19 Sentyabr 2026 09:00
205
SİYASƏT
A- A+
Tarixə yazılan antiterror tədbirləri

Tarixə yazılan antiterror tədbirləri


Bu əməliyyatla Qarabağda separatizmə son qoyuldu


Bəzən tarix bir xalqın taleyində illərlə gözlənilən böyük bir hadisənin həllini  cəmi bir günə sığdırır. O an gələndə meydanda təkcə silahların səsi deyil, dövlət iradəsinin gücü, siyasi uzaqgörənliyin nəticəsi və ordunun peşəkarlığı danışır. 2023-cü ilin 19-20 sentyabrında Qarabağda keçirilən antiterror tədbirləri məhz belə tarixi məqam oldu. Bu əməliyyat Azərbaycanın ərazisində suverenliyini tam təmin etməsi ilə nəticələnən mühüm hadisə kimi dövlətçilik salnaməsinə əbədi yazıldı.

Bu tarixi hadisəyə aparan yol heç də asan və qısa olmadı. 2023-cü il sentyabrın 18-də Xocavənd rayonunda ermənilərin yol üzərində yerləşdirdiyi minaların partlaması nəticəsində altı Azərbaycan vətəndaşı həyatını itirdi. Onlardan ikisi Avtomobil Nəqliyyatı Agentliyinin, dördü isə Daxili İşlər Nazirliyinin əməkdaşı idi. Sentyabrın 19-da saat 11:45 radələrində isə Ağdam istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutuldu, iki hərbi qulluqçumuz yaralandı. Bu hadisələr bölgədəki silahlı təxribatların və təhlükənin davam etdiyini bir daha təsdiq etdi.

44 günlük Vətən müharibəsindən sonra yaranmış yeni reallıqlara baxmayaraq, Qarabağda Ermənistan silahlı qüvvələrinin qalıqları və qanunsuz silahlı birləşmələr mövcudluğunu davam etdirirdi. Azərbaycanın Qarabağda yaşayan erməni sakinlərinin cəmiyyətə reinteqrasiyası ilə bağlı təkliflərinin qəbul edilməməsi, bölgədə silahlanmanın və revanşist meyillərin davam etməsi vəziyyəti daha da gərginləşdirirdi. Azərbaycan dövləti ərazisində təhlükəsizliyi, konstitusiya quruluşunu və suverenliyi tam təmin etmək üçün qəti addım atmaq məcburiyyətində qaldı.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin uzaqgörən siyasəti bu mərhələdə özünü  daha aydın şəkildə göstərdi. Dövlətimizin başçısının illər ərzində həyata keçirdiyi ordu quruculuğu siyasəti, hərbi potensialın gücləndirilməsi, müasir silah və texnologiyaların tətbiqi, eləcə də Vətən müharibəsində qazanılmış təcrübə Azərbaycanın qarşısında duran vəzifələrin həllində mühüm rol oynadı. Siyasi iradə ilə hərbi hazırlığın vəhdəti əməliyyatın nəticəsini müəyyən edən əsas amillərdən biri oldu. Antiterror tədbirləri sentyabrın 19-da, təxminən saat 13:00-da başladı. Müdafiə Nazirliyinin məlumatına görə, əməliyyat çərçivəsində Ermənistan silahlı qüvvələrinin ön xətt və dərinlikdə yerləşən mövqeləri, uzunmüddətli atəş nöqtələri, döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksəkdəqiqlikli silahlarla sıradan çıxarıldı. Əməliyyatın əsas xüsusiyyətlərindən biri hərbi hədəflərin dəqiq seçilməsi, mülki əhalinin və infrastrukturun qorunmasına xüsusi diqqət yetirilməsi idi. Prezident İlham Əliyevin tapşırığına əsasən, zərbələrin yalnız hərbi obyektlərə yönəldilməsi, mülki şəxslərin təhlükəsizliyinin təmin olunması tələb edilirdi.

Azərbaycan Ordusunun döyüşçüləri qarşı tərəfin kifayət qədər ciddi hərbi imkanlara malik olduğunu bilirdilər. Əməliyyat ərəfəsində erməni hərbi qüvvələrinin təxminən 300 artilleriya və 50-dən çox minaatan mövqeyi, yer-hava raket sistemləri, radiolokasiya stansiyaları və radioelektron mübarizə vasitələri mövcud idi. Buna baxmayaraq, Azərbaycan Ordusu planlı, çevik və dəqiq hərbi əməliyyat aparmaq qabiliyyətini nümayiş etdirdi. Qoşun növləri arasında qarşılıqlı əlaqələrin düzgün qurulması, raket-artilleriya və hərbi-hava qüvvələrinin imkanlarından səmərəli istifadə, Vətən müharibəsinin təcrübəsinin yeni şəraitə uyğun tətbiqi mühüm nəticələr verdi. Sentyabrın 19-da bölmələrimizin nəzarətinə 60-dan çox döyüş mövqeyi keçdi. Ertəsi gün isə səhər saatlarında döyüşlər davam etsə də, günorta saatlarına qədər Ermənistan silahlı qüvvələrinin 90-dan çox döyüş mövqeyi və bir neçə strateji yüksəklik nəzarətə götürüldü. Papravənd, Qalayçılar, Sırxavənd, Harov, Yemişcan, Qarakənd, Qacar, Qarabulaq, Sıqnax, Əliağalı və Xocalı istiqamətlərində gedən döyüşlər nəticəsində qarşı tərəfin döyüş potensialı sıradan çıxarıldı.

