19 Sentyabr 2026 14:36
260
SİYASƏT
A- A+
Zəfər salnaməsi: antiterror tədbirlərindən 3 il ötür   

Zəfər salnaməsi: antiterror tədbirlərindən 3 il ötür   


Zərgər dəqiqliyi ilə yazılan tarixi qələbədə ədalət və suverenlik tam bərpa olundu

 

2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Ordusunun Qarabağ bölgəsində keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən 3 il ötür. Bu tarixi hadisə Azərbaycanın çoxəsrlik dövlətçilik və hərb salnaməsinə müstəsna önəm daşıyan, milli suverenliyimizi tam və qətiyyətlə bərpa edən şanlı zəfər günü kimi həkk olunub. Cəmi 23 saat davam edən və misilsiz hərbi dəqiqliklə yekunlaşan bu əməliyyat ölkəmizin ərazi bütövlüyünün və Konstitusiya quruluşunun bütün ərazimizdə bərqərar olunması ilə nəticələnib.

    Bu tarixi uğur Prezident, Ali Baş Komandan İlham Əliyevin çoxşaxəli diplomatik, siyasi və hərbi strategiyasının parlaq təntənəsi, Azərbaycan xalqının polad iradəsinin və ordumuzun yenilməz gücünün göstəricisidir.

     Antiterror əməliyyatına aparan yol 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbə ilə təməli qoyulmuş mürəkkəb və şərəfli bir mərhələni əhatə edir. İkinci Qarabağ müharibəsində düşmən ordusunun darmadağın edilməsinə baxmayaraq, Ermənistan tərəfi 10 noyabr üçtərəfli Bəyanatının öhdəliklərinə zidd olaraq Qarabağdakı qanunsuz hərbi birləşmələrini ərazidən çıxarmadı. Əksinə, sonrakı üç il ərzində revanşist xəyalpərəstliklə hərbi təxribatları davam etdirdi. Təmas xəttində və yollarda mina terrorunu genişləndirdi, regionda dayanıqlı sülhün və sabitliyin bərqərar olunmasına hər vəchlə mane oldu.

    Azərbaycan dövləti bu dövr ərzində böyük təmkinlə diplomatik kanallar vasitəsilə hüquqi tələblərini irəli sürdü, həmçinin addım-addım strateji üstünlüyü təmin edən lokal hərbi əməliyyatlarla bütün hakim yüksəklikləri nəzarətə götürdü. Lakin qanunsuz xunta rejiminin və Ermənistan silahlı qüvvələrinin qalıqlarının davamlı təxribatçı əməlləri, xüsusilə dinc əhalinin və hərbçilərimizin həyatına son qoyan xain mina partlayışları bölqədə dözülməz vəziyyət yaratdı.

     2023-cü il sentyabrın 19-da Ali Baş Komandan İlham Əliyevin qəti əmri ilə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağda lokal xarakterli antiterror tədbirlərinə start verildi. Azərbaycan Ordusunun yüksək peşəkarlığı, müasir texniki təchizatı və zərgər dəqiqliyi ilə həyata keçirdiyi sürətli həmlələr dünya hərb tarixinə unikal bir əməliyyat kimi daxil oldu.

     Əməliyyatın gedişində düşmənin illər boyu qurduğu müdafiə xətləri göz açmağa imkan verilmədən yarıldı, strateji komanda məntəqələri, raket-artilleriya vasitələri, hərbi texnikası və sığınacaqları dəqiq zərbələrlə məhv edildi. Təxminən 15-18 minlik qanunsuz hərbi qruplaşma tam mühasirəyə alınaraq tamamilə fəaliyyətsiz vəziyyətə gətirildi.

     Bu hədəfli və unikal əməliyyatın ən mühüm və qürurverici tərəflərindən biri Azərbaycan dövlətinin nümayiş etdirdiyi yüksək humanizm və beynəlxalq hüquq normalarına mütləq riayət olunması idi. Silahlı Qüvvələrimiz əməliyyat zamanı mülki əhalini, yaşayış binalarını və mülki infrastrukturu tamamilə hədəfdən kənar saxladı, yalnız legitim hərbi obyektləri və separatçıların mövqelərini sıradan çıxardı. Heç bir dinc sakinin və ya mülki obyektin zərər görmədiyi bu əməliyyat Azərbaycan Ordusunun nə qədər güclü, intizamlı və peşəkar olduğunu, məsələləri qısa zamanda ən yüksək səviyyədə həll etmək qüdrətini növbəti dəfə bütün dünyaya sübut etdi. Tam mühasirədə və çətin vəziyyətdə qalan erməni separatçıları ağ bayraq qaldıraraq təslim olduqlarını bəyan etməyə məcbur oldular.

