08 Avqust 2026 08:30
2710
Hüquq məsləhəti
A- A+
Bilmək istəyirəm

Bilmək istəyirəm


- Mənzildə  ev heyvanlarını saxlamağa görə qonşular arasında yaranan mübahisələr qanunla necə həll edilir?


Yeganə XUDİYEVA,

Bakı şəhəri


- Sualınıza cavab olaraq bildiririk ki, çoxmənzilli binalarda ev heyvanlarının (it, pişik və s.) saxlanılması və bununla bağlı qonşular arasında yaranan mübahisələr bir neçə normativ hüquqi aktla (mənzil, inzibati və sanitariya-gigiyena qanunvericiliyi) tənzimlənir.

Nəzərə alınmalıdır ki, mənzildə ev heyvanı saxlamaq vətəndaşın hüququdur. Lakin bu hüquq digər sakinlərin rahatlıq, təhlükəsizlik və sağlamlıq hüquqlarını pozmamalıdır.

Mənzil Məcəlləsinin 15-ci maddəsinə görə, yaşayış sahəsindən istifadə edilərkən qonşuların hüquq və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi, sanitariya-gigiyena, ekoloji və qanunvericiliyin digər tələblərinə riayət olunmalıdır.

Mülki Məcəllənin 170.2-ci maddəsinə əsasən, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.

Nazirlər Kabinetinin 9 mart 2011-ci il tarixli 38 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması" Qaydaları isə ev heyvanlarının saxlanma şərtlərini, onların saxlanılmasına nəzarəti, heyvan sahibinin hüquq və vəzifələrini və digər qaydaları müəyyən edir. Həmin qaydalara əsasən:

* baytarlıq, sanitaiya-gigiyena, səs-küy və digər normaları pozmamaqla, şəhərdə və şəhərtipli qəsəbələrdə çoxmərtəbəli binaların ayrıca mənzillərində yaşayan hər bir ailəyə qonşulara narahatlıq yaratmamaq şərtilə bir it və iki pişik saxlamağa icazə verilir.

* baytarlıq və dövlət sanitariya nəzarəti orqanlarının rəsmi razılığı əsasında "canlı təbiət" guşələrində, uşaqlar üçün sosial xidmət müəssisələrində, yay və qış idman-sağlamlıq ocaqlarında, sanatoriya-kurort müəssisələrində (istirahət evlərində, pansionatlarda və s.) ev heyvanlarını saxlamaq olar.

* şəhərdə və şəhərtipli qəsəbələrdə lazımi qaydada çəpərlənmiş və təcrid olunmuş ərazilərdə itlərin sərbəst gəzintisi təşkil edilə bilər.

* təşkilatlarda, idarələrdə, müəssisələrdə gözətçi itlər yalnız xüsusi yerlərdə saxlanmalıdır.

* iri cins itlərin (senbernar, ovçarka, doq, boksyor, endelteryer, doberman-pinçer və s.) və digər heyvanların sahibləri mənzillərin, təşkilatların qapılarına it, yaxud vəhşi heyvan şəkilləri və "Təhlükəlidir" sözü yazılmış lövhələr vurmağa borcludurlar.

Təcrübə göstərir ki, əksər hallarda ev şəraitində saxlanılan ev heyvanlarına görə qonşular arasında müəyyən əsaslı mübahisələr yaranır. Bu mübahisələr daha çox ev heyvanlarının saxlanılması qaydalarının pozulması nəticəsində baş verir. 

Unutmaq olmaz ki, ev heyvanlarının saxlanılması qaydalarının pozulması İnzibati Xətalar Məcəlləsinin 290-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır.  Qəbul olunmuş qaydalara riayət olunmamasına, o cümlədən  müəyyən edilmiş  saydan artıq heyvan saxlanılmasına, heyvanın cilovsuz və ya buruntaqsız gəzdirilməsinə, yaxud heyvana lazımi qayğının göstərilməməsinə görə 200 manat məbləğində cərimə tətbiq edilir.

Pozuntu nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərərçəkmiş şəxsə maddi zərər vurulmasına görə təqsirkar şəxs  800 manatdan 1000 manatadək məbləğdə cərimə olunur (İnzibati Xətalar Məcəlləsinin 290.3-cü maddəsi).

