14 Sentyabr 2024 08:00
2763
İQTİSADİYYAT
A- A+
“Yeni əsrin müqaviləsi"nin müəllifi İlham Əliyevdir

“Yeni əsrin müqaviləsi"nin müəllifi İlham Əliyevdir

 

7 il əvvəl AÇG-nin işlənməsinin müddəti uzadıldı

 

2017-ci il sentyabrın 14-də Xəzər dənizinin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarının işlənməsində yeni dövr başlandı. Belə ki, AÇG-nin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edildi və yenidən tərtib olunmuş saziş imzalandı. Saziş Milli Məclis tərəfindən oktyabrın 31-də ratifikasiya olundu. 
Bu sazişin "Yeni əsrin müqaviləsi" adlandırılması təsadüfi deyil. Çünki bununla nəhəng AÇG yataqlar blokunun işlənilməsi 2050-ci ilin əvvəlinə qədər uzadıldı. Saziş ölkəmiz üçün daha əlverişli şərtlərlə imzalandı. Baxmayaraq ki, 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi" də Azərbaycanın maraqlarını tam təmin edirdi. 
 "Yeni əsrin müqaviləsi" ölkənin gələcək inkişafı, maliyyə imkanlarının genişləndirilməsi üçün böyük əhəmiyyət daşıyır. Sazişin bir hissəsi olaraq SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) AÇG-dəki iştirak payı 11,65 faizdən 25 faizə yüksəldildi. Beynəlxalq tərəfdaş şirkətlər layihənin icrası dövründə ARDNF-yə (Azərbaycan Respublikası Dövlət Neft Fondu) 3,6 milyard dollar bonus ödəyəcəklər. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi isə 75 faiz təşkil edəcək. Bir vacib məqam da odur ki, tərəfdaşların tərkibində dəyişiklik olmadı. O cümlədən BP şirkəti layihənin operatoru olaraq qaldı. Bu da Azərbaycanın möhkəm beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq platforması yaratdığını bir daha təsdiq etdi. 
7 il əvvəl yeni sazişin imzalanması mərasimində Prezident İlham Əliyev demişdir: "1994-cü ildə kontrakt imzalananda təxmin edilən neft ehtiyatları 511 milyon ton müəyyən olunmuşdu. Ancaq bugünkü məlumat, - əminəm ki, bu, son məlumat deyil, ehtiyatlar daha da artacaq, - onu göstərir ki, hələ də "Azəri-Çıraq-Günəşli"də hasil edilməmiş təxminən 500 milyon ton neft ehtiyatı vardır. Yenə də qeyd etmək istəyirəm ki, bu, ilkin hesablamalardır. Əminəm ki, kontraktın icrası müddətində bu rəqəm daha da artacaq... O gündən 23 il keçir. Bu illər ərzində Azərbaycan sürətlə inkişaf etmişdir. Azərbaycan bu gün o ölkələrdəndir ki, öz hesabına yaşayır. Bizim kifayət qədər böyük valyuta ehtiyatlarımız var, iqtisadiyyat dinamik şəkildə inkişaf edir, iqtisadi şaxələndirmə, neft-qaz amilindən asılılığının azaldılması istiqamətində çox önəmli addımlar atılmışdır və ölkəmizin gələcək inkişafı üçün nə siyasi, nə iqtisadi, nə hər hansı bir başqa maneə və ya problem yoxdur. Azərbaycan bundan sonra ancaq uğurla inkişaf edəcək, ölkəmizin böyük potensialı var. Son illər ərzində biz bu potensialı gücləndirmişik və bu potensialın inkişafında "Əsrin kontraktı"nın xüsusi rolu vardır". 
"Yeni əsrin müqaviləsi" uğurla start götürdüyü kimi, beləcə də davam edir. Müqavilə çərçivəsində 6 milyard dollarlıq "Azəri Mərkəzi Şərqi" (ACE) layihəsi həyata keçirilir. 2019-cu ildə ümumi tikinti işləri başlandı. Dənizin təxminən 140 metr dərinliyində, mövcud "Mərkəzi Azəri" və "Şərqi Azəri" platformalarının arasında yeni hasilat, qazma və yaşayış platforması quraşdırıldı. 
