15 Dekabr 2024 08:00
2090
SİYASƏT
A- A+
Sülh olacaq, güzəşt olmayacaq

Sülh olacaq, güzəşt olmayacaq


2024-cü il Cənubi Qafqazda sülh üçün vacib il oldu. Bu ilin fevral ayından başlayaraq Azərbaycan və Ermənistanın rəhbərləri və XİN başçıları Almaniyada, Qazaxıstanda və digər məkanlarda görüşlər keçirdilər. Almatıda nazirlər və onların nümayəndə heyətləri "Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş" layihəsinin müddəalarının müzakirəsini davam etdirdilər. 

Bütün bu görüşlər, razılaşmalar göstərdi ki, sülh müqaviləsinin imzalanması üçün vasitəçiyə ehtiyac yoxdur. Tərəflər öz aralarında danışıq apararaq razılıq əldə edə bilərlər. Belə də oldu...

Amma Cənubi Qafqazda daimi sülhün yaranacağını görən bəzi Qərb dairələri bundan ciddi narahat olmaqla yanaşı, köhnə ssenarilərini işə salmağa başladılar. Ermənistanın havadarları demək olar ki, danışıqlara əngəl yaratmaqla sülh sazişinin imzalanmaması üçün müxtəlif yollara əl atdılar. İlk olaraq Ermənistanı yenidən silahlandırıb revanşizm meyillərini yenidən oyatmaq istədilər. Fransa və Hindistanın verdiyi pulsuz silahlar, Yunanıstanın "S 300" raket komplekslərini Ermənistana vermək niyyəti, adını "sülh fondu" qoyub Hayastana silah-sursat, hərbi texnikaların alınması üçün milyonlarla dollar ayıran Avropa İttifaqının "Avropa Sülh Fondu" İrəvanı yenidən revanşist fikirlərə saldı. 

Bir tərəfdən Fransa, digər tərəfdən Aİ-nin Ermənistanı silahlandırması bu qüvvələrin, əslində, Qafqazda yeni münaqişə ocağının yaranmasında maraqlı olduqlarını bir daha göstərdi. Bundan istifadə edən keçmiş hərbi xunta ölkəni müharibəyə sürükləməyə çalışdı. Elə rəsmi İrəvanın da sülh müqaviləsini imzalamamaq üçün müxtəlif bəhanələrə əl atması baş nazir Nikol Paşinyanın ikibaşlı oyun oynadığını göstərdi.     

Lakin Bakı sülhdə maraqlı olmaqla yanaşı, prosesin qalıcı olmasına xüsusi diqqət yetirir. Ermənistanın mövcud Konstitusiyası da yekun sülhün önündə başlıca maneədir. Konstitusiyasının bəzi maddələrində başda Azərbaycan olmaqla ətraf ölkələrə qarşı ərazi iddiaları əks olunub. Bakı gələcəkdə Ermənistanın hüquqi bəhanələrlə sülh müqaviləsini pozmasını, üzərinə götürdüyü öhdəliklərdən yayınmasını istəmir.

Aparılan son danışıqlarla bağlı məlumat verən xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, bu il Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində müsbət irəliləyişlər olub. Buna misal kimi bu ilin aprelində ilk dəfə olaraq iki ölkə arasında dövlət sərhədinin müəyyən hissəsinin delimitasiyasının və demarkasiyasının həyata keçirilməsini qeyd etmək olar. Nazir bildirib ki, Ermənistanla sülh müqaviləsi üzrə fiziki görüşlər həyata keçirilib. Həmçinin mətn üzrə mübadilələr davam etdirilib. Açıq sualların olmasına baxmayaraq, sülh müqaviləsi prosesində bəlli irəliləyişlər də əldə edilib.

Sülh müqaviləsi ilə bağlı layihə preambula və 17 maddədən ibarətdir. Preambula və 15 maddə üzrə mətnlər tam razılaşdırılıb, iki maddə üzrə isə açıq suallar var. Həmin açıq suallar üzrə işlər davam edir. Artıq bir neçə raund danışıqlar və mətn mübadilələri həyata keçirilib. Hələ ki, tam razılaşdırılmış varianta gəlmək mümkün olmayıb.

