23 Yanvar 2025 18:01
335
CƏMİYYƏT
A- A+
Qaradağ seçki dairəsi üzrə növbəti treninqlər təşkil olunub

Qaradağ seçki dairəsi üzrə növbəti treninqlər təşkil olunub


Yanvarın 29-da keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar dairə və məntəqə seçki komissiyalarının bütün üzvlərinin iştirakı ilə hazırlığın artırılması, seçki sahəsində bilik, bacarıq və işgüzar vərdişlərin təkmilləşdirilməsi, xüsusilə protokolların düzgün doldurulması istiqamətində 37 saylı Qaradağ seçki dairəsi dairə seçki komissiyasında növbəti treninqlər təşkil olunub.

AZƏRTAC xəbər verir ki, treninqlərdə çıxış edən 37 saylı DSK-nın sədri Azər Ələsgərov seçki dairəsi üzrə hazırda 37-si daimi, 3-ü isə müvəqqəti olmaqla 40 seçki məntəqəsinin fəaliyyət göstərdiyini qeyd edib. Bildirib ki, bu günə qədər seçki dairəsi üzrə 48 mindən çox seçici qeydə alınıb. Seçicilərin 492 nəfəri 80-100 yaşlı insanlardır. 74 nəfər isə ilk dəfə səs verəcək gənclərdir.

Vurğulanıb ki, Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən məntəqələr bütün zəruri vəsaitlərlə təchiz olunub.

Ümumilikdə bələdiyyə üzvlüyünə 128 nəfərin namizədliyi qeydə alınıb. Namizədlərin təbliğat və təşviqatı üçün seçki dairəsinin ərazisində lazımi şərait mövcuddur. Belə ki, bütün seçki məntəqələrinə yaxın ərazilərdə təşviqat lövhələri quraşdırılıb. Bu günə qədər dairə seçki komissiyası tərəfindən 403 müşahidəçi qeydə alınıb.

Seçicilərin rahat və maneəsiz şəkildə seçki məntəqələrinə gələrək səsverməsi məqsədilə seçki məntəqələrində bütün şərait yaradılıb.

Treninq iştirakçılarına MSK tərəfindən hazırlanmış slaydların və əyani vəsaitlərin köməyi ilə səsvermə günü məntəqə seçki komissiyaları üzvlərinin rol və vəzifələri, səsvermə otağının təşkil edilməsi qaydası, seçki günü müşahidəçilərin hüquqları, səsvermə günü məntəqənin açılması və sair barədə məlumat verilib. Təlim iştirakçılarına bununla bağlı yaddaş kitabçası da təqdim edilib. 230 nəfərdən çox şəxsin iştirak etdiyi treninqdə dairə və məntəqə seçki komissiyalarının üzvlərinin sualları cavablandırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ceyhun Bayramov Serbiyanın Dövlətçilik Günü münasibətilə təşkil olunmuş qəbulda iştirak edib  

18:39
16 Fevral

Dövlət İmtahan Mərkəzi xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçirib

18:33
16 Fevral

Premyer Liqa: “Turan Tovuz” son dəqiqələrdə vurulan qolla “Araz-Naxçıvan”a qalib gəlib  

18:23
16 Fevral

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçirilib

17:34
16 Fevral

Azərbaycanla qaz sazişinin təsdiqinə dair qanun layihəsi Türkiyə parlamentinin gündəliyinə daxil edilib

16:27
16 Fevral

Xəzər dənizinin qırmızı rəngə boyanmasının səbəbi açıqlanıb

15:09
16 Fevral

Bakı-Qazax yolunda duman səbəbindən baş verən zəncirvari qəzada iki nəfər ölüb YENİLƏNİB

15:05
16 Fevral

Sabah hava əsasən yağmursuz keçəcək  

15:02
16 Fevral

Prezident İlham Əliyev: Azərbaycan ilə Litva arasında dostluq və əməkdaşlıq əlaqələri xoş ənənələrə malikdir  

11:31
16 Fevral

Litva Respublikasının Prezidenti Zati-aliləri cənab Gitanas Nausedaya

11:25
16 Fevral

FAKTİKİ HAVA: Sarı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında külək güclənib

11:24
16 Fevral

Ceyhun Bayramov Latviyanın xarici işlər naziri Baiba Braje ilə görüşüb  

11:14
16 Fevral

Ordubad rayonunun dağlıq ərazisində biotexniki tədbir keçirilib  

10:18
16 Fevral

Şotlandiyada Vüqar Həşimovun xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib  

10:03
16 Fevral

Azərbaycan XİN rəhbəri Serbiyaya işgüzar səfərə yola düşüb  

09:48
16 Fevral

Bilmək istəyirəm

09:35
16 Fevral

Münxendə avtomobillə hücum nəticəsində xəsarət alanlardan ikisi ölüb

09:33
16 Fevral

Kloze də Mahir Emrelinin getmək istədiyini təsdiqlədi

09:30
16 Fevral

"Neftçi"də ciddi itkilər

09:25
16 Fevral

Boksçularımız Rumıniyada rinqə çıxırlar

09:20
16 Fevral

"Tanrı bilir ki, sən mənim ikinci atamsan" - Almeydadan Qurban Qurbanova

09:15
16 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!