Sentyabrın 20-də günorta saatlarında separatçı rejimin rəhbərliyi Azərbaycanın şərtlərini qəbul etməyə, silahlı birləşmələrin tərk-silahına və silahı yerə qoymağa hazır olduğunu bildirdi. Sonrakı günlərdə Azərbaycan Müdafiə Nazirliyinin açıqladığı siyahılarda böyük həcmdə silah-sursat və hərbi texnikanın müsadirə edildiyi göstərildi. Sentyabrın 28-nə olan məlumata görə, 1151 atıcı silah, 84 qumbaraatan, 16 top və haubitsa, 39 minaatan, 22 tank əleyhinə silah, 132 HHM silahı, 18 zirehli texnika, 120 avtomobil, 984 raket, 6 653 minaatan mərmisi, 652 842 patron və digər sursatlar ələ keçirilmişdi.

Prezident İlham Əliyev qələbədən sonra xalqa müraciətində hadisənin tarixi mahiyyətini lakonik və aydın ifadə etdi: "Bir gün ərzində Azərbaycan bütün vəzifələri yerinə yetirdi və öz suverenliyini bərpa etdi". Bu fikir yalnız bir hərbi əməliyyatın yekununu deyil, Azərbaycan dövlətinin uzunmüddətli mübarizəsinin nəticəsini də ifadə edirdi. Beləliklə, 19-20 sentyabr 2023-cü il hadisələri Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcı oldu. Suverenliyin tam bərpası xalqın yaddaşında həm qələbə, həm də bu qələbə uğrunda canından keçən şəhidlərin müqəddəs əmanəti kimi yaşayacaq.


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bir Vətən sevdalısı Xəzər vardı...  

10:10
19 Sentyabr

Azərbaycan və TDT məkanının strateji çəkisi: enerji və nəqliyyat bağlantılarının rolu

10:00
19 Sentyabr

Azərbaycan hərbçiləri Koreyada beynəlxalq döyüş təlimi müsabiqəsində iştirak ediblər

09:50
19 Sentyabr

Türk dünyasının aparıcı gücü

09:40
19 Sentyabr

Sahibkarlığa yeni dəstək mexanizmləri müzakirə olunub

09:30
19 Sentyabr

Prezidentin hər səfəri iqtisadi inkişafa yeni təkan verir

09:25
19 Sentyabr

Əsrlərə hesablanmış saziş

09:20
19 Sentyabr

Bir Zəfər - dörd şəhər, əbədi qürur

09:10
19 Sentyabr

Tarixə yazılan antiterror tədbirləri

09:00
19 Sentyabr

Yurduna əbədi qayıdan müqəddəs bayraq

08:50
19 Sentyabr

Qalib və suveren Azərbaycan

08:40
19 Sentyabr

Dövlət suverenliyi xalqımızın tarixi nailiyyətidir

08:30
19 Sentyabr

Qarabağ Azərbaycanın suveren ərazisidir və hər bir dövlətin nümayəndəsi bura səfər edə bilər

08:20
19 Sentyabr

Xalqımızın dövlətçilik salnaməsinin qürur doğuran səhifəsi

08:10
19 Sentyabr

23 saatlıq Zəfərin qüruru

08:00
19 Sentyabr

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalının açılışı olub

23:53
18 Sentyabr

Vladimir Putin Dövlət Dumasına deputat seçkilərində onlayn səs verib

21:57
18 Sentyabr

Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında mina problemi ilə bağlı yeni təşəbbüslə çıxış edib

20:49
18 Sentyabr

Qaradağ rayonunda “Əsrin müqaviləsi: milli enerji strategiyasindan güclü iqtisadiyyata və suveren dövlətə” mövzusunda tədbir keçirilib

20:49
18 Sentyabr

“Neftçi” Azərbaycan çempionatlarındakı 1000-ci oyununda qələbə qazanıb

20:47
18 Sentyabr

“Meysari Grand Hotel & SPA” - bənzərsiz təbiətin və zəngin mədəni irsin harmoniyası

20:45
18 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!