Nazir qeyd edib ki, bundan əlavə, çox önəmli digər məsələ Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının mövcudluğu ilə əlaqədardır: "Bununla bağlı Ermənistandan qətiyyətli addımlar gözləyirik. Son zamanlar Ermənistan tərəfindən eşitdiyimiz arqumentlər bizi qane edə bilməz. Onu da qeyd etmək istərdim ki, Ermənistanın Konstitusiya Məhkəməsinin növbəti qərarı oldu. Belə ki, Konstitusiya Məhkəməsi Ermənistan Konstitusiyasının preambulasının dəyişməz olduğu və xüsusi olaraq preambulaya toxunmağın mümkün olmaması barədə qərar qəbul edib. Hesab edirik ki, bu, vəziyyəti daha da mürəkkəbləşdirir. Çünki məhz Ermənistanın Konstitusiyasının preambulasında Ermənistanın Müstəqillik Bəyannaməsinə istinad var. Həmin Müstəqillik Bəyannaməsində də Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialar yer alır", - deyə nazir əlavə edib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev isə Ermənistanın silahlandırılması məsələsinə toxunaraq vurğulayıb ki, məğlub ölkənin silahlandırılması məsuliyyətli parametrlər çərçivəsində olmalıdır. Onun sözlərinə görə, Ermənistanın militarizasiya proqramı həyata keçirilir. Bunun arxasında duran əsas qüvvələrdən biri Avropa İttifaqının və 

NATO-nun üzv ölkəsi olan Fransadır. Təəssüf ki, Fransa özünün beynəlxalq öhdəliklərinə rəğmən Ermənistanın silahlandırılması ilə bağlı proqramda iştirak edir.

Hikmət Hacıyev bildirib ki, beynəlxalq münasibətlərin məcəllələşdirilməsi prosesi İkinci Dünya müharibəsindən sonra başlayıb. Bu prosesdən sonra azsaylı ölkələr var ki, işğal və təcavüz törədib. Ermənistan da belə bir cinayət törətmiş ölkədir. Ermənistana xüsusilə Fransa tərəfindən verilən öldürücü və hücum xarakterli silahlar ciddi narahatlıq doğurmaqdadır. Ermənistanın silahlandırılması təkcə Fransa deyil, başqa dövlətlər tərəfindən də həyata keçirilir.

Prezidentin köməkçisi həmçinin qəti şəkildə vurğulayıb ki, Avropa İttifaqının Ermənistandakı missiyasının fəaliyyəti başa çatmalıdır. İki ölkənin sərhədində üçüncü dövlətin qüvvələrinin yerləşdirilməsi narahatlıq doğuran faktdır. Azərbaycan Respublikası dəfələrlə bunu bildirib: "Biz Ermənistan-Azərbaycan sərhədində Avropa İttifaqının (Aİ) missiyasının yerləşdirilməsinə hər hansı lüzum görmürük. Azərbaycan Prezidentinin, Fransa Prezidenti Emmanuel Makronun, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin (sabiq prezidenti - red.) və Ermənistanın baş nazirinin iştirakı ilə Praqada razılaşdırılmışdı ki, missiya qısamüddətli olacaq. Amma gördüyümüz kimi, missiya davamlı prosesə çevrilir və onun tərkibi genişləndirilir. Hətta coğrafi mandat ərazisi də genişləndirilməkdədir".

Hikmət Hacıyev bildirib ki, Azərbaycanla Ermənistan arasında qarşılıqlı anlaşma və sülh şəraitində delimitasiya-demarkasiya prosesi aparılırsa, burada üçüncü qüvvənin olmasına, onun tərkibinin hərbi xarakterli qüvvələrlə zənginləşdirilməsinə və genişləndirilməsinə ehtiyac görmürük. Ona görə də sülhün gücləndirilməsi bilavasitə Azərbaycanla Ermənistan arasında olan prosesdir və ikitərəfli xarakter daşıyır. Əksinə, üçüncü qüvvənin iki ölkənin sərhədində olması vəziyyətin müəyyən dərəcədə gərginləşdirilməsinə, Avropa İttifaqının bütövlükdə Cənubi Qafqazda hərbi amil kimi meydana çıxmasına xidmət edir.

Əlbəttə ki, Azərbaycan bütün prosesləri izləyir və Ermənistanın yenidən müharibəyə hazırlıq faktlarını görür. Əgər Ermənistan düşdüyü acınacaqlı durumdan qurtulmaq istəyirsə, sülh müqaviləsini imzalamalıdır. Yox, əgər məğlub ölkə revanşa hazırlaşırsa, onda yaxşı anlamalıdır ki, savaş baş versə, yenidən bu acını yaşayacaq, ABŞ-nin, Hindistanın, Fransanın müasir silahları, texnikaları Azərbaycan Ordusunun arsenalına daxil olacaq, Bakıdakı Hərbi Qənimətlər Parkının eksponatlarının sayı artacaq. 

