27 Oktyabr 2026 14:29
372
SİYASƏT
A- A+
Azərbaycan və islam dünyası güclü tərəfdaşlığa və sarsılmaz həmrəyliyə malikdir  

Azərbaycan və islam dünyası güclü tərəfdaşlığa və sarsılmaz həmrəyliyə malikdir  


Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra qoşulduğu ilk beynəlxalq platformalardan biri məhz İslam Əməkdaşlıq Təşkilatı (İƏT) olub. Bu il ölkəmizin İƏT-ə üzvlüyündən 35 il ötür. Geridə qalan bu dövr aydın şəkildə göstərir ki, Azərbaycan təşkilata sadəcə adi bir üzv kimi daxil olmadı. Qısa zamanda islam dünyasında birliyin, mədəniyyətlərarası dialoqun və mütərəqqi inkişafın əsas hərəkətverici qüvvələrindən birinə çevrildi.


Yüksək etimad və mühüm tərəfdaşlıq


İƏT-in Baş katibi İsmayıl Ould Şeyx Əhmədin vəzifəyə seçildikdən sonra ilk səfərlərindən birini məhz Bakıya etməsi də bu mənada təsadüfi deyil. Bu addım rəsmi Bakı ilə İƏT arasında illərdir formalaşan qarşılıqlı etimadın və yüksək tərəfdaşlığın əyani göstəricisidir. Oktyabrın 26-da Prezident İlham Əliyev təşkilatın Baş katibi İsmayıl Ould Şeyx Əhmədi qəbul edən zaman Azərbaycanın həmişə İslam Əməkdaşlıq Təşkilatının fəal üzvü olduğunu deyərək, bunun gələcəkdə də davam edəcəyini vurğulayıb. Prezident ölkəmizin bundan sonra da islam həmrəyliyinin möhkəmləndirilməsinə, dinlər və mədəniyyətlər arasında qarşılıqlı anlaşmaya, təhlükəsizliyə və sabitliyə töhfə vermək üçün səylərini əsirgəməyəcəyini deyib. 

Sözügedən görüşdə İƏT-in Baş katibinin də xüsusi vurğuladığı kimi, Azərbaycan ilə təşkilat arasında sıx əlaqələrin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu gün də ölkəmizdə həmin siyasət uğurla davam etdirilir. Azərbaycan həm ölkə daxilində dünyəvi inkişaf modelini qoruyub saxlayan, həm də islam mənəvi dəyərlərinə böyük hörmətlə yanaşan müasir və nümunəvi dövlət kimi diqqət çəkir.   

İƏT rəhbərinin Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etməsini yüksək qiymətləndirməsi və qarşıdan gələn Zəfər Günü münasibətilə təbriklərini çatdırması islam dünyasının ölkəmizin haqq işinə verdiyi mənəvi dəstəyin göstəricisidir. Həmçinin Baş katib Cənubi Qafqazda daimi sülhün və sabitliyin bərqərar olunması istiqamətində Azərbaycan Prezidentinin göstərdiyi şəxsi səyləri də tam dəstəklədiyini bildirib. 

Azərbaycanın ərazilərinin 30 ilə yaxın davam edən işğalı dövründə və postmüharibə mərhələsində İƏT həmişə Azərbaycanın haqq işini, suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyib.

Bu gün işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri yalnız Azərbaycanın daxili işi deyil, bütövlükdə islam mədəni irsinin xilasıdır. İşğal dövründə 67 məsciddən 65-nin tamamilə məhv edilməsi, dini ocaqlarımızın təhqir olunması təkcə xalqımıza deyil, bütün İslam aləminə qarşı törədilmiş mədəni terror idi. 2021-ci ilin sentyabrında və 2023-cü ilin sentyabrında İƏT Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının nümayəndə heyəti Ermənistan tərəfindən dini-mədəni abidələrin, azərbaycanlılara məxsus qəbiristanlıqların dağıdılması faktlarının yerində araşdırılması, işğal və raket hücumları nəticəsində zərər çəkmiş azərbaycanlılarla bağlı məlumatların toplanması məqsədilə Ağdam, Füzuli rayonlarında və Gəncə şəhərində faktaraşdırıcı missiya həyata keçirib. Bu gün həmin torpaqlarda ucalan yeni məscidlər və bərpa edilən tarixi-dini abidələr Azərbaycanın islam dəyərlərinin qorunmasına verdiyi ən böyük əməli töhfədir.


İslam dəyərlərinin qorunması


Son illər dünyada islamofobiyanın, anti-islam meyillərinin artması fonunda Azərbaycan beynəlxalq platformalarda bu mənfi tendensiyaya qarşı fəal mübarizə aparan ölkələrdəndir. Ölkəmizdə islamofobiya mövzusuna həsr olunmuş beynəlxalq konfransların təşkili təkcə maarifləndirici xarakter daşımır. Bu, həm İslam dünyasına qarşı aparılan dezinformasiya və qarayaxma kampaniyalarına qarşı birgə və koordinasiyalı mübarizə çağırışıdır.

