06 Avqust 2026 08:10
254
SİYASƏT
A- A+
Möhkəmlənən strateji tərəfdaşlıq, dərinləşən iqtisadi inteqrasiya 

Möhkəmlənən strateji tərəfdaşlıq, dərinləşən iqtisadi inteqrasiya 


Azərbaycan-Qırğızıstan münasibətləri keyfiyyətcə yeni dövrə qədəm qoyur


Qlobal güc mərkəzləri arasında rəqabətin kəskinləşdiyi, ənənəvi təhlükəsizlik arxitekturasının və qlobal logistik marşrutların ciddi transformasiyaya uğradığı müasir dünya nizamında Mərkəzi Asiya və Xəzər hövzəsi artıq geniş geosiyasi fəaliyyət məkanına çevrilməkdədir. Şərqlə qərbi, şimalla cənubu birləşdirən bu strateji coğrafiyada sabitliyin, dayanıqlı inkişafın və müstəqil xarici siyasətin təmin olunması artıq regional çərçivələri aşaraq qlobal əhəmiyyət kəsb edir.

Belə bir həlledici tarixi dönəmdə türk dünyasının iki mühüm geopolitik sütunu - Azərbaycan və Qırğızıstan, sadəcə, prosesləri izləyən tərəflər deyil, yeni Avrasiya reallığının aktiv memarları və inteqrasiya proseslərinin lokomotivləri kimi çıxış edirlər. Əsrlərin sınağından keçmiş ortaq tarixi yaddaş, sarsılmaz mənəvi köklər və səmimi qardaşlıq telləri üzərində ucalan Bakı-Bişkek münasibətləri artıq standart diplomatik tərəfdaşlıq formatını çoxdan geridə qoyub.

İyulun 31-də Qırğızıstanın əfsanəvi və rəmzi məkanlarından sayılan İssık-Kul gölünün sahilində, Çolpon-Ata şəhərində keçirilən Azərbaycan-Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclası bu strateji yüksəlişin ən parlaq zirvə nöqtəsi oldu.  Prezident İlham Əliyevin Qırğızıstana rəsmi dövlət səfəri çərçivəsində baş tutan bu tarixi sammit, iki qardaş ölkə arasındakı əlaqələri keyfiyyətcə tamamilə fərqli, dönməz və strateji bir mərhələyə daşıdı. Çolpon-Ata görüşü yaxın gələcəyin iqtisadi-ticari xəritəsini cızan qərarlarla yanaşı, həm də bütün türk dünyasının vahid və qüdrətli bir güc mərkəzinə çevrilməsi yolunda atılmış ən qətiyyətli addım kimi tarixə düşdü.

Səfər zamanı Azərbaycanla Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında müqavilənin imzalanması, iqtisadiyyat, nəqliyyat, energetika, təhlükəsizlik, rəqəmsal inkişaf, maliyyə, regional əməkdaşlıq və humanitar sahələrini əhatə edən geniş sənədlər paketinin mübadilə edilməsi xüsusi yer tutur. Bu addımlar rəsmi Bakı və Bişkek arasında münasibətlərin artıq dostluq və strateji tərəfdaşlıq çərçivəsi ilə yanaşı, həm də uzunmüddətli institusional əməkdaşlıq modeli əsasında inkişaf etdirilməsinin sübutudur. 

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının Çolpon-Ata şəhərində keçirilən 3-cü iclası ikitərəfli münasibətlərin sistemli şəkildə idarə olunması baxımından xüsusi əhəmiyyət daşıyır. Dövlətlərarası Şura son illər qəbul edilən qərarların icrasına nəzarət edən, yeni əməkdaşlıq istiqamətlərini müəyyənləşdirən və hökumətlərarası koordinasiyanı təmin edən ali siyasi platforma kimi çıxış edir. İclas zamanı hər iki dövlət başçısının çıxışları göstərdi ki, münasibətlər artıq klassik diplomatik əməkdaşlıq çərçivəsini aşaraq ortaq strateji baxış üzərində qurulur. Qırğızıstan Prezidenti Sadır Japarov vurğuladı ki, iki ölkə arasında "strateji tərəfdaşlığın inkişafına mane ola biləcək həll edilməmiş heç bir məsələ yoxdur" və tam etimad mühiti formalaşıb. Onun sözlərinə görə, məhz bu qarşılıqlı etimad yeni təşəbbüslərin irəli sürülməsinə və mühüm qərarların qəbuluna imkan yaradır. "Məhz belə bir ab-havada ikitərəfli əməkdaşlığın gələcəyini formalaşdıran mühüm prinsiplər və təşəbbüslər yaranır, qərarlar qəbul edilir. Əldə edilən bütün razılaşmaların birgə inkişafa və ortaq məqsədlərə çatmaq üzrə səmimi səylərə əsaslanması xüsusilə vacibdir. Qırğız-Azərbaycan əməkdaşlığı nəqliyyat, energetika, investisiya, təhlükəsizlik, təhsil və digər sahələrdə qarşılıqlı fəaliyyətin daha da genişlənməsi üçün əhəmiyyətli potensiala malikdir", - deyə Prezident Sadır Japarov xüsusi qeyd etdi.

