04 Avqust 2026 08:20
6567
SİYASƏT
A- A+
Bu səfər Xəzərlə İssık-Kul arasında körpünü daha da möhkəmləndirdi

Bu səfər Xəzərlə İssık-Kul arasında körpünü daha da möhkəmləndirdi


Mübaliğəsiz demək olar ki, Azərbaycan-Qırğızıstan əməkdaşlığı iqtisadiyyatın əksər sahələrini əhatə edəcək. İndiyədək əməkdaşlıq edən sahələr əlaqələrini daha da genişləndirəcək və möhkəmləndirəcək, bu sıraya digər sahələr də qoşulacaq. Başqa sözlə, Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri ölkələrimiz arasında hərtərəfli əlaqələrin, o cümlədən iqtisadi əməkdaşlığın yeni bir mərhələsinin bünövrəsini qoydu.

Səfər çərçivəsində imzalanmış çoxsaylı sənədləri xatırlatmaq kifayətdir. Onlardan iqtisadiyyata aid olanların bir neçəsinin adını çəkək. "Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş" imzalanıb. Daha bir sənəd "Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Qırğız Respublikasının Nəqliyyat və Kommunikasiya Nazirliyi arasında yükdaşımalar, gəmiçilik və gəmiqayırma sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu" adlanır.

"Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Qırğız Respublikasının Energetika Nazirliyi arasında neft məhsullarının tədarükü sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu" mübadilə edilib. Mübadilə olunan sənədlər arasında "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında energetika sahəsində əməkdaşlıq üzrə 2026-2028-ci illər üçün Yol Xəritəsi", "Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Qırğız Respublikasının Milli Statistika Komitəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu", "Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə Qırğız Respublikasının İqtisadiyyat və Ticarət Nazirliyi yanında Maliyyə Bazarının Tənzimlənməsi və Nəzarəti Xidməti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu" da var. 

Eləcə də "AzerGold" QSC ilə "Kyrgyzaltyn" ASC arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında Memorandum" imzalanıb. Digər iki sənədə əsasən, Azərbaycanın Şuşa şəhəri ilə Qırğızıstanın Çolpon-Ata, eləcə də Azərbaycanın Qəbələ şəhəri ilə Qırğızıstanın Karakol şəhəri qardaşlaşacaq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Æaparov  Çolpon-Ata şəhərində mətbuata bəyanatlarla çıxış edərkən söylədikləri fikirlər də yaxın gələcəkdə iqtisadi əlaqələrin daha sıx olacağını göstərir.

Dövlətimizin başçısı öz bəyanatında demişdir: "Biz bütün təşəbbüslərdə - həm beynəlxalq platformalarda, həm də iqtisadi-ticari sahədə və təhlükəsizliyin möhkəmləndirilməsində bir-birimizi bundan sonra da dəstəkləyəcəyik. Siz qeyd etdiyiniz kimi, bu gün imzalanan sənədlər zərfi qarşılıqlı fəaliyyətimizin geniş sferasını nümayiş etdirir. Əminəm ki, səfərimin nəticələrinə görə əldə olunan razılaşmalar da əvvəlkilər kimi uğurla həyata keçiriləcək. Bu gün biz birgə Azərbaycan-Qırğız İnvestisiya Fondunun maliyyə vəsaitinin iki dəfə - 200 milyon dollara qədər artırılması barədə razılıq əldə etdik. Əminəm ki, bu da son hədd deyil, çünki fondun fəaliyyəti üzrə bizə nümayiş etdirilən təqdimat konkret məzmunla zənginləşir. Qırğızıstanda həyata keçirilən çoxlu layihə var və onlar birgə istehsal, yeni iş yerləri yaradır, qarşılıqlı fəaliyyətimizin iqtisadi potensialını möhkəmləndirir".

Bir neçə kəlmə də Dövlətlərarası Şuranın 3-cü iclası barədə. Burada da bütün sahələrdə qarşıya qoyulmuş məqsədlərin hamısına nail olunacağına əminlik ifadə olunub. Azərbaycan-Qırğız Fondunun uğurla fəaliyyət göstərdiyi, fondun vəsaitlərinin artırılması barədə qərar qəbul edildiyi bildirilib. Bir neçə layihə artıq həyata keçirilir. Fond inkişaf etdikcə layihələrin sayı da artacaq və bu, ortaq məqsədlərə xidmət edəcək.

Dövlətlərarası Şuranın iclasında qərar imzalanıb. Şuranın qərarlarının həyata keçirilməsinə dair informasiya dinlənilib və birgə təşəbbüslərin yerinə yetirilməsinin gedişatı, o cümlədən Azərbaycan-Qırğızıstan Fondunun fəaiyyəti müzakirə edilib.

Məlum olduğu kimi, səfər çərçivəsində Azərbaycan-Qırğızıstan əməkdaşlığına dair məsələlərin bütün kompleksi üzrə ətraflı və etimada əsaslanan danışıqlar aparılıb. İkitərəfli qarşılıqlı fəaliyyətin əsas istiqamətləri nəzərdən keçirilib və tərəfdaşlığın inkişafına dair yeni addımlar müəyyən edilib. Danışıqların mühüm yekunu kimi müttəfiqlik münasibətləri haqqında müqavilə imzalanıb.

