19 Sentyabr 2026 14:38
294
SİYASƏT
A- A+
Dövlət suverenliyimiz milli qürurumuzun və dövlətçilik iradəmizin təntənəsidir

Dövlət suverenliyimiz milli qürurumuzun və dövlətçilik iradəmizin təntənəsidir


20 Sentyabr – Dövlət Suverenliyi Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində xüsusi əhəmiyyət daşıyan, milli qürurumuzu və dövlətimizin gücünü təcəssüm etdirən mühüm tarixi gündür.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə sentyabrın 20-nin Dövlət Suverenliyi Günü kimi təsis edilməsi xalqımızın dövlətçilik tarixində baş vermiş mühüm hadisələrin məntiqi yekununu özündə əks etdirir. Sərəncamda da qeyd olunduğu kimi, 2020-ci il Vətən müharibəsi və 2023-cü ilin antiterror əməliyyatı nəticəsində Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa edilib.

Azərbaycanın dövlət suverenliyinə gedən yol heç də asan olmayıb. Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın bir hissəsi uzun illər işğal altında saxlanılıb, yüz minlərlə soydaşımız doğma yurdlarından didərgin düşüb, şəhər və kəndlərimiz dağıdılıb. Bütün bunlara baxmayaraq, Azərbaycan dövləti öz prinsipial mövqeyindən geri çəkilməyib, ərazi bütövlüyünün və suverenliyinin bərpasını əsas milli məqsədlərdən biri kimi müəyyən edib.

2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin dönüş nöqtələrindən biri oldu. Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu misilsiz qəhrəmanlıq göstərərək işğal altındakı ərazilərimizin böyük hissəsini azad etdi. Bu tarixi Qələbə Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələ oldu.

Lakin Azərbaycanın qarşısında daha bir mühüm vəzifə - dövlət suverenliyinin ölkənin bütün ərazisində tam təmin edilməsi dayanırdı. 2023-cü il aprelin 23-də Laçın-Xankəndi yolunun başlanğıcında Azərbaycan tərəfindən nəzarət-buraxılış məntəqəsinin yaradılması dövlətimizin öz sərhədləri və ərazisi üzərində nəzarətinin təmin olunması istiqamətində mühüm addım idi.

2023-cü il sentyabrın 19-da isə Qarabağ iqtisadi rayonunda başlanan lokal xarakterli antiterror tədbirləri Azərbaycanın öz ərazisində konstitusiya quruluşunu bərpa etmək və dövlət suverenliyini təmin etmək əzmini nümayiş etdirdi. Əməliyyat sentyabrın 20-də başa çatdı və nəticədə Azərbaycan Respublikasının bütün ərazisində dövlət suverenliyi tam bərpa edildi.

Beləliklə, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi milli dövlətçilik strategiyasının möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan tarixinin ən böyük məqsədlərindən birinə nail oldu. Bu gün üçrəngli Azərbaycan Bayrağı ölkəmizin bütün ərazilərində dalğalanır, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi dövlətimizin bütün ərazisində təmin olunur.

Dövlət suverenliyimizin tam bərpası Azərbaycanın qarşısında yeni imkanlar açıb. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin edilir, regionun sosial-iqtisadi inkişafı üçün mühüm layihələr icra olunur.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi də bu tarixi nailiyyətlərin dövlətçilik və hüquqi dövlət quruculuğu baxımından əhəmiyyətini bir daha nümayiş etdirdi. Sərəncamda Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasının milli dövlətçilik tariximizdə xüsusi əhəmiyyəti vurğulanır.

Bu gün Azərbaycan tam suveren dövlət kimi öz milli maraqlarına əsaslanan müstəqil siyasət yürüdür. Ölkəmizin əldə etdiyi tarixi Zəfər dövlətçilik iradəmizin, milli həmrəyliyimizin və xalq-dövlət birliyimizin təntənəsidir.

Bu əlamətdar gündə torpaqlarımızın azadlığı və Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə minnətdarlığımızı bildirirəm.

20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə bütün xalqımızı səmimi-qəlbdən təbrik edirəm.

 

 

Fatma Yıldırım,

 Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Sanki 24 günü 24 saata sığdırdıq” - Xüsusi Təyinatlı Qüvvələrin baş giziri antiterror döyüşlərindən danışır

16:05
19 Sentyabr

Türkiyədə “Ağıllı Şəhərlər Fəaliyyət Planı” qüvvəyə minib

16:03
19 Sentyabr

Prezidentin xüsusi nümayəndəsi Rumıniyada bir sıra görüşlər keçirib

15:58
19 Sentyabr

Ombudsman: Erməniəsilli məhkumların hüquqları ayrı-seçkiliyə yol verilmədən təmin edilir

15:43
19 Sentyabr

Donald Tramp “CNN”, “MS NOW” və “Politico”nun Ağ Evə girişini qadağan edir

15:42
19 Sentyabr

Bazar gününün hava proqnozu açıqlanıb

15:41
19 Sentyabr

Təhlükəsiz və güclü Türk dünyası: Azərbaycanın strateji baxışı

15:13
19 Sentyabr

Dövlət suverenliyimiz milli qürurumuzun və dövlətçilik iradəmizin təntənəsidir

14:38
19 Sentyabr

Zəfər salnaməsi: antiterror tədbirlərindən 3 il ötür   

14:36
19 Sentyabr

Enerji, nəqliyyat və ideoloji sabitlik: Türk dünyasının qlobal gücə çevrilmə yolu  

14:05
19 Sentyabr

Azərbaycanın dövlət suverenliyi: Zəfərdən Böyük Qayıdışa uzanan tarixi yol

13:58
19 Sentyabr

Ağdərə Qarabağın yaşıl enerji mərkəzinə çevrilir

12:54
19 Sentyabr

DİN: Cinayət törətməkdə şübhəli bilinən 73 nəfər saxlanılıb

12:52
19 Sentyabr

Ankara Universitetində Əhməd Ağaoğlunun barelyefi və auditoriyası açılıb

12:49
19 Sentyabr

Dövlətimizin suverenlik günü

12:34
19 Sentyabr

Qürur duyuruq ki, suverenliyimiz, ərazi bütövlüyümüz bərpa olunub

12:08
19 Sentyabr

Tramp Si Cinpinlə bir neçə razılaşma əldə etməyə ümid edir

11:06
19 Sentyabr

Əziz Ələkbərli: Ermənistan 44 günlük müharibənin dərslərindən qətiyyən nəticə çıxarmayıb

10:59
19 Sentyabr

Pakistanda məscidin yaxınlığında törədilən terrorda ölənlərin sayı 31 nəfərə çatıb

10:44
19 Sentyabr

Bilmək istəyirəm

10:40
19 Sentyabr

Fransa prezidentliyinə namizəd Qabriel Attal "Avropa Birləşmiş Ştatları" ideyasını irəli sürüb

10:35
19 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!