Azərbaycan Prezidenti İlham Əliyev isə münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu bildirərək vurğuladı ki, Azərbaycan və Qırğızıstan artıq qarşılıqlı əlaqələri müttəfiqlik səviyyəsinə yüksəldirlər və bu, əməkdaşlığın ən yüksək siyasi mərhələsidir. Prezidentin fikrincə, bu səviyyə həm münasibətlərin mahiyyətini, həm də xalqlar arasında mövcud olan qardaşlıq ruhunu ifadə edir: "Sizin dostlarınız və qardaşlarınız olaraq, hər bir uğurunuza daim sevinirik və həm inşaat sektorunda, həm də vəsaitlərin xalqın və ölkənin rifahına xərclənməsinə imkan verən maliyyə, büdcənin doldurulması sahəsində Sizin fəaliyyətinizin nəticələri aydın şəkildə görünür. Bu, bizdə sevinc hissi doğurur. Çünki biz dost, qardaşıq, xalqlarımızı ortaq köklər birləşdirir və qardaş ölkənin uğurunu öz uğurumuz hesab edirik".


Tərəfdaşlığın yeni statusu


Dövlətlərarası Şuranın iclasının ən mühüm siyasi nəticəsi "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə"nin imzalanması oldu. Eyni zamanda şuranın 3-cü iclasının qərarı da dövlət başçıları tərəfindən təsdiq edildi.

Müttəfiqlik statusu Azərbaycan-Qırğızıstan münasibətlərini keyfiy-yətcə yeni mərhələyə keçirir. Bu model tərəflərin beynəlxalq və regional məsələlərdə qarşılıqlı dəstəyini daha da gücləndirməklə yanaşı, ölkələrimiz arasında siyasi dialoqun davamlı xarakter almasını təmin edir. Beləliklə, münasibətlər artıq yalnız ortaq tarix, dil və mədəniyyət amillərinə deyil, həm də konkret siyasi və iqtisadi maraqların uzlaşdırılmasına əsaslanan institusional çərçivəyə malik olur.

Səfər çərçivəsində mübadilə edilən sənədlər arasında Azərbaycan-Qırğız İnkişaf Fonduna dair mailiyyə əlavəsinin xüsusi əhəmiyyəti var. Fondun fəaliyyətinin genişləndirilməsi ilə bağlı qərarlar iki ölkənin investisiya əməkdaşlığını daha da dərinləşdirməyə xidmət edir. Prezident İlham Əliyev də çıxışında fondun vəsaitlərinin artırılması barədə qərarın qəbul edildiyini və artıq bir sıra layihələrin həyata keçirildiyini bildirdi. Bu yanaşma göstərir ki, tərəflər iqtisadi əlaqələri yalnız ticarət dövriyyəsinin artırılması ilə məhdudlaşdırmır, birgə investisiyalar və ortaq layihələr vasitəsilə uzunmüddətli iqtisadi inteqrasiyanı hədəfləyirlər. Təbii ki, fond inkişaf etdikcə, layihələrin sayı da artacaq. Bu isə ölkələr arasında ortaq məqsədlərimizə xidmət edəcək.

