07 Avqust 2026 08:50
247
SİYASƏT
A- A+
Ölkəmizin öndərliyi ilə türk dövlətləri vahid güc mərkəzi kimi çıxış edir

Ölkəmizin öndərliyi ilə türk dövlətləri vahid güc mərkəzi kimi çıxış edir


XX yüzilliyin əvvəlində Bakıda toplanan ilk Türkoloji Qurultayla mənəvi təməlləri atılan türk birliyi, bu gün regional coğrafiyanı aşaraq Avrasiyanın əsas güc balansını müəyyənləşdirən geosiyasi reallığa çevrilib. Türk Dövlətləri Təşkilatının (TDT) təsisindən bəri proseslərin mərkəzində dayanan Azərbaycan, bu birliyi sadəcə ideoloji həmrəylik məkanı kimi deyil, qlobal hadisələrin gedişatına birbaşa təsir edən strateji platforma kimi formalaşdırır.

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının Qəbələdə keçirilən XII Zirvə görüşü zamanı sözügedən məsələnin vacibliyini bir daha belə gündəmə gətirmişdi: "Təşkilatımızın təməl sənədi olan Naxçıvan Sazişində sülhün qorunması və təhlükəsizlik əsas məqsəd və vəzifələr sırasında yer alıb. Dünyanın üzləşdiyi hazırkı geosiyasi və təhlükəsizlik çağırışları fonunda, ötən il Şuşada qeyri-rəsmi Zirvə görüşü zamanı qəbul edilmiş Qarabağ Bəyannaməsinə və bugünkü Zirvə görüşünün "Regional sülh və təhlükəsizlik" mövzusuna uyğun olaraq, türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi olduqca vacibdir".


Tarixi varislikdən müasir birliyə


Azərbaycanın türk birliyinə verdiyi töhfələr təsadüfi xarakter daşımır, dərin tarixi və siyasi köklərə söykənir. Bu mənəvi birliyin ilk təməli 1926-cı ildə qoyulub. Bakıda təşkil olunan I Türkoloji Qurultay türk xalqlarının dil, əlifba və mədəniyyət müstəvisində ortaq məxrəcə gəlməsi üçün tarixi dönüş nöqtəsi olub.

 1990-cı illərdə türk birliyinin siyasi təməlləri atıldı. Müstəqilliyin ilk illərindən Ulu Öndər Heydər Əliyev türk dövlətləri ilə əlaqələri xarici siyasətin prioriteti elan etdi.  2009-cu ildə imzalanan tarixi Naxçıvan Sazişi isə türk dünyasının birliyinin institusional qaydada təsdiqi oldu. Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə görüşündə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) təsis edildi. Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın təsisçiliyi ilə başlayan prosesə 2019-cu ildə keçirilən Bakı Zirvəsi görüşündə Özbəkistan tamhüquqlu üzv kimi qoşuldu. Macarıstan, Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyəti və İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) müşahidəçi statusu qazanması  qurumun əhatə dairəsini genişləndirdi. 2021-ci il İstanbul Zirvəsində isə qurum Türk Dövlətləri Təşkilatı adını alaraq beynəlxalq subyektə çevrildi.

2020-ci il Vətən müharibəsində qazanılan Zəfər həm də türk dünyasının etnosiyasi coğrafiyasını birləşdirərək regional təhlükəsizliyi köklü şəkildə dəyişdi. Bu Zəfərin ardınca imzalanan Şuşa Bəyannaməsi isə Azərbaycan-Türkiyə qardaşlığını rəsmi olaraq müttəfiqlik səviyyəsinə qaldırdı. Eyni zamanda bununla bütün türk dünyasının hərbi, siyasi və iqtisadi təhlükəsizlik çətiri formalaşdırıldı. Bəyannamə tərəflərdən birinin suverenliyinə və ya ərazi bütövlüyünə üçüncü dövlət tərəfindən təhdid olduqda qarşılıqlı hərbi yardım mexanizmini təsbit etməklə, regionda dayanıqlı sülhün və geosiyasi sabitliyin əsas təminatçısına çevriləcəkdi.

