07 Avqust 2026 00:54
2459
Fərmanlar
A- A+
"Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2026-cı il 13 iyul tarixli 446-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə 

"Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2026-cı il 13 iyul tarixli 446-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə 


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2026-cı il 13 iyul tarixli 446-VIIQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

1. "Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında "bir pəncərə" prinsipinin tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 11 noyabr tarixli 12 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 11, maddə 968 (Cild I); 2024, № 7, maddə 802) 3-cü hissəsinə "sənədlərin" sözündən sonra ", barəsində texniki reqlamentlər və istinad edilmiş standartlar qəbul edilmiş idxal olunan mallara dair "Texniki tənzimləmə haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən tərtib edilən uyğunluq sertifikatının, uyğunluq bəyannaməsinin və tanınmış xarici mənşəli uyğunluq sənədlərinin" sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 6, maddə 540 (Cild I); 2024, № 7, maddə 802) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnaməsi"nin 4.1.5-ci yarımbəndinə "sənədləri" sözündən sonra ", barəsində texniki reqlamentlər və istinad edilmiş standartlar qəbul edilmiş idxal olunan mallara dair "Texniki tənzimləmə haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən tərtib edilən uyğunluq sertifikatını, uyğunluq bəyannaməsini və tanınmış xarici mənşəli uyğunluq sənədlərini" sözləri əlavə edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 may tarixli 920 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 5, maddə 881 (Cild I); 2024, № 7, maddə 802) ilə təsdiq edilmiş "Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün "Yaşıl dəhliz" və digər buraxılış sistemlərindən istifadə Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin: 

3.1. 1.5.3-cü yarımbəndə ikinci halda "sənədlərin" sözündən sonra ", barəsində texniki reqlamentlər və istinad edilmiş standartlar qəbul edilmiş idxal olunan mallara dair "Texniki tənzimləmə haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən tərtib edilən uyğunluq sertifikatının, uyğunluq bəyannaməsinin və tanınmış xarici mənşəli uyğunluq sənədlərinin" sözləri əlavə edilsin;

3.2. 3.4.2-ci yarımbəndə ikinci halda "sənədlərə" sözündən sonra ", barəsində texniki reqlamentlər və istinad edilmiş standartlar qəbul edilmiş idxal olunan mallara dair "Texniki tənzimləmə haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən tərtib edilən uyğunluq sertifikatına, uyğunluq bəyannaməsinə və tanınmış xarici mənşəli uyğunluq sənədlərinə" sözləri əlavə edilsin;

3.3.5.6-cı bəndə ikinci halda "sənədlərin" sözündən sonra ", barəsində texniki reqlamentlər və istinad edilmiş standartlar qəbul edilmiş idxal olunan mallara dair "Texniki tənzimləmə haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən tərtib edilən uyğunluq sertifikatının, uyğunluq bəyannaməsinin və tanınmış xarici mənşəli uyğunluq sənədlərinin" sözləri əlavə edilsin.

4. "Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 mart tarixli 1853 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 3, maddə 496 (Cild I) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

4.1. 2.4-cü bəndə ikinci halda "sənədlər" sözündən sonra", barəsində texniki reqlamentlər və istinad edilmiş standartlar qəbul edilmiş idxal olunan mallara dair "Texniki tənzimləmə haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən tərtib edilən uyğunluq sertifikatı, uyğunluq bəyannaməsi və tanınmış xarici mənşəli uyğunluq sənədləri" sözləri əlavə edilsin.

4.2.2.5-ci bəndə "sənədlərin" sözündən sonra", barəsində texniki reqlamentlər və istinad edilmiş standartlar qəbul edilmiş idxal olunan mallara dair "Texniki tənzimləmə haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən tərtib edilən uyğunluq sertifikatının, uyğunluq bəyannaməsinin və tanınmış xarici mənşəli uyğunluq sənədlərinin" sözləri əlavə edilsin.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti "Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2026-cı il 13 iyul tarixli 446-VIIQD nömrəli Qanunundan və bu Fərmandan irəli gələn məsələləri həll etsin. 

6. Bu Fərmanın 1 - 4-cü hissələri barəsində texniki reqlamentlərin və istinad edilmiş standartların hər ikisinin birlikdə qüvvəyə minməsindən 2 (iki) il keçmiş, idxal edilən mallara şamil olunur. 

7. Bu Fərman dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.


İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 6 avqust 2026-cı il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azamat Tleujanov: Qazaxıstan ilə Azərbaycan ŞƏT və Orta Dəhliz vasitəsilə iqtisadi əlaqələri gücləndirə bilər  

20:27
05 Sentyabr

Şəkidə “Kəndə gəl” yay düşərgəsində folklorla bağlı təqdimat olub

16:35
05 Sentyabr

Cıdır mövsümünün növbəti yarışlarının qalibləri məlum olub  

16:30
05 Sentyabr

“Yay Fest 2026” iki mindən çox gənci bir araya gətirib

16:25
05 Sentyabr

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

16:23
05 Sentyabr

Şimali Kipr sahillərində gəmi qəzasının 15 qurbanının axtarışı davam edir

15:40
05 Sentyabr

Bakıda “IRONMAN 70.3” yarışı ilə bağlı nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb

15:35
05 Sentyabr

Ekspert: ŞƏT yeni ticarət yollarının yaradılması üçün mühüm platformaya çevrilib  

15:32
05 Sentyabr

“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir

13:33
05 Sentyabr

Azərbaycandan Ermənistana növbəti neft məhsulları və tranzit yüklər göndərilib  

12:45
05 Sentyabr

Bakı və Abşeronda su sistemlərinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramının icrası davam edir

12:43
05 Sentyabr

Ombudsman: Ermənistan hüquq müdafiəçisinin iddiaları sülh prosesinə zərər vurmağa yönəlib

12:40
05 Sentyabr

DİN: Ötən gün 71 cinayətin açılması təmin olunub, 149 axtarışda olan şəxs saxlanılıb  

12:37
05 Sentyabr

Çempionlar Liqası: "Sabah"ın ev oyunlarını keçirəcəyi stadion dəqiqləşib  

12:35
05 Sentyabr

BDYPİ: Skuter oyuncaq deyil, qaydalara ciddi əməl edilməlidir  

12:33
05 Sentyabr

Bakıda Dördüncü İqlim Həftəsi keçiriləcək  

12:30
05 Sentyabr

Azərbaycan “İstanbul İqlim Maliyyəsi Sammiti”ndə təmsil olunub  

12:24
05 Sentyabr

Yuxunu izləyən radar sistemi

11:25
05 Sentyabr

"Acer"dən yeni noutbuk

11:20
05 Sentyabr

Smartfonlar üçün kamera ovçusu

11:15
05 Sentyabr

Süni profillərə yeni məhdudiyyət

11:10
05 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!