Cari ilin iyununda Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının iştirakçılarına müraciətində də vurğulayıb ki, milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan və dünyada milyardlarla insan üçün mənəvi dayaq və bələdçi rolunu oynayan islam dəyərlərinin qorunmasına Azərbaycanda həmişə böyük önəm verilib: “Biz islamın həmrəylik və qarşılıqlı hörmət prinsiplərinin təbliği istiqamətində müxtəlif təşəbbüslərlə çıxış edir, mütəmadi olaraq İƏT və onun qurumlarının tədbirlərinə evsahibliyi edirik”.

Azərbaycanın islam həmrəyliyi siyasəti sadəcə bəyanatlarla məhdudlaşmır və nəticəyönümlüdür:

     Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrliyi dövründə, 28 oktyabr 2013-cü il tarixində BMT tarixində ilk dəfə olaraq ölkənin təşəbbüsü ilə “Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı  arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi” mövzusunda yüksək səviyyəli iclas keçirilib.

2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunması və bu çərçivədə 54 ölkənin iştirakı ilə Bakıda IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkili idman vasitəsilə mənəvi birliyimizi nümayiş etdirdi.

 Ölkəmizin təşəbbüsü ilə yaradılan İslam Əməkdaşlığı Gənclər Forumu və İƏT Əmək Mərkəzi gənclərin və sosial sahənin inkişafına birbaşa dəstəkdir.

 Şuşa şəhərinin 2026-cı il üzrə İƏT-in turizm paytaxtı seçilməsi azad olunmuş ərazilərimizin beynəlxalq aləmdə tanıdılması baxımından mühüm qələbədir.

2027-ci ilin iyununda ölkəmizdə İƏT İnformasiya Nazirləri Konfransının 13-cü sessiyasının təşkili nəzərdə tutulur.

Həmçinin gələn il Azərbaycanın 16-cı İslam Zirvə Konfransına evsahibliyi etməsi və İƏT-ə sədrliyi üzərinə götürməsi ölkəmizin islam aləmindəki liderlik mövqeyinin zirvəsi olacaq.

Azərbaycan bu gün həm Cənubi Qafqazda sülhün və dayanıqlı inkişafın memarı, həm də islam dünyasını bir araya gətirən modern və etibarlı ölkədir. Təşkilatla qurulan bu sıx tərəfdaşlıq ölkəmizin qlobal nüfuzunu artırmaqla yanaşı, islamın həqiqi mənəvi dəyərlərinin - sülhün, dözümlülüyün və inkişafın dünyada düzgün təbliğinə xidmət edir.


Yasəmən MUSAYEVA, 

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Alla Puqaçova Kiprdə jurnalistlə üz-üzə: qəzəbli anlar və istehzalı cavab  

16:33
28 Oktyabr

Kim Çen In orduya döyüş hazırlığı əmri verib 

16:24
28 Oktyabr

Məşq zamanı bel niyə ağrıyır?

16:20
28 Oktyabr

İlon Maskdan Ukraynaya Starlink məhdudiyyəti 

16:16
28 Oktyabr

Baş Prokurorluq və Kot-d’İvuarın Yaxşı İdarəçilik üzrə Ali Qurumu arasında əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanların olduğu vurğulanıb

16:09
28 Oktyabr

Ruandalı nazir "ASAN xidmət"də

16:08
28 Oktyabr

“Dinlərarası dialoq: ortaq gələcəyə doğru yol xəritəsi” – PANEL SESSİYA

16:07
28 Oktyabr

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Cəbrayılda bölgə vətəndaşlarının müraciətlərini dinləyib  

16:06
28 Oktyabr

“Wonderful” şirkəti Azərbaycanda ofis açmağı planlaşdırır

16:04
28 Oktyabr

İspaniyada qatarların toqquşması nəticəsində 46 nəfər ölüb  

16:01
28 Oktyabr

Yepiskop Vladimir Fekete: Dinlərarası dialoq qorxu və qeyri-müəyyənliyə qarşı mübarizəyə kömək edir 

15:53
28 Oktyabr

Azərbaycançılıq ideologiyası: tarixi köklərimiz, milli birliyimiz və ortaq gələcəyimiz

15:35
28 Oktyabr

Azərbaycanın təqdim etdiyi uğur formulu   

15:31
28 Oktyabr

Azərbaycanın qlobal təşəbbüsləri: mədəniyyətlərarası dialoq və geosiyasi sabitlik  

15:19
28 Oktyabr

Multikulturalizmin Azərbaycan nümunəsi  

15:01
28 Oktyabr

QMİ-nin sədri: Dindarlar hər zaman dövlətimizin yanındadırlar 

14:55
28 Oktyabr

Qlobal çağırışlar və gənclərin rolu: Bakı Forumundan mühüm mesajlar  

14:51
28 Oktyabr

Mədəniyyətlərarası dialoq beynəlxalq təhlükəsizliyə təsir göstərir  

14:35
28 Oktyabr

Qlobal miqyasda nümunəvi dövlətçilik modeli  

14:23
28 Oktyabr

Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 19,8 dəfə üstələyir  

14:04
28 Oktyabr

Külli miqdarda narkotik vasitənin tranzit yolla keçirilməsi cəhdinin qarşısı alınıb

13:57
28 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!