26 Oktyabr 2026 22:49
186
SİYASƏT
A- A+
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə Azərbaycanın təşkilata sədrliyi və 2027-ci il sammitinə hazırlıqları müzakirə edib  

Ceyhun Bayramov İƏT-in Baş katibi ilə Azərbaycanın təşkilata sədrliyi və 2027-ci il sammitinə hazırlıqları müzakirə edib  


Oktyabrın 26-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) ölkəmizdə səfərdə olan Baş katibi İsmail Uld Şeyx Əhməd ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, nazir Ceyhun Bayramov İsmail Uld Şeyx Əhmədi İƏT-in Baş katibi vəzifəsinə seçilməsi münasibətilə bir daha təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. İƏT-in müsəlman dünyasının həmrəyliyinin möhkəmləndirilməsi, üzv dövlətlər arasında əməkdaşlığın genişləndirilməsi və ortaq çağırışların həlli istiqamətində rolunun əhəmiyyəti vurğulanıb.

Görüşdə İƏT çərçivəsində Azərbaycanla əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Təşkilatın uzun illər ərzində Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə göstərdiyi dəstəyə görə minnətdarlıq ifadə edilib. Bu dəstəyin beynəlxalq hüququn norma və prinsiplərinin təşviqi baxımından əhəmiyyəti qeyd olunub.

Azərbaycanın növbəti ildən İƏT-ə sədrliyi çərçivəsində müəyyən edilmiş prioritetlər, Bakıda 2027-ci ildə keçiriləcək sammitə hazırlıqlar, üzv dövlətlər arasında siyasi və iqtisadi sahələrdə əməkdaşlığın gücləndirilməsi, humanitar, iqlim dəyişikliyi, gənclər, media və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi, eləcə də müsəlman dünyasını narahat edən məsələlər üzrə birgə səylərin artırılması ətrafında fikir mübadiləsi aparılıb.

İƏT-in institusional potensialının gücləndirilməsi, fəaliyyətinin səmərəliliyinin artırılması və müasir çağırışlara daha çevik cavab verməsi məqsədilə islahatların həyata keçirilməsinin vacibliyi vurğulanıb. Bu istiqamətdə üzv dövlətlər arasında koordinasiyanın və qarşılıqlı fəaliyyətin gücləndirilməsinin əhəmiyyəti qeyd edilib.

Görüş zamanı, həmçinin Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin xətti ilə həyata keçirilən humanitar yardım fəaliyyəti və İƏT məkanında humanitar əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub. Humanitar yardımın ehtiyacı olan əhali qruplarına çatdırılması, həmçinin müsəlman ölkələrində humanitar çağırışların aradan qaldırılması istiqamətində birgə səylərin əhəmiyyəti vurğulanıb.

Nazir Ceyhun Bayramov, həmçinin qarşı tərəfə regionda postmünaqişə dövründə aparılan bərpa və yenidənqurma işləri barədə məlumat verib. Bununla yanaşı, bölgədə mina təhdidləri və onun aradan qaldırılması istiqamətində tədbirlər diqqətə çatdırılıb.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan və UNESCO süni intellekt, təhsil və mədəni irs sahələrində əməkdaşlığı genişləndirir  

23:23
26 Oktyabr

Xarkova hava zərbələri endirilib, ölənlər var  

22:52
26 Oktyabr

Ceyhun Bayramov İƏT-in Baş katibi ilə Azərbaycanın təşkilata sədrliyi və 2027-ci il sammitinə hazırlıqları müzakirə edib  

22:49
26 Oktyabr

Leyla Əliyeva Şamaxıda “Capybara Azerbaijan” fermasında olub  

22:40
26 Oktyabr

Bakıda Fərhad Xəlilovun 80 illik yubileyinə həsr olunan “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi açılıb  

22:29
26 Oktyabr

Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub  

22:07
26 Oktyabr

Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub  

21:53
26 Oktyabr

Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verilib  

21:44
26 Oktyabr

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında mühüm sənəd imzalanıb

20:58
26 Oktyabr

Azərbaycan-İƏT tərəfdaşlığı strateji xarakter daşıyır 

20:31
26 Oktyabr

Vestminster abbatlığındakı Roma sarkofaqı orta əsr rahibinin qalıqlarını saxlamış ola bilər  

20:05
26 Oktyabr

ABŞ heliumu “ciddi maddə” elan edib

20:03
26 Oktyabr

Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib

19:56
26 Oktyabr

D vitamini çatışmazlığı ilə mübarizədə gözlənilməz üsul

19:44
26 Oktyabr

Pensiyaya yeni əlavə kimlərə şamil olunacaq?  

19:32
26 Oktyabr

Hörmüz boğazında gəmilərə hücumlar artıb

19:13
26 Oktyabr

Omikronun yeni variantı uşaqlar arasında niyə daha sürətlə yayılır?  

19:02
26 Oktyabr

Piylənmə ilə mübarizənin səmərəli yolu məlum olub

18:44
26 Oktyabr

Saxta IMEI-lərə qarşı mübarizə: 86 mindən çox kod bloklanıb

18:31
26 Oktyabr

Baş prokuror: Üçüncü yüksəksəviyyəli görüş Azərbaycan ilə İƏT arasında əməkdaşlığın daha da genişləndirilməsinə töhfə verəcək  

18:23
26 Oktyabr

Alimlər orqanizmdə maye dövranını izləyən yeni model yaradıblar  

18:03
26 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!