23 Yanvar 2025 20:44
579
DÜNYA
A- A+
Türkiyədə yanğınla bağlı son məlumat açıqlanıb

Türkiyədə yanğınla bağlı son məlumat açıqlanıb

DÜNYA

Türkiyədə yanğınla bağlı son məlumat açıqlanıb

Türkiyədə yanğınla bağlı son məlumat açıqlanıb

İstanbul, 23 yanvar, Günel Karatepe, AZƏRTAC

Türkiyənin Ədliyyə Nazirliyi ölkənin Bolu vilayətində yerləşən Kartalkaya xizək mərkəzində baş verən yanğınla bağlı son məlumatı açıqlayıb. Bildirilib ki, hadisə zamanı həlak olan bütün şəxslərin kimlikləri müəyyən edilib və buna əsasən yanğında həyatını itirənlərin sayının 78 olduğu bildirilib.

AZƏRTAC xəbər verir ki, hadisə ilə bağlı açıqlama verən Türkiyənin ədliyyə naziri Yılmaz Tunç istintaq çərçivəsində Bolu Bələdiyyəsinin yanğınsöndürmə xidmətinin başçısı, yanğınsöndürmə idarəsinin müdiri, iş yeri sahibi, şirkətin baş direktoru və otel müdiri də daxil olmaqla, ümumilikdə 11 şəxsin saxlanıldığını deyib.

Səhiyyə Nazirliyindən yanğın zamanı xəsarət alanlarla bağlı verilən açıqlamada xəstəxanalarda müalicə alanlardan 40 nəfərin evə buraxıldığı, 10 nəfərin isə müalicəsinin davam etdirildiyi bildirilib.

Qeyd edək ki, “Grand Kartal” hotelindəki yanğınla əlaqədar ilkin zərər-təhlili hesabatı tamamlanıb və binanın ağır zədələndiyi müəyyən edilib. Yekun hesabatdan sonra, binanın bərpası və ya uçurulması isə bağlı qərar qəbul ediləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!