22 Avqust 2026 10:00
3283
Hüquq məsləhəti
A- A+
Bilmək istəyirəm

Bilmək istəyirəm


Avtomobilimi dayanacaqda saxlamışdım. Qayıdanda maşının zədələndiyini gördüm. Bu halda dayanacaq sahibi məsuliyyət daşıyırmı? 


Əkbər MƏMMƏDOV,

Bakı şəhəri


Sualınıza cavab olaraq bildiririk ki, dayanacaq sahibinin bu halda məsuliyyət daşıması mümkündür, lakin bu məsələ dayanacağın hüquqi statusundan, tərəflər arasında yaranan müqavilə münasibətlərinin növündən və faktiki hallardan bilavasitə asılıdır. 

İlkin olaraq dayanacağın hüquqi statusuna diqqət ayırmaq lazımdır. Əgər dayanacaq mühafizə olunan ərazidirsə (məsələn, giriş-çıxışda nəzarət-buraxılış məntəqəsi mövcuddursa, mühafizəçilər və ya kassa çeki varsa) o halda tərəflər (siz və dayanacaq sahibi) arasında saxlama müqaviləsi bağlanmış hesab olunur. 

Mülki Məcəllənin 822-ci maddəsinə görə, saxlama müqaviləsinə görə bir şəxs (yük götürən, saxlayıcı) başqa şəxsin (yük verənin, tapşıranın) ona verdiyi daşınar əşyanı saxlamağı və müqavilənin qüvvəsi sona çatdıqda qaytarmağı öhdəsinə götürür. 

Bununla yanaşı Mülki Məcəllənin 824.1-ci maddəsinə görə, saxlama haqq müqabilində həyata keçirilirsə, saxlayıcı şərtləşdirilmiş vicdanlılığa riayət edilməsi üçün, qalan hallarda isə bu cür əşyaların saxlanması zamanı adi olan vicdanlılıq üçün məsuliyyət daşıyır.

Qeyd olunan halda sizin avtomobilinizin zədələnməsinə görə dayanacaq sahibi birbaşa məsuliyyət daşıyır.

Əgər dayanacaq, sadəcə, açıq sahədirsə, heç bir mühafizə və ya saxlama öhdəliyi götürülmürsə, sadəcə, yerə görə haqq ödənilirsə (və ya ödənişsizdirsə) bu münasibət saxlama deyil, qısamüddətli icarə və ya yerdən istifadə kimi qiymətləndirilə bilər. Bu halda dayanacaq sahibi avtomobilin fiziki toxunulmazlığına görə cavabdehlik daşımır, məsuliyyət birbaşa zərər vuran şəxsin (avtomobili zədələyən avtomobilin sürücüsünün və s.) üzərinə düşür.

Mövcud mübahisə ilə bağlı daha maraqlı bir fakta münasibət bildirilməsinə zərurət vardır. Belə ki, bəzi hallarda dayanacaqlarda saxlanılan avtomobillərə görə dayanacağın məsuliyyət daşımaması qeyd olunur. Bildiririk ki, belə bir qeydlər hüquqi cəhətdən əsassızdır. Əgər faktiki olaraq saxlanc münasibəti (ödənişli giriş, bilet, mühafizə və s.) varsa, dayanacaq sahibinin birtərəfli qaydada özünü məsuliyyətdən azad etməsi mülki qanunvericiliyin və istehlakçı hüquqlarını qoruyan imperativ normaların ruhuna birbaşa ziddir.

Əgər zədə digər nəqliyyat vasitəsi tərəfindən vurulubsa və həmin sürücü aradan çıxıbsa, saxlama müqaviləsi olduğu halda dayanacaq sahibi zərərə görə sizin qarşısında məsuliyyət daşıyır.

Nəzərə alın ki, siz mülki qanunvericiliyə əsasən, vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilərsiniz. Zərərə avtomobilin bərpası (təmir) xərcləri və bazar dəyərinin düşməsi (dəyərsizləşmə) daxildir. Həmçinin avtomobilin təmirdə olduğu müddətdə ondan istifadə edə bilməməyiniz üçün əldən çıxan faydanı, eləcə də bu müddətdə istifadə etdiyiniz nəqliyyata ödədiyiniz xərcləri də tələb edə bilərsiniz.

