26 Oktyabr 2026 22:29
186
Mədəniyyət
A- A+
Bakıda Fərhad Xəlilovun 80 illik yubileyinə həsr olunan “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi açılıb  

Bakıda Fərhad Xəlilovun 80 illik yubileyinə həsr olunan “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi açılıb  


Azərbaycan Milli İncəsənət Muzeyində görkəmli rəssam, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilovun 80 illik yubileyinə həsr olunan “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərginin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli İncəsənət Muzeyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilən sərgidə rəssamın şəxsi kolleksiyasından seçilmiş 90-dan çox əsər nümayiş olunur.

Tədbirdə çıxış edən mədəniyyət naziri Adil Kərimli qeyd edib ki, Fərhad Xəlilovun sənəti dövlət tərəfindən yüksək qiymətləndirilir. “Onun yaradıcılığını sevənlərin sayı çoxdur. Sərgidə nümayiş olunan əsərlər qısa müddətdə ərsəyə gəlsə də, rəssam bu müddət ərzində onların üzərində günlərlə çalışıb. Rəssamın Vətən sevgisi və incəsənətimizi dünyada tanıtmasına verdiyi töhfələr xüsusi əhəmiyyət daşıyır”, – deyə A.Kərimli əlavə edib.

Özbəkistan Rəssamlar İttifaqının sədri, akademik İbrahim Vəlixocayev Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələrin əhəmiyyətini vurğulayıb. O, Xalq rəssamı Fərhad Xəlilova Özbəkistanın milli geyimini hədiyyə edib.

Dünyaşöhrətli rejissor Robert Sturua Fərhad Xəlilovun yaradıcılığının özünəməxsusluğu ilə seçildiyini bildirib. O, rəssamın əsərlərinin beynəlxalq miqyasda tanıdılmasının əhəmiyyətini vurğulayıb.

Azərbaycan təsviri sənətinin görkəmli nümayəndələrindən olan Fərhad Xəlilov zəngin yaradıcılığı, özünəməxsus bədii üslubu və fərdi dəst-xəti ilə seçilir. Rəssam dəzgah rəngkarlığının müxtəlif janrlarında çalışaraq realizmdən avanqard və mücərrəd sənətə qədər fərqli bədii yanaşmaları yaradıcılığında birləşdirir. Onun əsərlərində bədii ifadə vasitələrinin rəngarəngliyi, rəng və kolorit həllinin özünəməxsusluğu, eləcə də təsvir olunan məkanın emosional təsir gücü diqqəti cəlb edir.

Sərgidə rəssamın 1960-cı illərdən bu günədək yaratdığı əsərlər – monumental rəngkarlıq tablolarından kiçikformatlı qrafik işlərədək müxtəlif sənət nümunələri nümayiş olunur. Sənətkarın yaradıcılığında mənzərə janrı, xüsusilə də Abşeron mövzusu mühüm yer tutur. Rəssamın şəxsi müşahidələri və təəssüratları əsasında yaratdığı əsərlərdə Abşeronun təbiəti, sahil mənzərələri, kəndləri, dəyişkən hava şəraiti və özünəməxsus ab-havası fərdi bədii interpretasiya ilə təqdim olunur. Abşeron onun yaradıcılığında yalnız təsvir obyekti deyil, həm də rəssamın duyğularını, düşüncələrini və dünyaya baxışını ifadə edən əsas mövzulardan biridir.

Fərhad Xəlilovun “Buzovnada”, “Görədildə”, “Mərdəkanda yağış”, “Çiçəklənən nar ağacı”, “Buzovnada payız”, “Buzovnada bahar”, “Sahildə küləkli axşam”, “Yağışlı gün”, “Zirədə gecə”, “Sahildə qar”, “Qala kəndində” və “Maştağada axşam” kimi əsərlərində Abşeronun təbiəti və mənzərələri rəng, işıq və kolorit vasitəsilə özünəməxsus bədii ifadəsini tapır. Rəssamın əsərlərində məkanın vizual xüsusiyyətləri ilə yanaşı, onun doğurduğu hisslər və emosional çalarlar da mühüm əhəmiyyət daşıyır.

Rəssamın yaradıcılığında rəngkarlıqla yanaşı, qrafika da xüsusi yer tutur. Müxtəlif formatlarda və fərqli bədii yanaşmalarla ərsəyə gətirilmiş qrafik əsərlər sənətkarın yaradıcılıq diapazonunun genişliyini, forma və kompozisiya axtarışlarını nümayiş etdirir.

Müxtəlif yaradıcılıq dövrlərini əhatə edən ekspozisiya Fərhad Xəlilovun bədii dünyasının formalaşmasını, sənətkarın yaradıcılıq axtarışlarını və üslubunda baş verən dəyişiklikləri izləməyə imkan verir. Sərgi, eyni zamanda, Abşeron mövzusunun rəssamın yaradıcılığında zamanla necə inkişaf etdiyini və onun fərdi sənət dilində hansı məna kəsb etdiyini üzə çıxarır.

Sərgi martın 26-dək davam edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan və UNESCO süni intellekt, təhsil və mədəni irs sahələrində əməkdaşlığı genişləndirir  

23:23
26 Oktyabr

Xarkova hava zərbələri endirilib, ölənlər var  

22:52
26 Oktyabr

Ceyhun Bayramov İƏT-in Baş katibi ilə Azərbaycanın təşkilata sədrliyi və 2027-ci il sammitinə hazırlıqları müzakirə edib  

22:49
26 Oktyabr

Leyla Əliyeva Şamaxıda “Capybara Azerbaijan” fermasında olub  

22:40
26 Oktyabr

Bakıda Fərhad Xəlilovun 80 illik yubileyinə həsr olunan “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi açılıb  

22:29
26 Oktyabr

Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub  

22:07
26 Oktyabr

Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub  

21:53
26 Oktyabr

Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verilib  

21:44
26 Oktyabr

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında mühüm sənəd imzalanıb

20:58
26 Oktyabr

Azərbaycan-İƏT tərəfdaşlığı strateji xarakter daşıyır 

20:31
26 Oktyabr

Vestminster abbatlığındakı Roma sarkofaqı orta əsr rahibinin qalıqlarını saxlamış ola bilər  

20:05
26 Oktyabr

ABŞ heliumu “ciddi maddə” elan edib

20:03
26 Oktyabr

Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib

19:56
26 Oktyabr

D vitamini çatışmazlığı ilə mübarizədə gözlənilməz üsul

19:44
26 Oktyabr

Pensiyaya yeni əlavə kimlərə şamil olunacaq?  

19:32
26 Oktyabr

Hörmüz boğazında gəmilərə hücumlar artıb

19:13
26 Oktyabr

Omikronun yeni variantı uşaqlar arasında niyə daha sürətlə yayılır?  

19:02
26 Oktyabr

Piylənmə ilə mübarizənin səmərəli yolu məlum olub

18:44
26 Oktyabr

Saxta IMEI-lərə qarşı mübarizə: 86 mindən çox kod bloklanıb

18:31
26 Oktyabr

Baş prokuror: Üçüncü yüksəksəviyyəli görüş Azərbaycan ilə İƏT arasında əməkdaşlığın daha da genişləndirilməsinə töhfə verəcək  

18:23
26 Oktyabr

Alimlər orqanizmdə maye dövranını izləyən yeni model yaradıblar  

18:03
26 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!