12 Sentyabr 2026 09:10
1342
Hüquq məsləhəti
A- A+
Bilmək istəyirəm

Bilmək istəyirəm


- Uzun müddətdir ki, şəkərli diabet xəstəliyindən əziyyət çəkirəm. Bilmək istəyirəm ki, şəkərli diabet xəstəliyi ilə bağlı dövlət tərəfindən hansı sosial təminatlar nəzərdə tutulub?


Səadət MƏHƏRRƏMOVA,

Sumqayıt şəhəri


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, şəkərli diabet xəstəliyi olan şəxslər üçün xüsusi dövlət qayğısı və sosial təminat mexanizmləri müəyyən edilmişdir. Bu sahədə əsas normativ hüquqi akt 23 dekabr 2003-cü il tarixli "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" Azərbaycan Respublikasının Qanunudur. Sözügedən qanun Azərbaycan Respublikasında şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısının təşkilati-hüquqi əsaslarını müəyyən edir, bu xəstəliyin profilaktikası və müalicəsi sahəsində yaranan münasibətləri tənzimləyir.

Şəkərli diabet - insulin (mədəaltı vəzinin hormonu) çatışmazlığı və keyfiyyətinin azalması nəticəsində qanda qlükozanın səviyyəsinin artması ilə səciyyələnən xroniki xəstəlikdir.

"Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" Qanunun 4.1-ci maddəsinə görə, şəkərli diabet xəstəliyinin profilaktikası və onunla mübarizə ilə bağlı tədbirləri həyata keçirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən "Şəkərli diabet üzrə Dövlət Proqramı" hazırlanır və təsdiq edilir.

Bundan başqa, qanunun tələbinə görə şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin dövlət tibb müəssisələrində müayinəsi və müalicəsi icbari tibbi sığorta vəsaitləri hesabına maliyyələşdirilir (maddə 6.1), şəkərli diabet xəstəliyinə tutulmuş şəxslər həcmi və keyfiyyət standartları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tibbi yardımla təmin olunurlar (maddə 7.1), həmçinin sözügedən şəxslərin əmək hüquqları yalnız Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə müəyyən edilən işçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli peşələr (vəzifələr) və iş yerləri üzrə məhdudlaşdırıla bilər (maddə 8.1).

Sizin bu sahədə bir sıra hüquqlarınız və yararlana biləcəyiniz təminatlarınız mövcuddur:

İlk növbədə, pulsuz tibbi təminat və dərman təchizatıdır ki, siz dövlət tibb müəssisəsində qeydiyyatda olmaqla şəkərli diabet xəstələri üçün nəzərdə tutulan insulin və digər şəkərsalıcı həblərlə, habelə özünənəzarət vasitələrilə pulsuz təmin oluna bilərsiniz. 

Eyni zamanda müəyyən olunmuş dövlət proqramı çərçivəsində şəkərli diabet xəstələrinin dispanser müşahidəsi, müayinəsi və müalicəsi pulsuz həyata keçirilir ki, Siz bundan təmənnasız olaraq faydalana bilərsiniz.

Bundan başqa, sizin uzun müddət bu xəstəlikdən əziyyət çəkməyiniz xəstəliyin ağırlaşmalarının (məsələn, nefropatiya və s.) yaranması ehtimalını artırır ki, gələcəkdə Sizə əlilliyin təyin olunması və sosial müavinətin verilməsi gündəmə gələ bilər. Nəzərə almaq lazımdır ki, təkcə "şəkər xəstəsi olmaq" dərhal əlillik hüququ vermir. Lakin xəstəlik orqanizmin həyat fəaliyyətini və ya əmək qabiliyyətini əhəmiyyətli dərəcədə məhdudlaşdırıbsa, əlillik dərəcəsi təyin edilə bilər. Siz əlillik təyin edildiyi halda, iş stajınızdan asılı olaraq əlilliyə görə əmək pensiyası və ya sosial müavinət almaq hüququ qazanırsınız.

Əmək sahəsinə gəlincə, əgər Siz rəsmi olaraq çalışırsınızsa, xəstəliklə bağlı Sizə əlillik dərəcəsi təyin olunarsa, o zaman Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən bir sıra güzəştlər tətbiq olunur. Məsələn, siz qısaldılmış iş vaxtından (I və II dərəcə əlillər üçün həftəlik iş vaxtı maksimum 36 saat müəyyən edilir), məzuniyyət hüququndan (əlilliyi olan işçilərə əsas məzuniyyət minimum 42 təqvim günü verilir) yararlana, gecə və əlavə işlərdən azad oluna (əlilliyi olan şəxslər onların yazılı razılığı olmadan gecə vaxtı, iş vaxtından kənar və ya istirahət günlərində işə cəlb edilə bilməzlər) bilərsiniz.

Bütün qeyd olunanlarla yanaşı, qanunvericiliyə əsasən, sizə müəyyən vergi güzəştləri də tətbiq oluna bilər. Belə ki, əlillik dərəcəsi təyin olunarsa, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən fiziki şəxslərin gəlir vergisindən güzəştlər tətbiq edilir.


Sualı cavablandırdı:

Paşa SƏFƏROV,

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan dövlətinin tarixində şanlı gün - 3 oktyabr 1993  

10:03
03 Oktyabr

Bilmək istəyirəm

09:25
03 Oktyabr

Misir və Efiopiya arasında gərginlik güclənir

09:15
03 Oktyabr

Müəllimlər dövlət qayğısı ilə əhatə olunur

09:05
03 Oktyabr

Mülki əhaliyə zərbə endirmək düşmənin rəzil və gücsüzlüyünü göstərirdi

08:55
03 Oktyabr

Tibb elmi və səhiyyəsinin unudulmaz siması

08:45
03 Oktyabr

ZƏFƏR gündəliyi

08:40
03 Oktyabr

"ADEX 2026" sərgisi müdafiə sənayesi məhsullarının daha bir nümayişinə çevrildi

08:35
03 Oktyabr

"Taleyimiz öz əlimizdədir"

08:30
03 Oktyabr

Suqovuşanın azad edilməsi Zəfər yürüşünün strateji uğuru oldu

08:25
03 Oktyabr

Zəfərin ilk azad şəhəri - CƏBRAYIL

08:20
03 Oktyabr

Heydər Əliyev - Xalq birliyinin qələbəsi

08:15
03 Oktyabr

Naxçıvandan türk dünyasına uzanan böyük yol

08:10
03 Oktyabr

Uzaqgörən siyasətdəntarixi Zəfərə uzanan yol

08:05
03 Oktyabr

Qüdrətli Azərbaycan dövlətinin memarı

08:00
03 Oktyabr

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin yenidən təşkili və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 7 may tarixli 662 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

01:19
03 Oktyabr

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 aprel tarixli 622 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı"nda dəyişiklik edilməsi haqqında

01:18
03 Oktyabr

M.C.Mərdanovun "Şərəf" ordeni ilə təltif edilməsi haqqında

01:17
03 Oktyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:16
03 Oktyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:15
03 Oktyabr

Azercell abunəçilərinin nəzərinə

01:11
03 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!