Bu barədə Qırğızıstan Prezidenti Sadır Æaparov belə deyib: "Bu tarixi hadisə, həqiqətən də, Qırğızıstan-Azərbaycan əməkdaşlığının yeni mərhələsinin əsasını qoyur. Bundan başqa, energetika, nəqliyyat, kibertəhlükəsizlik, təhsil, maliyyə bazarının tənzimlənməsini, həmçinin qiymətli metalların dövriyyəsini əhatə edən ikitərəfli sənədlərdən ibarət sanballı zərf imzalanıb. Qarşılıqlı iqtisadi-ticari fəaliyyətin davamlı inkişafını və əmtəə dövriyyəsinin dayanıqlı artımını qeyd etdik. Gələcəkdə də işgüzar əlaqələrin genişlənməsi, müştərək investisiya layihələrinin həyata keçirilməsi üçün əlverişli şərait yaradılmasına dair razılıq əldə etdik. Bu gün Azərbaycan-Qırğızıstan Fondunun fəaliyyəti çərçivəsində 3 birgə layihənin açılışı oldu və 8 təşəbbüsün həyata keçirilməsinə start verildi".

Səfər çərçivəsində eləcə də nəqliyyat dəhlizlərinin inkişafı və ölkələrimizin tranzit potensialından səmərəli istifadə edilməsi məsələlərinə xüsusi diqqət yetirilib. Azərbaycanın Mərkəzi Asiyanı Avropa bazarları ilə birləşdirən Orta dəhlizin əsas bəndi kimi mühüm rolu qeyd olunub. Energetika sahəsində perspektivli istiqamətlər və birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə edilib. İssık-Kul gölü sahilində Azərbaycanın inşa etdiyi ilk beşulduzlu hotelin təntənəli açılışı olub.

Prezident İlham Əliyev İssık-Kulun sahilində ilk beşulduzlu hotelin Azərbaycan dövlətinin vəsaiti ilə inşa edildiyi və "Bakı" adını daşıdığına görə sevindiyimizi və fəxr etdiyimizi bildirıb. Dövlətimizin başçısı həmçinin Qarabağın bərpasına göstərilən kömək üçün Qırğızıstana minnətdarlığımızı ifadə edib. Ağdam rayonunda Manas adını daşıyan məktəbin qırğız xalqının 30 il ərzində işğaldan zərər çəkən Qarabağın bərpası işinə böyük töhfəsi olduğunu deyib.

Qarşıda isə iki xalqın dostluğunu və qardaşlığını daha da möhkəmləndirəcək yeni-yeni layihələr durur. Qeyd etdiyimiz kimi, bunu imzalanmış sənədlər də təsdiqləyir. 

Ekspertlər imzalanan sənədlərin yalnız çoxluğunu deyil, onların müxtəlif sahələri əhatə etdiyini də vurğulayırlar. Bu isə əməkdaşlıq imkanlarının çoxluğunu, perspektivlərin böyük olduğunu əks etdirir. Bir sözlə, Prezidentimizin Qırğızıstana dövlət səfəri iki dost və qardaş ölkə arasında iqtisadi inkişafa da yeni impuls verib.


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Sabah” Futbol Klubu Prezident İlham Əliyevə təşəkkür edib  

22:42
26 Avqust

Azərbaycanın Xarici İşlər Nazirliyi Nepal-Çin sərhədindəki faciə ilə bağlı başsağlığı verib  

22:03
26 Avqust

Azərbaycanla Özbəkistan kino sahəsində əməkdaşlığın genişləndirilməsinə dair sənəd imzalayıb

21:02
26 Avqust

Voleybol üzrə Azərbaycan millisi Avropa çempionatında ilk məğlubiyyətini alıb  

20:38
26 Avqust

Robert Köçəryanın həbsi ilə bağlı vəsatətə baxılacaq  

20:29
26 Avqust

Laçında Şəhər Günü münasibətilə konsert təşkil olunub 

20:23
26 Avqust

Rusiya Elmlər Akademiyasının və Rusiya Tibb Elmləri Akademiyasının akademiki Məmməd Əliyevdən  

20:13
26 Avqust

Cəlilabad rayonunda zəlzələ baş verib

20:01
26 Avqust

Laçın – tarixi yaddaşdan yeni reallıqlara uzanan Zəfər yolu

19:53
26 Avqust

Laçında “Əmir Teymur” filmi nümayiş olunub  

19:42
26 Avqust

Avtomobil Yolları Dövlət Agentliyi sürücülərə müraciət edib  

19:38
26 Avqust

Heydər Əliyev Fondu uşaqlar üçün növbəti əyləncə tədbiri təşkil edib  

19:23
26 Avqust

Rusiya Federasiyasının Əməkdar məşqçisi, pedaqoji elmlər doktoru, professor İrina Vinerdən  

19:08
26 Avqust

“Bitcoin”in qiyməti 78 min dollara enib  

18:59
26 Avqust

Azərbaycan-Özbəkistan: iqtisadi imkanlar yeni perspektivlər vəd edir  

18:31
26 Avqust

Prezidentin Mətbuat Xidmətinin məlumatı

18:23
26 Avqust

Yeni ideyalara “yaşıl işıq”: daha 10 layihə “Startap” şəhadətnaməsi aldı

18:21
26 Avqust

Çində yeni texnoloji inqilab - kütləvi şəkildə robot istehsalı   

18:16
26 Avqust

Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovdan

18:11
26 Avqust

Birgə artan geosiyasi və geoiqtisadi güc   

18:09
26 Avqust

Yayda gündə nə qədər su içilməlidir? - Ekspert rəyi

18:07
26 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!