23 Yanvar 2025 15:01
187
SİYASƏT
A- A+
YAP Veteranlar Şurasının iclası keçirilib

YAP Veteranlar Şurasının iclası keçirilib


Yanvarın 23-də Yeni Azərbaycan Partiyasının (YAP) Veteranlar Şurasının iclası keçirilib.

YAP-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə çıxış edərək, iclasda YAP Veteranlar Şurasının 2024-cü ildə fəaliyyətinin yekunlarının və 2025-ci il üçün Tədbirlər Planının müzakirə ediləcəyi barədə məlumat verib.

Ötən ilin ən mühüm hadisəsinin fevralın 7-də ölkəmizdə keçirilən prezident seçkiləri olduğunu qeyd edən YAP Veteranlar Şurasının sədri, Prezident İlham Əliyevin Zəfər seçkisində möhtəşəm qələbəsinin xalqın iradəsinin ifadəsi olduğunu diqqətə çatdırıb. Bildirib ki, bütün dünya bir daha ölkəmizdə Xalq-Lider birliyinin sarsılmazlığına şahid oldu.

A.Rəhimzadə vurğulayıb ki, YAP Veteranlar Şurası 2024-cü ildə öz fəaliyyətini partiyanın Proqram və Nizamnaməsi çərçivəsində müvafiq Tədbirlər Planına uyğun həyata keçirib: “Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçlik irsinin təşviqi və Prezident İlham Əliyevin milli maraqlara əsaslanan məqsədyönlü siyasətinin geniş təbliği, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, tarixi və əlamətdar günlərin qeyd olunması istiqamətlərində mühüm tədbirlər keçirilib, gənclərlə silsilə görüşlər təşkil olunub. YAP Veteranlar Şurasının üzvləri paytaxt Bakıda və regionlarda keçirilən tədbirlərdə fəal iştirak ediblər”.

YAP Veteranlar Şurasının sədri, eyni zamanda, 2025-ci ilin Tədbirlər Planı haqqında danışıb, il ərzində müxtəlif toplantıların, o cümlədən 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar bu istiqamətdə tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu və ideoloji məsələlərin daim diqqət mərkəzində olacağını vurğulayıb.

İclasda, həmçinin YAP Veteranlar Şurasının sədr müavini Sədaqət Qəhrəmanova, Şuranın üzvləri Dilarə Seyidzadə, Zərifə Quliyeva, Adilə Abasova, Əli Həsənov, Tahir Quliyev, Şahlar Əsgərov, Vahid Novruzov, Urxan Ələkbərov, Xeyrəddin Qoca və Zahid Xəlilov çıxış ediblər. YAP Veteranlar Şurasının fəaliyyətinə dair ötən ilin yekunları qənaətbəxş qiymətləndirilib, 2025-ci ilin Tədbirlər Planı ilə bağlı fikir və təkliflər səsləndirilib, müzakirə olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyə və Rusiyanın XİN başçıları Suriyadakı son vəziyyəti müzakirə ediblər

20:48
23 Yanvar

AQTA sədri sahibkarların müraciətlərini dinləyib

20:46
23 Yanvar

Polis Abşeronda əməliyyat keçirib: axtarışda olan 11 nəfər saxlanılıb

20:45
23 Yanvar

Türkiyədə yanğınla bağlı son məlumat açıqlanıb

20:44
23 Yanvar

Parlamentin Elm və təhsil komitəsinin cari ilin yaz sessiyası üçün iş planı təsdiqlənib

20:43
23 Yanvar

Azərbaycan 56-cı Qahirə Beynəlxalq Kitab Sərgisində təmsil olunur

20:41
23 Yanvar

İslamabadda Azərbaycan və Pakistan arasında Birgə Komissiyanın 8-ci sessiyası işə başlayıb

20:04
23 Yanvar

Hərbi geyim formasının qanunla nəzərdə tutulmamış hallarda daşınmasına görə cərimələr artırılır

20:00
23 Yanvar

Qaradağ seçki dairəsi üzrə növbəti treninqlər təşkil olunub

18:01
23 Yanvar

Cahit Bağçı: Səfir kimi Azərbaycandakı fəaliyyətimi hər zaman qürurla xatırlayacağam  

18:00
23 Yanvar

Qərbi Azərbaycan İcması Ermənistan hökumətinin irqçi siyasətini sərt şəkildə qınayıb  

17:59
23 Yanvar

Qanunvericiliyə hərbi geyim formasını daşımaq hüququ ilə bağlı dəyişiklik edilir

17:58
23 Yanvar

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna dəyişiklik ediləcək  

17:57
23 Yanvar

Mixail Qusmanın “Hakimiyyət formulu” müsahibələr toplusunun beşinci cildi çapdan çıxıb

17:54
23 Yanvar

Xarici ölkələrdə yaşayan Qərbi azərbaycanlılarla bağlı yeni layihələrə start verilib

17:53
23 Yanvar

Azərbaycan idmançılarının Paris Olimpiadasında qazandığı medallarla bağlı Beynəlxalq Olimpiya Komitəsinə müraciət edilib  

17:52
23 Yanvar

Türkiyə eksperti: Qərbin Cənubi Qafqazda sabitliyə töhfə verməyə hazır olduğuna dair vədləri səmimi deyil  

17:52
23 Yanvar

Gürcüstan hökuməti növbəti iki il üçün iqtisadi islahatlar proqramını Avropa Komissiyasına təqdim edib  

17:50
23 Yanvar

Çadlı tələbə: Azərbaycanın təhsil sistemində müstəqil tədqiqatlara daha çox önəm verilir 

17:49
23 Yanvar

Yeniyetmə taekvondoçularımızın təlim-məşq toplanışı başlayıb

17:47
23 Yanvar

Azərbaycanın və Pakistanın Quru Qoşunları arasında Qərargah danışıqlarının keçirilməsinə dair Təlimat imzalanıb  

17:33
23 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!