27 Oktyabr 2026 13:44
206
CƏMİYYƏT
A- A+
Masallıda heyvandarlığın inkişaf yolları müzakirə olunub  

Masallıda heyvandarlığın inkişaf yolları müzakirə olunub  


Masallıda heyvan sağlamlığının qorunması, epizootik sabitliyin təmin edilməsi və baytarlıq xidmətlərinin təşkili sahəsində görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş tədbir keçirilib. 

Rayon icra hakimiyyətinin başçısı Araz Əhmədov çıxış edərək ölkəmizdə kənd təsərrüfatının inkişafına göstərilən dövlət dəstəyi, fermerlərə təqdim olunan güzəştlər və subsidiyalar barədə ətraflı məlumat verib. O, həmçinin müşavirənin əhəmiyyətini qeyd edərək kənd təsərrüfatının aparıcı sahələrindən olan heyvandarlığın inkişafında heyvan sağlamlığının qorunmasının və profilaktik tədbirlərinin vaxtında həyata keçirilməsinin vacibliyini vurğulayıb. 

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) sədri Sərdar Hacıyev “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın əsas prioritet istiqamətləri barədə iştirakçılara ətraflı məlumat verib. AXA sədri fermerlər arasında maarifləndirmə işlərinin genişləndirilməsinin, profilaktik peyvəndləmə tədbirlərinin vaxtında və keyfiyyətlə həyata keçirilməsinin, heyvanların diaqnostik müayinələrə cəlb olunmasının, xəstəliklərin erkən aşkarlanması və yayılmasının qarşısının alınmasını, təsərrüfatlarda sanitariya-gigiyena normalarına əməl olunmasının vacibliyini diqqətə çatdırıb. 

Tədbirdə AXA-nın sədr müavini Fuad Məmmədov heyvandarlıqda tətbiq olunan yeni subsidiya qaydaları barədə təqdimatla çıxış edib. Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin rəis müavini Azər Məmmədov isə heyvan sağlamlığının qorunması sahəsində 9 ay ərzində görülmüş işlər və qarşıda duran vəzifələr barədə danışıb. 

Tədbirdə Masallı, Cəlilabad, Lənkəran, Astara, Cəbrayıl, Lerik, Buləsuvar, Neftçala, Salyan rayonlarının Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarələrinin rəhbərləri, eləcə də özəl baytar həkimləri çıxış edərək ərazilərdə mövcud olan epizootik vəziyyət, görülən işlər və qarşılaşdıqları problemlər barədə məlumat veriblər. 

Çıxışlar zamanı fermerlərlə əlaqələrin gücləndirilməsi, baytarlıq xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və bu sahədə mövcud problemlərin operativ həlli ilə bağlı fikir mübadiləsi aparılıb, iştirakçıların təklifləri dinlənilib, mövcud çatışmazlıqların qısa müddətdə aradan qaldırılması ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib. 

Tədbir çərçivəsində səyyar baytarlıq xidmətlərinin göstərilməsi üçün müasir texniki avadanlıqlarla təmin olunmuş nəqliyyat vasitəsinin təqdimatı da keçirilib.

Sonda iştirakçılar fermer təsərrüfatlarına və süd emalı müəssisəsinə baş çəkərək görülən işlərlə tanış olublar. 


Seyran CAVADOV,

   “Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bu yay Avropada “ən ölümcül” istilər qeydə alınıb  

14:36
27 Oktyabr

Azərbaycan və islam dünyası güclü tərəfdaşlığa və sarsılmaz həmrəyliyə malikdir  

14:29
27 Oktyabr

Ekologiyanın qorunması sözdə deyil, əməldə təsdiqini tapmalıdır  

14:12
27 Oktyabr

Masallıda heyvandarlığın inkişaf yolları müzakirə olunub  

13:44
27 Oktyabr

Şirvanda Vətən müharibəsi şəhidi Röyal Məmmədovun xatirəsi anılıb  

13:41
27 Oktyabr

Oksford universitetinin məzunu TAU tələbələrinə seminar keçib

13:38
27 Oktyabr

ICESCO-nun Baş direktoru: Dünyada sülhün təmin edilməsi üçün qlobal hərbi xərclərin yarım faizi kifayətdir  

13:34
27 Oktyabr

İraqda İŞİD üzvü olan yeddi Fransa vətəndaşına həbs cəzası verilib  

13:29
27 Oktyabr

Özbəkistanda xərçəngin erkən aşkarlanmasına 59 milyon dollar vəsait ayrılacaq  

13:26
27 Oktyabr

VII Dialoq Forumu: Beynəlxalq təşkilatların və nazirlərin xüsusi birgə sessiyası işə başlayıb 

13:03
27 Oktyabr

Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

12:49
27 Oktyabr

Sabah bəzi yerlərdə yağış yağacaq

12:41
27 Oktyabr

Azərbaycan Cənubi Qafqada Avstriyanın ən böyük iqtisadi tərəfdaşıdır

12:35
27 Oktyabr

Oktyabr Hörmüzdə ticarət gəmilərinə hücumların sayına görə son 9 ildə ən çətin dövr olub

12:27
27 Oktyabr

ICESCO-nun Baş direktoru: “Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb  

12:22
27 Oktyabr

BMT rəsmisi: Dini və mədəni obyektlərin qorunması dinc birgəyaşayış üçün böyük əhəmiyyət daşıyır  

12:21
27 Oktyabr

Borcluların qiymətli kağızlarına tələbin yönəldilməsi qaydası dəyirşir

11:47
27 Oktyabr

Prezident İlham Əliyev: Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq

11:44
27 Oktyabr

Milli Məclisdə 12 məsələnin müzakirəsinə başlanılıb

11:42
27 Oktyabr

Azərbaycan Prezidenti: Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb

11:41
27 Oktyabr

Prezident: Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür

11:39
27 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!