ACE-nin dayaq bloku Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda tikilmişdi. Blokun çəkisi 16 min ton, hündürlüyü 153 metrdir. Bu qurğunun tikinti işləri üç il çəkmiş və təhlükəsiz şəkildə, yəni heç bir bədbəxt hadisəyə yol verilmədən tamamlanmışdı. 
Platformanın üst modullarının və qazma avadanlıqlarının istehsal-quraşdırma işləri isə Bibiheybətdəki tikinti-quraşdırma sahəsində aparılmışdı. Üst modullara neft və qaz emalı qurğuları, inteqrasiya edilmiş qazma qurğusu, qaz kompressoru və yaşayış blokları daxildir. Modulların çəkisi 19 min 600 tondur. Bu qurğu "Azfen" şirkəti tərəfindən yerli infrastruktur və resurslardan istifadə olunmaqla inşa edilmişdi.
Xatırladaq ki, 2022-ci il dekabrın 13-də Prezident İlham Əliyev BDÖZ sahəsinə baş çəkərək dayaq blokunun dənizə yola salınması prosesinə xeyir-dua vermişdi. 
Bu il aprelin 16-da isə BP şirkəti yeni ACE platformasından neft hasilatına başlandığını elan etdi. ACE texnoloji və rəqəmsal baxımdan BP-nin dünyada ən qabaqcıl, həmçinin qurudan idarə etdiyi ilk platformadır. O, nəhəng "Azəri-Çıraq-Günəşli" yataqlarında quraşdırılmış yeddinci hasilat platformasıdır. ACE gündəlik 100 min barelədək neft hasilatı gücündə layihələndirilib. Layihənin istismar müddəti ərzində ümumilikdə 300 milyon barelədək neft hasil ediləcəyi proqnozlaşdırılır.
ACE-dən hasil olunan neft əvvəlcə platformadakı texniki emal qurğularından keçərək 30 düymlük mövcud sualtı ixrac boru kəmərinə qoşulmuş yeni yataqdaxili xətlə təxminən 130 kilometr yol qət edərək Səngəçal terminalına çatdırılır. Platformadan ilk neft ötən ilin sonunda qazılmağa başlanmış birinci quyudan alınıb. 2024-cü il ərzində platformadan daha iki quyunun qazılıb istismara verilməsi planlaşdırılır. Bununla da ACE-dən hasilatın tədricən artaraq ilin sonuna gündə təxminən 24 min barelə çatacağı gözlənilir.
ACE platformasının təhlükəsiz şəkildə işə salınması 7 il əvvəv AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin müddətinin uzadılmasından sonra AÇG tərəfdaşlarının qəbul etdiyi ilk böyük investisiya qərarının reallaşmasıdır. BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counzun dediyi kimi: "ACE platformasının uğurla işə salınması BP, SOCAR və Azərbaycan hökuməti arasında davamlı sıx əməkdaşlığın və tərəfdaşlarımızın dəstəyinin əsl nümayişidir. Bu nailiyyətin AÇG-nin 30-cu ildönümündə əldə olunması bu dünyamiqyaslı yatağın işlənməsinin növbəti mərhələsinin başlandığını bildirir. Biz artıq Xəzərdə doqquz dünya səviyyəli hasilat platforması inşa etmişik, quraşdırmışıq və təhlükəsiz şəkildə idarə edirik. Bunların arasında ACE, həqiqətən də, öz mühəndislik kreativliyi, qabaqcıl rəqəmsal texnologiyası və avtomatlaşdırmalarına görə tam seçilir. Qürur duyuruq ki, "gələcəyin platforması" olduğuna inandığımız belə bir qurğunu uğurla ərsəyə gətirmişik".

Flora SADIQLI,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!