Şuşa Bəyannaməsi Zəngəzur dəhlizinin (TRIPP) açılmasını strateji hədəf kimi ortaya qoyaraq, türk dövlətləri arasında həm fiziki, həm də geoiqtisadi bağların bərpasını tənzimlədi. Bu yanaşma türk birliyinin sadəcə mədəni platforma deyil, real hərbi-siyasi güc mərkəzi kimi qlobal müstəvidə qəbul olunmasını təmin etdi.


Türk dövlətləri ilə şaxələnən ikitərəfli strateji əlaqələr


Azərbaycanın TDT çərçivəsindəki liderliyi həm də üzv və müşahidəçi dövlətlərlə qurulan sıx ikitərəfli müttəfiqlik münasibətlərinə söykənir.

2024-cü ilin avqustunda Daşkənddə Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev tərəfindən Müttəfiqlik Münasibətləri haqqında Müqavilənin imzalanması iki ölkə arasında əlaqələri ən ali zirvəyə qaldırdı. 

2025-ci ilin oktyabrında Astanada keçirilən Ali Dövlətlərarası Şuranın ikinci iclası və strateji tərəfdaşlıq müqaviləsinin 20 illiyi münasibətilə Azərbaycan ilə Qazaxıstan arasında imzalanan Birgə Bəyanat Xəzər üzərindən energetika və nəqliyyat marşrutlarının inteqrasiyasını sürətləndirdi. 

Ölkəmizin Türkmənistanla dil, din və qədim tarixi köklərə söykənən münasibətləri müstəqillik dövründə strateji tərəfdaşlıq müstəvisinə yüksəlib. 

 Azərbaycanın Mərkəzi Asiya istiqamətində yürütdüyü fəal diplomatiyanın ən mühüm halqalarından birini Prezident İlham Əliyevin cari il iyulun 30-da Qırğızıstana reallaşan dövlət səfəri təşkil etdi. Çolpon-Ata şəhərində baş tutan yüksəksəviyyəli danışıqlar, Azərbaycan-Qırğızıstan Dövlətlərarası Şurasının növbəti iclası və imzalanan sənədlər iki qardaş ölkə arasındakı münasibətləri yeni inkişaf mərhələsinə daşıdı. İki ölkə arasında Müttəfiqlik Münasibətləri haqqında Bəyannamə imzalanaraq siyasi, təhlükəsizlik və hərbi sahədə qarşılıqlı öhdəliklər ən ali hüquqi səviyyədə təsbit olundu.

Azərbaycanın TDT daxilindəki liderliyi sadəcə bəyanatlarla deyil, konkret iqtisadi və sosial addımlarla daha da möhkəmlənir. Ölkəmizin üzv dövlətlərin iqtisadiyyatına yatırdığı investisiyalar, həmçinin TDT katibliyinin hesabına 2 milyon ABŞ dolları ianə köçürməsi buna nümunələrdir. 2023-cü ilin fevralında Türkiyədə baş verən zəlzələ ilə əlaqədar Prezident İlham Əliyevin təşəbbüsü ilə mart ayında Ankarada Türk Dövlətləri Təşkilatının dövlət başçılarının fövqəladə Zirvə görüşünün keçirilməsi dağıdıcı zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində mühüm əhəmiyyətə malik oldu. Eyni zamanda Azərbaycan tərəfindən Kahramanmaraşda cəmi iki il ərzində salınan "Azərbaycan" məhəlləsi qardaşlıq köməyinin ən bariz göstəricisidir.

Türk dövlətlərinin həmrəyliyi Qarabağ və Şərqi Zəngəzurun bərpasında da özünü aydın şəkildə göstərir. Füzulidə Özbəkistanın hədiyyəsi olan Mirzə Uluqbəy adına məktəb, Qazaxıstanın tikdiyi Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Türkmənistanın hədiyyəsi olan Füzuli məscidi, Ağdamda Qırğızıstanın Manas adına məktəbi, Cəbrayılda Macarıstanın inşa etdiyi təhsil müəssisəsi və Xankəndidə Özbəkistanın dəstəyi ilə açılan tikiş fabriki bu birliyin zirvəsidir. 

