27 Oktyabr 2026 13:38
204
CƏMİYYƏT
A- A+
Oksford universitetinin məzunu TAU tələbələrinə seminar keçib

Oksford universitetinin məzunu TAU tələbələrinə seminar keçib


Türkiyə-Azərbaycan Universitetində (TAU) “Karyera planlaması” çərçivəsində seminar keçirilib. 

Bilkent, Qroningen və Oksford universitetlərində təhsil almış, təcrübəli və gənc mütəxəssis Hüseyn Piriyev TAU tələbələrinə “Beynəlxalq təcrübə, peşəkar inkişaf və karyera planlaması” mövzusunda seminar verib.

Seminarı giriş sözü ilə açan TAU-nun rektoru Nəcibə Nəsibova xaricdə təhsil almış gənc mütəxəssislərin beynəlxalq təhsil və iş mühitində qazandıqları təcrübənin tələbələrin gələcək inkişafı baxımından əhəmiyyətini vurğulayıb və Hüseyn Piriyevə dəvəti qəbul etdiyi üçün təşəkkür edib.

Daha sonra tədbirdə iştirak edən tələbələrə H. Piriyevi yaxından tanıtmaq məqsədilə onun haqqında video çarx nümayiş etdirilib. 

Çıxışına TAU rəhbərliyinə və professor-müəllim heyətinə təşəkkür edərək başlayan Hüseyn Piriyev, Bilkent Universitetində sənaye mühəndisliyi üzrə bakalavriat, Qroningen Universitetində texnologiya və əməliyyat idarəetməsi üzrə magistratura və Oksford Universitetində MBA təhsili müddətində qazandığı təcrübələri tələbələrlə bölüşüb. O, sənaye mühəndisliyinin mühəndislik və idarəetməni birləşdirən geniş imkanlara malik sahə olduğunu, bu ixtisasın müxtəlif istiqamətlərdə karyera qurmağa əlverişli zəmin yaratdığını qeyd edib.

Gənc mütəxəssis, tələbəlik illərinin özünü tanımaq, fərqli istiqamətlərdə sınamaq və gələcək karyera hədəflərini müəyyənləşdirmək üçün mühüm mərhələ olduğunu qeyd edib. O, bu çərçivədə, tələbələrə öz güclü və zəif tərəflərini düzgün qiymətləndirməyi, iş dünyası ilə akademik mühitin tələb etdiyi fərqli bacarıqları nəzərə almağı və şəxsi inkişaflarını məqsədyönlü şəkildə planlaşdırmağı tövsiyə edib.

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bu yay Avropada “ən ölümcül” istilər qeydə alınıb  

14:36
27 Oktyabr

Azərbaycan və islam dünyası güclü tərəfdaşlığa və sarsılmaz həmrəyliyə malikdir  

14:29
27 Oktyabr

Ekologiyanın qorunması sözdə deyil, əməldə təsdiqini tapmalıdır  

14:12
27 Oktyabr

Masallıda heyvandarlığın inkişaf yolları müzakirə olunub  

13:44
27 Oktyabr

Şirvanda Vətən müharibəsi şəhidi Röyal Məmmədovun xatirəsi anılıb  

13:41
27 Oktyabr

Oksford universitetinin məzunu TAU tələbələrinə seminar keçib

13:38
27 Oktyabr

ICESCO-nun Baş direktoru: Dünyada sülhün təmin edilməsi üçün qlobal hərbi xərclərin yarım faizi kifayətdir  

13:34
27 Oktyabr

İraqda İŞİD üzvü olan yeddi Fransa vətəndaşına həbs cəzası verilib  

13:29
27 Oktyabr

Özbəkistanda xərçəngin erkən aşkarlanmasına 59 milyon dollar vəsait ayrılacaq  

13:26
27 Oktyabr

VII Dialoq Forumu: Beynəlxalq təşkilatların və nazirlərin xüsusi birgə sessiyası işə başlayıb 

13:03
27 Oktyabr

Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

12:49
27 Oktyabr

Sabah bəzi yerlərdə yağış yağacaq

12:41
27 Oktyabr

Azərbaycan Cənubi Qafqada Avstriyanın ən böyük iqtisadi tərəfdaşıdır

12:35
27 Oktyabr

Oktyabr Hörmüzdə ticarət gəmilərinə hücumların sayına görə son 9 ildə ən çətin dövr olub

12:27
27 Oktyabr

ICESCO-nun Baş direktoru: “Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb  

12:22
27 Oktyabr

BMT rəsmisi: Dini və mədəni obyektlərin qorunması dinc birgəyaşayış üçün böyük əhəmiyyət daşıyır  

12:21
27 Oktyabr

Borcluların qiymətli kağızlarına tələbin yönəldilməsi qaydası dəyirşir

11:47
27 Oktyabr

Prezident İlham Əliyev: Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq

11:44
27 Oktyabr

Milli Məclisdə 12 məsələnin müzakirəsinə başlanılıb

11:42
27 Oktyabr

Azərbaycan Prezidenti: Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb

11:41
27 Oktyabr

Prezident: Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür

11:39
27 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!