Prezident İlham Əliyev çıxışında Qarabağın bərpasında köməyə görə qardaş ölkəyə təşəkkürünü bildirdi. Ağdam bölgəsində Manasın adını daşıyan məktəbin artıq fəaliyyət göstərdiyini, humanitar sahədə əlaqələrimizin uğurla inkişaf etdiyini, bu yaxınlarda Azərbaycanda keçirilən Qırğızıstan Mədəniyyəti Günləri və Qırğızıstanda Azərbaycan Günləri mədəniyyətimizin necə zəngin olduğunu və xalqlarımızın yaradıcılıq potensialını tam şəkildə üzə çıxaran belə tədbirlərin vacibliyi bir daha qeyd edildi.


Nəqliyyat, logistika, rəqəmsallaşma sahəsində yeni perspektivlər


Səfər çərçivəsində imzalanan sənədlərin mühüm hissəsi nəqliyyat-kommunikasiya sahəsini əhatə edir. Beynəlxalq avtomobil əlaqələri haqqında saziş, yükdaşımaları, gəmiçilik və gəmiqayırma sahəsində əməkdaşlıq memorandumu Orta dəhliz boyunca yeni logistika imkanlarının formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu sənədlər Azərbaycanın Xəzər dənizi üzərindən həyata keçirdiyi beynəlxalq nəqliyyat infrastrukturunun Qırğızıstanın nəqliyyat strategiyası ilə daha sıx əlaqələndirilməsinə imkan yaradır. Beləliklə, iki ölkə regional tranzit və yükdaşımaları sahəsində bir-birini tamamlayan tərəfdaşlara çevrilir.

İmzalanan sənədlər sırasında energetika sahəsinə dair iki mühüm sənəd də xüsusi diqqət çəkir. Bunlardan biri neft məhsullarının tədarükü üzrə əməkdaşlıq haqqında memorandum, digəri isə 2026-2028-ci illəri əhatə edən energetika üzrə Yol Xəritəsidir. Bu sənədlər göstərir ki, tərəflər enerji əməkdaşlığını epizodik tədarüklər səviyyəsindən daha çox, orta və uzunmüddətli planlaşdırma əsasında inkişaf etdirmək niyyətindədirlər. Azərbaycanın enerji sektorunda malik olduğu təcrübə və Qırğızıstanın enerji sisteminin modernləşdirilməsi istiqamətindəki planları qarşılıqlı faydalı əməkdaşlıq üçün yeni imkanlar yaradır.

Səfər zamanı kibertəhlükəsizlik, maliyyə bazarlarının tənzimlənməsi və statistika sahələrində də əməkdaşlıq sənədləri imzalandı. Bu sənədlər münasibətlərin artıq ənənəvi sahələrlə yanaşı, dövlət idarəçiliyinin müasir istiqamətlərini də əhatə etdiyini göstərir. Xüsusilə kibertəhlükəsizlik sahəsində əməkdaşlıq haqqında memorandum rəqəmsal təhlükəsizlik, informasiya mühafizəsi və dövlət qurumları arasında təcrübə mübadiləsi baxımından yeni perspektivlər açır.


Geniş əməkdaşlıq imkanları


Şuşa-Çolpon-Ata, Qəbələ-Karakol və Gəncə-Oş şəhərləri arasında qardaşlaşma haqqında memorandumların imzalanması da münasibətlərin yalnız dövlətlər səviyyəsində deyil, regionlar və şəhərlər arasında da inkişaf etdirilməsinə xidmət göstərir. Bu əməkdaşlıq formatı turizm, mədəniyyət, təhsil və bələdiyyələrarası təcrübə mübadiləsini genişləndirməklə xalqlar arasında birbaşa əlaqələrin möhkəmlənməsinə imkan yaradır.

İmzalanmış sənədlərin ümumi təhlili göstərir ki, onlar ayrı-ayrı sahələr üzrə lokal razılaşmalardan daha çox, vahid strateji əməkdaşlıq modelinin elementləridir. Sənədlər siyasi münasibətlərdən başlayaraq iqtisadiyyat, investisiya, logistika, enerji, rəqəmsal transformasiya, təhlükəsizlik, maliyyə, statistika, sənaye və regional əməkdaşlığı əhatə edir. Bu isə Azərbaycan-Qırğızıstan əlaqələrinin institusional əsaslarını əhəmiyyətli dərəcədə möhkəmləndirir.

