29 Avqust 2026 10:40
4351
Hüquq məsləhəti
A- A+
Bilmək istəyirəm

Bilmək istəyirəm


- Qonşumla iki ildir torpaq üstündə mübahisə yaşayıram. Bununla bağlı məhkəməyə müraciət etməyimi məsləhət gördülər. Lakin təcrübəm olmadığı üçün hansı sənədləri hazırlayacağımı və məhkəməyə necə ərizə yazacağımı bilmirəm. Vəkilə isə ödəmək üçün yetəri qədər vəsaitim yoxdur, çünki işsizəm. Bu halda nə edə bilərəm?

 

Əli MƏMMƏDOV,

Dübəndi qəsəbəsi

 

Sualınıza cavab olaraq bildiririk ki, qarşılaşdığınız mübahisə, yəni torpaq mübahisələri həm mülkiyyət hüququ, həm də texniki sərhəd müəyyənləşdirilməsi baxımından mürəkkəb kateqoriyalı mülki işlər sırasına daxildir.

Sizin vəkilin hüquqi yardım xidmətindən istifadə üçün maddi imkanınızın olmaması hüquqlarınızı müdafiə etməyə mane olmamalıdır. Çünki qüvvədə olan qanunvericilik bu cür hallar üçün pulsuz hüquqi yardım mexanizmləri nəzərdə tutur. Belə ki, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin I hissəsinə əsasən, Vəkillər Kollegiyasına üzv olduğu dövrdə vəkil normativ hüquqi aktlarla müəyyən olunmuş qaydada və hallarda hüquqi yardım haqqını ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına hüquqi yardım göstərməlidir.

Normativ hüquqi aktlara gəlincə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.2-ci maddəsinə əsasən, birinci və apellyasiya instansiya məhkəmələrində mülki işlər üzrə məhkəmə icraatında maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi məqsədilə peşəkar hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan şəxsin dövlət hesabına vəkil ilə təmin olunması məsələsini məhkəmə həll edir. Bu işlərə, məhkəməyə müraciət etmək üçün hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan şəxsin müraciətinə əsasən vəkil qurumunun ərizəsi əsasında həmin qurumun yerləşdiyi yer üzrə rayon (şəhər) məhkəməsi, məhkəmə icraatı zamanı isə işdə iştirak edən şəxsin yazılı müraciəti əsasında işə baxan məhkəmə tərəfindən baxılır.

Göründüyü kimi, sizin qarşılaşdığınız çətinliklə bağlı peşəkar hüquqi yardıma ehtiyacınız var, lakin bunun üçün kifayət qədər vəsaitiniz yoxdur, o zaman dövlət hesabına vəkil ilə təmin olunma ilə bağlı vəkil qurumuna müvafiq ərizə ilə müraciət etməlisiniz. Ərizənizə qarşılaşdığınız çətinliklə bağlı müvafiq sənədləri, xüsusilə vəkil tərəfindən göstərilən hüquqi yardım haqqını ödəməkdən azad edilmə ilə bağlı müvafiq sənədi əlavə etməyiniz zəruridir.

Nəzərə alın ki, müraciət etdiyiniz vəkil qurumu bununla bağlı müvafiq rayon (şəhər) məhkəməsinə müraciət edir. Məhkəmə bu ərizəyə daxil olduğu vaxtdan 15 gün müddətində baxmalıdır. Əgər müraciət müvəqqəti təminat tədbirlərinin tətbiqi ilə bağlıdırsa, işə təxirə salınmadan, lakin növbəti iş günündən gec olmayaraq baxılır.

Məhkəmə Mülki Prosessual Məcəllənin 67-1.4-cü maddəsində göstərilən şəxslərin, habelə vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan digər iş baislərinin hüquqi yardım haqqını ödəməkdən azad edilməsi və bu ödənişin dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi (yaxud bundan imtina edilməsi) barədə əsaslandırılmış qərardad qəbul edir.

