27 Oktyabr 2026 14:36
195
DÜNYA
A- A+
Bu yay Avropada “ən ölümcül” istilər qeydə alınıb  

Bu yay Avropada “ən ölümcül” istilər qeydə alınıb  


Yeni bir təhlilə əsasən, bu yay Avropa qitəsini bürüyən şiddətli istilər zamanı Avropa şəhərlərində 50000-dən çox insanın həyatını itirdiyi təxmin edilir. Builki istilər region tarixində qeydə alınmış ən ölümcül istilərdir.

"Nature Health" jurnalında dərc olunmuş, elmi ekspertizadan keçmiş iki məqalədə yer alan nəticələrə görə, ölüm hallarının təxminən üçdə ikisi – yəni 32600-dən çoxu birbaşa qalıq yanacaqların yaratdığı çirklənmənin səbəb olduğu iqlim dəyişikliyi ilə əlaqələndirilir. Hesabatların müəlliflərindən biri, London İmperial Kollecinin ekstremal hava hadisələri və iqlim dəyişikliyi üzrə tədqiqatçısı Kler Barns bildirib ki, iqlim dəyişikliyinin ən ağır nəticələrinin qarşısını almaq istiqamətində hədəfdən çox uzaq düşmüşük: “Hökumətlər anlamalıdır ki, daha sürətli tədbirlər görülməsə və koordinasiya təmin olunmasa, vəziyyət daha da pisləşəcək”.

Avropa ən sürətlə istiləşən qitədir. Bu il mayın sonundan avqustun sonuna qədər qitədə misli görünməmiş yüksək temperaturlar hökm sürüb. Temperatur 1991-2020-ci illər üzrə orta göstəricidən təxminən 2,9 dərəcə yüksək olub. Lakin ayrı-ayrı günlərdə daha böyük anomaliyalar qeydə alınıb, bəzi ölkələrdə temperatur adi səviyyədən 12 dərəcə daha çox yüksəlib.

Alimlər ölüm sayını hesablamaq üçün bu yay Avropanın 30 ölkəsindəki 854 şəhərdə qeydə alınan temperaturları, iqlim dəyişikliyinin olmadığı halda gözlənilə biləcək temperaturlarla müqayisə ediblər. Daha sonra onlar yüksək temperaturlarla gündəlik ölüm halları arasındakı əlaqəyə dair elmi ekspertizadan keçmiş tədqiqatlardan istifadə edərək, iyunun əvvəlindən avqustun sonuna qədər istiliklə əlaqəli ölüm hallarının ehtimal olunan sayını modelləşdiriblər. Alimlərin sözlərinə görə, bu metod vasitəsilə əldə edilən ölüm sayı təxminləri sonradan milli səhiyyə qurumları tərəfindən açıqlanan rəqəmlərlə əsasən üst-üstə düşür.

Tədqiqatçılar araşdırma aparılan ölkələrin əhalisinin təxminən 40%-ni təşkil edən şəhərlərdə istiliklə əlaqəli ümumilikdə 50391 ölüm halı olduğunu müəyyən ediblər. Bu, son 26 ilin ən yüksək ölüm göstəricisidir və Avropada 2022 və 2003-cü illərdə baş vermiş əvvəlki böyük istilik dalğaları zamanı qeydə alınan rəqəmlərdən xeyli yüksəkdir.Anomal istilərdən isə ən çox Cənubi və Qərbi Avropa zərər çəkib, lakin Böyük Britaniya da daxil olmaqla, daha sərin olan şimal bölgələrində də minlərlə ölüm halı qeydə alınıb.

Hesabata əsasən, bu yay Avropanın indiyədək yaşadığı ən təhlükəli dərəcədə isti yayı olmuş ola bilər. Alimlər, həmçinin müəyyən ediblər ki, istidən baş verən ölümlərdə iqlim dəyişikliyinin rolu getdikcə daha qabarıq şəkildə özünü göstərir. Əsrin əvvəllərində qalıq yanacaqların səbəb olduğu çirklənmə nəticəsində yüksək temperaturda baş verən ölümlərin təxminən 40%-nə cavabdeh idisə, bu gün həmin rəqəm təxminən üçdə iki hissəyə bərabərdir.


Əsmər QARDAŞXANOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın iqtisadi potensialı Doha forumunda gündəmə gəldi

15:24
27 Oktyabr

Cənubi Afrikada 60 min illik oxra çöküntülərində antilop zülalları aşkarlanıb  

15:23
27 Oktyabr

Mədə xərçənginə qarşı mübarizədə erkən diaqnostika həyat xilas edir  

15:18
27 Oktyabr

Baş Prokurorluq və IACA arasında əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb  

15:15
27 Oktyabr

Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edib YENİLƏNİB

15:11
27 Oktyabr

Çin alimləri su qıtlığına qarşı yeni strategiya təklif ediblər

15:08
27 Oktyabr

Niderland şirkətinin Azərbaycanda fəaliyyətinin genişləndirilməsi imkanları nəzərdən keçirilib  

15:07
27 Oktyabr

Azərbaycan BƏƏ-nin dövlət nazirinin BMT-nin Baş katibi vəzifəsinə namizədliyini irəli sürmək təşəbbüsünü alqışlayır  

15:02
27 Oktyabr

Rusiya Prezidenti Norveç və Finlandiya liderləri ilə Ukrayna münaqişəsinin nizamlanmasını müzakirə edib  

15:02
27 Oktyabr

İran Qətərlə siyasət, iqtisadiyyat və enerji sahələrində əməkdaşlığı müzakirə edib

14:59
27 Oktyabr

Mədəniyyətlərarası dialoqda yeni mərhələ: “Bakı Prosesi” çərçivəsində mühüm görüş YENİLƏNİB 

14:58
27 Oktyabr

ÜMT: Atmosferdəki karbon qazı və digər əsas istixana qazları rekord səviyyələrə çatıb  

14:56
27 Oktyabr

Milli Süni İntellekt Mərkəzi: Süni intellekt texniki problemlərin həllini asanlaşdırır

14:56
27 Oktyabr

Baş Prokurorluğun Misirin və Maldivin antikorrupsiya qurumları ilə əlaqələrinin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb  

14:55
27 Oktyabr

Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib

14:51
27 Oktyabr

Almaniya şirkəti: Azərbaycanın iqtisadi inkişafı onun dünya bazarına çıxmasını zərurətə çevirib  

14:50
27 Oktyabr

BMTMM sədri: Ermənistan Konstitusiyasına dəyişiklik davamlı sülhün əsas şərtlərindən biridir  

14:49
27 Oktyabr

Bu yay Avropada “ən ölümcül” istilər qeydə alınıb  

14:36
27 Oktyabr

Azərbaycan və islam dünyası güclü tərəfdaşlığa və sarsılmaz həmrəyliyə malikdir  

14:29
27 Oktyabr

Ekologiyanın qorunması sözdə deyil, əməldə təsdiqini tapmalıdır  

14:12
27 Oktyabr

Masallıda heyvandarlığın inkişaf yolları müzakirə olunub  

13:44
27 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!