Eyni zamanda "AzerGold" ilə "Kyrgyzaltyn" arasında əməkdaşlıq memorandumunun imzalanması mineral ehtiyatların idarə olunması və dağ-mədən sənayesində də yeni əməkdaşlıq imkanlarının formalaşdığını göstərir.

Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana dövlət səfəri zamanı keçirilən Dövlətlərarası Şuranın 3-cü iclası və mübadilə edilən sənədlər Azərbaycan-Qırğızıstan münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçdiyini nümayiş etdirdi. Müttəfiqlik münasibətlərinin rəsmiləşdirilməsi siyasi dialoqun yeni səviyyəsini müəyyənləşdirirsə, iqtisadiyyat, energetika, nəqliyyat, kibertəhlükəsizlik, maliyyə və humanitar sahələri əhatə edən çoxşaxəli sənədlər bu siyasi iradənin praktiki mexanizmlərlə təmin olunduğunu göstərir.

Beləliklə, həm Dövlətlərarası Şuranın 3-cü iclası, həm də müvafiq sənədlərin mübadiləsi Azərbaycan və Qırğızıstan arasında uzunmüddətli strateji tərəfdaşlığın institusional əsaslarını möhkəmləndirən, türk dünyasında inteqrasiyanın dərinləşməsinə xidmət edən mühüm siyasi hadisə kimi qiymətləndirilə bilər.


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakı ilə Roma arasında qarşılıqlı güvən artır

09:10
06 Avqust

Cənubi Qafqazda yeni geosiyasi reallıqlar: sülh sazişi regionun gələcəyini necə dəyişəcək

09:00
06 Avqust

Çolpon-Ata Bəyannaməsi Azərbaycan-Mərkəzi Asiya münasibətlərinin institusional əsaslarını gücləndirəcək

08:50
06 Avqust

Azərbaycanın şərti dəyişmir:

08:40
06 Avqust

Alparslan BAYRAKTAR: "Türkiyə Azərbaycandakı enerji layihələrində iştirak etməkdə maraqlıdır"

08:30
06 Avqust

Azərbaycan önə keçir

08:20
06 Avqust

Möhkəmlənən strateji tərəfdaşlıq, dərinləşən iqtisadi inteqrasiya 

08:10
06 Avqust

AĞIR DAŞLI AZƏRBAYCAN

08:00
06 Avqust

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

02:03
06 Avqust

"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 30 iyun tarixli 431-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

02:01
06 Avqust

Azərbaycan Respublikası Prezidentinin "Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında" 2007-ci il 6 iyun tarixli 586 nömrəli və "Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə"nin təsdiqi və "Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və "Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə" 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə" 2020-ci il 12 may tarixli 1017 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında

01:59
06 Avqust

“İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi istiqamətində zəruri dövlət dəstəyinin gücləndirilməsi və “Azərbaycan Respublikası adından borc alınması və zəmanət verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli 410 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 9 yanvar tarixli 1957 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 15 yanvar tarixli 578 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:57
06 Avqust

“Məişət zorakılığı ilə bağlı məlumat bankının təşkili və aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 19 dekabr tarixli 207 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:55
06 Avqust

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 6 may tarixli 165 nömrəli Qərarı ilə təsdiq edilmiş “Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat göndərilməli olan lisenziyaların və icazələrin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:54
06 Avqust

“Müvafiq bazarda sahələrin təmərküzləşmə səviyyəsinin müəyyən edilməsi Qaydası”nın və “Rəqabət orqanı tərəfindən təmərküzləşmələrin qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:52
06 Avqust

Dövlət Proqramı çərçivəsində Türkiyədə təhsil hüququ qazanan tələbələrlə görüş təşkil olunub  

20:38
05 Avqust

Qu X-3 ulduz sisteminin təbii kosmik sürətləndirici mənbə olması təsdiqlənib  

20:31
05 Avqust

Böyük Qayıdış: Təhlükəsizliyin insan kapitalı ilə möhkəmləndirilməsi 

20:24
05 Avqust

Amerikalı professor Yeni Klinikada yerli mütəxəssislərlə birgə mürəkkəb klinik halları müzakirə edib  

20:17
05 Avqust

AAYDA: Bakının bütün inzibati rayonlarında küçə və prospektlər təmir olunur  

20:10
05 Avqust

Azərbaycanda iki futbol klubunun adı dəyişdirilib  

20:03
05 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!