Çalışın yaranmış mübahisəni danışıqlar yolu ilə həll edin. Əgər şifahi xəbərdarlıq, yaxud ikitərəfli danışıq nəticə verməzsə, o zaman mübahisənin həlli prosesini rəsmi müstəviyə keçirmək mütləqdir. Bunun üçün ilk növbədə məhkəməyə müraciət etməzdən əvvəl əlinizdə sübutlar (zədəni göstərən, eləcə də avtomobilin dayanacaqda olmasını təsdiqləyən görüntü, dəymiş ziyanın məbləğini müəyyən edən arayış, dayanacağa giriş və çıxış üçün verilmiş bilet və s.) olmalıdır. 

Məhkəməyə müraciət etməzdən əvvəl ilkin olaraq inzibati orqana - polisə müraciət edə bilərsiniz. Polisin tərtib edəcəyi hər hansı rəsmi sənəd (protokol və s.) gələcəkdə məhkəmə üçün çox mühüm sübut olacaq. Həmçinin polis əməkdaşından dayanacağın müşahidə kamerasından hadisə yerinin görüntüsünün götürülməsini xahiş edin.

Beləliklə, iddiaçı olaraq cavabdehə (ziyan vuran şəxsə) qarşı "dəymiş ziyanın ödənilməsi" tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edə bilərsiniz. 


Sualı cavablandırdı:

Paşa SƏFƏROV,

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

21:11
23 Oktyabr

ABŞ-də strateji nüvə qüvvələrinin təlimləri başlayıb  

20:19
23 Oktyabr

Onkoloq xərçəng riskini azaltmaq üçün ət istehlakı normasını açıqlayıb  

20:17
23 Oktyabr

Britaniyadan “Hazır ol” çağırışı  

20:13
23 Oktyabr

Xankəndidə “SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” mövzusunda beynəlxalq forum keçirilib – YENİLƏNİB 2 

20:10
23 Oktyabr

Xankəndidə keçirilən beynəlxalq forumda “ASAN xidmət” təcrübəsi təqdim olunub  

20:09
23 Oktyabr

Tramp: İstəsək, İranın bütün neftini və ölkənin özünü ələ keçirə bilərik  

20:07
23 Oktyabr

Türkiyə və Özbəkistan nümayəndə heyətləri Zəfər parkında və Qarabağ Universitetində olublar  

19:58
23 Oktyabr

XİN: Rumıniya sahillərində dron hücumuna məruz qalan gəmidəki 3 azərbaycanlı xilas edilib  

19:23
23 Oktyabr

Zəngilan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair müşavirə keçirilib 

19:18
23 Oktyabr

Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Laçın və Kəlbəcərdə vətəndaşların müraciətlərini dinləyib  

18:53
23 Oktyabr

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

18:28
23 Oktyabr

Toy səbətinə günəş doğur - Nigeriyada qeyri-adi ənənə  

18:16
23 Oktyabr

Polyester parçaları karbon qazı vasitəsilə təkrar emal etməyin üsulu tapılıb  

17:59
23 Oktyabr

Diabet xəstələri üçün qandakı artıq qlükozanı parçalaya bilən implant hazırlanıb  

17:43
23 Oktyabr

"Çampi" tayfunu nəticəsində yüzlərlə uçuş ləğv olunub  

17:39
23 Oktyabr

Çilidə uzunluğu 5 metrə yaxın olan siyənək kralı aşkarlanıb  

17:23
23 Oktyabr

Rumıniya mətbuatı: Trans-Xəzər dəhlizində yükdaşımalar 30 faiz artıb, Azərbaycan və Qazaxıstan donanmalarını genişləndirirlər

17:03
23 Oktyabr

"SOCGOV 2026" çərçivəsində tematik qrupların müzakirə nəticələri əsasında Yekun Bəyanat qəbul olunub

17:00
23 Oktyabr

Premyer Liqa: “Qəbələ” “Araz-Naxçıvan”a qalib gəlib  

16:58
23 Oktyabr

İrəvanın vaxt oyunu və qeyri-müəyyənliyi

16:52
23 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!