     Antiterror tədbirlərinin qanunauyğun nəticəsi olaraq Qarabağdakı qanunsuz xunta rejimi özünü buraxdı, separatçıların rəhbərləri saxlanılaraq ədalət qarşısına çıxarıldı, Ermənistan silahlı qüvvələrinin qalıqları tam tərk-silah edilərək ərazilərimizdən təmizləndi. Bu tarixi zəfərlə Xankəndi, Xocalı, Ağdərə, Xocavənd və Əsgəranda Azərbaycan bayrağı dalğalandı, ölkəmizin suverenliyi və ərazi bütövlüyü tam bərpa edildi.

     Bu gün tam suverenliyinə qovuşmuş azad Qarabağ və Şərqi Zəngəzurda möhtəşəm inkişaf və dirçəliş dövrü yaşanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə regionda "Böyük Qayıdış" proqramı çərçivəsində genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, müasir infrastruktur layihələri gerçəkləşdirilir, ağıllı kəndlər və şəhərlər salınır. Doğma yurdlarından onilliklər boyu ayrı düşmüş keçmiş məcburi köçkünlər böyük fərəh və qürur hissi ilə öz baba ocaqlarına qayıdırlar.

     19-20 sentyabr antiterror tədbirləri Azərbaycanın hərbi, diplomatik və siyasi gücünün zirvəsi olaraq tariximizdə əbədi yaşayacaq, gələcək nəsillər üçün milli qürur, qüdrət və zəfər simvolu kimi qalacaq.

 

İsmayıl QOCAYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Sanki 24 günü 24 saata sığdırdıq” - Xüsusi Təyinatlı Qüvvələrin baş giziri antiterror döyüşlərindən danışır

16:05
19 Sentyabr

Türkiyədə “Ağıllı Şəhərlər Fəaliyyət Planı” qüvvəyə minib

16:03
19 Sentyabr

Prezidentin xüsusi nümayəndəsi Rumıniyada bir sıra görüşlər keçirib

15:58
19 Sentyabr

Ombudsman: Erməniəsilli məhkumların hüquqları ayrı-seçkiliyə yol verilmədən təmin edilir

15:43
19 Sentyabr

Donald Tramp “CNN”, “MS NOW” və “Politico”nun Ağ Evə girişini qadağan edir

15:42
19 Sentyabr

Bazar gününün hava proqnozu açıqlanıb

15:41
19 Sentyabr

Təhlükəsiz və güclü Türk dünyası: Azərbaycanın strateji baxışı

15:13
19 Sentyabr

Dövlət suverenliyimiz milli qürurumuzun və dövlətçilik iradəmizin təntənəsidir

14:38
19 Sentyabr

Zəfər salnaməsi: antiterror tədbirlərindən 3 il ötür   

14:36
19 Sentyabr

Enerji, nəqliyyat və ideoloji sabitlik: Türk dünyasının qlobal gücə çevrilmə yolu  

14:05
19 Sentyabr

Azərbaycanın dövlət suverenliyi: Zəfərdən Böyük Qayıdışa uzanan tarixi yol

13:58
19 Sentyabr

Ağdərə Qarabağın yaşıl enerji mərkəzinə çevrilir

12:54
19 Sentyabr

DİN: Cinayət törətməkdə şübhəli bilinən 73 nəfər saxlanılıb

12:52
19 Sentyabr

Ankara Universitetində Əhməd Ağaoğlunun barelyefi və auditoriyası açılıb

12:49
19 Sentyabr

Dövlətimizin suverenlik günü

12:34
19 Sentyabr

Qürur duyuruq ki, suverenliyimiz, ərazi bütövlüyümüz bərpa olunub

12:08
19 Sentyabr

Tramp Si Cinpinlə bir neçə razılaşma əldə etməyə ümid edir

11:06
19 Sentyabr

Əziz Ələkbərli: Ermənistan 44 günlük müharibənin dərslərindən qətiyyən nəticə çıxarmayıb

10:59
19 Sentyabr

Pakistanda məscidin yaxınlığında törədilən terrorda ölənlərin sayı 31 nəfərə çatıb

10:44
19 Sentyabr

Bilmək istəyirəm

10:40
19 Sentyabr

Fransa prezidentliyinə namizəd Qabriel Attal "Avropa Birləşmiş Ştatları" ideyasını irəli sürüb

10:35
19 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!