Çalışın qonşu ilə aranızda yaranmış mübahisəni qonşuluq münasibətləri xatirinə danışıqlar yolu ilə həll edin. Əgər şifahi xəbərdarlıq, yaxud ikitərəfli danışıq nəticə verməzsə, o zaman mübahisənin həlli prosesini rəsmi müstəviyə keçirmək lazımdır. Bunun üçün məhkəmə və ya inzibati orqanlara müraciət etməzdən əvvəl əlinizdə güclü sübutlar olmalıdır. Məsələn, qonşunun ev heyvanı ilə bağlı video və fotoşəkillərini çəkin (ev heyvanının səsi aydın eşidilməli, yaxud hər hansı bir hərəkəti aydın görünməlidir). 

Sübutlar kifayətedici qədər toplandıqdan sonra ilkin olaraq inzibati orqana - sahə müvəkkilinə müraciət edə bilərsiniz. Bu halda qonşunun hərəkətləri ev heyvanlarının saxlanılması qaydalarının, ictimai davranış və ya sanitariya qaydalarının pozulması kimi qiymətləndirilə bilər. Sahə müvəkkilinə rəsmi ərizə ilə müraciət edərək profilaktik söhbət aparılmasını və qanun pozuntusunun aktlaşdırılmasını tələb edin. Polisin tərtib edəcəyi hər hansı rəsmi sənəd (izahat, akt və s.) gələcəkdə məhkəmə üçün çox mühüm sübut olacaq. İnzibati orqana müraciətlə birlikdə, yaxud ondan sonra məhkəməyə müraciət etməyiniz tövsiyə olunur. Beləliklə, iddiaçı olaraq cavabdehə (qonşuya) qarşı "qanunsuz hərəkətlərə son qoyulması (müdaxilənin aradan qaldırılması)" tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edə bilərsiniz. Əsas tələblə yanaşı, əgər sizə müəyyən maddi ziyan dəyibsə - maddi ziyanın ödənilməsini, həmçinin qorxu, psixoloji gərginlik və rahatlığın pozulmasına görə mənəvi ziyanın kompensasiyasını da tələb etmək hüququnuz vardır.


Sualı cavablandırdı:

Paşa SƏFƏROV,

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qürur duyuruq ki, suverenliyimiz, ərazi bütövlüyümüz bərpa olunub

12:08
19 Sentyabr

Tramp Si Cinpinlə bir neçə razılaşma əldə etməyə ümid edir

11:06
19 Sentyabr

Bilmək istəyirəm

10:40
19 Sentyabr

Fransa prezidentliyinə namizəd Qabriel Attal "Avropa Birləşmiş Ştatları" ideyasını irəli sürüb

10:35
19 Sentyabr

Atadan oğula ötürülən Vətən əmanəti

10:30
19 Sentyabr

İyirmi yaşında qəhrəman oldu

10:20
19 Sentyabr

Bir Vətən sevdalısı Xəzər vardı...  

10:10
19 Sentyabr

XIV əsrə aid Pir Ömər Sultan ziyarətgahı

10:01
19 Sentyabr

Azərbaycan və TDT məkanının strateji çəkisi: enerji və nəqliyyat bağlantılarının rolu

10:00
19 Sentyabr

Azərbaycan hərbçiləri Koreyada beynəlxalq döyüş təlimi müsabiqəsində iştirak ediblər

09:50
19 Sentyabr

Türk dünyasının aparıcı gücü

09:40
19 Sentyabr

Sahibkarlığa yeni dəstək mexanizmləri müzakirə olunub

09:30
19 Sentyabr

Prezidentin hər səfəri iqtisadi inkişafa yeni təkan verir

09:25
19 Sentyabr

Əsrlərə hesablanmış saziş

09:20
19 Sentyabr

Bir Zəfər - dörd şəhər, əbədi qürur

09:10
19 Sentyabr

Tarixə yazılan antiterror tədbirləri

09:00
19 Sentyabr

Yurduna əbədi qayıdan müqəddəs bayraq

08:50
19 Sentyabr

Qalib və suveren Azərbaycan

08:40
19 Sentyabr

Dövlət suverenliyi xalqımızın tarixi nailiyyətidir

08:30
19 Sentyabr

Qarabağ Azərbaycanın suveren ərazisidir və hər bir dövlətin nümayəndəsi bura səfər edə bilər

08:20
19 Sentyabr

Xalqımızın dövlətçilik salnaməsinin qürur doğuran səhifəsi

08:10
19 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!