Mülki Prosessual Məcəllənin 67-1.4-cü maddəsində göstərilən şəxslərin dairəsinə isə aşağıdakılar daxildir:

1. Orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş və işləməyən şəxslər, eləcə də əlilliyi olan uşaqlar;

2. İnsan alverinin qurbanları, məişət zorakılığından zərər çəkmiş şəxslər;

3. Valideyn himayəsindən məhrum olunmuş uşaqlar; 

4. Ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri;

5. Müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydiyyatda olan şəxslər;

6. Maddi vəziyyəti və orta aylıq gəlirinin cari il üçün yaşayış minimumundan əhəmiyyətli dərəcədə aşağı olması məhkəmə tərəfindən qiymətləndirilən digər şəxslər.

Məhkəmənin dövlət hesabına vəkillə təmin olunma barədə qərardadı icra edilməsi üçün Vəkillər Kollegiyasına daxil olur və müvafiq qaydaya uyğun olaraq sizə peşəkar hüquqi yardım göstərmək məqsədilə vəkil təyin edilir.

Məhkəməyə təqdim edilməsi üçün iddia ərizəsinin yazılması, eləcə də iddia ərizəsinə əlavə edilən sənədlərin dairəsinə gəlincə, təyin olunmuş vəkil bu istiqamətdə sizə zəruri hüquqi yardım göstərməlidir.

 

Sualı cavablandırdı:

Paşa SƏFƏROV,

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesabında paylaşım edib VİDEO 

19:31
09 Noyabr

Ukrayna Silahlı Qüvvələri Rusiyaya məxsus “Starlink” peyk rabitə bloklayıcısına zərbələr endirib  

18:57
09 Noyabr

COP31 iştirakçılarına Azərbaycanın su təhlükəsizliyi sahəsində təcrübəsi barədə məlumat verilib  

18:13
09 Noyabr

Dövlət Bayrağı Günündə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilib  

17:58
09 Noyabr

Türkiyənin ev sahibliyi etdiyi COP31-də Azərbaycan pavilyonu: “Dialoq Dəhlizi”  

17:58
09 Noyabr

Şəkiyə yağan qar fəsadlara səbəb olub, problemlər aradan qaldırılır 

17:38
09 Noyabr

Ukrayna Ordusunda Kosmik Qüvvələri yaradılır

17:08
09 Noyabr

“Zəfər yalnız keçmişə bağlı qürur mənbəyi deyil, həm də gələcək qarşısında məsuliyyətdir” – Bəyanat  

16:51
09 Noyabr

Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib  

16:48
09 Noyabr

Muxtar Babayev: COP-31 həm də Azərbaycanda qəbul olunan qərarların icrası baxımından əhəmiyyət kəsb edir  

16:38
09 Noyabr

COP31-də Azərbaycan pavilyonuna böyük maraq var

16:29
09 Noyabr

Şuşadan dünyaya sarsılmaz müttəfiqlik və əbədi qardaşlıq mesajı

16:20
09 Noyabr

SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb  

16:11
09 Noyabr

Rəcəb Tayyib Ərdoğan: Türkiyə və Azərbaycan bir-birinə qopmaz bağlarla bağlı olan iki qardaş ölkədir  

15:28
09 Noyabr

Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

15:18
09 Noyabr

Sabah hava əsasən yağmursuz keçəcək

15:17
09 Noyabr

Bayrağımız daim zirvələrdə olacaq

14:57
09 Noyabr

Odessaya hava zərbəsi endirilib, 3 nəfər həlak olub

14:39
09 Noyabr

Naxçıvanda qar örtüyünün hündürlüyü 39 santimetrə çatıb

14:03
09 Noyabr

Üçrəngli bayrağımız hər zaman müstəqil Azərbaycanın səmasında dalğalanacaq

13:48
09 Noyabr

Sergey Şoyqu: Cənubi Qafqazda vəziyyət yaxşılaşır

13:33
09 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!