Siyasi və iqtisadi platforma ilə yanaşı, TDT daxilində mənəvi-mədəni inteqrasiya prosesi də sürətlənib. Ortaq əlifba layihələri, vahid tarix və ədəbiyyat dərsliklərinin hazırlanması, eləcə də Türk Universitetlər Birliyinin fəaliyyəti mühüm əhəmiyyətə malikdir. 

Mövcud qlobal böhranlar, münaqişələr və geosiyasi təhdidlər fonunda Türk Dövlətləri Təşkilatı həm də ortaq təhlükəsizlik və hərbi əməkdaşlıq müstəvisində vahid qalxan rolunu oynayır. Bakının strateji liderliyi, fəal diplomatiyası və iqtisadi imkanları sayəsində TDT artıq regional çərçivəni aşaraq, dünyada sülhə və sabitliyə xidmət edən əsas qlobal güc mərkəzlərindən birinə çevrilir.


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakının qürur və şərəf ünvanı - Vətən Müharibəsi Memorial Kompleksi

10:30
07 Avqust

Yazılmayan kitabın qəhrəmanı

10:20
07 Avqust

Tankının üzərinə "Şuşa - son ünvanımız" yazmışdı

10:10
07 Avqust

Tarixin səssiz şahidləri və kimlik mübarizəsi

10:00
07 Avqust

Dövlət proqramı Azərbaycanın kənd təsərrüfatına nə vəd edir

09:50
07 Avqust

Zəngilan zəngin keçmişi üzərində qurulur

09:40
07 Avqust

Kürün kürlüyünü buraxdığı Kür qəsəbəsi

09:30
07 Avqust

Odlar yurdunun "Alov qüllələri" 

09:20
07 Avqust

Rəqəmsal gələcəyin təməli təhsildən başlayır

09:10
07 Avqust

Rəqəmsal dövrdə uşaqlarımızı necə qorumalıyıq?

09:00
07 Avqust

Ölkəmizin öndərliyi ilə türk dövlətləri vahid güc mərkəzi kimi çıxış edir

08:50
07 Avqust

Xarici siyasətimizin dəyişməz prinsipi

08:40
07 Avqust

Azərbaycan Cənubi Qafqazda İsveçrənin mühüm tərəfdaşıdır

08:30
07 Avqust

Azərbaycan Avrasiyanın yeni geosiyasi xəritəsinin memarlarından biridir

08:20
07 Avqust

Çolpon-Ata Bəyannaməsi: Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığının yeni strateji mərhələsi

08:10
07 Avqust

Unikal inkişaf və tərəfdaşlıq modeli 

08:00
07 Avqust

Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında 

00:55
07 Avqust

"Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2026-cı il 13 iyul tarixli 446-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə 

00:54
07 Avqust

Azərbaycan Respublikası Prezidentinin "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 2000-ci il 10 avqust tarixli 382 nömrəli, "Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı"nın təsdiq edilməsi barədə" 2000-ci il 10 avqust tarixli 383 nömrəli, "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" 2012-ci il 6 iyun tarixli 648 nömrəli, "Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması Qaydası"nın təsdiqi haqqında" 2016-cı il 28 dekabr tarixli 1182 nömrəli, "Azərbaycan Respublikası adından borc alınması və zəmanət verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında" 2018-ci il 18 dekabr tarixli 410 nömrəli və "Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə"nin təsdiqi və "Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və "Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə" 2020-ci il 12 may tarixli 1017 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında

00:53
07 Avqust

B.Ə.Aslanbəylinin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında

00:52
07 Avqust

F.N.İsmayılovun Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi təyin edilməsi haqqında

00:52
07 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!