatına alınıb. Şirkət Qaşqadərya vilayətindəki "Akba" qızıl yatağının geoloji kəşfiyyatını, ehtiyatlarının qiymətləndirilməsini və gələcək istismar imkanlarının araşdırılmasını həyata keçirəcək.

* * *

Beynəlxalq iqtisadi əlaqələrin genişləndirilməsi çərçivəsində oktyabrın 21-də Bakıda Avropa İttifaqı-Azərbaycan biznes-forumu işə başlayıb. "Dəhlizlərin birləşdirilməsi: Əlaqəlilik və infrastruktur" mövzusuna həsr olunan forumda ticarət, investisiya, nəqliyyat və infrastruktur sahələrində əməkdaşlıq imkanları müzakirə edilib. Tədbirdə həmçinin Azərbaycanın biznes mühiti və ticarət sektorunun inkişafına dair iki hesabat təqdim olunub.

Ertəsi gün isə Bakıda beynəlxalq iqtisadi müzakirələr III İslam Maliyyə Forumu  ilə davam edib. Forumda islam maliyyəsinin müasir maliyyə sistemindəki rolu, alternativ maliyyələşmə imkanları və bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirəyə çıxarılıb. Tədbir dövlət qurumları, maliyyə institutları və biznes nümayəndələri arasında təcrübə mübadiləsi, yeni tərəfdaşlıqların qurulması və islam maliyyəsinin inkişaf perspektivlərinin dəyərləndirilməsi baxımından platforma rolunu oynayıb.

* * *

Ötən  həftə enerji sektorunda beynəlxalq investisiya imkanları da müzakirə olunub. Oktyabrın 22-də Bakıda keçirilən "Yaşıl Enerji Dəhlizi: Texniki-iqtisadi əsaslandırmadan icraya doğru" forumunda "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi" layihəsinin nəticələri ilk dəfə beynəlxalq investorlara təqdim edilib. Qeyd olunub ki, təxminən 3 min kilometrlik dəhlizin 2032-ci ildən mərhələli şəkildə istismara verilməsi və ötürmə gücünün 4 qiqavata çatdırılması planlaşdırılır. 

* * *

Həftə türk dünyasında investisiya əməkdaşlığının genişləndirilməsi istiqamətində qəbul edilən yeni qərarla yadda qalıb. Oktyabrın 23-də Daşkənddə keçirilən iclasda Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik növbəti illik iclasın sonunadək Azərbaycana həvalə olunub. Görüşdə birgə investisiya layihələri, kiçik və orta sahibkarlığın dəstəklənməsi, ticarətin maliyyələşdirilməsi və üzv ölkələr arasında maliyyə əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib.

* * *

İstehsal və investisiya imkanlarının təşviqi həftənin son günündə gündəmdə yer alıb. Sumqayıt Sənaye Parkında Almaniyanın Azərbaycandakı səfiri Dirk Lölke ilə görüş keçirilib. Görüşdə sənaye zonalarında investorlar üçün yaradılan şərait, vergi və gömrük güzəştləri, infrastruktur imkanları müzakirə olunub, eləcə də almaniyalı iş adamları parkda fəaliyyət göstərməyə dəvət ediliblər. 

Biznes əlaqələrinin genişləndirilməsi istiqamətində isə "Caspian Energy Club" üzvləri "Grand CEO Tour" layihəsi çərçivəsində "Fabriora Group" şirkətinə səfər ediblər. Görüş zamanı şirkətin fəaliyyəti ilə tanışlıq, təcrübə mübadiləsi və yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi əsas məqsədlər olub.


Züleyxa ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident: Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətimizdə olan ahəngdarlıqdır  

10:26
27 Oktyabr

Dohadakı IX Ümumdünya İnvestisiya Forumunda Azərbaycanın iqtisadi potensialı barədə məlumat verilib  

10:25
27 Oktyabr

Prezident: Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub  

10:23
27 Oktyabr

Qızıl və gümüş ucuzlaşıb

10:22
27 Oktyabr

Azərbaycan nefti 127 dollardan baha satılır

10:22
27 Oktyabr

Prezident İlham Əliyev: Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini vermişdir  

10:20
27 Oktyabr

Bakıda Almaniya-Azərbaycan biznes konfransı işə başlayıb

10:18
27 Oktyabr

Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edir YENİLƏNƏCƏK

10:06
27 Oktyabr

“Bild”: Almaniya xüsusi təyinatlı qüvvələri Rusiya ilə mümkün münaqişəyə hazırlaşır  

10:05
27 Oktyabr

Araşdırma: Qısa gəzintilər demensiya riskini azalda bilər

09:50
27 Oktyabr

Luis de la Fuente mövsümün ən yaxşı futbol məşqçisi seçilib

09:44
27 Oktyabr

Harri Keyn karyerasında ilk dəfə “Qızıl top” mükafatını qazanıb

09:43
27 Oktyabr

Zelenski: Ballistik raketlərlə Kiyevdə insanların sıx olduğu ərazilərə zərbələr endirilib, ölənlər var  

09:42
27 Oktyabr

Yeni təşəbbüslər, qarşılıqlı investisiyalar və beynəlxalq əməkdaşlıq

09:40
27 Oktyabr

Kiyev ballistik raketlərlə vurulub, ölən və xəsarət alanlar var

09:35
27 Oktyabr

Gədəbəy: istehlakçı üçün "ikinci çörək", istehsalçı üçün əsas "çörək ağacı"

09:35
27 Oktyabr

"Conder"lər iş başında

09:30
27 Oktyabr

Biz qazlaşdırılmış kəndin qazsız sakinləriyik

09:25
27 Oktyabr

Arzumuz gerçəkləşir

09:20
27 Oktyabr

Quba Cümə məscidi

09:15
27 Oktyabr

Marketə siyahısız getməyin bədəli

09:10
27 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!