19 Sentyabr 2026 10:40
2377
Hüquq məsləhəti
A- A+
Bilmək istəyirəm

Bilmək istəyirəm


- 64 yaşım var, tək yaşayıram. Nə işləyirəm, nə də təqaüd alıram. Övladım hər ay dolanışığım üçün 100 manat pul verir. Lakin bu ehtiyaclarımı qarşılamağa kifayət etmir. Dolanışığımı yaxşılaşdırmaq üçün hansı hüquqi imkanlardan yararlana bilərəm? 


 Ziba HƏSƏNOVA,

 Masazır qəsəbəsi


- Yaşadığınız çətin vəziyyətlə bağlı hüquqi müstəvidə mövcud olan imkanları, qanunvericiliyin tələblərini və bu vəziyyətdən çıxış yollarını nəzərdən keçirərək bildiririk ki, Azərbaycan Respublikasının qanunvericiliyinə görə, hər bir vətəndaşın sosial müdafiə hüququ var və xüsusilə yaşlı şəxslərin maddi təminatı ilə bağlı qanunvericilikdə mühüm mexanizmlər nəzərdə tutulub.

Həmçinin vurğulanmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (maddə 16, hissə I) və işsizlərin dövlətdən sosial müavinət almaq hüququ vardır (maddə 35, hissə VII).

Nəzərə alınmalıdır ki, qanunvericiliyə görə, övladın valideyni maddi olaraq saxlamaq öhdəliyi var və bu öhdəlik yalnız mənəvi deyil, həm də hüquqi və məcburi xarakter daşıyır. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 82.1-ci maddəsinə əsasən, əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Həmçinin Məcəllənin 83.1-ci maddəsinin tələbinə görə, yetkinlik yaşına çatan övladlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamadıqda və valideynləri ağır xəstəliyə tutulduqda, əlilliyi müəyyən edildikdə, onlara qulluq etməyə görə kənar şəxslərə haqq ödəmək lazım gəldikdə və digər müstəsna hallarda, yetkinlik yaşına çatmış övladlar məhkəmə qaydasında yuxarıdakı hallarla əlaqədar əlavə xərclərin çəkilməsinə cəlb edilə bilərlər. 

Bildirdiyiniz kimi, siz 64 yaşındasınız, işləmirsiniz və pensiya almırsınız. Əgər sizin əmək qabiliyyətiniz yoxdursa və övladınızın könüllü olaraq ayda verdiyi 100 manat ehtiyaclarınızı ödəmirsə, siz məhkəmə qaydasında (aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur) övladınızdan valideynin saxlanılması üçün aliment tələb edə bilərsiniz. Həmçinin zərurət yarandığı təqdirdə Ailə Məcəlləsinin 83.1-ci maddəsinin tələbləri çərçivəsində ondan əlavə xərclərin tutulmasını da tələb etmək hüququnuz vardır.

Övladdan tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynin və övladın maddi vəziyyəti, ailə vəziyyəti və tərəfindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Alimentin miqdarı müəyyən olunarkən məhkəmə, tələbin valideynin əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlarından hamısına, birinə və ya bir neçəsinə verildiyindən asılı olmayaraq, onların hamısını nəzərə almağa haqlıdır.

Xüsusilə nəzərə almaq lazımdır ki, əgər valideynin öz valideynlik vəzifələrini yerinə yetirməməsi məhkəmə tərəfindən müəyyən olunarsa, uşaq (uşaqlar) əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynini saxlamaq vəzifəsindən azad edilə bilər.

Bundan başqa dövlət tərəfindən həssas təbəqəyə aid şəxslərə sosial müdafiə tədbirləri tətbiq olunur. Siz bu tədbirlərdən istifadə edərək maddi vəziyyətinizin yaxşılaşmasına nail ola bilərsiniz. Bunun üçün müvafiq olaraq rəsmi qurumlara müraciət etməli və sözügedən tədbirlərdən yararlana bilmək imkanınızı araşdırmalısınız.

Bildiririk ki, "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, əlilliyi olan uşağa və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət qurumunun və ya hüquqi şəxsin ləğv edilməsi, fiziki şəxs olan işəgötürənin fəaliyyətinə xitam verilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. 

Qanunun 7.1-ci maddəsinə görə, sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır.

Məlumat üçün qeyd edək ki, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2026-cı il üçün ehtiyac meyarının həddi 300 manat məbləğində təsdiq edilmişdir.


Sualı cavablandırdı:

Paşa SƏFƏROV,

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan nefti 126 dollara satılır  

09:53
31 Oktyabr

Heydər Əliyev siyasətinə sadiqlik Azərbaycanı qalib və yenilməz dövlətə çevirdi  

09:48
31 Oktyabr

Bilmək istəyirəm

08:45
31 Oktyabr

Mediasiya Şurasında ilk həmkarlar ittifaqı təşkilatı yaradılıb

08:40
31 Oktyabr

ZƏFƏR gündəliyi

08:35
31 Oktyabr

Heydər Əliyev prospekti - paytaxtın müasir memarlıq azmanlarının ünvanı

08:30
31 Oktyabr

Dövlətin aqrar sektora dəstəyi kimi ondan gözləntisi də çoxdur

08:25
31 Oktyabr

NDU-da doktorantların və gənc tədqiqatçıların respublika elmi konfransı öz işinə başlayıb

08:20
31 Oktyabr

Milli məqsədləri reallığa çevirən rəhbər

08:15
31 Oktyabr

ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı - "Məhsul bayramı" təşkil edilib

08:10
31 Oktyabr

"Pulsuz hüquqi yardım haqqında" qanun layihəsi müzakirəyə çıxarıldı

08:05
31 Oktyabr

Andına sadiq Lider

08:00
31 Oktyabr

Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında

01:45
31 Oktyabr

TDT-nin 13-cü Zirvə Görüşü – Azərbaycan sədrliyi Türkiyəyə təhvil verib  

22:31
30 Oktyabr

Qırğızıstan Prezidenti Azərbaycana təşəkkür edib

21:43
30 Oktyabr

Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm  

21:14
30 Oktyabr

Premyer Liqa: “Sabah” səfərdə “Turan Tovuz”a uduzub

20:57
30 Oktyabr

Azərbaycan və Türkiyə arasında münasibətlərin cari vəziyyəti müzakirə olunub  

20:38
30 Oktyabr

Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir  

20:34
30 Oktyabr

Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının iclası keçirilib  

20:26
30 Oktyabr

Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

19:49
30 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!