Noyabrın 8-də Bakıda Zəfər parkının açılışında Müzəffər Ali Baş Komandan bir daha Ermənistana xəbərdarlıq etmişdi. Prezident bildirmişdi ki, bu gün bu vəziyyətlə barışmaq istəməyən antiazərbaycançı qüvvələr, bəzi Qərb paytaxtlarında oturan islamofoblar, azərbaycanofoblar Ermənistanı yeni müharibəyə təhrik edirlər. Bu, Ermənistan dövləti üçün tam faciə ola bilər: "Mən dəfələrlə həm rəsmi çıxışlarımda, həm təmaslar əsnasında Ermənistan tərəfinə izah etməyə çalışırdım ki, bundan uzaq dursunlar, o fitnəyə getməsinlər. Öz maraqlarını təmin etmək üçün onların dostları sayılan bəzi Qərb dövlətləri onları qurban verməyə hazırdırlar ki, yenə də Cənubi Qafqazda ara qarışsın, yenə də qan tökülsün, yenə də onlar bulanıq suda balıq tuta bilsinlər. Hələ ki, gec deyil, ona görə Ermənistan bu silahlandırma siyasətindən əl çəkməlidir, buna son qoyulmalıdır".


Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qaradağ seçki dairəsi üzrə növbəti treninqlər təşkil olunub

18:01
23 Yanvar

Cahit Bağçı: Səfir kimi Azərbaycandakı fəaliyyətimi hər zaman qürurla xatırlayacağam  

18:00
23 Yanvar

Qərbi Azərbaycan İcması Ermənistan hökumətinin irqçi siyasətini sərt şəkildə qınayıb  

17:59
23 Yanvar

Qanunvericiliyə hərbi geyim formasını daşımaq hüququ ilə bağlı dəyişiklik edilir

17:58
23 Yanvar

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna dəyişiklik ediləcək  

17:57
23 Yanvar

Mixail Qusmanın “Hakimiyyət formulu” müsahibələr toplusunun beşinci cildi çapdan çıxıb

17:54
23 Yanvar

Xarici ölkələrdə yaşayan Qərbi azərbaycanlılarla bağlı yeni layihələrə start verilib

17:53
23 Yanvar

Azərbaycan idmançılarının Paris Olimpiadasında qazandığı medallarla bağlı Beynəlxalq Olimpiya Komitəsinə müraciət edilib  

17:52
23 Yanvar

Türkiyə eksperti: Qərbin Cənubi Qafqazda sabitliyə töhfə verməyə hazır olduğuna dair vədləri səmimi deyil  

17:52
23 Yanvar

Gürcüstan hökuməti növbəti iki il üçün iqtisadi islahatlar proqramını Avropa Komissiyasına təqdim edib  

17:50
23 Yanvar

Çadlı tələbə: Azərbaycanın təhsil sistemində müstəqil tədqiqatlara daha çox önəm verilir 

17:49
23 Yanvar

Yeniyetmə taekvondoçularımızın təlim-məşq toplanışı başlayıb

17:47
23 Yanvar

Azərbaycanın və Pakistanın Quru Qoşunları arasında Qərargah danışıqlarının keçirilməsinə dair Təlimat imzalanıb  

17:33
23 Yanvar

Biləsuvarda yeni tikiş fabriki fəaliyyətə başlayıb

17:01
23 Yanvar

İran və Azərbaycan tranzit yükdaşımaların həcminin 15 milyon tona çatdırılması barədə razılaşıb  

16:51
23 Yanvar

Azərbaycanda coğrafi məlumatlara dair yeni dövlət standartları qəbul edilib

16:48
23 Yanvar

İrakli Kobaxidze: Gürcüstanda dörd dəfə dövlət çevrilişi cəhdi olub

16:11
23 Yanvar

Çində dünyanın ilk uçan və su altında üzən dronu hazırlanıb

15:22
23 Yanvar

Baş prokuror Qaradağda vətəndaşları dinləyib

15:14
23 Yanvar

Metastazları erkən aşkarlayan çip hazırlanıb

15:14
23 Yanvar

Zelenski Putinlə danışıqların mümkünlüyünü istisna etmir

15:12
23 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!